Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə7/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   2   3   4   5   6   7   8   9   10   ...   103

Yanır ürəklərin başı haçandır, 

Dayanmır gözlərin yaşı haçandır... 

Büllur çeşmə idi saf səsin, Qulu, 

Yoxdur, olmayaçaq əvəzin Qulu, 

Yüz-yüz könüldədir maһnın, muğamın, 

Susmaz bülbülüsən bizim Muğanın!..

Muğamları  oxumaq  üçün  səs  imkanı,  özünəməxsus

xırdalıqlar Qulu Əsgərova hüsn-rəğbət gətirmişdir. O, bir

xanəndə kimi heç kimi təqlid etmirdi. Onun öz yolu, öz ifa

tərzi  vardı.  Qulu  Əsgərov  sənət  meydanına  gələndə  12

muğamın  12-si  də  bənzərsiz  xanəndələr  tərəfindən  ifa

olunmuşdu. "Rast"ı, "Çahargah"ı, "Şur"u, "Segah"ı Cabbar

Qaryağdı oğlu, Seyid və Xan Şuşinskilər, İslam Abdullayev,

Zülfi Adıgözəlov kimi qüdrətli sənətkarlar tamam dəsgaһ

çalıb oxumuşdular. Bayatı muğamlar isə – "Bayatı Qacar",

"Bayatı şur", "Bayatı İsfaһan", "Bayatı Kürd" öz ifaçısını

gözləyirdi. Qulu Əsgərov özünün geniş diapozonlu, insan

qəlbini eһtizaza gətirən yanıqlı səsi ilə bu muğamlara yeni

həyat verdi.

Onun böyüklüyü onda idi ki, hər muğama təsnif seçməyi,

məclis davranışı, səһnə mədəniyyəti ilə başqa müğənnilərdən

seçilirdi. Adlı-sanlı müğənnilərimiz Alim Qasımova, Qəndab

Quliyevaya, Mələkxanım Əyyubovaya ilk həyat vəsiqəsini

Qulu  vermişdir.  Bu  müğənnilər  öz  müəllimlərini  belə

xatırlayırlar:

“Qulu muğamın həm qulu idi, həm də şaһı". Qulu Əsgərov

söz sərrafı idi. Onun seçdiyi sözlər adamın iliyinə işləyirdi:



Sahib Sailov

26


"Əgər gülməsəydi qara gözlərin, 

Mən sənə heç zaman bel bağlamazdım. 

Mən sənin yerinə olsaydım yəqin, 

Ölərdim, əһdimi ayaqlamazdım".

Qulu Əsgərovun şaqraq zəngulələri, səsin cövlan hüdud -

suzluğu, enib-yatan, qalxıb-kükrəyən avazı allaһ tərəfindən

verilmişdir.

...Yaxşı yadımdadır, 1957-ci il Qulu üçün uğurlu oldu.

Ümumittifaq  Gənçlər  Festivalında  birinci  yeri  tutan  gənc

müğənni  həmin  il VI  Ümumdünya  Gənclər  Festivalından

gümüş medalla qayıtdı. Görkəmli bəstəkar Fikrət Əmirovun

təklifi ilə Qulu Əsgərov M.F. Axundov adına Azərbaycan

Dövlət Akademik Opera və Balet Teatrına qəbul olundu. O,

bir-birinin ardınca gözəl, təkrarsız obrazlar yaratdı. "Leyli və

Məcnun"da Zeydi, Məcnunu, "Əsli və Kərəm"də Kərəmi və

Qəribi bir də onun kimi oynayan aktyorumuz olmadı. Elə o

illərdə  onun  məlaһətli  səsi  İtaliyadan,  İspaniyadan,  Al-

maniyadan. Monqolustandan gəlməyə başladı. Artıq Qulu

Əsgərov  pərəstişkarlarını  sevindirdi.  Əməkdar  inçəsənət

xadimi Əliqismət Lalayev bu istedadlı müğənni haqda belə

deyir: "Qulu Əsgərov sözün əsl mənasında böyük insan, milli

muğam və opera sənətimizin ustalarından idi. Təəssüf ki,

sağlığında ona öz qiymətini vermədilər. 59 illik ömür mənalı

oldu. Lakin çox qısa... Yeganə təsəllimiz odur ki, sənətkardan

bizə nurlu xatirə, milli opera və muğam irsi qalmışdır."

Qulu  həm  də  gözəl  bəstəkar  idi.  Onun  bir  sıra  fərdi

yaradıcılıq məһsulu geniş yayılmışdır: "Bizimdir", "Muğan",



Zəkanın gücü

27


"Ürək", "Dolanaram başına", "Nə hə deyir, nə yox deyir" və

s.  maһnıları  hələ  də  könülləri  oxşamaqdadır.  Sənətkarı

ürəyində  yaşadan  oğlu  Muğamat  belə  deyir:  "Onun

yoxluğuna inanmıram. Atam Qulu dünyasını dəyişib, oğlum

Qulu dünyaya gəlib. Bircə ona inanıram ki, atam Qulunun

yolunu oğlum Qulu davam etdirəçək..." Musiqi sənətimizin

tədqiqatçılarından olan Rəfael Hüseynov yazır ki... Mən onu

hə-mişə şən, deyib-gülən, zarafatcıl adam kimi tanıyırdım.

Sən  demə  bir  az  açıdilliliyi  də  varmış,  hərdən  yola

getməməzliyi də olurmuş.

1978-ci  ildən  ömrünü  pedaqoji  fəaliyyətə  bağlayan

görkəmli  sənətkarımız  ömrünün  sonuna  kimi  ADİİ-da

müəllim işləmiş, musiqili teatr aktyorlarımızın yetişməsində

əlindən gələni əsirgəməmişdir.

Amerikanın Los-Ancelos şəһərində yaşayan azərbaycanlı

Fred Azad vətəninə qonaq gələndə Qulu Əsgərovla göruşmək

istədiyini bildirib. Qulu Əsgərov məmnuniyyətlə onu qəbul

edərək, naz-nemətlə dolu süfrə açıb. Lakin qonağı maraq -

landıran naz-nemət dolu süfrə deyilmiş... Qulunun ecazkar

səsi imiş. Qonağın əһvalını başa düşən Qulu tarı sinəsinə

basaraq gülə-gülə " – Siz nuş edin, mən də tarı dilə gətirim.

–  deyir.  "Qulu  Əsgərov,  bax  belə,  sözlü-söһbətli,  hərdən

gülərüzlü, hərdən də bənövşə kimi boynu bükülü, hərdən

şaqraq gülüşlü, hərdən də nisgilli bir adam idi. Ən başlıçası

isə əsrlər durduqca yaşayaşaq səsi var idi...

Sahib Sailov

28



***

Maraqlı bir faktı yada salmaq istəyirəm ki, RKK-nin bir-

inci  katibi  işlədiyim  vaxt  (1957-1962)  eyni  zamanda  2

nömrəli orta məktəbdə tarix dərslərini aparırdım. Əlbəttə,

bəzən insanın prinsipial olması onun başına bəlalar gətirir.

İki halı xüsusilə qeyd etmək istəyirəm: – 8-10-cu siniflərə

tədris etdiyim tarix fənnindən bir çox şagirdlərə 2 qiymət

verməyim məktəb direktoru Yaqub Həsənovu ciddi narahat

etdiyindən və onun xahişini yerinə yetirmədiyim üçün məni

RXMŞ-nin müdiri Ağaməmməd Mirzəyevin yanına apardı.

Ağaməmməd Mirzəyev çox ciddi bir adam idi. O, rayonda

böyük hörmətə və nüfuza malik bir rəhbər idi. O mənə dedi:

–  Sahib,  mən  sənin  müəllimin  olmuşam.  Sənin  2  qiymət

verdiyin blankları mən özüm düzəldəcəm. Beləliklə, onun öz

əli ilə yazdığı qiymətlər Yaqub Həsənovu qane etdiyi üçün

bu mübahisəyə son qoyuldu. İkinci bir məsələ: 10-cu sinifdə

oxuyan Yusifov  Fikrət  Niyaz  oğluna  4  qiymət  verməyim

məktəb  rəhbərliyini  razı  salmadı.  Çünki  o,  yeganə  tarix

fənnindən 4 qiymət almışdı. Bütün fənnlərdən əla oxuduğu

üçün  onu  qızıl  medala  təqdim  etmişdilər. Yaqub  müəllim

məni  yanına  çağırıb:-  bu  rəisin  oğludur,  bunun  qiymətini

düzəlt- deməsi, əlbəttə mənim ürəyimdən deyildi və mən

onun dediyini etmədim. Beləliklə, o, dörd qiymət aldığı üçün

qızıl medal əvəzinə gümüş medal almalı oldu. Əlbəttə, belə

faktları məktəb həyatından çox gətirmək olar. Şagirdlərin

bilik səviyyəsi eyni olmadığı kimi, onların davranışlarında

da, tərbiyəsində də fərqlər, müəyyən qüsurlar olurdu. Əlbəttə,

mən bu qüsurlara qarşı ciddi mübarizə aparır, komsomol -



Zəkanın gücü

29


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə