Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə30/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   26   27   28   29   30   31   32   33   ...   103

dırmış, həm də götürümünü artırmışdır. İndi rayonun başqa

təsərrüfatlarında da həmin malalardan istifadə edilir.

Subartezian  quyuları  idarəsinin  çilingəri  Barxudar

Paşayevin ixtisaslaşdırılmış Naftalan neft mədəninin işçiləri

Çingiz  Səidovun, Yusif  Urmayevin,  avtomobil  nəqliyyatı

bazasının işçisi Ələddin Məmmədovun, rayon texnika birliyi

şöbəsinin  mühəndisi  Qələndər  Qurbanovun  və  bir  çox

başqalarının səmərələşdirmə təklifləri rayon partiya komitəsi

tərəfindən vaxtında müdafiə olunub, istehsalatda geniş tətbiq

edilmişdir. Kolxoz, sovxoz və müəssisələrin partiya təşkilat -

ları əməyin mexanikləşdirilməsinə, istehsalın ehtiyatlarından

düzgün və səmərəli istifadə edilməsinə, kommunistlərin bu

sahədəki fəaliyyətinə böyük əhəmiyyət verirlər.

V.İ.Lenin "Yarışı necə təşkil etməli" əsərində kom-mu-

nizm quruculuğunun təsirli metodu olan sosializm yarışının

əhəmiyyətini  qeyd  etmişdi.  Lenin  yazmışdı:  "Sosializm

nəinki yarışı söndürmür, əksinə, ilk dəfə olaraq onu həqiqətən

geniş miqyasda, həqiqətən kütləvi miqyasda tətbiq etmək,

həqiqətən  zəhmətkeşlərin  əksəriyyətini  onların  özlərini

göstərə biləcəkləri, xalq içərisində tükənməz bir bulaq kimi

coşub-daşan… istedadlı adamların aşkara çıxa biləcəyi bir iş

sahəsinə cəlb etmək üçün imkan yaradır" (Əsərləri, 26-cı cild,

səh. 411). İnamla demək olar ki, biz təsərrüfat quruculuğu

sahəsində bütün müvəffəqiyyətlərimizi xeyli dərəcədə yarışın

sayəsində  əldə  etmişik.  Keçən  il  rayonumuzun  bütün

kolxozlarında  və  briqadalarda  yarış  təşkil  edilmiş,  yarış

şərtlərinin yerinə yetirilməsi iyun-iyul aylarında qarşılıqlı

surətdə  yoxlanmış,  aşkara  çıxarılan  nöqsanların  aradan



Zəkanın gücü

115


qaldırılması üçün əməli tədbirlər görülmüşdür. Yarışın gedişi

bütün ilk partiya təşkilatlarında və rayon partiya komitəsinin

bürosunda müzakirə edilmişdir. Hər bir müzakirədən sonra

geridə  qalanlara,  yarış  şərtlərinə  əməl  etməyənlərə  qarşı

tələbkarlıq artırılmış, geridə qalanlara kömək göstərilmişdir.

Rayon  partiya  komitəsi  və  ilk  partiya  təşkilatları



Azərbaycan KP MK-nın avqust (1969-cu il) plenumunun

qərarından  ciddi  nəticə  çıxarmışlar. Əmək  intizamını

möhkəmləndirmək, hər cür bürokratizmə və süründürməçi -

liyə son qoymaq üçün tədbirlər görülmüş, ictimai əmlaka xor

baxanlara qarşı mübarizə xeyli gücləndirilmişdir. Plenumun

yekunları  rayon  partiya  təşkilatlarının  yığıncaqlarında

müzakirə olunmuşdur. Bundan başqa kolxoz, sovxoz, idarə

və müəssisə rəhbərlərinin, inzibati orqanların, ticarət, rabitə

və səhiyyə işçilərinin müşavirələri keçirilmiş, nöqsanların

aradan qaldırılması üçün konkret tədbirlər görülmüşdür.

Kommunistlərə tapşırıqlar vermək, onları siyasi döyüşçü

kimi  tərbiyə  edib  yetişdirmək  məsələsi  hər  bir  partiya

təşkilatının fəaliyyətində mühüm məsələdir. Axı, partiya öz

üzvlərinin fəallığı, şüurluluğu və mübariz birliyi ilə güclüdür.

Bu keyfiyyətləri kommunistlərə aşılamaq üçün onları ictimai

işlərə fəal surətdə cəlb edirik. Hazırda kommunist lərdən

485 nəfəri təşviqatçı, 90 nəfəri təbliğatçı, 120 nəfəri siyasi

məlumatçı,  35  nəfəri  mühazirəçi,  26  nəfəri  ilə  siyasi

məruzəçidir. Rayon partiya komitəsinin üzvləri partiya və

hökumət qərarlarının kütlələrə çatdırılmasında, plenumlarda

və büroda müzakirə ediləcək məsələlərin hazırlanmasında

fəal  iştirak  edirlər.  Təkcə  onu  göstərmək  kifayətdir  ki,



Sahib Sailov

116


pambığın becərilməsi və məhsul yığımı dövründə raykomun

üzvlərindən və fəallardan 70 nəfər əməyin təşkilində, yığımın

sürətləndirilməsində kolxoz idarə heyətlərinə və ilk partiya

təşkilatlarına yaxından kömək etmişdir. Plenum üzvlərindən



Hidayət  Səfərov,  Orucəli  Kazımov,  Hilal  Abdullayev,

Xanqulu  Süleymanov,  Məmmədəli  Hacıyev,  Qamboy

Həsənov və başqaları ictimai vəzifənin yerinə yetirilməsində

daha fəal iştirak edirlər.

Rayon partiya komitəsi rəhbər kadrların siyasi biliyinin

artırılmasına xüsusi fikir verir. Bu dərs ilində 72 ibtidai siyasi

məktəb, marksizm-leninizm əsasları məktəbi və nəzəri sem-

inar təşkil edilmişdir. Bu məktəb və seminarlarda 1.600 nəfər

kommunist və bitərəf fəal öz siyasi biliyini artırır. Bizdə Sov.

İKP tarixini öyrənən ikiillik partiya fəalları məktəbi də vardır.

Bu məktəbdə 30 nəfər rəhbər işçi oxuyur. Cari dərs ilində

təbliğatçıların seçilməsinə xüsusi fikir verilmişdir. Onların

85  nəfərinin  ali  təhsili  var.  52  nəfəri  10  ildən  artıqdır  ki,

təbliğatçıdır.  Təbliğatçılar  üçün  iki  daimi  seminar



yaradılmışdır. Bunlardan  birində  Sov.  İKP  tarixi  və

digərində fəlsəfə məsələləri öyrənilir. 2 nəfər təbliğatçı Azər -

baycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə,

20 nəfər isə rayon partiya komitəsinin fəxri fərmanı ilə təltif

edilmişdir. Təbliğatçıların fəaliyyətinə dair xüsusi bülleten

buraxılır.  Siyası  maarif  kabinəsində  təbliğat  işində  uzun

müddət təcrübəsi olan 12 nəfərdən ibarət metod şura yaradıl -

mışdır.

V. İ. Lenin göstərmişdir ki, partiya təbliğatımızın səviyyəsi



ən  əvvəl  və  başlıca  olaraq  mühazirəçilərin  tərkibi,  biliyi

Zəkanın gücü

117


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə