Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə6/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   38

 

 

11



Konfutsiçilik. Bu cərəyan 3 adamın adı ilə bağlıdır: Kun-tzı, yəni Konfutsi (e.ə.552-478) təlimin banisi 

olub, onun əsas müddəalarını «Lun-yuy» – «Kəlmələr və söhbətlər»  əsərində  şərh edib; Man-tzı (e.ə.372-289) – 

təlimi sistemləşdirib; Syun-tzı (e.ə.313-238) Man-tzı ilə əks mövqedə dayanırdı. Konfutsi təliminin əsas anlayışı və 

etik qanunu – adətən insanpərvərlik kimi tərcümə edilən «jen»dir. «Lun-yuy»da bu anlayışın rəngarəng 

interpretasiyaları verilir. Jen həm də cəmiyyətdə və ailədə insanlar arasındakı münasibətləri müəyyən edən əxlaq 

prinsipidir. Jenlə bağlı olan syao – valideynlərə  və böyüklərə hörmət; li – mərasim, ritual; tzyun-tzı isə  əxlaq 

nümunəsi olan sadiq, ədalətli, nəzakətli ər deməkdir.  

Moizm. Mo-tzı (Mo Di, e.ə.470-400) Konfutsinin etik-siyasi konsepsiyası ilə rəqabət aparır və hətta e.ə. IV–

III əsrlərdə onu üstələyirdi. Şər – konkretdir, onun daşıyıcısı isə varlılardır.  

Qanunçular (Fa-tzyun). Bu məktəb «leqistlər» və  ya  «fa»  da  adlandırılır. Ölkənin idarə olunması 

konfutsiçilərin dediyi kimi mərasimlər, ənənələr, rituallarla deyil, qanunlar əsasında olmalıdır. Qanun imperatordan 

da yüksəkdə dayanır. Qanun qarşısında hamı bərabərdir. Cəmiyyətin həyatı üçün əxlaq yox, qanunlar əsas idi.  

Materialist etika (Yan Çju və Van Çun). Yan Çjuya görə əgər fəzilətlər xoşbəxtliyə, sakit və sevincli həyata 

xidmət etmirsə, onda nəinki neytral deyil, hətta ziyandır. Van Çun hesab edir ki, xeyirxah adamlar öz təbiətlərinə 

görə belədirlər. Pis adamları isə tərbiyə etmək və yaxşılıq etməyə həvəsləndirmək olar. İnsanın fəaliyyətdə olması 

onu həm əxlaqlı, həm də əxlaqsız edə bilər. Van Çun konfutsiçilik və Qədim Çin dinlərini tənqid edir, səma, ruhlar 

və qurbanvermə haqqında dini təlimlərdən imtina edirdi.  

 

 



 

 

12



1.3. ANTİK DÖVRDƏ ETİK FİKİR 

 

Qədim Yunanıstan. Həm ibtidai, həm də qədim dövrün əxlaq problemləri nəinki mifologiya, epos, poeziya 



və dramaturgiyada, həmçinin antik mütəfəkkirlərin ilk fəlsəfi konsepsiyalarında öz əksini tapdı. E.ə. VII əsrdə 

mövcud olan və ilk fəlsəfi məktəb sayılan Milet məktəbinin nümayəndələrinin (Fales, Anaksimandr, Anaksimen) 

sadəlövh materializmi və Efesli Heraklitin dialektikası mifoloji ənənələri inkar etdi.  

E.ə. IV–III əsrlərdə Afina fəlsəfi mərkəz oldu. Bu, əvvəlcə digər pólislərdən (şəhər–dövlətlər) olan 

sofistlərin (məsələn, Abderdən Protaqor, Leontindən Qorgi, Keosdan Prodik, Eleydən Gippi) və onlarla daim 

mübahisə edən Sokratın, sonra isə Platonun Akademiyasının və Aristotelin Likeyinin fəaliyyəti nəticəsində baş 

verdi.  Sokratın söhbətləri, Demokrit və sofistlərin təlimləri ilə yanaşı kirenaiklər (Sokratın  şagirdi Aristipp), 

kiniklər (Qorgi və Sokratın  şagirdi Antisfen), stoiklər (Kitiondan olan Zenon), skeptiklər (Karneaddan olan 

Arkesilay) məktəbləri də yarandı. Bunlarla mübarizədə Epikur özünün materializmə yaxın optimist konsepsiyasını 

yaratdı. E.ə. II əsrdə Yunanıstan Romanın  əyalətinə çevriləndən sonra Qədim Yunan fəlsəfəsi tənəzzülə  uğradı. 

Onun son mərhələsi III-IV əsrlərdə neoplatonizmin (Plotin, Porfiri, Prokl) çiçəklənməsi dövrünə  təsadüf edir. 

Qədim Yunan etikasının ən maraqlı dövrü e.ə. V-III əsrlər Demokrit və Sokratdan başlamış Epikura qədərdir. Məhz 

bu vaxt mənəviyyat barədə ellin təlimlərinin bütün xüsusiyyətləri daha parlaq və müəyyən edilmiş şəkildə təzahür 

edir.  


Demokrit (e.ə. 460–370) yunanlar içərisində ilk ensiklopedik düha idi. O, öz təlimində etika, məntiq, 

siyasəti birləşdirmişdi. Demokritə görə 2 cür qanun var idi: təbiət qanunları  və insanlar tərəfindən 

müəyyənləşdirilmiş qanunlar. Birincinin pozulması  məhvə  səbəb olur. İkinciyə riayət etmədikdə isə insan hətta 

cəzasız da qala bilər. Demokrit hesab edir ki, xeyri olmayan həzzdən imtina etmək lazımdır. Xeyir və  şər nə 

təbiətdə olur, nə də irsən keçir. İnsanlar tərbiyə vasitəsilə düzgün davranış seçir və xeyirlə şəri dərk edə bilirlər. 

(62, səh.145). Xoşbəxtlik nə sürüyə malik olmaqda, nə  qızılda, nə qüvvədə, nə  də puldadır.  İnsanı xoşbəxt edən 

düzlük və müdriklikdir (62, səh.146). Demokritin etikasında ailə münasibətləri, tərbiyə problemləri, vətəndaşlara, 

dostlara, qohumlara münasibət geniş yer tutur. O, bunu çox vaxt aforizmlər vasitəsilə şərh edir. Demokritin əxlaq 

prinsipləri evdemonizmlə (insanların tələbatlarının tədricən ödənilməsi) müəyyən olunur. Bu təlimə görə hər  şey 

qədərincə olmalıdır: nə az, nə  də çox (yenə orada). Demokritin əxlaqi mövqeyi həmçinin rasionalizm (ən ali 

fəzilətin müdriklik, əxlaqi davranışın meyarının isə  ağıl olması) və utilitarizmdir (xeyir, gərəkli olandır,  şər isə 

zərərli olandır).  

Sokrat (e.ə.469-399)  şüurlu surətdə «böyük diakosmosun tədqiqindən imtina edir və diqqətini «kiçik 

diakosmos», yəni insan üzərində  cəmləyir. O hesab edir ki, insanlara praktik cəhətdən xeyri olmayan şeyləri 

öyrənmək  əbəsdir.  Əgər insanlar ulduzlarda heç bir dəyişiklik edə bilməyəcəksə, onu öyrənməyin nə  mənası? 

Tədqiqat real dəyişikliklərlə  nəticələnməlidir.  İnsan öz hökmünə tabe olan, dəyişdirilməsi və 

mükəmməlləşdirilməsi mümkün olan obyektləri tədqiq etməlidir. Belə obyekt insanın özüdür: özünü dərk et ki

dəyişə biləsən (62, səh.154). İdrakın sonsuzluğunu söyləyən Sokrat tez-tez təkrar edirdi: «Bircə onu bilirəm ki, heç 

nə bilmirəm» (62, səh.155). Xeyirxah olmaq üçün bilikli olmaq lazımdır. Xeyirin əsil mahiyyətini anlayan insan 

heç vaxt pislik etməz (101, səh.33). Fəzilətlər elm və  təhsillə  əldə edildiyi üçün əxlaqın mahiyyəti intellektual 

inkişafdır (102, səh.17). 

Platon (e.ə. 427-347) etikasının əsasını ideyalar və ruh haqqında təlim təşkil edir. Mənəvi keyfiyyətlərin, 

yəni fəzilətlərin fitri olduğunu söyləyən filosof hesab edir ki, düzgün tərbiyə bunları nizama salır, yanlış tərbiyə isə 

insanın «qabında olanları» ya məhv edir, ya da təhrif edir. Əxlaqın təməli, mənəviyyat nümunəsi Allahdır. «Allah 

hər şeyin meyarıdır» (84, t.3, kn.2, s.190). Xeyir ideyası Platon etikasında mühüm yer tutur ki, bu da əbədi olan 

ideyalar aləmində Allahın müntəzəm nəzarəti altında mövcuddur. Yer üzündə olan xeyirin bütün növləri ali «xeyir 

ideyasının» yalnız surəti ola bilər ki, bu da 3 anlayışın vəhdətindən ibarətdir: ölçü, gözəllik, həqiqət. İnsanın buna 

can atması əxlaqi davranış nümunəsidir. Beləliklə, Platon hesab edirdi ki, insanın əxlaqı Allahın tabeliyindədir. Bu 

dünyada ali xeyir ideyası 4 fəzilətlə  əlaqədardır: 1) müdriklik; 2) mərdlik; 3) tədbirlilik; 4) ədalət. Sonuncu, yəni 

ədalət  əvvəlkilərin harmonik uzlaşmasıdır ki, bu da insanın bədənində müvəqqəti sığınacaq tapmış «ideyalar 

aləminin» nümayəndəsi olan ruhun hissələrinə uyğun gəlir 1) ağıl; 2) iradə; 3) hissiyat. Müdriklik ağıla, mərdlik 

iradəyə, tədbirlilik hissiyata uyğun fəzilətdir. Platon «Dövlət» əsərində dövrünün ictimai təbəqələrinin mövqeyinə 

uyğun  əxlaq qaydalarının təsnifatını verir: müdriklər – cəmiyyəti idarə edən filosoflar, qəhrəmanlar – vətənin 

keşiyində duranlardır. Ya gərək cəmiyyətin üzvləri filosoflar səviyyəsinə yüksəlsin, ya da gərək cəmiyyəti 

filosoflar idarə etsin. Platon bu fikirdə idi ki, ali əxlaqa, yəni müdriklik və mərdliyə yalnız əslən aristokrat olanlar 

malikdirlər. Demosun (xalqın)  əxlaqı isə tabeçilik və ya özbaşınalıqla bağlıdır ki, bu da onu mövcud qanun-

qaydaya qarşı mübarizəyə ruhlandırır. Platon qulları ümumiyyətlə insan hesab etmir və güman edirdi ki, onlar 

mənəvi həyata qadir deyillər. Buna görə  də diqqət mərkəzində ola bilməzlər. Platonun etik fikirlərinə «Fedon», 

«Sokratın tərifi», «Qanunlar», «Dövlət», «Ziyafət», «Teatet», «Protaqor» və s. əsərlərində rast gəlirik.  

Platon fəlsəfəsinin və etikasının həm tərəfdarları, həm də rəqibləri var idi. Onu qəbul etməyənlər sırasında 

e.ə. IV əsrdə qədim yunan filosofu Antisfen tərəfindən əsası qoyulmuş kiniklər məktəbi də var idi. Onlar Platonun 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə