Şahhüseynova sevinc asiF qızı


AZƏRBAYCANDA ETİK FİKİR TARİXİNDƏN



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə9/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   5   6   7   8   9   10   11   12   ...   38

 

 

16



1.5. AZƏRBAYCANDA ETİK FİKİR TARİXİNDƏN 

 

Dünya mifoloji və  fəlsəfi fikir tarixi insanın mənəvi həyatı ilə bağlı nümunələrlə  zəngindir. Belə 



nümunələrdən biri «Avesta»dır.  Şərq xalqlarının və ümumiyyətlə Dünya xalqlarının fikir tarixində görkəmli yer 

tutan Zərdüştilik və onun nəzəri təcəssümü olan «Avesta» dualist zəmində inkişaf tapmışdı. Dini-fəlsəfi doktrina 

olmaqla yanaşı, Zərdüştilik etik ideyalarla da zəngindir. O, insanların həyat tərzini, davranışını  əks etdirərək 

insanları bir-birinə hörmət etməyə, qardaşlıq münasibətləri bəsləməyə, xeyirxah olmağa,  şər qüvvələrə qarşı 

mübarizə aparmağa səsləyir. Zərdüşt inamına görə bütün varlıq 2 əks qüvvənin mübarizəsi üzərində qurulub: 

1) işıq; 2) zülmət. Bütün şəxsiyyət idealı 3 amilin vəhdətindən yaranıb: 1) xeyirxah niyyət; 2) xeyirxah söz və ya 

fikir; 3) xeyirxah əməl. 

Uzun əsrlik tarixə və zəngin ənənələrə malik olan Azərbaycan xalqının etik mədəniyyəti və onun ayrı-ayrı 

problemləri xüsusi tədqiqat obyekti olduğundan, onun bəzi maraqlı məqamları üzərində dayanmağa çalışaq.  

Ərazisində ibtidai insan məskənləri, mağaralar,  şəhər xarabalıqları, qaya təsvirləri, istehkamlar, silahlar

əmək alətləri, gil qablar, bəzək  əşyaları  və s. tapılan Azərbaycan çoxəsrlik tarixə malik qədim mədəniyyət 

ölkəsidir.  

Arxeoloji tədqiqatlar nəticəsində  əldə edilmiş müxtəlif materiallardan məlum olur ki, hətta qədimlərdə 

Azərbaycanda zəhmətkeş insana, şəxsiyyətə hörmət, insanpərvərlik, kollektivçilik hissi geniş  təbliğ edilmişdir. 

Müəyyən mədəni abidələrimizdə, mədəniyyət nümunələrində insanlar əməksevərliklərinə görə təriflənir, onların öz 

peşəsi sahəsindəki məharəti, mənəvi qüdrəti təsvir edilir (26, s.21).  

Azərbaycan maddi mədəniyyət nümunələri ilə yanaşı, mənəvi mədəniyyət abidələri ilə  də  zəngindir. Bu 

baxımdan,  şifahi xalq ədəbiyyatımızda insanların humanist arzularını, istəklərini  əks etdirən çoxlu nağıllar, 

dastanlar və mahnılar mövcuddur. Burada zülmə, haqsızlığa qarşı nifrət, xoşbəxt gələcəyə çağırış sədaları nəzərə 

çarpır. Humanist ideyaların əsasında isə insanların dinc həyatını, əməyini qoruyan sədaqətə və dostluğa çağırışlar 

durur. Belə humanist fikirlərə əmək nəğmələrində də rast gəlirik. Əmək nəğmələri xalq yaradıcılığının ən qədim 

janrlarından olub əmək prosesində insanların zəhmətini yüngülləşdirmək məqsədilə ifa edilirdi. Bu nəğmələr 

kollektivi həvəsə  gətirir, işə  səfərbər edir, əməyin çətinliyini, ağırlığını aradan qaldırır, insanlarda xoş  əhval-

ruhiyyə yaradırdı. Burada həmçinin yoldaşlıq, qayğıkeşlik, dostluq tərənnüm edilirdi (26, s. 22).  

Şifahi xalq ədəbiyyatımızın ən maraqlı janrlarından olan Azərbaycan xalq nağılları etik fikir baxımından 

daha çox diqqəti cəlb edir. Nəinki realist səpkili məişət nağıllarında, hətta romantik səpkili sehrli nağıllarda, 

həmçinin heyvanlar haqqında olan nağıllarda da xeyir və şər, ədalət və haqsızlıq, dostluq, əməksevərlik, sədaqət, 

xəyanət, məhəbbət və s. kimi problemlərdən bəhs edilir.  

Yazılı  ədəbiyyatımız da bu baxımdan az maraq doğurmur. Məsələn, XI əsr Azərbaycan filosofu 

Bəhmənyar ibn Mərzban (?-1066) müxtəlif  əsərlərində – «Məratib  əl-mövcudat» («Mövcudatın mərtəbələri»), 

«Mabəd ət-təbiə» («Metafizika») və məktublarında humanist fikirlər söyləyərək xoşbəxtliyin xeyirxahlıq yolu ilə 

əldə edilməsini, insanın sədaqətli, əxlaqlı olmasını, insanpərvərliyini və s. problemləri və bunların ağıl və bilik yolu 

ilə əldə edilə biləcəyini ön plana çəkir. (33, s. 84).  

Nizami Gəncəvinin (1141-1209) əsərlərinin ana xəttini məzlum insan üçün səadət və  ədalət axtarışları, 

zülmə, istismara, qeyri-bərabərliyə etiraz və nifrət təşkil edir. İnsan başqasından sədəqə istəməməli, öz ləyaqətini 

alçaltmamalıdır. İnsanın ağıl və biliyi Nizami əsərlərinin baş qəhrəmanıdır. «Sirlər xəzinəsi», «İskəndərnamə» və 

digər poemalarda xeyirxahlıq idealı siyasi idealla bağlı  nəzərdən keçirilir. Dövlətin idarə edilməsində  ədalət 

prinsipi ön plana çəkilir. «İqbalnamə»də insanın səmimi olmasının vacibliyi vurğulanır, onun təbiətlə 

ayrılmazlığından danışılır. Q. Məmmədov qeyd edir ki, Nizamiyə görə «ideal cəmiyyətdə  şəxsi və ictimai 

mülkiyyəti oğrulardan, çapqınçılardan və  qənimətçilərdən qorumağa ehtiyac yoxdur. Cəmiyyət üzvləri iqtisadi 

cəhətdən təmin olunduqları  və eyni zamanda tərbiyəli,  əxlaqlı, düşüncəli adamlar olduqları üçün onlar nalayiq 

hərəkətlərlə  məşğul olmurlar. Nizami oğurluğu, hər hansı bir qəbahət və  xəyanəti cəmiyyət üçün fəlakət hesab 

edərək, ayrı-ayrı şəxslərdən tələb edirdi ki, onlar ancaq öz əmlaklarını yox, eyni zamanda başqalarının da əmlakını 

müdafiə  və mühafizə etməlidirlər. Onun fikrincə, birisi başqasının  əmlakına tamah məqsədi ilə toxunmadıqda o, 

özünü müdafiə etmiş olur. Maraqlı burasıdır ki, Nizaminin təsvir etdiyi ideal cəmiyyətdə bütün sürülər çobansız 

otlamaqla bərabər əkinlərə də ziyan vermirlər. Əkini qorumaq üçün heç bir qoruqçu da yoxdur. İdeal cəmiyyətin 

ağsaqqalları bu barədə İskəndərə deyir: əkin əkəndən altı ay sonra bir də onu biçmək üçün ora gedirik. Şair göstərir 

ki, əkin, bağ və bostanın becərilməsi mədəni cəmiyyətin ümumi səviyyəsinə müvafiq olaraq həyata keçirilməlidir. 

Nizami xəbərçilik və böhtançılığı fitnə  və  fəsadların səbəbi kimi qeyd etməklə bunları özünə peşə edən düşkün, 

amalsız adamlara həmişə nifrət etmişdir. Nizaminin fikrincə, alicənab adam heç bir əsas olmadan başqasına eyib 

tutub onun əsəblərinə toxunmaz, başqasını öz hərəkətləri ilə narahat etməz. Eyni zamanda nəzakətli və  nəcib 

adamlar söz gəzdirməklə  məşğul olub, başqasının nüfuzuna toxunmama-lıdırlar. Bu barədə ideal cəmiyyət 

adamlarının adından danışan Nizami «İqbalnamə»də yazır:  

Xəbərçilik bilməz bir nəfərimiz, 

Özgənin eybinə göz yumarıq biz. 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə