Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə7/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   2   3   4   5   6   7   8   9   10   ...   38

 

 

13



xoşbəxtlik haqqında təsəvvürlərini abstrakt və qeyri-mümkün hesab edir və hər bir insanın fərdi xoşbəxtliyini buna 

qarşı qoyurdular. Antisfen həzz almaq hissini rədd edirdi: «Həzz almaqdansa, dəli olmaq yaxşıdır».  İnsan təbii 

halda olsa yaxşıdır. Nə varlılar olmalıdır, nə  də kasıblar (101, səh.35). Bu məktəbin digər nümayəndəsi Sinoplu 

Diogendir. O harada gəldi, hətta çəlləkdə yaşayır, primitiv geyinir, yabanı qida yeyir və yalnız su içirdi. O, 

insanları mənəvi azadlığa və cəmiyyətdən asılı olmamağa çağırırdı. Makedoniyalı İskəndər bir dəfə görüş zamanı 

ondan nə istədiyini soruşduqda o belə cavab verib: «Burdan çəkil və işığın qabağını kəsmə». Maddi nemətlər və 

insanın həzz almağa olan təbii arzuları onu korlayır. Var-dövlətdən, həzz almaqdan, ictimai təltiflərdən imtina 

etmək və bunları  qınamaq, öz mənəvi aləminin dərinliklərinə baş vurmaq qabiliyyəti insanın  ən ali fəzilətidir. 

Beləliklə, kiniklərin təlimi – hedonizmin neqativ formasıdır.  

Kirenaiklər hesab edirdilər ki, duyğular xoşagələn və xoşagəlməyən olur. Xoşagəlməyən duyğular  əzab 

gətirdiyi üçün şər, xoşagələn duyğular isə  həzz yaratdığı üçün xeyirdir. Aristipə görə xoşbəxtlik ləzzət və zövq 

hissidir. Kirenaiklərin etikası hedonizmlə bağlıdır (hedone – latınca həzz, zövq deməkdir). Aristip insanın həyatının 

məqsədini həzz almaqda görür. Onun fikrincə insan 3 növ psixi vəziyyətə düşə bilər: 1) həzz; 2) iztirab; 3) neytral.  

Stoisizm (yunanca portik – «binaya yapışıq sütunlu eyvan» sözündən olub, stoiklərin yığıldığı yeri bildirir) 

e.ə. IV əsrdə Kitionlu Zenon (e.ə.336-264) tərəfindən yaradılıb. Stoiklərin fikrincə, insan müdrik və əxlaqlı olmaq 

üçün daim özünü tərbiyə etməlidir. Buna görə də fəzilət həzzlə deyil, kamilləşmə ilə  əlaqədardır. Yalnız insanın 

mənəvi kamilliyi ətrafdakı  mənəviyyatsızlığa müqavimət göstərə bilər. Mənəviyyatın zirvəsi ehtiraslara etinasız 

olmaqdır, çünki hiss və ehtiraslara, hətta xoşniyyətli hiss və ehtiraslara tabe olmaq zəiflik  əlamətidir.  Əsl 

xoşbəxtliyin həzzlə  əlaqəsi yoxdur, var-dövlət,  şöhrət və digər nemətlərin səbəbi taledir. Mədəniyyətin zirvəsi 

insanın onsuz da dəyişə bilməyəcəyi hadisələrə mane olmamaqdır. Stoisizmin son, Roma dövrü – Seneka, Epiktet, 

Mark Avrelinin adları ilə bağlıdır. Onların fikrincə insan daim öz borcunu yerinə yetirməlidir.  Əxlaqın  əsas 

anlayışları borc, xeyir, şər və s. daimi tələblər olub, insanın taleyi ilə  əlaqədardır. Borcu yerinə yetirmək özü 

xoşbəxtlikdir.  

Epikur (e.ə. 341-270) etikanı  fəlsəfənin  əsas sahəsi hesab edirdi. Onun fikrincə, etika Yer üzündə insan 

xoşbəxtliyinə nail olmaq haqqında təlimdir. Xoşbəxtlik  əzab və  həyəcandan uzaq olan daha möhkəm və 

uzunmüddətli hissdir. Həyatın məqsədi və ən ali neməti bədənin sağlamlığı, qəlbin rahatlığı, mənəviyyatın meyarı 

isə hisslərdir.  Əxlaqın çıxış nöqtəsi xoşbəxtlikdir. Hedonizm kimi evdemonizm (latınca «xoşbəxtlik») də  qədim 

yunan etikasında mühüm yer tutur ki, bu da daha çox Epikur yaradıcılığında inkişaf tapıb. Xoşbəxtliyə çatmaq təbii 

cəhddir. Xoşbəxt həyatın əvvəli və axırı həzzdir. Həzz insanın ilk fitri nemətidir. Bu müddəa Epikuru hedonistlərlə 

yaxınlaşdırır. Əsl xoşbəxt həyat – həyəcan və iztirabsız həyatdır. Ona biliklə və əxlaq normalarına riayət etməklə 

çatmaq olar. Əlbəttə, heç də həmişə dərd və iztirabdan yaxa qurtarmaq mümkün deyil, hər bir həzzdə iztirab da 

olur. Həzz 2 növ olur: 1) qida, yaşayış yeri, geyim və sairədən alınan maddi, fiziki həzz; 2) bilik və dostluqdan 

alınan mənəvi həzz. Bunlar ağılla seçilməlidir. Xəstəlik və iztirab gətirən fiziki həzzdən qaçmaq, sadə  və xeyirli 

həzzə can atmaq lazımdır. Bəzi müəlliflər, məsələn, V.Q.İvanov antik etikanın zirvəsində Aristoteli deyil, məhz 

Epikuru görür (62, səh.189).  

Aristotel (e.ə.384-322) nəzəri problemlərin həllində öz dövrünü qabaqlayaraq e.ə. IV əsrədək mövcud olan 

bir sıra elm sahələrini ümumiləşdirir. Qədim dövrün etik fikir tarixində və onun inkişafında müstəsna rol oynayan 

dahi filosof etika elminin məsələlərini sistemləşdirir. İlk dəfə olaraq Aristotel etikanı elmi-fəlsəfi biliklər sisteminə 

daxil edərək onu ruh haqqında elm olan psixologiya və dövlət haqqında elm olan politikanın ortasında yerləşdirir. 

Aristotel etikanı öz ictimai-siyasi baxışlarına uyğun işləyərək hesab edir ki, etika siyasət və iqtisadiyyatla çox 

bağlıdır. «Nikomax etikası» Aristotelin əxlaq problemlərini daha dərindən ifadə etdiyi nəzəri traktatdır. Burada 

Aristotel etikanı predmeti əxlaq olan cəmiyyət haqqında elmin bir növü, tətbiqi və praktik elm kimi nəzərdən 

keçirir.  Əsərdə Aristotel oğluna düzgün davranışla  əlaqədar öyüd-nəsihət verir. Əgər Demokritin etik təlimi 

aforizmlərə  əsaslanırdısa, Platon öz fikirlərini dialoq formasında, Aristotel isə monoloq formasında ifadə edirdi. 

Bədiilikdən və gündəlik məişət düşüncələrindən uzaq olan «Nikomax etikası»  əsəri  əsl elmi əsər kimi 

qiymətləndirilir. Aristotelin fikrincə,  əxlaqi sistem yaratmaq üçün əvvəlcə müəyyənləşdirmək lazımdır ki, nemət 

nədir, ikincisi, insan bu nemətləri qazana bilərmi (burada hərəkətin qiymətləndirilməsi və iradə azadlığı 

problemləri qoyulur), üçüncüsü, nemətə çatmaq üçün hansı yolla getmək lazımdır (fəzilət, onun mahiyyəti və 

tərbiyə imkanları problemi) və dördüncüsü, insan cəhdlərinin daha layiqli məqsədi olan ali nemətlər nədir.  Əsər 

nemətlər, fəzilətlər, iradə azadlığı haqqında təlimlərdən ibarətdir. Traktat mənəvi ideal haqqında mühakimə ilə bitir 

ki, bunu da hamı başa düşmür. Aristotel fəzilətlərin fitri deyil, sonradan qazanılan keyfiyyət olduğunu söyləyir. 

Aristotel özünün ruh haqqında təliminə uyğun olaraq fəzilətlərin təsnifatını verir. Fəzilətlərin spesifikasını 

müəyyənləşdirən Aristotel psixologiyaya müraciət edir. Mənəvi fəzilətlər ruhun hansısa vəziyyəti deyil və insana 

təbiət tərəfindən verilməyib, təbiət yalnız fəzilətli olmaq üçün şərait yaradır. Bütün əxlaqi fəzilətlər insanın 

fəaliyyəti zamanı  həyata keçir. Bunlara – ədalət, dostluq, məhəbbət, mərdlik, mötədillik,  əliaçıqlıq, sülhsevərlik, 

xoşxasiyyətlilik və s. aiddir. Bütün bunlar həm də ictimaidir. Fəzilətlər fitri olmadığı üçün Aristotel onların tərbiyə 

olunmasına xüsusi fikir verirdi. Özü də yalnız uşaqlar deyil, bütün vətəndaşlar, hətta insanın emosional qavrama 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə