Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə3/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   38

 

 

7



insan aid idi. Yalnız təbiəti təhlil etməklə məşğul olan filosoflar üçün kosmos ön planda, insan isə arxa planda idi. 

Dünyaya bu cür yanaşma sonradan «kosmologizm» adlandırıldı. Bu hal e.ə. V əsrədək davam etdi.  

Dünyanın mahiyyətini anlamağa çalışan filosoflar fəlsəfənin  ənənəvi problemləri olan «dünya necə 

yaranıb», «dünyanı dərk etmək mümkündürmü», «dünyanı dərk etmək yolları hansılardır» və s. ilə yanaşı, «insanın 

dünyada mövqeyi», «insanın həyatı», «cəmiyyətdə fəaliyyəti», «ictimai mahiyyəti», «birgəyaşayış normaları» kimi 

həyat  əhəmiyyətli suallara da cavab axtarmağa başladılar. Artıq filosoflar yalnız obyekt-subyekt (təbiət-insan) 

münasibətləri ilə deyil, həm də subyekt-subyekt (insan-insan) münasibətləri ilə də maraqlanırdılar. Bu problemin 

sürətli inkişafı e.ə. V əsrdən, Sokratın dövründən başladı. «Kosmologizm» (dünya əhəmiyyətli problemləri 

kosmosa istinadən izah etməyə çalışmaq) «antropologizmlə» (antropologiya – insan haqqında elmdir, bu 

nəzəriyyəyə görə artıq kosmos arxa plana, insan ön plana keçir) əvəz edildi. İlk dəfə olaraq Sokrat fəlsəfənin 

səmtini «göylərdən yerə» endirdi. «Əxlaq nəzəriyyəsi» haqqında təlim yaradan Sokratın fikrincə idrakın  əsas 

məqsədi özünüdərketmədir. Sokratın məşhur «öz özünü dərk et, onda insanları və allahları da dərk edərsən» ifadəsi 

müasir fəlsəfə  və psixologiya üçün də aktual olaraq qalırdı. Sokratın işlətdiyi «allahları» ifadəsi «politeist» 

ideologiyanın hökm sürdüyü dövr üçün xarakterik olsa da, biz Sokratın yazılı əsəri olmadığını nəzərə alıb, bu dahi 

filosofun həmin sözü cəm deyil, tək halda, yəni «Allahı» kimi işlətməsi ehtimalını da istisna etmirik. Beləliklə, 

insan, onun taleyi, həyatdakı mövqeyi, idrakı, özünüdərketməsi fəlsəfədə mühüm yer tutdu.  

İnsanlar arasında müxtəlif ictimai münasibətlərin formalaşması, məsələn, xeyirxahlıq, qarşılıqlı hörmət, 

əməyə tələbat, bəşəriyyətə xidmət etmək istəyi, dərin və incə hisslər və s. sosial münasibətlər sistemində mühüm 

yer tutan və əxlaqi münasibətləri öyrənən «Etika»nın da fəlsəfənin tərkibinə daxil olan digər elmlər kimi inkişaf 

edərək müstəqil elmə çevrilməsinə  səbəb oldu. Fəlsəfi dünyagörüşə daxil olan, yəni dünyanı  fəlsəfi cəhətdən 

dərketmə vasitəsi olan təbiət elmləri, məsələn, riyaziyyat, zoologiya və s. inkişaf edib fəlsəfədən ayrıldıqdan və 

müstəqillik əldə etdikdən sonra daha fəlsəfi elm sayılmadığı halda, etika, estetika, dinşünaslıq və s. kimi ictimai 

elmlər fəlsəfədən ayrıldıqdan sonra da fəlsəfi elm olaraq qalır. Çünki bu ayrılma həmin elmlərin fəlsəfi xarakter 

daşımasına mane olmur. Onların bir-biri və  fəlsəfə ilə  həm dünyagörüş, həm də mifoloji bağlılığı  əvvəlki kimi 

mövcuddur. 

Əxlaq haqqında elm olan «Etika» fəlsəfənin insan həyatının praktik məsələləri ilə daha çox bağlı olan 

sahəsidir. O, insanın gerçəkliyə  əxlaqi münasibətlərinin qanunauyğunluqlarını, cəmiyyətin  əxlaqi  şüurunun 

strukturunu, insanların  əxlaqi təcrübəsini,  əxlaqi görüşlərini, insan əməllərinin məqsədini, insanın rəftarını idarə 

edən motivləri, onların mənəvi qiymətləndirilməsinin obyektiv meyarını aydınlaşdırır. Etika «insanın davranışı 

necə olmalıdır», «insan hansı  mənəvi keyfiyyətə malik olmalıdır», «hansı normaları  rəhbər tutmalıdır» kimi 

suallara cavab verməyə çalışır.  

Əxlaq nəzəriyyəsi olan «Etika» xeyir, şər, ədalət, borc kimi kateqoriyaların münasibətini təhlil edir, mənəvi 

hisslər, emosiyalar, vərdişlər, adət və ənənələri nəzərdən keçirir. «Etika» insanın sirlərinə, onun digər insanlarla və 

bütün dünya ilə münasibətlərinə, insan varlığının ən dərin problemlərinə müraciət edir. Beləliklə, «Etika» əxlaqa və 

əxlaqi dəyərlərə aid hər nə varsa, hamısını öyrənir. Lakin «Etika» nə əxlaqı, nə onun prinsip və normalarını, nə də 

yeni davranış qaydalarını yaratmır, o yalnız bunların mənbəyini və  mənşəyini tədqiq edir, insanın davranışı ilə 

əlaqədar əxlaqi qiymətləndirmənin xarakter və mahiyyətini öyrənir, bunları ümumiləşdirir və sistemləşdirir, əxlaq 

nəzəriyyələrini formalaşdırır. «Etika» yalnız bu və ya digər hallarda necə hərəkət etmək lazım olduğunu öyrədən 

normativ elm yox, həm də mürəkkəb və ziddiyyətli  əxlaqi münasibətlərin və  əxlaqın təbiətini öyrənən nəzəri 

təlimdir. Aristotel «Nikomax etikası»nda (3, I kitab, I fəsil) yazır ki, «Etika»nın əsas məqsədi bilik yox, əməldir. 

Digər fəlsəfi elmlər kimi «Etika» da anlayış və kateqoriyalar sistemindən istifadə edir ki, bunlar vasitəsilə 

gerçəkliyin ayrı-ayrı detalları, tərəfləri deyil, gerçəklik bütövlükdə  əks etdirilir. Məsələn, «həqiqəti danışmaq 

xeyirxahlıqdır» mühakiməsi bütün adamlara və  cəmiyyətə aid ola bilər. «Etika» özünəməxsus,  ənənəvi 

kateqoriyalar olan xeyir və  şər,  ədalət və s. ilə  bərabər, həmçinin  əxlaqi  şuür,  əxlaqi fəaliyyət, norma, məqsəd, 

münasibət və s. kimi universal anlayışlardan da istifadə edir.  

Əxlaqdan bəhs edən «Etika» yunanca «ethos» (tələffüzdə etos kimi də  işlətmək olar) sözündən olub, 

etimoloji mənası adət,  ənənə, xarakter, vərdiş, davranış, temperament deməkdir.  Əvvəllər isə, məsələn, Homerin 

«İliada»  əsərində bu söz yurd, birgəyaşayış  məskəni mənasını verirdi. Antik fəlsəfədə o, hər hansı fiziki və ya 

sosial hadisəni bildirərək, terminoloji mənada işlənirdi. Məsələn, Empedokl ilkin ünsür etosu, Heraklit insan etosu 

haqqında danışırdı.  



Etosun mənşəyi belə bir müşahidənin nəticəsi olmuşdur ki, insanların adətləri və xarakterləri 

birgəyaşayışda formalaşır. 

«Etikanın» həm termin, həm də ayrıca elm kimi yaranması Aristotielin adı ilə bağlı olsa da, bu prosesin 

formalaşması çox-çox əvvəllərə aiddir. İbtidai dövrün dini təsəvvürləri,  əsatirlər, nağıllar, atalar sözləri, zərb-

məsəllər insanın təbiətə münasibətini, insanın dünyadakı mövqeyini, insanlar arasındakı münasibətləri 

özünəməxsus şəkildə dərk etmək və əks etdirmək üçün ilk təşəbbüs idi. E.ə. I minilliyin ortalarında cəmiyyətdə baş 

verən qlobal siyasi dəyişikliklər, qəbilə-icma münasibətlərinin, köhnə adət-ənənələrin sıxışdırılması, dövlətin 

möhkəmlənməsi və hakimiyyəti öz əlinə alması yeni baxışların, idealların və insanlar arasındakı yeni 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə