Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə41/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   37   38   39   40   41   42   43   44   ...   103

yaşayış  vasitəsi  olaraq  qalmır.  O,  təkcə  əmək  sərf  edən

adamın deyil, bütün cəmiyyətin tələbini, zövqünü ödəyir, mə -

nəvi ehtiyaca, fərəh və sevinc gətirən bir fəaliyyətə çevrilir.

Sov.  İKP  proqramında  deyilir:  "Kommunist  istehsalı

yüksək mütəşəkkillik, dəqiqlik və intizam tələb edir ki, bun-

lar da cəbr yolu ilə deyil, ictimai vəzifəni dərk etmək əsasında

təmin edilir, onu kommunizm cəmiyyətinin bütün quruluşu

müəyyən edir. Əmək inti-zamı insan üçün yük olmayacaqdır:

əmək  fəaliyyəti  təkcə  yaşayış  vasitəsi  olmayacaq  və  əsl

yaradıcılığa,  fərəh  mənbəyinə  çevriləcəkdir".  Belə  azad

əməyin, fərəhli yaradıcılığın gətirdiyi mənəvi zövq əsl estetik

zövqdür.


Böyük yubileylər ili olan 1970-ci ildə kənd əməkçilərimiz

nəinki  dövlət  planlarını,  hətta  sosialist  öhdəliklərini  belə

artıqlaması ilə ödəmişlər. Kənd əməkçilərinin səmərəli əməyi

sayəsində keçən il dövlətə pambıq satışı planı 114,7 faiz,



taxıl satışı planı 154 faiz, ət satışı planı 147,8 faiz, süd

satışı planı 111 faiz, yumurta satışı planı 107 faiz, yun

satışı planı 104 faiz, üzüm satışı tapşırığı 3 dəfəyə yaxın

yerinə  yetirilmişdir. Bu  qələbə  təkcə  əmək  adamlarının

deyil, bütün rayon zəhmətkeşlərinin sərf etdiyi əməyin gözəl

bəhrəsidir.  Kənd  zəhmətkeşlərimiz  yaxşı  bilirlər  ki,

cəmiyyətin bütün üzvlərinin xeyrinə sərf edilən əmək bütün

çətinliklərə qalib gələn əzmə, iradəyə çevrilir. Sovet adamı

bütün qüvvəsini, qəlbinin mətanətini, xəyalının zənginliyini

qurubyaratmaq işinə həsr edir və bundan mənəvi qida, estetik

zövq alır.

Rayonumuzdakı Karl Marks adına kolxozun traktorçusu

Sahib Sailov

152



Mansur Kərimov kənd məktəbini qurtar-dıqdan sonra əmək

cəbhəsinə  atılmışdır.  O,  idarə  etdiyi  texnikaya  ürəkdən

bağlanmış, torpağın şumlanma-sında, əkinlərin becərilmə -

sində və məhsul yığımında öz məharətini əsirgəməmiş, hamı -

ya nümunə olmağa çalışmışdır. M.Kərimov təkcə traktorçu

işləməsi ilə kifayətlənməmiş, əl əməyinin yüngülləşməsi

yollarını araşdırmış, becərmə maşınlarının daha məhsuldar

işləməsi üçün yeni yollar seçmişdir. M.Kərimov təşəbbüskar

bir mexanizatordur. Onun təşəbbüsü ilə bir neçə il bundan

əvvəl Karl Marks adına kolxozda ictimai əsaslar üzrə mex-

anizator kadrları hazırlanmasına xüsusi fikir verilmişdir. İndi

M. Kərimovun 1+5 təşəbbüsü, yəni bir mexanizatorun öz

peşəsini ictimai əsaslarla 5 nəfərə öyrətməsi təşəbbüsü

təkcə rayonumuzun sovxoz və kolxozlarında deyil, respubli -

kamızın bir sıra təsərrüfatlarında geniş tətbiq edilməkdədir.

M.Kərimov həm  də  yenilikçi  bir  mexanizator  kimi

ölkəmizdə şöhrət qazanmışdır. Onun ixtira etdiyi "OXK-2"

aqreqatının  şöhrəti  respublikanın  hüdudlarını  aşmışdır.

Kütləvi şəkildə buraxılan həmin aqreqatla tarlada eyni vaxtda

üç iş görmək: kultivasiya çəkmək, bitkilərə gübrə vermək və

zərərvericilərə qarşı mübarizə aparmaq olur. Tarlalarda iki

min belə aqreqat işləmişdir.

M.  Kərimovun  iştirak  etdiyi  tozlayıcı  aparatlardan

birinin mövsüm ərzində tətbiqi nəticəsində 153 manat vəsaitə

qənaət olunub. M. Kərimov həm də təcrübəli əkinçidir.

Onun başçılıq etdiyi briqadanın üzvləri keçən il hər hektardan

otuz  dörd  sentner  pambıq  götürmüşlər.  Briqadanın  əkin

sahəsində  çiyid  səpini  yüksək  aqrotexniki  qaydada  başa



Zəkanın gücü

153


çatdırılmışdır. Çəkilən zəhmətin nəticəsidir ki, M.Kərimov

hazırda SSRİ Ali Sovetinin deputatıdır. Ona ən yüksək ad –

Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. M.Kərimovun

oğlu İlham keçən il kənd orta məktəbini bitirdikdən sonra ic-

timai əsaslarla traktorçu peşəsinə yiyələnmiş və bu il çiyid

səpinində fəal iştirak etmişdir.

Başqa bir misal. Üç il bundan əvvəl Baxçakürd kənd orta

məktəbini qurtarmış Südabə Bayramova bir-başa ali məktəbə

getmək  əvəzinə  komsomol  putyovkası  ilə  Bəsti  Bağırova

adına  kolxoza  –  öz  doğma  həmyerlisi,  iki  dəfə  Sosialist

Əməyi Qəhrəmanı, ölkədə şöhrət qazanmış pambıqçı Bəsti

Bağırova  adına  kolxoza  pambıq  tarlalarında  işləməyə

getmişdir.  Gənclik  həvəsi,  gənclik  coşqunluğu,  gənclik

arzusu, gənclik gözəlliyi onun estetik zövqünə yeni qüvvə,

yeni coşqunluq vermiş, sinəsi zəhmətdən bərkimiş, nəticədə

dünənki məktəbli qız bu gün kommunizmin madditexniki

bazasının  möhkəmləndirilməsində  yüksək  zirvələr  fəth

etmişdir. S. Bayramova keçən il əllə 16 min kiloqramdan

artıq  pambıq  yığaraq  üçüncü  dəfə  Bəsti  Bağırova  adına

prizin  sahibi  olmuşdur.  Xalqımızın  fədakar  qızı  bu

mövsümdə  18  ton  pambıq  yığmağa  söz  vermişdir.  S.

Bayramovanın qazandığı nailiyyət partiya və hökumətimiz

tərəfindən  yük sək  qiymətləndirilmişdir.  Bu  günlərdə

S.Bayramova ən ali mükafat – "Oktyabr İnqilabı" ordeni ilə

təltif edilmişdir. S. Bayramova əmək cəbhəsində çalışmaqla

yanaşı, ali təhsil adına Kirovabad Kənd Təsərrüfatı İnstitu-

tunun aqronomiya fakültəsinin ikinci kursunda qiyabi yolla

təhsilini davam etdirir.



Sahib Sailov

154


Sosialist  cəmiyyətində  əməyin  estetik  mahiyyətini

qüvvətləndirən amillərdən biri də əməyin misli-bərabəri ol-

mayan böyük ideallarla, böyük məqsədlərlə bağlı olmasıdır. 

Xanqərvənd  kəndindəki  gənclərin  çoxu  orta  məktəbi

qurtardıqdan sonra ali və orta ixtisas məktəblərinə oxumağa

getmək  istədiklərini  bildirdilər.  Komsomolçu  qız  İntizar

Məmmədova isə süd-əmtəə fermasında sağıcı işləməklə el-

oba gözündə yüksəlmək yolunu seçdi. İndi gənc kommunist

İntizar  Məmmədova  Lenin  adına  kolxozun  camışçılıq

fermasında qabaqcıl sağıcılarıdan biridir. Bu misallar sübut

edir  ki,  istər  əməyə  məhəbbət,  istərsə  də  incəsənətə,

musiqiyə, idmana həvəs və maraq ilk növbədə şagird partası

arxasında olarkən oyanır. Bu nəcib xüsusiyyətləri böyüməkdə

olan  nəsildə  tərbiyə  etmək  bizim  əsas  vəzifələrimizdən

biridir. Hazırda rayonumuzun məktəblərində 16 mindən

artıq şagird təhsil alır. Bu məktəblərin çoxunda musiqiyə

çox böyük həvəs göstərilir. Hamıya məlumdur ki, musiqinin

yaşı bəşər tarixi qədər qədimdir. Nəğmə, melodiya insanla,

əməklə əkiz yaranmışdır. İnsan əməyin övladı, nəğmə isə

insanın ruhudur. Nəğmə hər zaman insana həmdəm olmuş -

dur. Musiqi iş zamanı insanın əməyini yüngülləşdirmiş, qol-

una  güc,  dizinə  taqət  vermişdir.  Təcrübə  göstərmişdir  ki,

musiqinin istehsalata tətbiqi nəticəsində əmək məhsuldarlığı

yüksəlir, zay məhsul buraxılması halları aradan qaldırılır,

adamların əmək qabiliyyəti artır. Musiqi sağlamlıq, güm -



rah  lıq yaradan, fikrə işıq, qəlbə xoş duyğular saçan çeşmədir.

Rayonumuzun bir sıra məktəblərində estetik tərbiyənin

əsas hissəsi olan musiqiyə, o cümlədən özfəaliyyət kollek -

Zəkanın gücü

155



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə