Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə14/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   10   11   12   13   14   15   16   17   ...   38

 

 

22



İnsanların əxlaqı ilə əlaqədar məsələlər – valideynlərə təmənnasız münasibət, öz ailəsinə sədaqət və qayğı, 

düzlük, doğruçuluq, imkansızlara yardım etmək və s. islamda mühüm yer tutur. Sələmçilik (faizlə pul vermək), 

adam öldürmək, zina, oğurluq,  əyyaşlıq, dələduzluq, vəfasızlıq, xainlik, acgözlük, yalançılıq, kobudluq və s. isə 

dinimizdə pislənən əxlaqi keyfiyyətlərdəndir ki, bugünkü ədəbiyyatımız məhz belə ideyalarla silahlanmalıdır. 

Beləliklə, fanatizm, mövhumat və bidətçilikdən uzaq olaraq müqəddəs «Quran»a və peyğəmbərin 

hədislərinə istinad edən İslam əhli bütün Dünyada nümunəvi əxlaq nümayiş etdirməyə qadirdir!  

 

 

 

 

 

 

 



 

 

23



 

 

II FƏSİL 

ETİKA ƏXLAQ FƏLSƏFƏSİDİR 

 

2.1. ƏXLAQIN MAHİYYƏTİ VƏ ƏSAS FUNKSİYALARI 

 

Əxlaq bugünkü vəziyyətinə birdən-birə, «hazır  şəkildə» gəlib çıxmamışdır. Primitiv norma və 



təsəvvürlərdən yetişməyə başlayan əxlaq, bəşəriyyətin bütün tarixi boyu mövcud olmuş və olduqca mürəkkəb, uzun 

və hətta çətin bir yol keçmişdir. Tarixi inkişafın hər bir pilləsində maddi və mənəvi istehsal prosesi zamanı insanlar 

müəyyən davranış normaları, prinsipləri, qaydaları, adət və  ənənələr, dəblər yaratmışlar. Cəmiyyətin təşəkkül 

tapdığı ilk günlərdən insanlar bir-birilə münasibətlərini tənzim etmək üçün yaratdığı bu birgəyaşayış qaydalarına 

riayət edir, öz hərəkətlərində nəyin pis, nəyin yaxşı olduğunu, hansı hərəkətin bəyənilib-bəyənilmədiyini xeyir və 

şər kateqoriyaları vasitəsilə qiymətləndirmişlər.  

İctimai  şüurun qədim formalarından olan əxlaq insanlar arasındakı münasibətləri  əks etdirir. Əxlaq 

insanların bir-birinə, dövlətə  və  cəmiyyətə olan münasibətlərini nizama salır, ictimai həyatın bütün sahələrində 

insanların hərəkətlərini tənzimləyir. Məsələn,  əməkdə, məişətdə, siyasətdə, elmdə, ailədə, ictimai yerlərdə  və s. 

Bunların hər birində o, müxtəlif rol oynayır. Bununla əlaqədar «peşə etikası», «ailə və nikah etikası» və s. terminlər 

yaranıb. Bütün bu sahələrdə əxlaqla yanaşı insanların hərəkətlərinin digər tənzimləyiciləri də var. Məsələn, dövlətin 

hüquq normaları  və dekretləri, istehsalatdakı qanun-qaydalar, təşkilatın nizamnamələri və  təlimatları, vəzifəli 

şəxslərin göstərişləri, dini-ritual xarakterli qaydalar, takt, etiket, ədəb, davranış qaydaları, idman və digər oyunların 

şərtləri, nəqliyyatın idarə olunma qaydaları, sanitar-gigiyena normaları və s. Bütün bunlar bəzən əxlaq normalarının 

spesifikasını aydınlaşdırmağa bir qədər mane olur. Əxlaqa «bu belədir» anlayışı ilə yanaşı, «belə olmalıdır» daha 

çox uyğun gəlir. 

Bəzi təsir formaları, məsələn, milli ənənələr, məişətdəki estetik normalar, əmək vərdişlərinin tərbiyə 

edilməsi və s. əxlaqla yanaşı digər sahələrə də aiddir. Ayrı-ayrı insanların tərbiyəsinə təsir edən ictimai formalar - 

adət və ənənələr, ictimai rəy, tərbiyə və s. əxlaqla bağlı olsa da bütünlükdə ona məxsus ola bilməz. 

Hər bir dövrün və cəmiyyətin özünəməxsus əxlaq qaydaları, prinsip və normaları olduğu üçün hər bir insan 

da əsasən yaşadığı dövrün və cəmiyyətin əxlaq qaydalarına tabe olur. Tarixi hadisə olan əxlaq bəşəriyyətin ictimai 

tərəqqisi gedişində  dəyişir və inkişaf edir. Cəmiyyət siniflərə bölünən zaman əxlaq qaydaları da sinfi xarakter 

daşımağa başladı. Hər sinfin özünəməxsus əxlaq qaydaları yarandı. Müəyyən sinfə xidmət edən əxlaq sinfi xarakter 

daşıyaraq hakim sinfə xidmət edir. Tarixdə  əxlaqın aşağıdakı  əsas tipləri var ki, bunlara əxlaqın konkret-tarixi 

tipləri də deyilir: 1) ibtidai icma əxlaqı; 2) quldarlıq  əxlaqı; 3) feodal əxlaqı; 4) burjua əxlaqı  və s. Əxlaqın 

inkişafında bəşər mədəniyyətinin tarixi tərəqqisini əks etdirən varislik elementlərinə də rast gəlmək olar. Əxlaq bir 




 

 

24



formadan digərinə keçərkən insanlar arasındakı münasibətlərdə humanizm ünsürləri də artır. Artıq ibtidai icma 

dövründə qarşılıqlı yardımın sadə formaları yaranır. Adam əti yemək adəti yox olur. Tayfa ittifaqları və dövlətin 

yaranması ilə qan düşmənçiliyinə son qoyulur. Feodal əxlaqı  təhkimli kəndlini öldürməyə yol vermir, halbuki 

quldarın öz qulunu öldürməsi onun şəxsi işi idi. Burjua əxlaqında  şəxsiyyətə hörmət prinsipi təsdiqlənir. Zaman 

keçdikcə, cəmiyyət inkişaf etdikcə əxlaq qaydaları da dəyişir. Çox vaxt hətta zahirən əbədi görünən əxlaq qaydaları 

belə dəyişikliyə uğrayır, öz əvvəlki məzmununu itirir və ya onlara heç bir ehtiyac qalmır. 

Əxlaq – gerçəkliyi dərketmə vasitəsi olub, insanın praktik-mənəvi dünyagörüşüdür. Mürəkkəb və ictimai 

hadisə olan əxlaqın təbiətini öyrənmək üçün onun strukturunu aydınlaşdırmaq lazımdır.  İctimai  şüurun digər 

formaları kimi əxlaqın da strukturu ictimai münasibətlərlə müəyyənləşir. Əxlaqi münasibətlər ictimai münasibətlər 

sistemində mühüm yer tutur ki, bunlar da əxlaq haqqında elm olan etika tərəfindən öyrənilir.  

Əxlaq insanı birgəyaşayış şəraitində yaşamaq qabiliyyətləri baxımından xarakterizə edir. Əxlaqın məkanı – 

insanlar arasındakı münasibətlərdir. İnsanın güclü və ya ağıllı olmasını müəyyən etmək üçün onu digər insanlarla 

münasibətdə görmək və ya müqayisə etmək vacib deyil, çünki bu, fərdin özünəxas xüsusiyyətləridir. Lakin insanın 

nə dərəcədə xeyirxah, əliaçıq, mehriban olmasını və bu kimi digər xüsusiyyətlərinin şahidi olmaq üçün onu məhz 

başqaları ilə ünsiyyət prosesində görmək zəruridir. Məsələn, Robinzon Kruzo nə  qədər ki, adada tək idi, onun 

mənəvi keyfiyyətlərinin olub-olmamasının heç bir əhəmiyyəti yox idi. Məhz Pyatnitsa peyda olandan sonra bu 

xüsusiyyətlərin üzə çıxmasına imkan yarandı. 

Əxlaq normaları hər yerdə, müxtəlif şəraitlərdə təzahür edərək universal, bəşəri xarakter daşıyır. Onlar həm 

cəmiyyətin, həm də ayrı-ayrı şəxslərin rəyinə əsaslanır. Əxlaq normaları kifayət qədərdir: ətrafdakılarla nəzakətli 

rəftar tələb edən sadə normalardan tutmuş, «öldürmə!», «oğurluq etmə!», «böyüklərə hörmət et!», «yalan 

danışma!» kimi mürəkkəb, insanın həyat prinsipinə çevrilmiş normalaradək. Lakin əxlaqı normalar məcmusu kimi 

təsəvvür etmək o qədər də düz deyil. Çünki, əvvəla, bu normaların özləri əsaslandırılmalıdır, məsələn, «nəyə görə 

oğurluq etmək olmaz?», «öldürmək olmaz?»; ikincisi, konkret situasiyalarda bu normalar bir-birini inkar da edə 

bilər, məsələn, bir xuliqan qadının ardınca qaçır və yoldakılardan onun hansı  tərəfə getdiyini soruşur, məgər bu 

zaman adamlar xuliqana sözün düzünümü deməlidirlər? Və yaxud həkim öz xəstəsinə həmişəmi diaqnozu olduğu 

kimi deməlidir? Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, yaranmış situasiyalar elə rəngarəng ola bilər ki, onların 

hərəsi üçün ayrıca norma fikirləşmək heç mümkün də deyil. 

İnsan əxlaqi şüurla birgə doğulmur. O, əxlaq normalarını və davranış qaydalarını tədricən mənimsəyir. Bu 

normalar və qaydalar müəyyən vaxtdan sonra onun fərdi  şüurunda özünə yer tapır ki, bu da «yaxşını pisdən», 

«əxlaqı əxlaqsızlıqdan» ayırmağa kömək edir. İnsan çox vaxt hətta öz istəyinin əksinə gedərək, ictimai rəyi nəzərə 

alıb, hamı  tərəfindən qəbul edilmiş davranış qaydalarına və  əxlaq normalarına uyğun hərəkət etməli olur. Çünki 

cəmiyyətdə yaşayan insan ondan təcrid oluna bilməz. O, bu və ya digər mənada cəmiyyət qaydalarına tabe olmaq 

məcburiyyətində qalır. Çox vaxt, əsasən, «öz ürəyinin hökmü ilə» hərəkət edən insan cəmiyyət və ya ayrı-ayrı 

şəxslər qarşısındakı borc və vicdan hisslərinin təhriki ilə hər hansı addımı atır və bu zaman özü də hiss etmədən 

ictimai mənafe şəxsi mənafedən üstün tutulur. Belə olmasaydı nə maddi və mənəvi nemətlər istehsal oluna bilər, nə 

də insan cəmiyyəti mövcud ola bilərdi. 

Hər hansı addımın, hərəkətin hansı cəmiyyətdə baş verməsindən asılı olmayaraq, o həmişə «xeyir və şər», 

«ədalət və ədalətsizlik» mövqeyindən qiymətləndirilib.  

Əxlaqın mahiyyətini daha yaxşı başa düşmək üçün onun əsas  funksiyalarını da nəzərdən keçirmək 

lazımdır.  Əxlaqın formalaşması  və  mədəniyyətin müstəqil sahəsinə çevrilməsi prosesində müəyyən  əxlaq 

funksiyaları yaranıb ki, onlar bu gün də aktualdır.  Əxlaqın funksiyaları içərisində  ən  əsasları bunlardır: 

1) qiymətləndirici; 2) idraki; 3) dünyagörüş; 4) tərbiyəvi; 5) tənzimləyici. 



Qiymətləndirici funksiya əsas funksiya olub, yalnız  əxlaqa deyil, digər ictimai şüur formalarına – 

incəsənətə, dinə, hüquqa, siyasətə və s. də aiddir. Bu funksiyanın xüsusiyyəti hər şeydən əvvəl ondan ibarətdir ki, 

burada qiymətləndirmə əxlaqi şüurun əsas anlayışları prizmasından – xeyir, şər, ədalət, vicdan, borc və s.-dən keçir. 

Əxlaqi qiymətləndirmə adətən universal xarakter daşıyaraq insanın bütün hərəkətlərinə aid olur. Hüquq sahəsində 

bu, başqa cürdür. Məsələn, hörmətsizliyə, kobudluğa, nəzakətsizliyə görə heç kəsi cinayətkar kimi mühakimə 

etmirlər. Siyasi qiymətləndirmə də bütün hərəkətlərə aid olmur. Burada da müəyyən məhdudiyyətlər, hərəkətlərin 

təzyiq, hədə-qorxu, hər hansı affektin (qorxu, qısqanclıq) təsiri altında baş verməsinin nəzərə alınması  və s. 

səbəblər mövcuddur. Əxlaqi qiymətləndirmə həm də fərdin mənəvi əqidəsinə və ictimai rəyin nüfuzuna əsaslanır. 

İnsan şüurunda əxlaqi qiymətləndirmə adətən «xalis» olmayıb, estetik, siyasi və s. qiymətləndirmə ilə tamamlanır. 

İdraki funksiya qiymətləndirici funksiya qədər intensiv və  əhəmiyyətli olmasa da onunla geniş  mənada 

uzlaşır. Adətən fərd başqalarının və ya özünün hərəkətlərini qiymətləndirdiyi zaman digər şəxslərin və ya özünün 

daxili aləmi haqqında natamam da olsa təsəvvür əldə edir. İdrakın bütün formalarının, o cümlədən elmi idrakın əsas 

şərti mənəvi keyfiyyətlərdir. Çünki obyektivlikdən uzaq olan alim qibtə və yalana əl ata bilər, öz xeyrini güdə bilər, 

əldə etdiyi nəticələri təhrif edə bilər,  şöhrətpərəstlikdən özünü və ya başqalarını aldada bilər.  Əxlaqın idraki 

funksiyası elmin idraki funksiyasından onunla fərqlənir ki, əxlaq daha obrazlı olub, ön plana hissləri, inamı  və 

intuisiyanı  çəkir. Elmi idrakda isə  ağıl, dərrakə bunları üstələyir. Beləliklə,  əxlaqın da idraki funksiyası ictimai 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə