Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə5/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   2   3   4   5   6   7   8   9   ...   103

***

Bunun  ardınca  Salyan  yazarlarından  biri  Xəlil  Rza

Ulutürkün qardaşı Məhəmməd Xəlilbəylinin Əliağa Kürçaylı

haqqında  yazdıqlarını  ixtisarla  verməyi  məsləhət  bildim.

Salyanın yetirmələri çoxdur. Bu haqda oxuyacaqsınız. Lakin

Xəlil  Rza  Ulutürkün,  Ağacavad  Əlizadənin,  Oqtay

Rzanın,  Əlisəmid  Kürün və  b.  haqqında  ətraflı  yazıları

“Muğanın övladları” və digər kitablarımda oxuya bilərsiniz. 

Məhəmməd Xəlilbəyli Əliağa Kürçaylını oxuyarkən öz

fikirlərini belə ifadə edir:

- Artıq, ikinci cahan savaşı qurtarmışdı. Çoxları aldıqları

«qara kağız»ların ağ yalan olduğuna inana-inana doğmala -

rının yolunu gözləyirdi. Söyüdlər tumurcuqlayırdı. Kürün

qoynuna sığınıb ondan həyat şirəsi əmən Muğan kəndlərinin

birinə ağrılı-acılı, fərəhli-sevincli bir yaz gəlirdi. Belə ovqatlı

günlərin birində axşamüstü Kürqaraqaşlı kəndində bir ana

qaynar suya bir az göyərti, beş-altı yarma dənəsi atıb, «şorba»

bişirirdi. Bir azdan talonla alınan çörək də ortalığa gələcək,

ana  atasız  qalmış  balalarını  yedizdirəcəkdi.  Bu  vaxt  poç-

talyon həyətə gəlib «Kürçaylı»nı soruşdu. Ana suala sualla

cavab verdi:

- O kimdir, ay oğul?

- Bilmirəm, onunçün pul gətirmişəm. Axı, burada yaşayır.

- Burada mən yaşayıram, bir də uşaqlarım. Mənim oğlum

Kürqaraqaşlıdandır, Kürçaylı yox.

Bu danışığı eşidən Əliağa həyətə düşüb pulu alır və poç-

talyonu yola salır. Anasını başa salır ki, qəzetdə dərc olunmuş

şeiri üçün ona pul göndəriblər.



Zəkanın gücü

17


- Sən şair olmusan?

- Bilmirəm, ana.

Lakin bilir. Məhz bu inamın təsiri ilə sonralar «Fillər də

ağlayır» şeirində yazacaq:



Yox, təvazökarlıq tutmıır bu yerdə, 

Şairəm, özü də yaxşısındanam 

Bunu yüz yol deyib tənqidçilər də, 

Məgər nadanam?

1947-ci  il  iyun  ayının  əvvəllərində  Salyan  dəmiryol

stansiyasının hesabdarı Əliağa Həsənağa oğlu Vəliyev o vaxt

rayon  partiya  komitəsinin  birinci  katibi  işləyən  Məmməd

Bağırovun kabinetinə çağırılır və belə bir teleqramla tanış

edilir.


«Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası

ilə  təmin  edib,  1947-ci  il  iyun  ayının  16-da  Yazıçılar

İttifaqında  keçiriləcək  gənc  yazıçıların  birinci  respublika

müşavirəsinə göndərməyinizi xahiş edirik. 

Azərbaycan Yazıçılar İttifaqının sədri Səməd Vurğun» 

Əliağa Kürçaylı tribunadadır. Çəkinə-çəkinə S.Vurğuna

müraciət edir.

- Danışım, ya şeir oxuyum?

- Şeir oxu, natiqimiz onsuz da az deyil.

Əliağa «İlk bahar çiçəyi» şeirini oxuyur:



Yadımdadır, güllələr şığıyıb keçən zaman, 

Səni qanlı otların üzərindən dərdiyim, 

O incə tellərini mərmilər biçən zaman

Sahib Sailov

18


Xatirə dəftərinin arasına sərdiyim. 

Qayıtmışam cəbhədən, indi yenə bahardır. 

Bitmisən çəməndə sən, ləçəklərin qan kimi. 

Üzündə nə həyəcan, nə qorxu izi vardır, 

Mən qorudum güllədən səni qəhrəman kimi.

Bir çətən külfəti dolandırmaq üçün işləməyə məcbur olan

9-cu sinif şagirdinə S.Vurğunun verdiyi zəmanət və xeyir-

dua onu poeziyanın böyük və məşəqqətli yoluna çıxardı və

Əliağa Kürçaylı şair adını şərəflə doğrultdu.

Ə.Kürçaylı həm məhsuldar, həm də yaxşı yazan şairlərdən

idi. Bir-birinin ardınca kitabları nəşr olunmağa başladı. «Ari -

fin bacısı» (1953), «Salam gələcək illər» (1954), «Səfərə

çıxıram» (1956), «Gözəllik» (1958), «Cavabsız məktublar»

(1960), «Nargindən əsən külək» (1961), «Şeirlər» (1963),

«Əsmər və Zəfər» (1964), «Durnalar cənuba uçur» (1967),

«Seçilmiş əsərləri» (1969), «Yollarda axtar məni» (1970),

«Həyatın dolayları» (1973), «Dünya ovcumdadır» (1976),

«Bütövlük» (1978), «Ülkər» (1978), «Qəlbin sıxılsa əgər»

(1981) orijinal kitabları, Sergey Yeseninin «Şeirlər və poe-

malar» (1978), A. Dantenin «İlahi komediya» (1973) tərcümə

kitabları çap olunur.

Yaddaşımdan seçmələr:

- 1967-ci ildə Sergey Yeseninin yubileyi münasibətilə in-

diki N.Tusi adına APU-da görüş vardı. Görüşdə o dövrün

demək  olar  ki,  bütün  tanınmış  yazıçıları  iştirak  edirdilər.

Yığıncağı Azərbaycan KP MK-nın katibi Şıxəli Qurbanov

aparırdı. Şairlər, tənqidçilər, vəzifə adamları bir-bir çıxış edir,

Zəkanın gücü

19



öz şeirlərini oxuyur, mübahisələr edirdilər. S.Yeseninin özü

və tərcüməçisi Əliağa tamam unudulmuşdu. Gözlənilmədən

o, mikrofona yaxınlaşdı, qəzəblə dedi:

- Yenə də ehtiraslar qızışdı, Yesenin yaddan çıxdı...

1976-cı  ildə  o  zaman  2№-li  orta  məktəbin  direktoru

işləyən rəhmətlık Ağaməmməd Mirzəyev mənə zəng vurdu

ki, Əliağa Kürçaylını Salyana görüşə dəvət edib. Görüşün

vaxtını-vədəsini müəyyənləşdirib, əlaqədar təşkilatlara xəbər

verdik. Səhnəyə çıxanda xəcalətimdən bilmədim şairin üzünə

necə  baxım.  Zalda  ancaq  məktəb  uşaqları  var  idi. Ancaq

Əliağa özünü o yerə qoymadı. Elə həvəslə danışır, şeir oxu -

yurdu  ki,  yavaş-yavaş  mənim  də  necə  deyərlər,  qırışığım

açılmağa başladı. Görüşün aparıcısı kimi marağı artırmaq

məqsədi  ilə  uşaqların  adından  suallar  yazıb  ona  verməyə

başladım. Çox həvəslə, ətraflı cavablar verirdi. Gəlib yerində

oturanda qulağıma pıçıldadı:

- Bəsdi, daha sual yazma.

Sözün  həqiqi  mənasında  ikinci  dəfə  xəcalət  təri  məni

basdı.  Demə,  şair  gözündən  heç  nəyi  gizlətmək  mümkün

deyilmiş.

Əliağanı  tanıyanlar  ondan  söz  düşəndə  bir  ağızdan

deyirlər: «Allah rəhmət eləsin, yaxşı insan idi».

Bəli, o, əvvəl insan idi, sonra şair idi.

1988-ci ildə şairin anadan olmasının 60 illik yubileyini

rayonun ictimaiyyəti təntənəli şəkildə qeyd elədi.

Dəvət edilmiş qonaqlardan Rəfiqə Hüseynovanın çıxışı

xüsusilə yadımda qalıb:

-  Müəyyən  səbəblər  üzündən  görkəmli  ədəbiyyatşünas



Sahib Sailov

20


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə