Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə2/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   2   3   4   5   6   7   8   9   ...   103

Aqillər deyiblər, insan ömrü bir kitaba sığmır. «Zəkanın

gücü» kitabı bu ömrün bütün çalarlarını əhatə etməsə də,

müəyyən təəssüratlar yaradacağına əminəm. Toplunun ərsəyə

gəlməsində mənə kömək edən insanlara, eyni zamanda, əlinə

qələm alıb, dərc olunmuş kitablar haqqında rəylərini və öz

xatirələrini yazan bütün insanlara və dəyərli oxucularıma

dərin minnətdarlığımı bildirirəm.

Zəkanın gücü

5



SALYAN – 1954-2013-cü illər

İlk əmək fəaliyyətimə 1954-cü ilin avqust ayında vaxtilə

orta  təhsil  aldığım  məktəbdə,  mənə  dərs  demiş  müəllim -

lərimlə bir yerdə başlamışam. İlk dərsim 8-10-cu siniflərdə

oldu. Əlbəttə, bu günlər heç vaxt yaddan çıxmır. Çünki mən

işlədiyim kollektiv vaxtilə mənə orta məktəbdə dərs deyən

müəllimlərim idi. Ona görə də mən bütün müəllimlərimə, o

cümlədən  Yunis  Zərgərliyə,  Yaqub  Həsənova,  Səfurə



Quliyevaya, Ağaməmməd Mirzəyevə, Lütvəli Əliyevə 

adlarını  çəkmədiyim  digər  müəllimlə rimin  hamısına  öz

minnətdarlığımı yetirirəm. 1954-cü ildə həyatımda baş verən

mühüm hadisələrdən biri, Məktəb Komsomol Təşkilatının

katibi  seçilməyim,  eyni  zamanda  Rayon  Komsomol

Komitəsinin ştatdan kənar birinci katibi seçilməyim gələcək

həyatım üçün böyük yüksəliş oldu. Mən birinci növbədə tarix

və coğrafiya fənnlərinin tədrisinə xüsusi fikir verirdim, bu

fənnlər  üzrə  rayon  metod  birləşmələrini  yaratmağım

müəllimlər arasında nüfuzumun qalxmasına səbəb oldu.

O vaxtlar ənənəvi olaraq, ildə iki dəfə, avqust və yanvar

aylarında müəllimlərin rayon konfransları keçirilirdi. 1956-

cı ilin avqust ayında müəllimlərin rayon konfransında et-

diyim  çıxış  rayon  partiya  təşkilatının  nəzər-diqqətindən

yayınmamışdı. Konfransdan 2 gün keçmişdi ki, məni RPK-

nin birinci katibi Məmməd Pənahovun yanına çağırdılar.

Birinci  katib  məni  qəbul  edərkən,  təkidli  tələblə:  -  Sizin

RKK-nin birinci katibi olmağınızı məsləhət bilirəm - dedi.

Beləliklə, mən RPK-nin təklifi ilə RKK-nin birinci katibi

Sahib Sailov

6



seçildim. Az  müddətdən  sonra  məni  RPK-nin  büro  üzvü

seçdilər. Mən büro üzvü seçiləndən sonra təsərrüfatın ən çətin

sahələrinə göndərildim. Pambığın becərilməsi, xüsusilə gecə

suvarılması  mühüm  məsələlərdən  biri  idi.  Təsərrüfat

rəhbərləri ilə təmasda olmağım işə məsuliyyətimi bir qədər

də  artırdı.  O  zaman  kolxoz  sədrlərindən  Sosialist  əməyi

qəhrəmanı, Ali sovetin deputatı Qüdrət Səmədov (Nizami

adına  kolxoz),  Əsəd  Əsədov (Əzizbəyov  adına  kolxoz),



Novruz  Təhməzov (Oktyabr  kolxozu),  Nuruş  Əliyev

(Şaumyan adına kolxoz), Şaban Əsədov (Yeni Muğan kol -

xozu),  Aslan  Qəhrəmanov  (Mirzə  Fətəli Axundov  adına

kolxoz),  Məcid  Məcidov (Kommunist  kolxozu)  və  digər

təsərrüfat rəhbərləri ilə ünsiyyətdə olmağım işimə müsbət

təsir göstərdi. Təsərrüfat rəhbərləri və idarə müdirləri RKK-

nin  işinə  əllərindən  gələn  köməyi  əsirgəmirdilər.  Mən

bacarıqlı,  işgüzar  təsərrüfat  rəhbərlərindən  çox  şeylər

öyrəndim. Əlbəttə, bu mənim üçün həyat məktəbi idi. Artıq

bütün  kolxozlarda  pambıqçılıq  üzrə  komsomolçu  gənclər

briqadaları yaratmağa başladıq.

O zaman ALKGİ MK-nin birinci katibi Əbdürrəhman



Vəzirov idi. 1957-ci ildə Əbdürrəhman Vəzirov rayonu-

muza gəldi. O, RKK-nin işçiləri ilə tanış oldu, birinci katibin

iş masasının siyirtmələrini çəkib hamısını yoxladı və RKK-

nin işini əks etdirən qovluqları nəzərdən keçirdi. Diqqətli

yoxlamadan  sonra  o,  RKK-nin  işinə  müsbət  münasibət

bildirdi. 

Biz onunla Mirzə Fətəli Axundov adına kolxozun Gənc

Pambıqçılıq  briqadasının  briqadiri  Məhərrəm  Quliyevin



Zəkanın gücü

7


sahələrinə  getdik.  Yol  narahat  idi,  xidməti  Zim  markalı

maşınla hərəkət etmək çox çətin idi. Lakin o təkid etdi ki,

mütləq  bu  sahəyə  baxmalıyıq.  Yolda  maşınımız  batdı,

hamımız maşından düşüb, xeyli yolu piyada getməli olduq.

O, yorulduğuna baxmayaraq heç bir şeyi büruzə vermirdi.

Nəhayət, bütün RKT-nın işindən tanış olduqdan sonra, razı

qaldı.  Ədürrəhman  Vəzirovun RKT-nın  işindən  razı

qalması  RPK-nin  Komsomol  Komitəsinə  yaxından

köməkliyi və qayğısı sayəsində idi. İşlədiyim müddət ərzində

bir çox insanlar mənim hafizəmdə indiyə qədər yaşayır. On-

lardan  Məmməd_Pənahov,_Nağı_Axundov,_Rəhim__Rəhimov,_Qəzənfər_Hümmətov,_Ağaməmməd_Mirzəyev,__Yaqub_Həsənov,_Zərgərli_Yunis,_Müzəffər_Əsədov,_Qüdrət'>Məmməd  Pənahov,  Nağı  Axundov,  Rəhim

Rəhimov, Qəzənfər Hümmətov, Ağaməmməd Mirzəyev,

Yaqub Həsənov, Zərgərli Yunis, Müzəffər Əsədov, Qüdrət

Səmədov, Nuruş Əliyev, Hümmət Lalayevi misal göstərə

bilərəm. Şəxsiyyətin rolu inkar edilməz bir faktordur. Salyan

rayonunun inkişafında RPK-si I katibləri uzun illər keçsə də

yaddaşlardan  silinmir.  Müharibə  illərindən  sonra  (1945-

1970)  Salyan  rayon  partiya  komitəsinin  birinsi  katibləri

Məmməd  Bağırovun,  Hümmət  Mustafayevin, Kazım

İsmayılovun, Məmməd Pənahovun yaddaşlarda əbədiləş -

mə sinin başlıca amili onların tələbkarlığı və saflığı, kadrlara

qayğılı münasibəti, işgüzarlıqları, xüsusilə fəhlə və kolxozçu-

lara olan hörmətidir. Bu şəxsiyyətlərin ikisi ilə, Məmməd



Pənahov,  Hümmət  Mustafayevlə işlədiyim  və  təmasda

olduğum haqda oxuyacaqsınız… 

Və  adını  çəkmədiyim  başqa  təsərrüfat  rəhbərləri  də

həyatımda mühüm rol oynamışlar. 



Sahib Sailov

8


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə