Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə2/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   38

 

 

5



G İ R İ Ş 

 

Bu gün tədrisi vacib fənlərdən olan «Etika» Aristoteldən müasir dövrümüzədək uzun bir tarixi yol 



keçmişdir. Hal-hazırda baş verən ictimai proseslər, insanın mənəvi inkişafı və s. «Etika»nın tədqiqat obyektindən 

kənarda deyil. Bu baxımdan «Etika» gənclərin  şəxsiyyət kimi formalaşmasında, onların  əxlaqi  şüurunun 

inkişafında mühüm rol oynayan fənlərdəndir. «Etika»nın əsas kateqoriyaları olan xeyir və şər, borc və vicdan, şərəf 

və  ləyaqət, xoşbəxtlik və  həyatın mənası  dərslikdə mühüm yer tutur. Dərslik insanlar arasında mövcud olan 

davranış qaydalarının, əxlaq normalarının tənzim edilməsi ideyasını aşılayır. 

Tarixi xarakter daşıyan əxlaq problemləri zaman keçdikcə başqalaşaraq yeni məzmun qazansa da, heç vaxt 

aktuallığını itirmir və  cəmiyyətin mənəvi həyatının ayrılmaz hissəsi olaraq qalır. Bu baxımdan,  əxlaq haqqında 

elmin əsas və müstəqil fənn kimi tədrisi zəruridir. 

Son dövrdə bir sıra ictimai fənlərin, o cümlədən «Etika»nın dərs saatlarının kəskin surətdə azalması fənnin 

tədris proqramının tutulması zamanı böyük çətinliklər törətmiş və elmin məğzini mövcud saatlara uyğunlaşdırmaq 

zərurətini yaratmışdır. Fundamental elm olan «Etika»ya saatların «xəsisliklə» verilməsi onun bir çox maraqlı 

mövzularının proqramdan kənarda qalmasına səbəb olmuşdur. Proqramda yalnız ixtisar edilməsi heç cür mümkün 

olmayan aşağıdakı mövzular qala bilmişdir: «Etika fəlsəfi elmdir», «Əxlaqın mahiyyəti və  əsas funksiyaları», 

«Əxlaqi  şüur», «Əxlaqi fəaliyyət», «Etikanın  əsas kateqoriyaları», «Əxlaq və ictimai şüurun digər formaları», 

«Peşə etikası», «Etikanın inkişafında əsas mərhələlər», «Azərbaycanda etik fikir tarixindən» və s. Təəssüf ki, əxlaqi 

sərvətlər və ideallar, şəxsiyyətin fərdi keyfiyyətləri, varlığının və ünsiyyətinin xarakteri, onun mənəvi siması, 

məhəbbət, ailə  və nikah, əxlaq tərbiyəsi və s. ilə  əlaqədar məsələlər saatların azlığı  səbəbindən proqramda, o 

cümlədən dərslikdə öz əksini tapa bilməmişdir.  

Göründüyü kimi, dərsliyin mövzu partiturasının tərtibi zamanı  əsasən klassik ənənələrə üstünlük 

verilmişdir. Bunun əsas səbəbi doğma dilimizdə bu ənənələrin mütərəqqi tərəflərini özündə  əks etdirən dərsliyin 

olmamasıdır. Həmin  ənənələrin qorunub saxlanmasının zəruriliyi ideyasını  əsas götürərək, gələcək işimizdə 

«ənənə» ilə yanaşı, «novatorluq» prinsipinə də riayət etməyə çalışacağıq.  

Dərsliyin tərtibi zamanı mənə dəyərli məsləhətlər verən bütün insanlara öz minnətdarlığımı bildirirəm. 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 



 

 

6



 

 

 

I FƏSİL 

ETİK FİKİR VƏ ONUN TƏKAMÜLÜNÜN  

ƏSAS MƏRHƏLƏLƏRİ 

 

1.1. ETİKA FƏLSƏFİ ELMDİR 

 

Fəlsəfi elmlər sistemində mühüm yer tutan etika insan idrakının  ən qədim sahələrindən olan əxlaq 

haqqında elmdir.  

Hələ ibtidai dövrdə insanların müəyyən adət-ənənələr, qaydalar, qadağalar və s. formada mövcud olan 

münasibətləri zaman keçdikcə mürəkkəbləşir, yeni məzmun kəsb edirdi. Bu münasibətlər ibtidai insanların dünya 

haqqında təsəvvürlərini təşkil edən totemizm, animizm, fetişizm və magiyanın təsiri altında dəyişirdi. Həyat 

fəaliyyəti prosesində inkişaf edən bu təsəvvürlər əsatir fəlsəfəsinin formalaşmasını təmin etdi.  

İlk sinifli cəmiyyətdə insanların şüuru xeyli irəliləyərək əsatiri yaratsa da, Qədim dövrə xas olan mifoloji 

dünyagörüş  hələ yalnız «fəlsəfənin kandarına» çatmaqda idi. Bununla belə, sinkretik (bölünməmiş) mifoloji 

dünyagörüş dünya haqqında tam təsəvvür yaradan, dünyanı bütöv, küll halında öyrənən fəlsəfi dünyagörüşün sələfi 

oldu. Sinkretik mifoloji dünyagörüş insanların siyasi, hüquqi, dini, elmi, fəlsəfi,  əxlaqi, estetik və s. görüşlərini 

vəhdətdə əks etdirirdi.  

Tam fəlsəfi dünyagörüş isə  məhz antik quldarlıq dövründə formalaşdı. Qədim Hindistan və Çində  əsası 

qoyulmuş müxtəlif fəlsəfi sistemlər məhz antik dövrdə bitkin nəzəriyyə və məktəblər şəklinə düşərək sürətlə inkişaf 

etməyə başladı.  

Mifoloji dünyagörüşün fəlsəfi dünyagörüşə keçə bilməsinin  əsas səbəbi fəlsəfənin «əsas məsələsinin» 

konkretləşməsi oldu. Dünyanın necə yaranması, insanın ölümü, həyatı  və s. kimi suallar insanları  hələ  qədim 

dövrdən maraqlandırsa da, o zaman onlar bu problemlərə sırf mifoloji aspektdən yanaşır, bunları fəlsəfi cəhətdən 

nə ümumiləşdirə, nə də dərk edə bilirdilər. Bu problemlərə fəlsəfi münasibətin bəslənməsi bütün dünyada demək 

olar ki, eyni vaxtda – təxminən e.ə. I minilliyin ortalarında (b.e.ə.VII  əsrdə) baş verdi. Məhz bu dövrdə 

Hindistanda, Çində fəlsəfi məktəblər yarandı və tezliklə bu dalğa antik dövrü bürüdü. Müxtəlif fəlsəfi suallarla dolu 

olan «Avesta» da məhz bu zaman kəsiyində meydana gəldi. Beləliklə, fəlsəfənin əsas məsələsinin 2 tərəfini təşkil 

edən «dünya nədən yaranıb» və «dünyanı dərk etmək mümkündürmü» sualları konkretləşərək fəlsəfi dünyagörüşün 

təməlini qoydu. Bu dövrə  fəlsəfə tarixində K.Yaspersin sözü ilə «məhvər xətti» və ya «ox xətti» deyilir. Sanki 

Tanrı insan idrakında sıçrayış etmək məqsədilə dünyanın hər yerində eyni zamanda «ağıllı başlar» yaratdı. Bu 

başlar cəmiyyəti irəliyə aparmalı və bəşəriyyəti Allahın ona bəxş etdiyi maddi və mənəvi sərvətlərə yiyələnməyə 

nail olmaq yollarını göstərməli idi. Bu yollar ictimai təcrübə,  əmək və mövcud elmlərin nailiyyətlərinə 

yiyələnməkdən keçirdi. Əsasən fundamental təbiət elmlərinin rüşeymləri mövcud olan Qədim dövrdə  fəlsəfənin 

«əsas məsələsinin» 1-ci tərəfinə - «dünya nədən yaranıb» probleminə istinad edilsə də, sonrakı mərhələ olan Antik 

dövrdə bu problemin həmçinin ikinci tərəfi – yəni «dünyanı dərk etmək mümkündürmü» sualı da filosofların diqqət 

mərkəzində oldu. 

Antik dövrün ilk fəlsəfi məktəbi olan Milet məktəbinin nümayəndələri – Fales, Anaksimandr, Anaksimen 

(e.ə. VII əsr), sonrakı dövrdə pifaqorçular (e.ə.VI  əsr), daha sonra Heraklit, Demokrit, Empedokl və b. əsasən 

obyekt-subyekt (yəni dünya-insan) münasibətləri ilə  məşğul olur, dünyada baş verən bütün hadisələri kosmosla 

əlaqələndirirdilər. Bugünkü mənasından daha geniş olan «antik kosmos» anlayışına kosmosla yanaşı təbiət, hətta 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə