Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə14/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   10   11   12   13   14   15   16   17   ...   103

təsərrüfatı kadrlarının çatışmamasına baxmayaraq, bir qrup

mütəxəssislər öz ixtisasları üzrə işləmirdilər



1

. Bakının sənaye

və başqa müəssisələrində də 330 nəfər ali və 407 nəfər orta

təhsilli kənd təsərrüfatı mütəxəssisi var idi. Keçmiş Xalq



Təsərrüfat  Şurasında  isə  476  nəfər,  Kommunal

Təsərrüfat Nazirliyində 73 nəfər, Səhiyyə Nazirliyində 31

nəfər, Mədəniyyət Nazirliyində 12 nəfər, Azərittifaqda 14

nəfər,  Ticarət  Nazirliyində  27  nəfər  ali  təhsilli  kənd

təsərrüfatı mütəxəssisi işləyirdi. Kənd təsərrüfatı institu-

tunu bitirən bir çox məzunlar öz ixtisasları üzrə işləmirdilər



2

.

Hər il kənd təsərrüfatı institutu 300 nəfərdən çox mütəxəssis



buraxır,  məzun-ların  bir  qismi  şəhərdə  qalıb  sənaye

müəssisələrində çalışırdılar. İnstitutun qiyabi şöbəsində təhsil

alanların 736 nəfəri öz ixtisası üzrə işləmirdi. Belə vəziyyətin

qarşısını  almaq  üçün  respublika  komsomol  təşkilatı

Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun rəhbərliyi

ilə birlikdə 150 nəfəri öz ixtisası üzrə işə göndərildi, 100

nəfəri  isə  institutdan  xaric  olundu;  həmçinin  Naxçıvan

vilayətində  33  nəfər,  Qusarda  8  nəfər, Astraxanbazarda  7

nəfər, Zaqatalada 16 nəfər, Qazaxda 4 nəfər, Bərdədə 11 nəfər

gənc mütəxəssis öz ixtisasları üzrə işə göndərildilər



3

.

Komsomol mexanizator kadrların hazırlanmasında da fəal



iştirak etmişdir. Təkcə 1964-1965-ci illərdə təqribən 29 min

oğlan və qız mexanizator ümumtəhsil kurslarını bitirmişdi.

Qısa müddətdə 500-ə qədər qız sürücü-mexanik sənətinə

yiyələnərək pambıqyığan maşınların sükanı arxasına keçdi.



Sahib Sailov

52

                                                      

“Sovet kəndi” qəzeti, 13 aprel, 1964-cü il, №98.

Yenə orada

3  “Sovet kəndi” qəzeti, 2 iyun, 1964-cü il.


Azərbaycanın igid qızı Sevil Qazıyevanın nəcib işi gənclə -

rimiz üçün qəhrəmanlıq nümunəsidir.

Komsomolun yetişdirmələri olan adlı-sanlı sürücü-mexa -

nik lərdən Kövsər Mehdiyevanın, Elmira Əsgərovanın, Atlas

Məmmədovanın və başqalarının adları gənclərimizin qəhrə -

manlıq rəmzidir.



Respublikamızın sosialist kəndinin gəncləri hazırda

Sov. İKP XXIII qurultayının tarixi qərarlarını həyata

keçirmək uğrunda yorulmadan mübarizə aparırdılar

1

.

***

Mən  AKMK-nin  katibi  işləyərkən  hər  il  Özbəkistanın

Daşkənd şəhərində keçirilən Gənc Təsərrüfatçıların Ümumit-

tifaq Müşavirəsinin iştirakçısı olmuşam. Həmin müşavi rə -

lərdə Özbəkistan KP MK-nin birinci katibi Şərəf Rəşidovun,

Komsomolun  birinci  katibi  Rüxsarə  Abdullayevanın  və

ölkənin digər rəhbər kadrlarının çıxışları mənim üçün örnək

olmuşdur. Mən həmin müşavirələrdə müttəfiq respublikaların

komso-mol aktivləri ilə, kosmonavtlar Yuri Qaqarin, Ger-

man Titovla Acı çöldə görüşlərim heç vaxt unudulmur. O

vaxtlar  ölkə  üzrə  pambıqçılığın  inkişafında  Özbəkistan

müstəsna  rol  oynayırdı. Acı  çöldə  –  (qolodnıy  step)  yeni

pambıq  sahələrinin  açılması,  pambıqçılıq  sovxozlarının

yaradılması,  beton  kanallar  üzərində  şuluzlar  vasitəsilə

pambığın suvarılması və aqrotexnikanın bütün cəhətlərini

Özbəkistan pambıqçıların dan öyrənmişik. O vaxtlar bir ənənə

olaraq bütün pambıqçılıq respublikaları biri-birinə sosializm



Zəkanın gücü

53

                                                      

1  Yenə orada 


yarışını yoxlamaq üçün nümayəndələr göndərirdilər. Belə

nümayən dələr  tez-tez  respublikamıza  gəlir  və  yoxlama

aparırdılar. Belə yoxlamalardan biri mən Qasım İsmayılov

rayonunda işlədiyim vaxt olmuşdu.



***

1964-cü ilin 22 avqustunda Özbəkistandan Ümumittifaq



Müşavirəsindən qayıdandan sonra müşavirənin yekunları

haqqında çıxış etmək üçün məni Radio Televiziya Komi -

təsinə  çağırdılar.  Mənimlə  müsahibəni  diktor  Natəvan

Hacıyeva aparırdı. İlk dəfə televiziya ilə çıxışım, Natəvan

Hacıyevanın bütün suallarına verdiyin tutarlı, düzgün cav-

ablar gənc pambıqçılar üçün bir nümunə oldu. 



1964-cü ilin 28 avqustunda məni MK-ə çağırdılar. Belə

məsləhət gördülər ki, artıq Siz MK-nin Aparatında işləməli -

siniz.  O  vaxt  MK-nin  Təşkilat  Şöbə  müdiri  işləyən

Məhərrəm Mehdiyev mənimlə söhbətində dedi ki, Siz ok-

tyabr-noyabr  ayında  Kürdəmir  Rayon  Partiya

Komitəsinə  birinci  katib göndəriləcəksiniz.  Mən  buna

etirazımı bildirərək dedim ki,icazə verin 2 il işləyim, sonra

hara istəsəniz göndərərsiniz. Mehdiyev cavabında dedi: –

raykomun birinci katibi getmək üçün çox adamlar zəng edib

xahiş  edirlər,  biz  onları  göndərmirik.  Sizi  göndərmək

istəyirik,  sizsə  buna  etiraz  edirsiniz.  Əlbəttə,  bu

yolverilməzdir.  Aradan  bir  ay  keçmişdi  ki,  Zaqafqaziya

bürosu ləğv edildi. Orada işləyən Qədirov Abdulla Murad

oğlu bizə şöbə müdiri təyin edildi. Mehdiyev isə Dövlət Plan

Komitəsinə müavin göndərildi. Belə ki, mən bundan istifadə



Sahib Sailov

54


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə