Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 

həmçinin iqtisadi inkişaf prosseslərində qadınların sahibkarlıq fəaliyyətinə fəal surətdə 



cəlb edilməsi məqsədilə rəsmi statistika və məşğulluq idarələrindən qadınların işsizlik 

və  məşğulluq vəziyyəti, təhsil səviyyəsi ilə bağlı  əldə edilmiş göstəriciləri və  ətraflı 

məlumatı da əhatə etmişdir. 

Sorğunun nəticələri əsasında Azərbaycanda qadın sahibkarlığı sahəsində mövcud 

vəziyyəti, problemlər və gələcək perspektivləri əks etdirən hesabat hazırlanmışdır. 

Hesabat aşağıdakı məsələləri əks etdirir: 

!"

Azərbaycanın  əmək bazarında qadınların mövqeyi, qadın 



sahibkarlığın əhatə dairəsi, həcmi və profili haqqında məlumat; 

!"

Qadın sahibkarlığın inkişafı üçün mövcud iqtisadi  siyasi və ictimai 



mühit: boşluqlar, problemlər, maneələr, çətinliklər və 

təzadların 

müəyyənləşdirilməsi; 

!"

Azərbaycanda potensial və mövcud qadın sahibkarlığın sosial-



mədəni, təhsil, texnoloji, hüquqi və maliyyə imkanları nöqteyi-nəzərindən 

üzləşdiyi maneə və problemlərin araşdırılması; 

!"

Qadın və kişi sahibkarları arasındakı 



əsas fərqlərin 

müəyyənləşdirilməsi (onların müvafiq fəaliyyəti, motivasiyası, müvəffəqiyyət 

kriteriyası daxil olmaqla); 

!"

Gəlirlərin artırılması, mikro və kiçik müəssisələrin inkişafı və kredit 



təminatı vasitəsilə qadınların iqtisadi imkanlarını artırmaq üçün hökumət, QHT 

və ya donorlar tərəfindən həyata keçirilmiş tədbirlər haqqında məlumat; 

!"

Qadın sahibkarlara dəstək verən biznes xidmətlərinin həcmi və 



rolu; 

!"

İşəgötürənlər təşkilatlarında mövcud qadın sahibkarların müdafiə 



mexanizmləri, həmin təşkilatlarda onların üzvlük səviyyəsi, onların maraq və 

problemlərini təqdim etmək baxımından qadın sahibkarlar assosiasiyalarının və 

biznes təşkilatların fəaliyyətinin səmərəliliyinin araşdırılması, həmçinin qadın 

assosiasiyaları, qadın sahibkarlar assosiyasiyaları  və  işəgötürənlər təşkilatları 

arasında əlaqənin müəyyənləşdirilməsi; 

!"

Hökumət, işəgötürənlər təşkilatları, QHT-lər, qadın assosiasiyaları 



və biznesə  dəstək institutlarının Azərbaycanda qadın sahibkarlığın inkişaf 

etdirilməsi və onların uzunmüddətli məşğulluğunun artırılması və yoxsulluğun 

azaldılmasında iştirakının təmin edilməsi məqsədilə tövsiyyələr verilməsi. 

Burada əsas diqqət işəgötürən təşkilatlarının qadın sahibkarlığa səmərəli dəstəyə

onların işəgötürənlər təşkilatlarına üzvlüyününə  cəlb olunmasına və bu təşkilatların 

siyasət və  fəaliyyətlərində qender bərabərliyinin təmin olunmasındakı roluna 

yönəldilmişdir. 

 

3. Azərbaycanın əmək bazarında qadının yeri 



 

3.1. Ümumi məlumat 

Azərbaycanda qadınlar əhalinin 51.2%-ni təşkil edir. Milli qanunvericiliyin əsasını 

təşkil edən Konstitusiya qadın və kişilərə bərabər hüquqlar təmin edir. Qadınlar Dövlət 




 

 

strukturlarında, Parlamentdə və müxtəlif təşkilatlarda təmsil olunurlar. Lakin bu təmsil 



olunmada onların sayı kişilərə nisbətən çox aşağıdır. 

1994-cü ildən başlayaraq ölkə sosial  iqtisadi istiqamətdə stabillik və inkişafa 

doğru getməyə başlayır. Qadınların IV Ümumdunya Konfransına (Pekin, 1995) hazırlıq 

işləri aparılmış,  1995-ci ilin iyununda Azərbaycan Respublikası  tərəfindən  ʺQadınlara 

Qarşı Ayrı-Seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaʺ 

ratifikasiya edilmişdir.  1995-ci ilin sentyabr ayında Pekində keçirilən IV Ümumdünya 

Qadınlar Konfransında Azərbaycan qadınlarının iştirakından sonra ölkədə qadın 

problemlərinə maraq daha da artmışdır. 

1998-ci ildə  ʺAzərbaycanda qadınların rolunun artırılması haqqındaʺ Azərbaycan 

Respublikası Prezidentinin sərəncamı  dərc olundu. Bu sərəncamda dövlət strukturları 

tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyən olunmuşdur. Eyni 

zamanda ölkə Prezidentinin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi 

yaradılmışdır. 

Bazar iqtisadiyyatına keçid Azərbaycanda bir çox siyasi və iqtisadi struktur 

dəyişikliklərinə  səbəb oldu. Azərbaycanda müasir sosial-iqtisadi inkişaf nəticəsində 

əhalinin hər iki cinsi üçün yeni şəraitə uyğunlaşmaq, cəmiyyətdə özünü və öz yerini 

tapmaq zərurəti yarandı. Onlar çox çətin və mürəkkəb vəziyyətlə qarşılaşdılar. Baş 

verən proseslərdəki kortəbiilik, qeyri-mütəşəkkillik, yeni iqtisadi şəraitə uyğunlaşma 

yollarının axtarışı,  əhalinin  əksər hissəsinin fəaliyyətini bazar iqtisadiyyatının 

tələblərinə cavab verəcək səviyyədə qurmaqda bacarıqsızlığı, ilkin kapitalın və peşəkar 

vərdişlərin olmaması nisbətən stabil həyat səviyyəsinin aşağı düşməsinə səbəb oldu. 

Əmək bazarında baş vermiş  dəyişiklikləri və  işləyən qadınların vəziyyətinin 

pisləşməsini əsasən aşağıdakı səbəblərlə izah etmək olar: 

!"

Ciddi iqtisadi çətinliklər və istehsalı aşağı düşməsi; 



!"

Qadınların əmək bazarındakı vəziyyətinə dair lazımi milli siyasətin 

olmaması; 

!"

Məşğulluq və biznes imkanları haqqında məlumatsızlıq; 



!"

Kredit və maliyyə bazarlarından istifadə olunmasında çətinliklər; 

!"

Texniki və idarəetmə bacarıqlarınıı aşağı olması; 



!"

Qadınlarda özünəinamın aşağı olması. 

 

3.2. Qadınların iqtisadi vəziyyəti və məşğulluq xüsusiyyətləri 



SSRİ  tərkibində olduğu zaman Azərbaycanda mərkəzi siyasi orqanların 

göstərişlərinə uyğun olaraq qadınlar qanunvericilik və icra hakimiyyəti orqanlarında 

müvafiq nisbətdə  təmsil olunurdular. Bundan başqa, qadınlar iqtisadiyyatın, 

infrastrkturun, elmin, təhsilin, xidmət sferasının bütün sahələrində çalışırdılar. Aqrar 

sahədə qadınların  əksəriyyəti kolxoz və sovxozlarda adətən fəhlə peşələrində 

işləyirdilər.  Ənənəvi olaraq, milli əxlaq normalarının və adətlərin təsiri altında, evdar 

qadınların sayı yüksək olmuşdur. 

SSRİ dağıldıqdan sonra və  məlum hadisələr nəticəsində Respublikanın 

iqtisadiyyatı  dərin böhran vəziyyətinə düşmüş (neft sektorundan başqa),  əhalinin, o 

cümlədən qadınların, məşğulluq səviyyəsi kəskin olaraq aşağı düşmüşdür. Bu vəziyyət 

Ermənistan Respublikasının hərbi təcavüzü, Dağlıq Qarabağ və onun ətraf rayonlarının 



Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə