Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə4/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   2   3   4   5   6   7   8   9   ...   103

Nağı  Axundov bir  çox  yüksək  vəzifələrdə  işləmişdir.

Amma hansı yüksək vəzifə olur-olsun o öz əqidəsindən, in -

san pərvərliyindən, sadəliyindən, təvazökarlığından, vətən -

pər vər liyindən əl çəkməmişdir.

«Veteran pensiyaçı müəssisələri Respublika Birliyində»

təlimatçı vəzifəsində işləmişdir. Yenə də həmin gülərüz, sadə,

mehriban, qayğıkeş Nağı müəllim idi.

Mən 1954-cü ildə ali məktəbi bitirib işləmək üçün Sal yana

təyinatımı aldım. O dövrün ən tanınmış ziyalılarından biri

Hağı müəllim idi. O dövr üçün partiya komitəsində katib

işləmək şərəfli bir vəzifə idi.

1957-ci ildə mənim Sov.İKP-sı sırasına qəbul olunmaq

məsələm gündəliyə gələndə partiya komitəsinin təşkilat-şöbə

müdiri  İsmayıl  Səlimovla,  məktəb  partiya  təşkilat  katibi



Böyükxanım Cavadova məşğul oldu.

Nəhayət, böyük get-gəldən sonra raykomdan icazə verildi

ki,  mənim  partiyaya  qəbul  məsələmə  baxılsın.  Məni  ilk

təşkilatda partiyaya qəbul etdilər. Az vaxt keçmişdi ki, par-

tiyaya qəbul sənədlərim büronun müzakirəsinə çıxarıldı.

Açıq etiraf edim ki, o zaman müəllimin partiyaya qəbulu

az-az olurdu. Əsasən partiya təşkilatları fəhlə - kolxozçular

hesabına möhkəmləndirilirdi.

Raykomun bürosunda sənədlərim oxundu, sorğu-suallar

başladı. Bu zaman telefon zəng çaldı. Dəstəyi birinci katib



Kazım İsmayılov qaldırdı. Zəng vuran Azərb.KP MK-nin

rəhbərlərindən idi. Kazım İsmayılov danışmaq üçün arxa

otağa keçdi.

Büronun işini ikinci katib işləyən Hağı Axundov davam



Zəkanın gücü

13


etdirdi. O, ayağa qalxıb dedi: - tarix müəllimidir, məktəb

komsomol təşkilatının katibi və PKK-sinin ştatdan kənar bi -

rinci  katibidir.  Təklif  va  ki,  ilk  partiya  təşkilatının  qərarı

təsdiq edilsin. Nağı müəllimin təklifi qəbul edildi. Məni par-

tiya üzvü namizədliyinə qəbul etdilər.

Nağı  müəllim  cəsarətli  addım  atıb  öz  qayğı  və

xeyirxahlığını nümayiş etdirdi. O gündən bu böyük insan bir

şəxsiyyət kimi yaddaşıma həkk olundu.

Bu  hadisə  –  partiya  üzvü  namizədliyinə  qəbul  gələcək

yollarıma işıq saldı. Az müddətdən sonra məni PKK-nin bi -

rinci katibi seçdilər. Bu hadisə məni Nağı müəllimə bir qədər

də yaxınlaşdırdı. Biz artıq bir binada fəaliyyət göstərirdik. O,

çox intizamlı, tələbkar, həm də həlim, zarafatı sevən, unikal

bir yaddaş sahibi idi. Onun yaddaşından heç bir şey çıxmırdı.

Verdiyi tapşırığın icrasını yoxlayırdı. Az bir müddətdən sonra

məni raykomun büro üzvü seçdilər. Mən özümü birinci katib



Məmməd Pənahov, Nağı Axundov, Qüdrət Səmədov kimi

təcrübəli  büro  üzvləri  yanında  çox  təmkinli,  ölçülü-biçili

aparır,  danışıqlarıma  ciddi  fıkir  verirdim  ki,  mənə  irad

tutmasınlar.

Nağı müəllim çox uzaq görən, gələcəyi düzgün müəyyən

edən şəxsiyyət idi. O, sözün həqiqi mənasında şəxsiyyət idi.

Biz bir müddət birgə işlədikdən sonra yollarımız ayrıldı.

O, 1962-ci ildə Bərdə rayon partiya komitəsinin birinci katibi

seçildi. Mən isə Salyanla xudahafızləşib Azərb.LKGİ MK-

də işə başladım. Dörd ilə yaxın müddətdə təlimatçı, təşkilat

şöbə müdiri və MK-nin katibi işlədikdən sonra Azərb.KP

MK-sinin partiya orqanları şöbəsinə məsul təşkilatçı təsdiq



Sahib Sailov

14


etdilər.

Rəhbər partiya işinə keçəndən sonra, 18 mart 1966-cı ildə

məni Astara RPK-nə birinci katib seçdilər. Artıq o vaxtlar

Nağı Axundov tanınmış partiya işçisi kimi Puşkin (indiki

Biləsuvar)  RPK-nin  birinci  katibi  işləyirdi.  Biz  MK-nin

tədbirlərində görüşüb bir çox məsələləri müzakirə edirdik.

Bir  gün  o,  mənə  dedi:-  Bakı-Astara  yolunun  yarısı

haradadır. Dedim bilmirəm. Onda dedi ki, qulaq as, Bakı-

Astaranın  yarı  yolu  Biləsuvardı.  Bundan  sonra  Puşkində

dayanmalısan, bizə qonaq olub, sonra yolunu davam etdirər -

sən.


Beləliklə, Nağı Axundov o rayondan gedənə kimi daya -

nacağımız yer onun evi oldu. Hər dəfə ailəvi orada istirahət

edib, çay içib yolumuza davam edərdik.

Onun  qonaqpərvərliyi,  ovçuluğu,  dostluğu,  etibarlılığı,

sədaqəti onu tanıyanların hamısına məlumdu.

O, həm də zarafatcıl idi. Ən çox zarafat etdiyi «sataşdığı»



Qüdrət Səmədov, Novruz Təhməzov, Allahverdi Tağıyev,

Hümmət  Lalayev,  Ağaməmməd  Mirzəyev,  Mahmud

Məli kov və b. idi.

Birinə Aşuroviç, digərinə Anasının oğlu, dərzi Ağabala -

yeviç, digərinə Çopur Mahmud deyirdi. Heç kəs də onun

zarafatından incimirdi.

RPK-nin  geniş  büro  iclasında  pambığın  becərilməsi

məsələsi müzakirə olunurdu. Büroda Oktyabr kolxozunun

sədri Norvuz Təhməzov ciddi tənqid olundu.

Fasilə vaxtı tənəffüsə çıxmışdıq. Hamımız partiya kabine-

tinin qabağında dayanmışdıq. Nağı müəllim Novruz Təhmə -

Zəkanın gücü

15



zovun  pərt  olduğunu  görüb  ona  sataşdı.  Əynindəki  nazik

pencəyin cibini cırdı. Təhməzov bundan bərk hirslənib birinci

katibin yanına getmək istəyəndə büro üzvləri N.Təhməzovu

sakitləşdirdi. Qüdrət kişi dedi: - nə olsun mənim dədəm Aşura

gündə on dəfə zarafat edir, buraxın getsin. Rayonda hamı onu

həm  ciddi,  həm  də  zarafatcıl  bilırdi.  Heç  kəs  də  xətrinə

dəymirdi.

Onun haqqında çoxlu xatirələr yazmaq olar. Əlbəttə, bu

93 illik zəngin ömür yolu bir kitaba çığmaz. Allah ona rəhmət

eləsin. O, haqq dünyasına qovuşsa da, ruhu bizimlədir.



Sahib Sailov

16


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə