Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə8/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   4   5   6   7   8   9   10   11   ...   103

çuların nöqsanlarını komsomol təşkilatının xətti ilə müzakirə

edib,  tədbirlər  görürdük.  Bəzən  rəhbər  işçilərin  övladları

yaxşı  oxumadıqları  halda,  yaxşı  qiymət  almaq  üçün  səy

göstərirdilər. Bu da mümkün olan şey deyildi. Belə halları bir

çoxlarına aid etmək olar. 

1958-ci  ildə  Stavropol  şəhərində  gənc  təsərrüfatçıların

Ümumittifaq  Müşavirəsi  keçirildi.  Müşavirədə  SİMK-nin

birinci katibi Nikita Sergeyeviç Xruşşov çıxış edərək, ölkə

komsomolçuları qarşısında iki mühüm məsələni qoydu: – on-

lardan biri şagird istehsalat briqadalarının təşkili, ikincisi

qarğıdalının  tarlaların  kraliçası  elan  edilməsi.  Bu  hərəkat

bütün ölkə üzrə vüsət almışdı.

1959-cu  ilin  avqust  ayında AKP  MK-nin  birinci  katibi

İmam  Mustafayev  bizim  rayonumuza  gəldi.  Və  İmam

Mustafayevin haqqında yazdığım «Xatirələrdə yaşayan unu -

dulmaz insan» materialını olduğu kimi verməyi məqsədə mü-

vafiq bildim.

Sahib Sailov

30



XATİRƏLƏRDƏ YAŞAYAN 

UNUDULMAZ İNSAN

Elə nadir insanlar var ki, həyatda qoyduqları iz zaman

keçdikcə silinmir, daha da aydınlaşır. İllər ötdükcə onların

qiymətini daha yaxşı başa düşür, yoxluğunu ürək ağrısı ilə

hiss edirik.

İmam Mustafayev məhz belə insan, bütöv şəxsiyyət idi.

1910- cu il fevralın 25-də Qaxda dünyaya göz açan Daşdəmir

kişinin oğlu dərin biliyi, parlaq zəkası, yüksək erudisiyası,

qeyri-adi təşkilatçılıq qabiliyyəti, böyük zəhməti sayəsində

zaman keçdikcə yalnız boya-başa çatdığı rayonda, doğma

Azərbaycanda deyil, bütün keçmiş Sovetlər ölkəsində sayılıb

seçilən  elm  xadimi  kimi  tanınmış,  dünya  şöhrətli  alim

olmuşdur. Elmlər doktoru, professor, akademik kimi yüksək

adları şərəflə daşımışdır. Onun «Sevinc», «Cəfəri», «Zoğal

buğda»,  «Arzu»,  «Qızıl  buğda»  sortları  respublikamızda

taxılçılığın  inkişafında  böyük  rol  oynamış,  genetika

sahəsindəki nailiyyətləri beynəlxalq aləmdə məşhur alimlər

tərəfindən yüksək qiymət almışdır. 1963-cü ildə Yaponiyanm

paytaxtı Tokioda seleksiyaçıların beynəlxalq simpoziumunda

iştirak  edən  Azərbaycan  nümayəndə  heyətindən  birinci

növbədə İmam Mustafayevi soruşmuş, onun elmi tədqiqat -

larının böyük əhəmiyyətini qeyd etmişlər.

İmam Daşdəmir oğlu Mustafayev geniş dünyagörüşünə,

fitri təşkilatçılıq istedadına malik bir insan idi. O, 1940-1954-

cü illərdə Azərbaycan SSR Dövlət Nəzarəti Komitəsi sədrinin

birinci müavini, Xalq Torpaq Komissarının birinci müavini,

Zəkanın gücü

31



Kənd təsərrüfatı naziri, Gəncə Vilayət Partiya Komitəsinin

birinci katibi, 1954-1959-cu illərdə isə Azərbaycan KP MK-

nın birinci katibi olmuşdur.

Kadrların  hazırlanmasında,  dərsliklərin  yazılmasında,

elmi-metodiki  göstərişlərin  verilməsində  İmam  müəllim

milstəsna  xidmətlər  göstərmişdir.  Görkəmli  alimin  elmi

tədqiqatlarının  məhsulu  olan  əsərləri,  o  cümlədən  6

monoqrafiyası nəşr edilmişdir.

O, xeyirxah, təvazökar, qayğıkeş, sadə bir insan idi. Yaxşı

xatırlayıram, 1958-ci ilin avqust ayında Salyan rayon kom-

somol komitəsinin birinci katibi işlədiyim zaman onunla ilk

dəfə görüşüm oldu. Rayon partiya komitəsinin birinci katibi

Məmməd Pənahovun kabinetində onların söhbətində iştirak

etdim. O, məndən şagird-istehsalat briqadasının vəziyyətini

soruşdu.

Mən məlumat verdim. O dedi ki, gedək yerdə onların

işləri ilə tanış olaq. «Yeni Muğan» kolxozunun şagird-is-

tehsalat briqadasının sahələri ilə tanışlıq İmam müəllimin

xoşuna gəldi. Briqadir Əlvan Əsədovun işindən razılıq etdi.

Ancaq  briqadirin  şalvarının  dizinin  cırıq  olması  onun

nəzərindən  yayınmadı.  İş  saatlarında  səliqəli  geyinməyi

tövsiyə etdi. Biz birlikdə rayon mərkəzinə qayıtdıq. 

Maşından düşəndə raykom katibi İmam müəllimi nahara

dəvət etdi. O dedi ki, yeməyim maşındadır. Yolda münasib

yerdə oturub nahar edəcəyəm. Bizimlə görüşüb qonşu Puşkin

(indiki Biləsuvar) rayonuna yola düşdü. Bəli, MK-nın birinci

katibi köməkçisiz, cangüdənsiz rayonları gəzib işlərin gedişi

ilə tanış olurdu.



Sahib Sailov

32


Onunla ikinci görüşümüz 1962-ci ilin noyabr ayının 22-

də oldu. Təsadüfən yerimiz təyyarədə yanaşı düşmüşdü. O,

məndən Moskvaya getməyimin səbəbini soruşdu, dedim. O,

inamla  dedi:  «Səni  Azərbaycan  komsomolu  Mərkəzi

Komitəsinə katib qoymaq istəyirlər. Hər şey yaxşı olacaq».

İmam  müəllim  təyyarədə  bizə  xidmət  edən  stüardessanı

çağırıb iki qəlyanaltı və iki stəkan istədi. Sonra əl çantasından

58  qramlıq  hədiyyə  konyak  şüşəsini  çıxarıb  kiçik  qədəh -

lərimizə süzdü və məni təbrik etdi. Sonra soruşdu ki, «Yeni

Muğan» kolxozundakı briqadirin taleyi necə oldu. Dedim ki,

çox yaxşı, orta məktəbi bitirib, instituta daxil olub, indi ali

təhsilli mühəndisdir.

Bəli, İmam müəllim çox diqqətcil, qayğıkeş insan idi. Son-

ralar Qasım İsmayılov (indiki Goranboy) və Şamaxı rayon -

larında işləyəndə bunun bir daha şahidi oldum. O, tez-tez

rayonlara gələr, təsərrüfatları, həmçinin elmi-təcrübə sahəsini

gəzər, dəyərli tövsiyələrini verərdi. Bir qayda olaraq, qonaq

gələn  elmi  işçiləri,  xüsusilə  yüksək  rütbəli  alimləri,

akademikləri özüm müşayiət edərdim.

Görkəmli alim, bacarıqlı təşkilatçı, xeyirxah və qayğıkeş

insan olan İmam Daşdəmir oğlu Mustafayevin əməyi yüksək

qiymətləndirilmişdir. O, SSRİ Ali Sovetinin (III-V çağırış),

Azərbaycan SSR Ali Sovetinin (IV-V çağırış) deputatı olmuş,

Qırmızı Əmək Bayrağı və «Şərəf nişanı» ordenləri ilə təltif

edilmiş, N.İ.Vavilov adına qızıl medala layiq görülmüşdür.

Azərbaycan  xalqına  başucalığı  gətirən  İmam  Mus-

tafayevin adı respublikamızın tarixinə qızıl hərflərlə həkk

olunmuşdur.

O, həmişə böyük səmimiyyətlə xatırlanır və yad edilir.

Zəkanın gücü

33



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə