Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə8/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

 

 

14



qabiliyyəti və hissləri də tərbiyə edilə bilər. Aristotel etikasında mühüm yer tutan ədalət digər insanlara münasibət 

zamanı fəzilətə çevrilir.  



Roma  fəlsəfəsi kimi etik fikri də yunan mədənyyətinin təsiri altında olduğunu büruzə verir. Əgər 

ədəbiyyatın, xüsusən də poeziyanın təsiri e.ə. III-II əsrlərdə bilindisə, fəlsəfənin inkişafına e.ə. 155-ci ildə Romada 

açılmış Afina səfirliyi təkan verdi. Onun fəaliyyətində stoiklərdən Diogen, Akademiyanın başçısı skeptik Karnead 

və peripatetik Kritolay iştirak edirdi. İlk Roma filosofu sayılan Siseron fəlsəfi biliklərin yayılmasına çalışaraq 

etikada stoisizmə meyl edir. Parlaq üsluba malik olmasına baxmayaraq, etikası heç bir orijinallığı ilə fərqlənmədiyi 

üçün Siseronun etik baxışları əks olunmuş əsərlərinin yalnız adlarını çəkməklə kifayətlənək: «Tuskulan söhbətləri», 

«Ali nemət və şər haqqında», «Borc haqqında».  

Epikurun davamçısı Lukretsi Kar (e.ə. 199-44) «Şeylərin təbiəti haqqında» poemasında Epikurun etika və 

naturfəlsəfəsinə yenidən qayıdır.  

Ən varlı romalı olan Seneka (e.ə. 4/5-65) siyasi xadim, yazıçı, filosof-moralist (əxlaqa aid əsərlər yazan 

yazıçı) idi. İlk növbədə əxlaq müəllimi kimi tanınan Senekanın şeirləri, pyesləri və pamfletləri içərisində «Qəzəb 

haqqında», «Mərhəmət haqqında», «Xoşbəxt həyat haqqında» və s. traktatları, «Lusiliyə  məktubları» vardır ki, 

bunlarda müəllifin etik təlimi daha çox özünü büruzə verir. 

Antoninlər sülaləsinin imperatoru, roma stoisizminin son nümayəndəsi Mark Avreli əxlaq müəllimi olmağa 

çalışmasa da, filosofluq edərək qısa qeydlər yazırdı ki, bunlar da onun ölümündən sonra işıq üzü gördü. «Özümə 

qarşı düşüncələr» adlı intim gündəliyində müəllif həyat, onun yaranması, insanın mövqeyi barədə fikirlər 

yürüdürdü.  

Ümumiyyətlə, antik etika hedonizm mövqeyində dayanaraq hesab edir ki, insanın fəaliyyətinin məqsədi 

xeyir və  mənfəət  əldə etmək, həzz almaq və xoşbəxtliyə çatmaqdır, lakin bununla belə, insan öz kefinin əsiri 

olmamalıdır, hər şeydə ölçü gözləməlidir.  



 


 

 

15



1.4. ORTA ƏSRLƏRDƏ VƏ YENİ DÖVRDƏ ETİK FİKİR 

Orta srlərdə istər  Şərqdə, istərsə  də  Qərbdə, yəni Avropa ölkələrində etik fikir dini ideologiya 

çərçivəsində inkişaf edirdi. Kökləri eranın  əvvəllərində  Şərqin mistiklərindən başlayan dini-etik təlimlərin və 

xristianlığın ideya mənbələrindən biri stoiklərin fəlsəfəsi oldu. Məsələn, İskəndəriyyəli Filon (təxm. e.ə. 25 – təxm. 

e.ə. 40) Bibliyanı və yunan mifologiyasını şərh edərək dini etikanı ehtiyatla təbliğ edirdi. Onun fikrincə, heç olmasa 

bir gün yaşayan insan artıq günahsız deyil. İnsanların mənəvi həyatının əsas vəzifəsi Allahı təqlid etməkdir. Dinə 

tabe edilən əxlaq teoloji xarakter daşıyırdı. İlk yarandığı vaxtlar xristian əxlaqı əsasən demokratik və proqressiv idi. 

Xristian etikasının  ən böyük nailiyyətlərindən biri bütün insanların Allah qarşısında bərabər olması ideyasının 

tərənnümü oldu. Dini əxlaqın ali prinsiplərinə adam öldürməyin və pozğunluğun (zina etməyin) qadağan olunması 

da daxil idi. Lakin əfsus ki, özlərini xristian adlandıranlar əksər hallarda nəinki buna əməl etmirdilər, hətta bunun 

əksini edirdilər. Məsələn, səlib yürüşlərində, inkvizisiya tonqallarında nə  qədər adam həlak olmuşdu. Vatikan 

ilahiyyatçıları Hitler və Mussolininin ənənələrinə xeyir-dua verirdilər. Din xadimlərinin pozğunluğu isə 

Bokkaççonun «Dekameron» əsərində gözəl təsvir edilmişdir. Roma papalarının əxlaqsızlığı da Vatikanın keçmiş 

işçisi Pavel Karmanskinin əsərində göstərilib (101, səh.49). 

Yeni dövrün qabaqcıl mütəfəkkirləri antik dövrün mütərəqqi  ənənələrini davam etdirərək dini-asketik 

ideyalara qarşı çıxır, insanların xoşbəxt olmaq hüquqlarını və bərabərliyini təbliğ edirdilər. Onların fikrincə, əxlaq 

müstəqil sahə olmalı, dindən asılı vəziyyətə düşməməlidir. İnsanlar mənəvi zənginliyə kilsənin köməyi olmadan da 

çata bilərlər. Əxlaq kilsə boyunduruğundan xilas olmalıdır. Etika ilahiyyatdan ayrılıb fəlsəfənin müstəqil sahəsinə 

çevrilməlidir. Belə istiqamət götürənlər içərisində italyan Cordano Bruno (1548-1600), fransız Rene Dekart (1596-

1650), holland Benedikt Spinoza (1632-1677), ingilislər – Tomas Hobbs (1588-1679), Con Lokk (1632-1704) və b. 

var idi. Spinoza hətta «Etika» adlı kitab da yazıb. XVIII əsrin Avropa maarifçiləri, o cümlədən, fransız materialist-

filosofları da, məsələn, D. Didro, (1713-1784), J. O. Lametri (1709-1751), K. A. Helvetsi (1715-1771), P.A.Holbax 

(1723-1789) etik fikir tarixində özünəməxsus iz buraxmışlar. Onlar əxlaq məsələlərini elmi səviyyəyə qaldıraraq 

insanın davranışını onun təbii halı ilə  əlaqələndirirdilərsə, alman klassik fəlsəfəsinin nümayəndələri olan İ. Kant 

(1724-1804) və G. Hegel etikanı həyatdan ayırmağa çalışırdılar. Kantın etika sahəsində tarixi xidmətlərindən biri 

borc problemi ilə  əlaqədardır. Borc problemi Kantın etikasında mərkəzi yer tutur. G. Hegelə (1770-1831) görə 

əxlaq insan təbiətinə yad olmasa da, ona əvvəldən xas olan xüsusiyyət də deyil. İnsan doğularkən nə xeyirxah, nə 

də  bədxah olur. Bu xüsusiyyətlər nəyinsə  nəticəsində  əldə edilir. Hər bir insanın müəyyən məqsədi olur. Əsas 

məqsəd isə  sərvətə çatmaqdır. Hegel üçün əsas  əxlaq kateqoriyaları borc, xeyir və vicdandır.  Əxlaq yalnız 

cəmiyyətdə mövcud ola bilər. Hegelin əsas etik fikirləri «Ruhun fenomenologiyası» və «Hüquq fəlsəfəsi» 

əsərlərində öz əksini tapmışdır. Hegel fəlsəfəsi üçlük üzərində qurulub: 1) tezis; 2) antitezis; 3) sintez. Hegel 

mənəviyyatı «obyektiv ruhun» mərhələlərinə aid edir. Mənəviyyat obyektiv ruhun hərəkətinin məhsuludur. Burada 

ruh triada pillələri ilə inkişaf edir: 1) hüquq; 2) əxlaq; 3) mənəviyyat. Hüquq tezis olub, azadlıqdan uzaq olan xarici 

zərurətə tabedir. Əxlaq antitezis olub subyektiv şüurdur, fərdin vicdanıdır. Mənəviyyat sintez olub, əsil azadlıqdır, 

hüquq və  əxlaqın, zərurət və subyektiv iradənin qovuşmasıdır. O, ictimai həyatda gerçəkləşir ki, Hegel burada 

mənəviyyatın inkişafının üç formasını – ailə, vətəndaş  cəmiyyəti və dövləti ayırır. Hegel bu ictimai formalara 

istinad edərək, etikanı fərdin dövlət qarşısındakı konkret vəzifələrinin məcmusuna çevirir.  

XX  əsrdə etika artıq  əxlaq haqqında müəyyən biliklər sisteminə çevrilib ki, bu da özünəməxsus elmi-

kateqorial aparata malikdir. Tarixi inkişafın müxtəlif mərhələlərində etika müəyyən problemlərin həlli yollarını və 

bəzi spesifik sualların cavabını axtarmağa çalışmışdır. Belə problemlərə əxlaqi fəzilətlər, əxlaq normaları, insanın 

davranış qaydaları, bunlarla əlaqədar tələblər və s., haqqında danışılan spesifik suallara isə «xeyir və şər nədir?», 

«insanın mənəvi borcu nədir?», «insan özünü necə aparmalıdır?» və s. aiddir. Bu problemlərlə normativ etika 

məşğul olur.  

 

 



 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə