Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə31/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   27   28   29   30   31   32   33   34   ...   103

məharəti  ilə  müəyyən  edilir.  Rayon  partiya  komitəsi  bu

məsələyə böyük əhəmiyyət verərək mühazirəçilər qrupunu

öz işinə bələd olan, nəzəri cəhətdən hazırlıqlı kadrlarla daim

möhkəmləndirir. Ştatdankənar mühazirəçilər qrupuna partiya,

sovet işçiləri, kənd təsərrüfatı mütəxəssisləri, hüquqşünaslar,

müəllimlər, həkimlər cəlb edilirlər. Mühazirə təbliğatında

Leninin nəzəri irsinin təbliği məsələlərinə geniş yer verilir.

Mühazirəçilərdən İsgəndər Hüseynov, Əhməd Hüseynov,

Rəhman  Hüseynov,  Məmməd  Mustafayev və  başqaları

zəhmətkeşlər  qarşısında  tez-tez  çıxış  edirlər.  Karl  Marks

adına, Orconikidze adına, Telman adına kolxozların, elektrik

avadanlığı zavodunun, Dəliməmmədli texniki peşə məktə -

binin ilk partiya təşkilatları siyasi məlumatçılarla işi daha

yaxşı təşkil etmişlər. Mühazirə vasitəsi ilə təbliğatda əyani

vasitələrdən geniş istifadə edilir.

Rayon partiya komitəsi ictimai təşkilatların fəaliyyətinə,

gənclərin tərbiyəsinə xüsusi diqqət verir. 5.300 nəfərdən artq

komsomolçu və gənc Lenin zaçotunda fəal iştirak edir. Kom-

somolçu-gənclər Lenin zaçotunun üçüncü mərhələsinə yekun

vurmuş, böyük əmək nailiyyətləri qazandıqlarını nümayiş

etdirmişlər. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət

xeyli artırılmışdır. Rayon komsomol komitəsində 11 nəfər-

dən ibarət hərbi vətənpərvərlik şurası yaradılmışdır. Bura qo-

caman  kommunistlər,  Sovet  İttifaqı  Qəhrəmanları,  Vətən

müharibəsi iştirakçıları cəlb edilmişlər.

Bütün sovet xalqı ilə birlikdə rayonumuzun zəhmətkeşləri

də bəşəriyyətin böyük dahisi V. İ. Leninin anadan olmasının

100 illik yubileyinə ciddi hazırlıq görürlər. Tarixi yubileylər



Sahib Sailov

118


şərəfinə rayonumuzun zəhmətkeşləri öhdəliklər götürmüşlər.

Pambıqçılarımız yaza hazırlıq işlərini gündən-günə sürətlən -

di rirlər.  Pambıq  və  başqa  yazlıq  bitkilər  əkiləcək  sahələr

vaxtında şumlanmışdır. Heyvandarlar qışa yaxşı hazırlaş -

mışlar. Payızlıq taxıl əkinlərinə yaxşı qulluq edilir. Tarixi

yubileylərə hazırlıqla əlaqədar olaraq kitabxanalarda, mədə -

niyyət  evlərində,  məktəblərdə,  müəssisələrdə  V.İ.Leninin

anadan olmasının 100 illiyinə və respublikanın 50 illiyinə

həsr  edilmiş  foto  montajlar,  stendlər,  sərgilər  düzəldilir.

V.İ.Lenin haqqında filmlər nümayiş etdirilir. Hamı böyük

bayramları yeni nailiyyətlərlə qeyd etmək əzmi ilə işləyir.

Rayon  partiya  komitəsinin  bürosunda  vaxtaşırı  olaraq

yubileylərə hazırlığın vəziyyətinə dair məsələlər müzakirə

edilir. Bütün bunlar kənd zəhmətkeşlərinin əmək coşqunlu-

ğunun və siyasi fəallığının yüksəlməsinə təsir göstərir. Kom-

munist  avanqard  olmalı,  bu  adı  şərəflə  doğrultmalıdır.

Rayonumuzun kommunistləri işdə, kommunizm quruculuğu

planlarının yerinə yetirilməsi uğrunda mübarizədə partiyanın

bu tələbinə ləyaqətlə əməl edir, hər yerdə kütlələrin avanqardı

olduqlarını sübut edirlər.



Zəkanın gücü

119


PARTİYA İŞİNİN MÜHÜM SAHƏSİ

1

Partiya  və  hökumətimiz  gənc  nəslin  hərtərəfli  inkişafı

üçün həmişə atalıq qayğısı göstərmiş və göstərir. Böyük Ok-

tyabr sosialist inqilabının qələbəsindən sonra ölkəmizin hər

yerində olduğu kimi, Qasım İsmayılov rayonunda da xalq

maarifi  sahəsində  qazanılan  nailiyyətlər  məhz  partiya  və

hökumətimizin böyük qayğısının nəticəsidir. Bunu Sov. İKP

XXIII  qurultayının  qərarları,  Sov.  İKP  MK  və  SSRİ



Nazirlər Sovetinin "Orta ümumtəhsil məktəbinin işini

daha da yaxşılaşdırmaq tədbirləri haqqında" və Sov. İKP

MK-nın son plenumlarının qərarları bir daha sübut edir.

Sov. İKP XXIII qurultayının qərarları böyüməkdə olan

gənc  nəslin  hərtərəfli  inkişaf  etməsini,  fiziki  cəhətdən

kamilləşməsini,  möhkəm  biliyə  malik  olmasını,  əməyə

məhəbbət hissi ruhunda tərbiyələndirilməsini, onlara müsbət

keyfiyyətlər aşılanmasını tələb edir. Məhz buna görə də rayon

partiya  komitəsi  bütün  maarif  ocaqlarının  işinə  yaxından

rəhbərlik edir, işi öz fəaliyyətinin mühüm sahələrindən biri

hesab edir.

Biz partiyamızın qarşıya qoyduğu tələbləri müvəffəqiy -

yətlə yerinə yetirmək üçün, hər şeydən əvvəl, məktəblərə par-

tiya  rəhbərliyini  gücləndirir,  kommunist  müəllimlərin

mə su liyyətini, onların fəallığını və təşəbbüskarlığını, habelə

nəzəri  –  siyasi  hazırlığını  artırmaq  qayğısına  qalırıq.  Bu

cəhətdən  məktəb  partiya  təşkilatlarının  işinin  düzgün

qurulması xüsusi əhəmiyyət kəsb edir.



Sahib Sailov

120

                                                      

"Azərbaycan məktəbi" jurnalı. Bakı,1970-ci il, № 10, S. 16-21


Hazırda məktəblərimizdə 18 ilk partiya təşkilatı fəaliyyət

göstərir. Onlar pedaqoji kollektivlərin işinə və həyatına aid

olan məsələlərin müzakirəsinə xüsusi diqqət yetirir, pioner

və komsomol, həmkarlar ittifaqları təşkilatlarının fəaliyyə -

tinə istiqamət verir, yüksək dərs keyfiyyətinə nail olmaq üçün

pedaqoji kollektivlər qarşısında konkret vəzifələr qoyur və

onlara  əməli  kömək  göstərirlər.  Rayon  partiya  komitəsi

məktəblilərin xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi,

habelə  hərbi-vətənpərvərlik  ruhunda  tərbiyə  edilməsi

məsələsinə xüsusi diqqət yetirir və məktəblilərin pedaqoji

kollektivləri qarşısında bu işi mühüm vəzifə kimi qoyur.

Məktəblərimiz uşaqların beynəlmiləlçilik tərbiyəsi sahə -

sində müəyyən təcrübə qazanmışdır. Məsələn, şəhər 1 nöm -

rəli orta məktəbi, Naftalan şəhər orta məktəbi ilə Şaumyan

rayonundakı Qaraçinar orta məktəbi, Tapqaraqoyunlu kənd

orta  məktəbi  ilə,  Mardakert  rayonundakı  Talış  kənd  orta

məktəbi  arasında  davam  edən  dostluq  gözəl  bir  ənənəyə

çevrilmişdir. Bu dostluq təkcə iki məktəb və ya iki pedaqoji

kollektiv arasındakı dostluq əlaqələri ilə məhdudlaşmayıb,

yüzlərlə məktəblini, həmçinin yüzlərlə ailəni qırılmaz dostluq

telləri  ilə  bağlamışdır.  Rayon  partiya  komitəsi  məktəblər

arasında bu cür əlaqəni beynəlmiləl tərbiyənin əsası kimi

qiymətləndirir və buna böyük əhəmiyyət verir.

Rayon  partiya  komitəsi  təlim-tərbiyənin  səviyyəsini

yüksəltmək, icbari təhsil qanununun müvəffəqiyyətlə yerinə

yetirilməsini təmin etmək, yeni proqram əsasında şagirdlərə

elmlərin əsaslarını dərindən öyrətmək, onların ideya-siyasi

hazırlığını daha da yaxşılaşdırmaq və hərtərəfli inkişaf etmiş



Zəkanın gücü

121


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə