Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə38/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   30   31   32   33   34   35   36   37   38

 

 

64



Siyasət. Siniflər arasındakı münasibətlərin, onların hakimiyyət uğrundakı mübarizəsinin ön plana 

çəkilməsi. Diqqət mərkəzinə siyasi məqsədəuyğunluğun, sinfi maraqların qoyulması.  Əxlaqın sinfi maraqları 

özünəməxsus şəkildə əks etdirməsi. 

Hüquq – dövlətin başlıca tərkib hissəsi kimi. Hüququn yaranmasının  şüurlu xarakter daşıması  və dövlət 

tərəfindən əsaslandırılması. Hüququn da, əxlaqın da cəmiyyətdə insanların davranışını tənzimləməsi. Hər ikisinin 

hakim sinfə xidmət etməsi. Hüquq normalarının adətən yazılı olub məcburi, əxlaq normalarının isə şifahi şəkildə 

mövcud olub könüllü xarakter daşıması.  

Elm və  əxlaqın zahirən müxtəlif ictimai şüur formaları olmasına baxmayaraq onların bir-birini 

tamamlaması. Elmin nəzəri təfəkkürə  əsaslanmasına,  əxlaqın isə gündəlik ailə-məişət problemləri ilə  əlaqədar 

olmasına baxmayaraq onların bir-birinə  təsiri.  Əxlaq prinsiplərinin elmi cəhətdən  əsaslandırılması. Alimin öz 

fəaliyyətində əxlaq prinsiplərinə riayət etməsi. Bəşəriyyətin məhvinə səbəb ola biləcək elmi kəşfi etməzdən əvvəl 

alimin öz vətəndaşlıq borcu haqqında düşünməsi.  

İncəsənət - əxlaqa  ən yaxın ictimai şüur forması kimi. Əxlaq problemlərinin incəsənətdə mühüm yer 

tutması. Etiklik və estetikliyin vəhdəti - incəsənətin və  əxlaqın  əsası kimi. Etikadakı xeyir və  şər problemləri 

incəsənətdə bədii şəkildə həll edilərək gözəllik və eybəcərlik kimi qiymət alması. İncəsənətin tərbiyəvi funksiyası. 

Bəzi sənət əsərlərinin əxlaqa mənfi təsiri.  

Din - ictimai şüurun ən qədim forması kimi. Dünya dinlərinin hər birinin əxlaqla bağlı olması. Bütün dini 

sistemlərdə əxlaq prinsipləri, normaları, qaydaları haqqında kifayət qədər informasiya olması. Bütün dini kitabların 

tarix və mədəniyyət abidəsi olması.  

 

 



 

 

 

 

VII MÖVZU: ƏXLAQİ ŞÜUR 

 

Əxlaqi  şüur və  əxlaqi praktika - əxlaqın  əsas sahələri kimi. Bəzi mütəxəssislərin üçüncü sahəni – əxlaqi 



münasibətləri də ayırması. Lakin əksər tədqiqatçıların hər iki elementi – əxlaqi praktika və  əxlaqi münasibətləri 

vəhdətdə  nəzərdən keçirməsi.  Əxlaqi  şüurun insan həyatının  əhəmiyyətli tərəflərini - insanların bir-birinə, 

cəmiyyətə, dünyaya münasibətlərini  əks etdirən norma, adət,  ənənə, dəb, baxış, ideya, emosiya, hiss və 

təsəvvürlərdən ibarət olması. Bunların xeyir, şər, borc, vicdan, şərəf, ləyaqət, xoşbəxtlik, ədalət və s. anlayışlarla 

ifadə olunması. "Fəzilət" və "qəbahət". "Fəzilətə" müsbət  əxlaqi keyfiyyətlərin – əməksevərlik, təvazökarlıq, 

nəzakətlilik, xeyirxahlıq, səmimilik, vicdanlılıq, düzlük, cəsarət, mərdlik və s.-nin, "qəbahətə" isə  mənfi  əxlaqi 

keyfiyyətlərin - xainlik, namərdlik, paxıllıq, vəfasızlıq, kobudluq, qorxaqlıq, cəsarətsizlik, ikiüzlülük, riyakarlıq və 

s.-nin aid olması.  

Fərdi və ictimai əxlaqi şüur. Fərdi əxlaqi şüurun tərkib hissələri: ağıl, hisslər, iradə. İctimai əxlaqi şüurun 

strukturunun gündəlik əxlaqi şüur və nəzəri əxlaqi şüurdan ibarət olması.  

 

 

 



VIII MÖVZU: ƏXLAQİ FƏALİYYYƏT 

 

İctimai şüurun digər formaları kimi – siyasət, hüquq, elm, din və s. kimi əxlaqın da yalnız şüur formasında 



deyil, həm də insanın davranışının, praktik fəaliyyətinin bir növü kimi mövcud olması.  Əxlaq insanın hər cür 

fəaliyyətinin mühüm tərəfi kimi. İctimai  şüurun digər formalarında olduğu kimi əxlaqi  şüurun da insanların 

gündəlik hərəkətlərində, rəftarında, onun praktik həyatında reallaşması. Bunun əxlaqi münasibətlərlə sıx bağlılığı. 

Əxlaqi münasibətlərə milli, dini və s. amillərin təsir göstərməsi. Bunun bəzi adətlərin yaranmasına təsir göstərməsi. 

Məs. alman dəqiqliyi, şərq qonaqpərvərliyi və s.  

Əxlaqi fəaliyyət və ya davranışın əxlaqi praktikaya aid olması. Hərəkət – onun vahidi kimi. Hərəkətlərin 2 

cür olması:  əməliyyat və  əməl.  Əməliyyatın neytral, əməlin "etik" hərəkət olması.  Əməlin yalnız hərəkətlə yox, 

həm də hərəkətsizliklə, sükunətlə, susmaqla, passivliklə, laqeydliklə də yarana bilməsi. Əməlin törədilməsinin onun 

şəxsiyyətindən – cinsindən, yaşından, ictimai vəziyyətindən, xasiyyətindən və s. asılılığı.  Əməlin tərifə  və ya 

mühakiməyə, müsbət və ya mənfi münasibətə səbəb olan hərəkət olması.  

Əxlaqi fəaliyyət və davranış - əməllərin, adətlərin,  əxlaqi münasibətlərin məcmusu kimi. Cəmiyyətdə 

mənəvi iqlimin yaranmasında və mənəvi sərvətlərin formalaşmasında əxlaqi davranışın rolu.  

 

 



 

 

65



 

 

 



 

III BÖLMƏ 

IX MÖVZU: "ETİKANIN ƏSAS KATEQORİYALARI" 

 

Etikanın digər elmlər kimi kateqorial apparata malik olması.  Əxlaq kateqoriyaları  əxlaqın strukturunu 



müəyyən edən,  əxlaqi münasibətlərin və  əxlaqi  şüurun mühüm tərəflərini  əks etdirən  ən ümumi anlayışlar kimi. 

Bütün  əxlaq kateqoriyalarının  əxlaq prinsipləri  əsasında inkişaf etməsi. Xeyir və  şər, borc və vicdan, şərəf və 

ləyaqət, xoşbəxtlik və həyatın mənası – etikanın əsas kateqoriyaları kimi.  

Xeyir və  şər – gerçəkliyin müsbət və  mənfi tərəflərini göstərən  əbədi problemlər kimi. İnsanların bütün 

fəaliyyətinin xeyir və  şər anlayışları prizmasından qiymətləndirilməsi. Xeyir anlayışı vasitəsilə insanların 

maraqlarının, arzularının bildirilməsi.  Şər – xeyirin antipodu, mənfi etik kateqoriya, mənəviyyatsızlığın, 

mühakiməyə səbəb ola biləcək və əxlaqa zidd hərəkətlərin, bütün mənfi keyfiyyətlərin ümumi xarakteristikası kimi.  

Borc və vicdan kateqoriyalarının etikada mühüm yer tutması. Bu anlayışların insanların daxili 

tələbatlarından irəli gəlməsi. Onların fitri və ya tərbiyə edilə bilən olması haqqında mübahisələr. Bu anlayışların 

bəzən xoşbəxtliyə qarşı qoyulması. Utancaqlıq hissi. Vicdan əzabı, peşimançılıq, günah hissi – utancaqlığın 

formaları kimi.  

Şərəf və  ləyaqət – insanın cəmiyyətə  və özünə qarşı olan münasibətləri kimi. Şərəfin insanların ictimai 

vəziyyəti və əxlaqi xidmətləri ilə əlaqədar olması. "Ailə şərəfi", "komandanın şərəfi" və s. anlayışlar. Duellər – orta 

əsr zadəganlarının  şərəf kodeksinin tərkib hissəsi kimi. Şöhrətpərəstliyin  şərəfə zidd olub, xırda hisslərdən irəli 

gəlməsi. Ləyaqət – digər adamlardan öz hüquqlarının qorunması, özünə qarşı hörmət tələb edilməsi kimi. Şəxsi 

ləyaqət. 

Xoşbəxtlik – insan mənəviyyatının dərinlikləri ilə əlaqədar anlayış kimi. Xoşbəxtliyin müxtəlif mənalarda 

başa düşülməsi: tale, həzz, bəxti gətirmə, mühüm bir şeyə malik olmaq və s. Bütün hallarda xoşbəxtliyə güclü, 

gərgin və müsbət həyəcan kimi, yüksək dərəcədə qaneolunma kimi baxılması. Xoşbəxtliyin subyektivliyi, 

qısaömürlülüyü. Bununla əlaqədar xoşbəxtlik anının çaxan şimşəyə bənzədilməsi. Xoşbəxtlik məqamında insanın 

gerçəkliyi başqa gözlə qavraması. Müxtəlif əxlaqlı adamların xoşbəxtliyi arasındakı fərq. Xoşbəxtlik üçün obyektiv 

və sübyektiv şəraitin olması. Təbii fəlakət, müharibə, qorxulu epidemiya, ədalətsizlik və s. xoşbəxtliyə mane ola 

bilən obyektiv səbəblər kimi. Fərdin səhhəti, temperament tipi, xarici görkəmi və s. –nin də bu qəbildən olması. 

İnsanın məşğuliyyəti, maraqları, daxili əhval-ruhiyyəsi, müxtəlif hadisələrə münasibəti – xoşbəxtliyin subyektiv 

amilləri kimi.  

Həyatın mənasının sosial və şəxsi amilləri. Yaxın adamların itirilməsi, şəxsi həyatdakı kəskin dəyişikliklər 

və s. – şəxsi amillər kimi. Həyatın mənasının konkret hadisələrlə də əlaqələndirilməsi. Həyatın mənası və həyatın 

məqsədi anlayışları.  

 

 

 



 

IV BÖLMƏ 

X MÖVZU: "PEŞƏ ETİKASI" 

 

İnsanların mənəvi həyatının rəngarəng olması. Bəzi fəaliyyət növlərində  mənəvi prinsiplərin həyata 



keçirilməsinin mürəkkəbliyi və xüsusi gərginlik tələb edilməsi. Peşə etikasının bu qəbildən olması. Məsələn, 

rəhbərin, müəllimin, hüquqşünasın, din xadiminin, həkimin mənəviyyatının özünəməxsusluğu.  

Qədim dövrdən indiyədək təbabətdə olan etik normaların müasirliyi. Evtanaziya.  

Müəllimin davranışı və mənəvi keyfiyyətləri ilə əlaqədar Qədim Yunanıstanda mövcud olan qaydalar: öz 

fənnini bilmək, uşaqları sevmək, dərsi aydın başa sala bilmək, hərəkətlərini ciddi nəzarətdə saxlamığı bacarmaq və 

s. Müasir dövrdə müəllimin fəaliyyətinin çətinləşməsi. Müəllimə qarşı olan tələbatın artması. Pedaqoji fəaliyyətin 

çətinliyi. 

Peşə mənəviyyatı və onu öyrənən peşə etikası – mənəvi mədəniyyətin əsas komponenti kimi. Peşə borcu, 

peşə şərəfi, peşə ləyaqəti, peşə ədaləti, peşə nəzakəti – peşə etikasının əsas anlayışları kimi. Humanizm, optimizm – 

peşə etikasının əsas prinsipləri kimi. 

 

 

 

 



 

 

66



ETİKA FƏNNİNDƏN  YOXLAMA SUALLARI: 

 

I Bölməyə aid: 



 

1. «Etika» sözünün etimologiyası 

2. Sokrataqədərki fəlsəfi fikir və insan problemi 

3.»Kosmologizm» və «Antropologizm» anlayışları 

4.Fəlsəfədə «insan» probleminin ön plana çəkilməsi 

5. «Obyekt-subyekt» münasibətləri 

6. Etika əxlaq haqqında elmdir 

7. Etika fəlsəfi elmlər sistemində 

8.Fəlsəfi dünyagörüş – mifoloji dünyagörüşün tərkib hissəsi kimi 

9.Mifoloji dünyagörüşün digər tərkib hissələri 

10.Mifoloji dünyagörüş – sinkretik dünyagörüş kimi. 

11.Fəlsəfi dünyagörüş – sinkretik dünyagörüş kimi 

12.Fəlsəfi dünyagörüşün mifoloji dünyagörüşün tərkibindən ayrılması üçün mövcud olan şərait 

13.Fəlsəfənin «əsas məsələsi» 

14.Fəlsəfənin «əsas məsələsinin» birinci tərəfi 

15.Fəlsəfənin «əsas məsələsinin» ikinci tərəfi 

16.K.Yaspersin «məhvər xəti» konsepsiyası  

17. İbtidai və quldarlıq dövründə etik problemlər 

18. Qədim Hindistanda etik nəzəriyyələr 

19. Vedant etikası 

20. Yoq – fəlsəfi-etik konsepsiyası 

21. Caynizm etikası 

22. Buddizm dini-fəlsəfi-etik təlimi 

23. Lokayata etik sistemi 

24.Qədim Çində etik fikir 

25. «Dəyişikliklər kitabı» («İ tzin») çin fəlsəfəsi üçün yeganə istinad mənbəyi kimi 

26. Daosizm cərəyanının etik görüşləri  

27.  Konfutsiçilik cərəyanının etik görüşləri 

28. Konfutsinin «Lun yuy» («Kəlmələr və söhbətlər») əsəri 

29. Moizm, qanunçular və materialist etika 

30. Əxlaq problemləri ilə məşğul olan antik filosoflar  

31. Demokritin etik görüşləri 

32. Sokratın etik görüşləri 

33. Platonun etik görüşləri  

34. Platonun etika problemlərindən bəhs edən əsərləri 

35.Aristotelin «Etika» elminin inkişafında rolu 

36.Aristotelin «Etika»ya aid əsərləri 

37.Aristotelin «Etika»dan bəhs edən digər əsərləri 

38. «Nikomax etikası» əsərinin müəlifi 

39. «Evdem etikası» əsərinin müəllifi 

40. «Böyük etika» əsərinin müəllifi 

41. «Politika» əsərinin müəllifi 

42. «Ritorika» əsərinin müəllifi 

43. «Metafizika» əsərinin müəllifi 

44. «Dövlət» əsərinin müəllifi 

45. «Qanunlar» əsərinin müəllifi 

46. «Ziyafət» əsərinin müəllifi 

47. «Siyasət» əsərinin müəllifi  

48. «İkinci analitika» əsərinin  müəllifi  

49. Kiniklərin (Diogen və b.) və Kirenaiklərin (Aristip və b.) etikası 

50. Antik fəlsəfədə «hedonizm» problemi 

51. Antik fəlsəfədə «evdemonizm» problemi 

52. Stoisizm etikası 

53. Epikurun etik görüşləri 

54. Etikanın müstəqil elmə çevrilməsi hansı filosofun adı         ilə bağlıdır? 



 

 

67



55. Etikanın inkişafında Roma mərhələsi 

56. «Mos», «moralis», «mores» sözlərinin mənası 

57. Siseron və etika 

58. «Etika» sözünün tarixinin  Roma variantı  

59. «Moralis» sözünün etimologiyası 

60. Abelyar, Spinoza və Qartmanın «Etikaya» aid əsərləri. 

61. Orta əsrlərdə etik fikir 

62. Yeni dövrdə etik fikir (İ.Kant, Hegel və b.) 

63. Azərbaycanda etik fikir 

64. «Avesta»da etik problemlər 

65. N.Gəncəvinin etik görüşləri.  

66. N.Tusinin etik görüşləri 

67. M.Füzulinin etik görüşləri 

68. İslam etikası 

69. «Quran» universal əxlaq kodeksidir 

70. Azərbaycan ədəbiyyatında etik problemlər qalereyası  

 

 

II Bölməyə aid: 



 

71. Əxlaqi münasibətlərin ictimai münasibətlər sistemində yeri 

72. Əxlaq – ictimai şüur forması kimi 

73. Əxlaqın digər ictimai şüur formaları ilə əlaqəsi 

74.. İnsan fəaliyyətinin bütün sahələrində əxlaqın rolu 

75. Əxlaq -  insanın bütün hərəkətlərinin tənzimləyicisi kimi 

76. İnsan həyatının müxtəlif sahələrində əxlaqla yanaşı mövcud olan digər tənzimləyicilər 

77.Əxlaqın əsas sosial funksiyaları 

78. Tərbiyəvi funksiya -  əxlaqın əsas funksiyası kimi 

79. Digər ictimai şüur formalarının (incəsənət, din və s.) tərbiyəvi funksiyası 

80. Əxlaqın idraki funksiyası 

81. Digər ictimai şüur formalarının (incəsənət, elm, din və s.) idraki funksiyası 

82. Əxlaqın dünyagörüş funksiyası 

83. Digər ictimai şüur formalarının dünyagörüş funksiyası (din, fəlsəfə və s.) 

84. Əxlaqın qiymətləndirici funksiyası 

85. Əxlaqın tənzimləyici funksiyası 

86. İnsanın dünyagörüşünün onun əxlaqına təsiri 

87. İnsanın əxlaqının ünsiyyət prosesində üzə çıxması 

88. Əxlaqi şüur 

89. Fərdi əxlaqi şüur və onun tərkib hissələri 

90. İctimai əxlaqi şüur və onun tərkib hissələri 

91. Ağıl – fərdi əxlaqi şüur elementi kimi 

92. Hisslər – fərdi əxlaqi şüur elementi kimi 

93. İradə – fərdi əxlaqi şüur elementi kimi 

94. Gündəlik əxlaqi şüur 

95. Nəzəri əxlaqi şüur 

96. Etika -  nəzəri əxlaqi şüurun metodoloji əsası kimi 

97. «Fəzilət» və «qəbahət» anlayışları 

98. İnsanın müsbət keyfiyyətləri -  fəzilət kimi 

99. İnsanın mənfi keyfiyyətləri – qəbahət kimi 

100. Əxlaqi praktika (fəaliyyət) 

101. İctimai şüurun digər formaları kimi əxlaqın da yalnız şüur kimi deyil, praktik fəaliyyət kimi də 

mövcud olması 

102. Əxlaqi şüurun isnanların rəftarında, hərəkətlərində, fəaliyyətində reallaşması 

103. Əxlaqi münasibətlərə mili, dini və s.amillərin  təsiri 

104. Adətlərin əxlaqi münasibətlər prosesində yaranması 

105. Davranış – əxlaqi fəaliyyətin (praktikanın) tərkib hissəsi kimi 

107. Hərəkət -  əxlaqi davranışın vahidi kimi 

108 Hərəkətin əməl və əməliyyat kimi növləri 



 

 

68



109. Əməliyyat -  neytral hərəkət kimi 

110.Əməl – etik hərəkət kimi 

111. Əməlin sükunət və hərəkət kimi formaları 

112. Müsbət və mənfi əməllər 

           113. Əməlin törədilməsində cins, yaş, xasiyyət, ictimai vəziyyət və s. amillərin təsiri 

114. Əxlaq və siyasət 

115. Əxlaq və hüquq 

116. Əxlaq və din 

117. Əxlaq və elm  

118. Alimin vətəndaşlıq borcu 

119. Əxlaq və incəsənət 

120. İncəsənətdə əxlaqi-etik problemlərin tərənnümü 

 

 

III Bölməyə aid: 



 

121. Etikanın əsas kateqoriyaları 

122. «Xeyir» kateqoriyası 

123. «Şər» kateqoriyası 

124. «Borc» kateqoriyası 

125. «Vicdan» kateqoriyası 

126. «Şərəf» kateqoriyası 

127. «Ləyaqət» kateqoriyası 

128. «Xoşbəxtlik» kateqoriyası 

129. «Həyatın mənası» kateqoriyası 

130. Xeyirin modifikasiyaları 

           131. Xeyirxahlıq – insanın müsbət mənəvi keyfiyyətlərinin xarakteristikası kimi 

           132. Fəzilətlərin fitri, yaxud sonradan qazanılan olması barədə fikirlər 

  

133. Şər -  insanın mənfi keyfiyyətlərinin xüsusiyyəti kimi 



           134. Borc və vicdanın xoşbəxtliyə qarşı qoyulması 

           135. Kriminal aləmdə borc anlamı 

           136. Orta əsrlərin şərəf kodeksində deullərin yeri 

           137. Xoşbəxtliyə mane olan obyektiv və subyektiv səbəblər 

             138. Xoşbəxtliyin insanın əxlaqi keyfiyyətləri ilə əlaqəsi 

             139. Xoşbəxtliyin xüsusiyyətləri (nisbiliyi, qısaömürlülüyü, subyektivliyi və s.) 

             140. Həyatın mənası və həyatın məqsədi 

               

 

            



          IV Bölməyə aid: 

 

          141. Tətbiqi etika nə vaxt yaranıb 



          142. İ.Kant – tətbiqi etikanın ilk nümayəndəsi kimi («təcrübi zəka» əxlaqi idrak və davranışın sinonimi kimi) 

           143. Müasir dövrdə tətbiqi etikanın əhatə dairəsi (bioetika, ekoetika, biznes etikası, pedaqoji etika, hüquqi 

etika, siyasi etika, parlament etikası, incəsənət etikası, hərbi etika, senzura etikası, kompüter etikası) və onların 

problemləri (klonlaşdırma, gen mühəndisliyi,  əvəzedici analıq, atılmışlar,  şpionaj, ölüm hökmü, robot əməyi, 

evtanaziya, abort, insan orqanlarının transplantasiyası və s.) 

          144. Peşə etikası problemləri 

          145. Hüquqi etika 

          146. Pedaqoji etika 

          147. Tibbi etika  

          148. Evtanaziya problemi 

          149. Səhnə etikası 

          150. Müxtəlif dövrlərdə yaradıcılıq etikası problemləri (məsələn, K.Stanislavskinin «Etika» əsərində artistlik 

etikası, prof. Timuçin Əfəndiyevin «Azərbaycan dramaturgiyasında metodlar» əsərində yaradıcılıq etikası və teatr 

barədə və s.). 

            

            



 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə