Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 

Beynəlxalq təşkilatlar 



 

!"

BƏT qadınlara məşğulluq imkanlarının yaradılması  və onların 



əmək bazarında rəqabət qabiliyyətinin yaxşılaşdırılması  məqsədi daşıyan digər 

proqramlar vasitəsilə Azərbaycanda qadın sahibkarlığın inkişafına yardımını 

davam etdirməlidir. 

!"

BƏT-in Turində yerləşən Beynəlxalq Treninq Mərkəzində Qadın 



sahibkarlar üçün onların peşə qabiliyyətlərinin artırılması  məqsədilə treninqlər 

təşkil edilməlidir. 

!"

Sosial dialoqa və  qərar qəbul etmə prosesinə daha çox qadınların 



cəlb edilməsi məqsədilə  işəgötürənlər təşkilatının güclənməsinə yardım edən 

digər BƏT layihələrinin həyata keçirilməsi əhəmiyyətli olar. 

!"

BƏT, BMT İP, BMT AİK kimi beynəlxalq təşkilatlar qadın 



sahibkarlığı ilə  məşğul olan digər təşkilatlarla informasiya mübadiləsi və yerli 

təşkilatlarla  əlaqələrin qurulması  əməkdaşlığın genişlənməsinə kömək etmiş 

olar. 

!"

Beynəlxalq maliyyə institutları  tərəfindən qadın sahibkarlığın 



inkişafı məqsədilə mikrokredit xəttinin açılması qadınların sahibkarlıq fəaliyyəti 

ilə daha fəal məşğul olmasına yardım edər. 

!"

Sahibkarların, o cümlədən qadınların peşə  vərdişlərinin və  iş 



təcrübəsinin artırılmasını  təmin etmək məqsədilə onların təhsili ilə bağlı layihə 

və proqramların işlənib hazırlanması həyata keçirilməlidir. 

 

 

Azərbaycan Respublikası Sahib (İşəgötürənlər) Təşkilatları Milli 



Korfederasiyasınin fəaliyyət planı 

 

!"



Qender bərabərliyini və xüsusilə  də qadın sahibkarlığın inkişaf 

etdirilməsi və ona yardım göstərilməsi məsələlərinin ASK-nın fəaliyyətinin əsas 

strateji istiqaməti kimi müəyyənləşdirilməsi; 

!"

Konfederasiyanın nəzdində qadın sahibkarlığın inkişafı üzrə Daimi 



Komisiyanın yaradılması; 

!"

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-2005-ci illər 



üçün fəaliyyət planında nəzərdə tutulmuş  ʺQadın və  Məşğulluqʺ Dövlət 

Proqramının hazırlanmasına təkliflərin verilməsi; 

!"

Biznesə başlamaq istəyən qadınlar üçün yeni iqtisadi qanunvericilik 



və özəlləşdirmə prossesi ilə bağlı treninq kurslarının təşkil edilməsi, imkansız 

qadınlar üçün, əsasən də regionlarda pulsuz hüquq və konsaltinq xidmətinin 

göstərilməsi; 

!"

Qadınların  əlverişili bazar, ticarət və resurslarla bağlı informasiya 



ilə  təmin edilməsi, sahibkarlığa aid məlumatların yayılması  və onların peşə ilə 

bağlı treninqlərə olan ehtiyaclarını  təmin etmək məqsədılə ASK tərəfindən 

İnformasiya Mərkəzinitı yaradılması; 



 

 

!"



İqtisadi proseslərə, qadın sahibkarlığın inkişafı üzrə beynəlxalq 

təcrübənin öyrənilməsinə  cəlb edilmiş qadın məsləhətçilərin sayının artırılması, 

gələcəkdə peşə hazırlığı  və yenidən hazırlıqla bağlı treninqlərin keçirilməsi  

daimi Treninq Mərkəzinin yaradılması; 

!"

Qadın sahibkarlığın inkişafı  və qender bərabərliyi problemlərinin 



həllinə  təkan vermək məqsədilə kütləvi informasiya vasitələri ilə  əməkdaşlıq 

etmək; 


!"

Qender və qadın sahibkarlığın inkişafına yardım  məsələlərinin 

sosial-iqtisadi vəzifələrin və  BƏT-lə Azərbaycan Respublikası arasında 

imzalanmış Əməkdaşlıq Proqramının yerinə yetirilməsi zamanı nəzərə alınması 

və eyni zamanda bu məsələlərin üçtərəfli Baş Kollektiv Sazişə daxil edilməsi; 

!"

ASK-nın Veb səhifəsində qender və qadın sahibkarlığın inkişafı ilə 



bağlı bölmənin yaradılması, bu bölmənin qeyd olunmuş sahədəki fəaliyyət və 

proqramlara aid informasiyalarla daima yeniləşdirilməsi

!"

Qadın sahibkarlığın inkişafına təkan vermək məqsədilə müntəzəm 



surətdə dəyirmi masaların və seminarların təşkil edilməsi; 

!"

Müvəffəqiyyət qazanan qadın sahibkarların biznes təcrübəsi 



haqqında bukletlərin nəşr edilməsi. 

 

 



Fatimə Aslan 

ʺA TTAS - PR və Anqlo-American Business Servicesʺ Alyansının bas direktoru 

 

Həmsöhbətim ATTAS - PR və Anqlo-American Buziness Services Alyansının baş 



direktoru Fatimə Aslandır. Yaraşıqlı, gülümsər çöhrəli, boy-buxunlu, son dəblə, lakin 

ciddi geyinmiş bu qadınla hər dəfə görüşəndə  qəribə hisslər keçirirəm. Gözlərindəki 

həyat və yaşayıb-yaratmaq eşqi, sərbəst və  rəvan danışığı, işi və  fəaliyyəti barədəki 

səmimi və maraqlı söhbətləri insanın qəlbinə sirayət edir. Fatimə xanım öz uşaqlıq və 

gənclik illərindən həvəslə söhbət açır. 

O,  1958-ci il yanvar ayının 25-də ziyalı bir ailədə anadan olmuşdur. Ailənin 

sonbeşiyi olan Fatimə hələ uşaq yaşlarından çevikliyi, istedadlı olması ilə yaşıdlarından 

fərqlənib. Orta təhsilini Bakı  şəhər 47 saylı riyaziyyat təmayüllü orta məktəbdə alıb. 

Aşağı siniflərdən bacarığı ilə seçilən Fatimənin ictimai işlərə olan marağı onun hələ 6-cı 

sinifdə ikən Bakı  şəhər  ʺŞahinʺ pionerlər qərargahının sədri seçilməsinə  səbəb olub. 

Qeyri-adi jurnalistlik istedadı olan qız həm də gənclərin problemləri, sosial mövzularla 

bağlı yazılarını tez-tez yerli qəzet və jurnallarda çap etdirərdi. Orta məktəbi  əla 

qiymətlərlə bitirən gənc qızın yazmaq istedadını qiymətləndirən Rayon Təhsil  Şöbəsi 

1975-ci ildə ona Moskva Dövlət Beynəlxalq  Əlaqələr  İnstitutunun Beynəlxalq 

Jurnalistika fakültəsinə göndəriş verir. Qəbul imtahanlarından yüksək qiymətlər 

almasına baxmayaraq arzuladığı ali məktəbə daxil ola bilmir. Ruhdan düşməyən 

Fatimə Bakıya qayıdaraq elə  həmin il Azərbaycan Dövlət Xarici Dillər  İnstitutunun 

ingilis dili şöbəsinə daxil olur. İnstitut Komsomol Komitəsi katibinin müavini seçilir. 

İnstitutu yaxşı qiymətlərlə bitirən Fatimə  təhsil aldığı ali məktəbdə  əmək 

fəaliyyətinə başlayır. 2 il sonra o, Nəsimi rayon Komsomol komitəsinə tələbə gənclərin 




Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə