Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 

çətiniliklərlə qarşılaşırlar. Aparılmış araşdırma zamanı əldə edilmiş məlumatlara əsasən 



aşağıdakı nəticəyə gəlmək olar: 

!"

Respublikada sahibkarlığın inkişafına yönəldilmiş dövlət tədbirləri 



nəticəsində münbit sahibkarlıq mühiti formalaşır; 

!"

Azərbaycanda gedən makro-iqtisadi dəyişikliklər nəticəsində 



yüksək təhsilli və peşə hazırlığı, bizneslə  məşğul olmaq üçün zəruri bilik və 

vərdişləri olan qadınlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı arzulayırlar; 

!"

Qadın sahibkarlar Yoxsulluğun Azaldılması üzrə Dövlət 



Proqramında nəzərə tutulmuş  məqsədlərə müvafiq olaraq məşğulluğun 

artırılması və iqtisadi inkişafı prosesində iştirak edirlər; 

!"

Qadın sahibkarların təşkilatlanması noqteyi-nəzərindən mövcud 



problemlər qeydiyyatda süründürməçilik və bürokratik əngəllər qadınların 

sahibkarlıq təşəbbüsünü azaldır və onların ictimai təşkilatlarda birləşməsinə  və 

ümumi problemlərin həllində çətinliklər törədir; 

!"

Biznes  İnkişaf Xidmətləri təqdim edən təşkilatlar qadın 



sahibkarların ehtiyac və tələblərini kifayət qədər ödəyə bilmir və bu istiqamətdə 

xüsusi proqramlar azdır; 

!"

Yerli QHT-lər arasında şəbəkənin olmaması səbəbindən qadınların 



bizneslə  məşğul olmaq sahəsində lazımi bilik və informasiyanın  əldə edilməsi 

məhdudlaşır; 

!"

Qadın sahibkarların milli işəgötürənlər təşkilatında və qadın 



təşkilatlarında təmsilçiliyinin zəif olması  səbəbindən onlar mövcud biznes 

imkanlarından və biznes inkişaf xidmətlərindən daha az istifadə edirlər. 

Qadınların cəmiyyətdə  fəal iştirakını  təmin edən mühüm istiqamətlərdən biri də 

onlnrın iqtisadi sahədə  qərar qəbuletmənin yüksək pillələrində  təmsil olunmasıdır. 

Təəssüf ki, qadınların bu sahədə qeyri-bərabər təmsil olunması onların bilavasitə iq-

tisadi qərarların qəbul edilməsi prosesində iştirakını məhdudlaşdırır. 

Hal-hazırda qadın sahibkarlığın inkişafı üçün bir çox sahələrdə müvafiq 

tədbirlərin həyata keçirilməsi zəruridir. Qadın sahibkarlığın dəstəklənməsi və 

tənzimlənməsi cəmiyyətdə qender bərabərliyinə nail olunması üçün mühüm bir 

addımdır. 

 

 

Hökümətə qadın sahibkarlığın inkişafı ilə bağlı  aşağıdakı  tədbirlərin həyata 



keçirilməsi tövsiyyə edilir. 

 

!"



Nazirlər Kabineti Azərbaycanda qadın sahibkarlığın inkişafının 

tənzimlənməsi üzrə  təkliflər hazırlayıb müvafiq strukturlara təqdim edir; 

!"

BƏT-in qender bərabərliyi ilə bağlı - Anaların müdafiəsi haqqında 



183, Ailə məsuliyyəti olan işçilər haqqında 156 saylı konvensiyalarına qoşulmaq 

üçün hazırlıq işlərinin gücləndirilməsi

!"

Biznesə başlamaq istəyən qadınların təhsilini və peşə hazırlığını 



təmin etmək məqsədilə hökumət strukturlarını da cəlb etməklə, qeyri-hökumət 


 

 

təşkilatları  və kommersiya institutları ilə birgə informasiya və treninq 



mərkəzinin yaradılması; 

!"

Qadın sahibkarları  və onların profili haqqında  İnformasiya 



bazasının yaradılması. BƏT/ASK layihəsi çərçivəsində aparılan sorğu nəticəsində 

müvafiq informasiya toplanmalıdır. Lakin bu informasiya bazası hökumət 

tərəfindən aparılmış daha ətraflı və geniş araşdırmalarla təkmilləşdirilməlidir

!"

Hökumət qadın sahibkarlığının inkişafına yönəldilən  proqram və 



layihələri dəstəkləyən QHT-lərə  əngəl olan hüquqi məhdudiyyətləri 

(qeydiyyatla bağlı güclü bürokratik əngəllər) ləğv etməlidir; 

!"

Mövcud və potensial qadın sahibkarlar üçün dövlət kredit və lizinq 



sistemini bir qədər  ʺyumşaltmaqʺ  və  əlverişli etmək məqsədilə bu sistemin 

yaxşılaşdırılması; 

!"

Biznesə başlayan zaman qadınlara xidmətlər göstərilməsi və 



kapitalla təmin olunmasına yardım etmək üçün biznes inkubatorların 

yaradılması; 

!"

Sahibkarlıqla bağlı treninq proqramlarının işlənib hazırlanması 



zamanı qadın sahibkarların fərdi xüsusiyyətləri (evdar qadınlar, uşağı olan 

işləyən qadınlar, tələbələr) nəzərə alınmaqla əsas diqqət onlara yönəldilməlidir; 

!"

Siyasi səviyyədə, Milli Məciisdə, Kütləvi İnformasiya Vasitələrində 



qadın sahibkarların maraqlarınin lobbiləşdirilməsi. 

 

Biznesə dəstək verən institutların və QHT-lərin rolu 



 

!"

Əsas diqqəti qadın sahibkarlara yörəltməklə Azərbaycanın 



regionlarında kredit yarmarkalarının təşkil edilməsi; kredit verən bankların 

nümayəndələri ilə qadın sahibkarların görüşlərinin, dəyirmi masaların, 

seminarların təşkil edilməsi (Kommersiya Bankları Assosiasiyasının təklifi); 

!"

Kredit faizlərinin azaldılması  və uzunmüddətli kreditlərin 



verilməsi (6 aydan 12 aya qədər) ilə bağlı səylər göstərilməsi; maliyyə hesabatları 

sisteminin sadələşdirilməsi (3 ayda bir dəfə, elektron poçtla); 

!"

Girov sisteminin yaxşılaşdırılması, bütün regionlarda vahid 



(ümumi) vergi sisteminin yaradılması; 

!"

Qadın assosiasiyalarının hüquqi statusunun və institutional 



imkanlarının yahşılaşdırılması;  Əsas səylər Azərbaycanın iqtisadi inkişafında 

qadının statusu və rolunun yaxşılaşdırılmasına və ölkədə qadın sahibkarlığın 

inkişafına  əngəl olan sosial-mədəni maneələri azaltmaq məqsədilə ictimai 

mentalitetin dəyişdirilməsinə yönəldilməlidir. 

!"

Qadın birlikləri qadınlara idarəetmə  vərdişlərinin aşılanmasını 



təmin etməyə cəlb olunmalıdırlar. 

!"

Şəbəkə və informasiya mübadiləsinə yaradılması qadın sahibkarlığı 



ilə  məşğul olan təşkilatlar arasında koordinasiya əlaqəsinin yaradılmasına və 

mövcud resurslar, təcrübə və nailiyyətlər mübadiləsi ilə imkan vermiş olar. 

 

 



Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə