Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

 

 

Sayalı xanım özü beynəlxalq təcrübənin öyrənilməsinə böyük   əhəmiyyət verir. 



Tez-tez beynəlxalq tədbirlərdə  iştirak edir, peşəkarlıq   səviyyəsini artırmağa çalışır. 

Fransada , 

Amerikada, Rusiyada, Türkiyədə, Misirdə        beynəlxalq reklam məktəblərində 

təcrübəsini artırıb. 

2001-ci ilin noyabr ayında BMT-nin  İqtisadi Komissiyası  tərəfindən Cenevrədə 

təşkil edilmiş Sahibkar qadınların Ümumdünya İqtisadi Forumunda Sayalı xanim 7 

nəfərlik Azərbaycan nümayəndə heyətinə  rəhbərlik edib. Bu barədə 

 

o belə deyir: 



ʺSahibkar qadınların ilk Ümumdünya İqtisadi Forumunun əhəmiyyəti böyük idi. 

Forum yalnız dünyada qadın sahibkarlığın inkişaf etdirilməsinə  dəstək olan 

strategiyanın işlənib hazırlanması ilə kifayətlənmədi, tədbir həm də dünyanın müxtəlif 

ölkələrindən olan işgüzar qadınların görüş yeri, faydalı əlaqələr yaradılması və təcrübə 

mübadiləsi aparmaq üçün unikal bir fürsət oldu.ʺ 

Sayalı xanımın fikrincə bu gün Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit 

şərait - qanunvericilik və  təhsil bazası yaradılmışdır. Biznes sahələrinin 

liberallaşdırılması və bu işə ictimai qurumların cəlb olunması biznesin gələcək inkişafı 

haqqında aydın təsəvvür yaradır. 

Bu sahədə problemlərə  gəlincə Sayalı xanım bu barədə böyük təəssüf hissi ilə 

danışır:  ʺBakıda fəaliyyət göstərən 81-ə  qədər reklam şirkətinin reklam bazarında 

işlərinin təşkil edilməsi və hüquqların qorunması üçün hələ  də tam təminat yoxdur, 

ölkədə reklam fəaliyyətini tənzimləyən  ʺReklam haqqındaʺ Qanun, dövlət nəzarət 

sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin 

aradan qaldırılması haqqında Prezident fərmanlarına lazımınca  əməl olunmur. Bütün 

bu problemlərin aradan qaldırılması, sahibkarlığın inkişafı üçün yeni bank sisteminin  

qurulması, uzunmüddətli və faizsiz ^rec itlərin verilməsi, sahibkarlığa qarşı vəzifədən 

sui-istifadə  və ya rüşvətxorluq hallarının qarşısının alınması ilə Azərbaycanda reklam 

biznesinin və ümumiyyətlə, sahibkarlığın yüksək inkişafına nail olmuş 

 

 



olarıq.ʺ 

Sayalı xanım vaxtının əsas hissəsini biznesə sərf etsə də qayğıkeş ana, yaxşı evdar 

xanımdır.  ʺDüzdür, biznesə daha çox vaxt sərf edirəm.  İş insana depresiyadan uzaq 

olmağa kömək edir, onu mənən zənginləşdirir və güclü edir. Bununla belə  uşaqların 

tərbiyəsi ilə məşğul olmağa, onlara diqqət göstərməyə çalışıram. Oğlanlarım Orxan və 

Sinan Türk litseyində  təhsil alırlar. Hər dəfə onlar haqqında xoş sözlər eşidəndə çox 

sevinirəm. Orxan mənim işimə çox böyük maraq göstərir. Yəqin ki, bu iş bizim ailə 

biznesimizə çevriləcəkʺ. 

 

 

Hafizə  Quliyeva  



ʺElçinʺKəndli Fermer Təsərrüfatının rəhbəri 

 

Yaxşı bir peşə sahibindən, işinin ustasından söhbət düşəndə, adətən həmin 



adamın hələ  uşaqlıqdan bu işə meyl etdiyini yazırlar. Bəlkə, bu doğurdan da belədir? 


 

 

Ancaq təsadüfün insan həyatında, taleyində oynadığı rolu qiymətləndirməmək də 



düzgün olmazdı. Bəzən elə məhz təsadüf insanın həyatında həlledici rol oynayırʺ, onun 

yolunu müəyyən edir, həyatda yeganə yerini tapmağa səbəb olur. 

Xoşbəxt bir təsadüf nəticəsində  həyatda doğru yerini tapmış insanlardan biri 

ʹElçinʺ KFT-nin rəhbəri Hafizə Quliyevadır. 

O,  1960-cı il yanvarın 30-da Lənkəran rayonunun Verasul kəndində anadan olub 

1977-ci ildə orta məktəbi bitirib. O, uşaqlıqdan həkim olmağı arzulayırdı. Buna görə də 

sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna verir, lakin 2 il dalbadal müsabiqədən 

keçə bilmir. Özünü başqa yerdə sınamaq məqsədilə Krasnodar Politexnik İnstitutunun 

Bakı Filialının subtropik bitkilərin texnologiyası fakültəsində imtahan verir və  qəbul 

olunur.  Əvvəlcə  sənədlərini geri götürmək istəyir, lakin sonra nə isə ona mane olur. 

Bəlkə  də bu ʺnə isəʺ  həmin xoşbəxt təsadüf idi ki, sonra ona həyatda öz yerini 

tapmaqda kömək etdi. 

İki il oxuduqdan sonra İnstitutun Bakı filialının bağlanması ilə əlaqədar təhsilini 

Gürcüstanın Suxumi şəhərində davam etdirir, 1986-cı ildə çay istehsalı üzrə 

mühəndis-texnoloq ixtisası ilə ali məktəbi bitirir. 

Təhsilini qiyabi aldığı üçün əmək fəaliyyətinə  hələ  tələbə ikən  1982-ci ildə 

başlayıb,  əvvəl Lənkəran  şəhər 3№-li,  1985-ci ildən  1№-li çay fabrikində mühəndis-

texnoloq işləyib. Çay istehsalı sahəsində bacarıqlı mütəxəssis kimi fərqlənib. Bəlkə  də 

bu sənətə gəlişi heç də təsadüfi deyildi. Qocaman Talış dağlarının ətəklərində yerləşən 

doğma kəndi subtropik zona olduğundan ata-babaları hələ qədimdən çay becərməsi ilə 

məşğul olmuşdular. Burada o, 1999-cu ilə kimi fəaliyyət göstərir. 

Bu dövrdə köhnə  təsərrüfat sisteminin dağılması, keçmiş müttəfiq respublikaları 

arasında qarşılıqlı sıx əlaqələrin pozulması iqtisadiyyatın bir çox sahələri kimi, çayçılıq 

sənayesini də iflic vəziyyətinə saldı. Çay istehsal edən fabriklərin işi dayandı, çay 

plantasiyaları başlı-başına qaldı. Ömrünün böyük bir hissəsini çay sənayesinə  həsr 

etmiş Hafizə xanım məhv edilmiş çay plantsiyaları haqqında ürək ağrısı ilə danışırdı. 

ʺÇay təkcə nemət deyil, həm də böyük bir sərvətdir. Bu sərvət hər diyara nəsib 

olmamışdır. Çayı yetirən torpağa nadir iqlim, həssas əmək gərəkdir. Lənkəran torpağı 

belə bir diyardır. Sən bu torpağı sev, torpaq da səndən bərəkətini əsirgəməzʺ - deyir. 

Rayonda ilk dəfə olaraq çay sahələrini bərpa etmək ideyası ilə  çıxış edir, bu 

qiymətli məhsulun ənənəvi şöhrətini özünə qaytarmaq istəyir. 

1999-cu ildə  15 hektar çay sahəsi alır. Bir çox çətinliklərlə üzləşməsinə 

baxmayaraq, öz daxili imkanları hesabina işə başlaya bilir və  ʺElçinʺ KFT-nı yaradır. 

Təsərrüfatın fəaliyyət istiqaməti çaybecərmə - sahələrin  şumlanması, çay kollarının 

bərpa edilməsi, çayın yığılıb təhvil verilməsidir. Təsərrüfatda 35 nəfər adam çalışır. 

İldə  15 ton çay yığılır və müqavilə  əsasında Lənkəran  şəhər  1№-li çay fabrikına 

təhvil verilir. 

Təsərrüfat bir sıra problemlərlə üzləşir. Bu, əsasən suvarma işlərinin aparılması və 

çay sahələrinin mühafizəsi ilə bağlı çətinliklərdir. Bu problemlərin öhdəsindən gəlmək 

üçün maliyyə qurumlarından kredit almaq niyyətindədir. 

Əgər maliyyə vəziyyəti imkan verərsə daha çox çay plantasiyalarını bərpa etməyi, 

bundan başqa kənddə heyvandarlığı inkişaf etdirməyi planlaşdırır. 




Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə