Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə1/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
  1   2   3   4   5   6   7   8   9   ...   103


SAHİB SAİLOV

Zəkanın 

gücü

(1954-2013) 

Bakı

“Araz” - 2014


Tərtibçi:

Xuraman İsmayılova

Əməkdar mədəniyyət işçisi, 

şair-publisist

Redaktor:

Əjdər Ağayev,

Pedaqoji elmlər doktoru, professor, Rusiya Pedaqoji və

Sosial Elmlər Akademiyasının akademiki

Rəyçilər: 

Ramiz Qurbanov,

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,

Neft  Akademiyasında  nəzəri  mexanika  kafed ra sının

müdiri, texnika elmləri doktoru, professor

Fəridə Məmmədova,

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,

Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor,

Azərbaycan Hava Yolları Akademiyasının kafedra müdiri,

Dövlət mükafatı laureatı

Qulam Sadıqov,

Rusiya Keyfiyyət və Davamlılıq Akademiyasının həqiqi

üzvü, N.Y. Bauman adına Moskva Texniki Universitetinin

«Raket və Kosmik Texnika» kafedra sının professoru

Sahib Sailov

Zəkanın gücü 

(1954-2013)

Bakı, «Araz» nəşriyyatı, 2014, 416 səh.

Bu müəllifin sayca 25-ci kitabıdır. Kitabda böyük yol keçən Sahib Sailov

dostlarının, xeyirxahlarının onun haqqında yazdıqları, eyni zamanda, müəllifin

görkəmli şəxsiyyətlər haqqında yazdığı xatirələr toplanmışdır. Kitab 1954-

2013-cü illəri əhatə edir. Bu kitab iki hissədən ibarətdir. I hissədə xatirələr,

düşüncələr, II hissədə baş vermiş faktiki hadisələrdən, görülən işlərdən bəhs

olunur. Kitabda Salyan, Bakı, Astara, Qasım İsmayılov (Goranboy) və Şamaxı

royonlarında işlədiyi vaxtda baş vermiş bənzərsiz hadisələr, insanlar haqqında

məlumatlar,  xatirələr,  həmin  rayonların  təsərrüfatlarında  əldə  edilmiş

nailiyyətlər və iqtisadi göstəricilər öz əksini tapmışdır.

S

4936489752

050

2014

©  “Араз”, 2014


MÜƏLLİFDƏN

Əziz oxucular, keçdiyim bu böyük yolda müxtəlif illərdə

çap  etdirdiyim  «Muğanın  övladları»  (III  cild),  «Ömrün

səhifələri»,  «Saxta  hökm,  həyat  davam  edir»,  «Keçənləri

xatırlayarkən», «Yaşadığım illər, keçdiyim yollar», «Zaman,

insan, mən və xatirələrim» (1950-2010-cu illər), «Əfsanəyə

dönmüş  ömür»(2012),  «Tanrının  qisməti»(2013)  kitabla -

rından  sonra  bu  sizinlə  növbəti  görüşümdür.  Qabaqcadan

deyə bilmərəm ki, bu görüş necə alınacaq. Ancaq çalışmışam

ki, yenə səmimi olum, xalqımıza yaxın keçmişdə baş verən

hadisələr haqqında əsl həqiqətləri söyləyim, tanıdığım tarixi

şəxsiyyətlər, bir zaman kəsiyində işlədiyim və həyatımda iz

buraxan insanları sizə tanıdım. Adlarını çəkdiyim kitablarım

işıq  üzü  görəndən  sonra,  onlar  barədə  oxucular  müxtəlif

mətbuat orqanlarında xeyli sayda rəylərini bildirmişlər. Bu

kitabda həmin rəylər də olduğu kimi öz əksini tapmışdır.

Kitabda həmçinin işlədiyim rayonlarda həyatımın bu gündən

o günə işıq tutmuş xoşbəxt və əzablı anlarını geniş təsvir

etmişəm.

Eyni zamanda, oxuyacağınız bu kitab 1954-ci ildən 2013-

cü  ilə  qədər  olan  dövrü  əhatə  edir.  Həmin  dövr  ərzində

cəmiyyətdə xalqına xidmət edən, elinin, torpağının, millətinin

qədrini bilən insanlar haqqında oxuculara kifayət qədər bilgi

verməyə çalışmışam. 

Mən bu kitabları yazarkən məsuliyyət hissimi, vicdanımın

səsini,  düzgünlüyü,  yaxşını,  pisi,  fərdi  münasibətləri,  baş



3


ucalığı gətirən bütün cəhətləri, insanların mənfi və müsbət

xüsusiyyətlərini, tarixdə öz izi olan, ad qoyub gedən şəxsiy -

yətləri nəzərə almışam. Çalışmışam ki, nurlu insanlar unudul -

masın, yaddaşlardan silinməsin.

Bu məqsədlə xatirəmdə yaşayan minlərlə insanı yenidən

xatırlamağı, onları xalqa tanıtmağı özümə borc bilmişəm.

Kitabda  yüzlərlə  insanların  fəaliyyətləri  qələmə  alınmış,

onların  müsbət  və  mənfi  cəhətləri  xarakterizə  edilmişdir.

Yaddaşımda  qalan  nadir  insanların  nəcib  xüsusiyyətləri,

cəmiyyətdəki yeri, görüşdüyüm, bilavasitə təmasda olduğum,

bir  zaman  kəsiyində  işlədiyim  şəxsiyyətlər  haqqında

fikirlərimin toplusu olan kitabda həmin insanların varlığını,

onların ictimai cəmiyyətdəki mövqeyini, elmin, mədəniy -

yətin,  iqtisadiyyatın,  xüsusilə  kənd  təsərrüfatının  bütün

sahələrini inkişaf etdirmək üçün fəlsəfi fikrin formalaşması

prosesindəki yerini müəyyən etməyə çalışmışam. İstəyirəm

ki,  bu  insanlar  yenidən  xatirələrdə  canlansın,  kitablarda

qalsın, oxunsun, yeni nəsil üçün, xüsusilə tanıyanlar üçün

yadigar qalsın. Axı, hər bir insan bu dünyaya bir gün gəldiyi

kimi, bir gün də köçür. Kitablar isə əsrlərlə qalır. Nəhayət,

çalışmışam ki, həyatın reallığı, təbiətin gözəlliyi, torpağın

min bir bərəkəti, yaşadığım 80 illik ömrün bütün fəsillərində

–  qışında,  yazında,  yayında  və  payızında  baş  verən  nadir

hadisələr bu kitabın ana xəttini təşkil edir. Mən bəşəriyyət

üçün əvəzsiz və zəngin hikmət xəzinəsi olan Qurani-Kərimin

hökmlərini oxuduğumdan, sirli-sehirli dünyanı dərk etmək -

dən ötrü onu bilməyi hər biri miz üçün vacib sayıram. 

Sahib Sailov

4



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə