Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
  1   2   3   4   5   6   7   8   9   ...   22


 

 

SAHİBKAR QADIN LAR 



 

 

Bu kitabda BƏT-in  ʺAzərbaycan və Gürcüstanda işəgötürənlər təşkilatları 



vasitəsilə qadın sahibkarlığın inkişafıʺ layihəsi çərçivəsində hazırlanmış Azərbaycanda 

qadın sahibkarlığın inkişafı üzrə Milli Hesabat və Respublikamızda fəaliyyət göstərən 

qadın sahibkarlar haqqında oçerklər dərc edilmişdir. 

 

 



BƏT-İN ʺAZƏRBAYCAN VƏ 

GÜRCÜSTANDA İŞƏGÖTÜRƏNLƏR 

TƏŞKİLATLARI VASİTƏSİLƏ QADIN 

SAHİBKARLIĞIN İNKİŞAFIʺ 

LAYİHƏSİ 

AZƏRBAYCANDA QADIN 

SAHİBKARLIĞIN 

İNKİŞAFI 

 

MİLLİ HESABAT 



 

1. Giriş 

 

Azərbaycan Respublikası keçid iqtisadiyyatı olan ölkələrdən biridir. Bu ölkələrə 



xas ümumi sosial-iqtisadi çətinliklərlə yanaşı, Azərbaycan həm də, Ermənistanın 

təcavüzü nəticəsində  əmələ  gəlmiş bir çox spesifik problemlərlə  də üzləşir. SSRİ 

dağıldıqdan sonra öz müstəqilliyini bərpa etmiş  və bazar iqtisadiyyatına keçid 

prosessində mühüm sosial-iqtisadi islahatların həyata keçirilməsinə başlamış 

Azərbaycan Respublikası öz ərazi bütövlüyünü qorumaq və  sərhədlərinin 

toxunulmazlığını təmin etmək sahəsində ciddi çətinliklərlə üzləşmişdir. Əhalinin 15%-

ni xüsusi zərər çəkmiş qruplar  qaçqın və köçkünlər təşkil edir. Qadın və  uşaqlar isə 

daha ağır şəraitlə üzləşmişlər. 

Keçid dövründə baş vermiş iqtisadi və texnoloji dəyişikliklərin nəticəsində bir çox 

yeni iqtisadi imkanlar yaranmışdır. Lakin heç də  hər bir kişi və qadın iqtisadi 

yüksəlişdən eyni dərəcədə  bəhrələnə bilməmişdir.  İqtisadi və sosial inkişafın 

səmərəliliyinə nail olmaq, iqtisadi inkişaf və yüksəlişdən bəhrələnmək üçün cəmiyyətin 

hər iki cinsdən olan üzvləri özlərinin imkanlarını  dərk etməli və bundan istifadə 

etməlidirlər. Cəmiyyətin sosial, iqtisadi, siyasi və  mədəni həyatında qadınların 

iştirakını təmin etmədən buna nail olmaq mümkün deyil. 

Azərbaycanda qadınlar  əhalinin  əksər hissəsini (51,2%) təşkil edir. Son illərdə 

qadınların sahibi olduğu müəssisələrin sayının artdığı müşahidə olunur. Sahibkarlığın 

və kiçik biznesin inkişafının yeni iş yerlərinin yaradılması, işsizliyin azaldılması  və 

məşğulluğun artırılması sahəsində  səmərəli vasitə olduğunu nəzərə  alsaq,  mövcud  və 

potensial qadın sahibkarların inkişaf proseslərindən kənarda qalmadığı  təmin 

edilməlidir. Belə ki, qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların 



 

 

iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə qender 



bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Qadın sahibkarlığın ehtiyaclarının, 

problem və xüsusiyyətlərinin təhlili qadın sahibkarlığın, ümumilikdə isə kiçik və orta 

sahibkarlığın inkişafına yardım edəcəkdir. 

Qadınların məşğulluq imkanlarının artırılması, biznesə başlamaq və inkişaf 

etdirmək üçün onlara müvafiq mənbə  və bacarıqların verilməsi sahəsində hökumət, 

donorlar, həm yerli, həm də beynəlxalq Qeyri-Hökumət Təşkilatları (QHT) tərəfindən 

bir çox tədbirlər həyata keçirilmişdir. Bununla belə, hələ  də ölkədə qadınların 

produktiv resurslardan, xüsusilə, kredit resurslarından, bazar və müxtəlif imkanlardan 

istifadəsini məhdudlaşdıran sosiali-qtisadi maneələr qalmaqdadır. Bundan başqa, 

cəmiyyətdə üstünlük təşkil edən mövcud stereotiplər də ümumilikdə, qadınları 

bizneslə məşğul olmaqdan çəkindirir. 

Ölkədə qadın sahibkarlığın inkişafını  təmin edəcək düzgün proqramların və 

strategiyanın müəyyənləşdirilməsi qadın sahibkarlığı ilə bağlı  məsələlərin təhlil 

edilməsi və aydınlaşdırılmasını  tələb edir. Qadın sahibkarların hansı problemləri var? 

Onlar maliyyə və biznes inkişaf xidmətlərindən eyni səviyyədə istifadə edə bilirlərmi? 

Qadın sahibkarlar üçün idarəçiliyin daha çox hansı növü tipikdir? Qadın sahibkarlar 

həyat yoldaşı  və ya ailənin başqa üzvləri tərəfindən dəstəklənirlərmi? Layihədə  əks 

olunan məsələlər və qaldırılan suallar yalnız bununla bitmir. 

 

2. Araşdırmanın məqsədi, metodologiyası və strukturu 



 

Beynəlxalq  Əmək Təşkilatının  ʺAzərbaycan və Gürcüstanda işəgötürənlər 

təşkilatları vasitəsilə qadın sahibkarlığın inkişafıʺ layihəsi çərçivəsində milli 

araşdırmanın  əsas məqsədi Azərbaycanda qadın sahibkarlığı sahəsində olan əsas 

meyllər və mövcud vəziyyətin müəyyənləşdirilməsi, qadın sahibkarlığın 

xüsusiyyətlərini, bu sahədəki problem və çətinlikləri əhatə edən məlumatın toplanması 

və  təhlil edilməsi, kiçik bizneslə bağlı qanunvericilik bazasının nəzərdən keçirilməsi

qadın sahibkarlığa dəstək verən təşkilatların rolunun qiymətləndirilməsi, qadınların 

biznes və ictimai təşkilatlarda iştrakının nəzərdən keçirilməsidir. 

Azərbaycan Respublikasında qadın sahibkarlığın mövcud vəziyyətinin 

öyrənilməsi üzrə araşdırma iki istiqamətdə aparılmışdır: qadın sahibkarlar arasında 

sorğu və bu sahədə müvafiq sənədlər və statistikanın müəyyənləşdirilməsi. Sorğuda 

respublikanın cənub, (Masallı, Cəlilabad) və  şimal bölgələrindən (Quba, Qusar, 

Xaçmaz), Mingəçevir və Bakı  şəhərindən 200 qadın və kişi sahibkar iştirak etmişdir. 

Kiçik və orta müəssisələrdə çalışan sahibkar qadınların ehtiyacları və fəaliyyətinə mane 

olan problemləri araşdırmaq məqsədilə respondentlərin arasından seçilmiş  15 qadın 

sahibkarla əhatəli sorğu-müsahibə aparılmışdır. Sorğu əsasən qadınların üstünlük təşkil 

etdiyi  ərzaq istehsalı, tekstil, kənd təsərrüfatı, gözəllik salonu və  əl sənətkarlığı 

sahələrini  əhatə etmişdir. Sorğu zamanı qadın sahibkarların fəaliyyəti və bu sahədə 

mövcud problemlər və zəruri tədbirlər haqqında məlumatlar əldə edilmişdir. 

Qadın sahibkarlığı sahəsində müvafiq sənədlər və statistikanın 

müəyyənləşdirilməsində  məqsəd Azərbaycanda qadın sahibkarlığı sahəsində mövcud 

qanunvericilik, proqramlar və maliyyə  mənbələrini araşdırmaq olmuşdur. Araşdırma 



Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə