Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   2   3   4   5   6   7   8   9   10   ...   22

 

 

işi üzrə  şöbəyə  təlimatçı  təyin edilir. İctimai işlərdə çalışmaqla o, yaxşı  təşkilatçılıq 



məktəbi keçir, insanlarla ünsiyyətə girmək bacarığına və  rəhbərlik etmək vərdişlərinə 

yiyələnir. Bütün bunlar onun gələcək biznes fəaliyyəti üçün zəmin yaradır. 

Sonra Fatimə Asian BP/Statoyl Alyansında  əvvəl tərcüməçi, sonradan elm və 

texnika  şöbəsində menecer köməkçisi kimi çalışır. Müsabiqə yolu ilə ABŞ-ın 

Azərbaycandakı səfirinin protokol məsələləri üzrə köməkçisi vəzifəsinə təyin edilir və 

1997-ci ilə  kimi  burada  işləyir. Səfirlikdəki 4 illik iş  fəaliyyəti ona gələcəkdə özəl işini 

qurmaq üçün əsl təcrübə məktəbi olur. Burada o, dünya biznesinin görkəmli adamları, 

iri  şirkətlərin nümayəndələri ilə tanış olur və  əlaqələr yaradır. Fatimə xanım onların 

Azərbaycana olan böyük marağını  və Azərbaycan bazarı haqqında məlumata 

ehtiyacları olduğunu hiss edir. 

1997-ci ildə  ʺATTAS Public Relations and Business Developmentʺ  şirkəti yaranır. 

Şirkət xarici sərmayəçilərə  və  iş adamlarına konsaltinq xidmətləri göstərirdi. Fatimə 

xanım kifayət qədər tanınmış  ʺAnqlo-Amerikcan Businessʺ  şirkətinin həmsədri olur. 

Sonra şirkətin təsisçisi Aleks Qolzari yeni iş qurmaq üçün Dubaya gedir və 2001-ci ildən 

Fatimə xanım şirkətinə  tam rəhbərlik etməyə başlayır. 

ʺAnqlo-American Businessʺ şirkəti işədüzəltmə xidməti təqdim edir, ʺATTAS PRʺ 

isə  iş adamlarına biznes-konsaltinq xidmətləri göstərirdi. Fəaliyyətləri sıx bağlı 

olduğundan Fatimə xanım hər iki şirkəti Alyansda birləşdirir. Azərbaycanda iş açmaq 

istəyən hər hansı bir xarici şirkət yerli bazar seqmenti haqqında məlumat almaq üçün 

ʺATTAS PRʺ  şirkətinə müraciət edir və istədiyi informasiyanı alır.  ʺATTAS PRʺ  

həmçinin hüquqi məsələləri həll etmək üçün xidmətlər paketi təqdim edir. Sonra isə 

ʺAnqlo-American Businessʺ ölkəmizdə  iş quran xarici şirkətə mütəxəssislərin 

seçilməsində yardım edir. Şirkətin təqdim etdiyi xidmət istiqamətləri çoxsaxəlidir: 

istehsal proseslərinin təşkili, analitik tədqiqatların aparılması, orijinal biznes-layihələrin 

işlənib hazırlanması, beynəlxalq konfranslarla iş və s. bundan əlavə şirkət tərcüməçilik 

xidməti və dil kursları da təşkil edir. 

Şirkətdə 24 nəfər işçi çalışır. Hər gün 200-250 mütəxəssis iş tapmaq ümidi ilə 

müraciət edir. Müraciət etmiş  hər bir kəs üçün şəxsi iş açılır. Fərdi müsahibədən və 

xüsusi testlərdən keçmiş mütəxəssislər sifarişlərə  əsasən işlə  təmin olunur, qalanları 

şirkətin ʺehtiyatındaʺ saxlanılır. 

ATTAS -PR və Anqlo-American Buziness Services Xorvatiyanın ʺSinaʺ Dövlət Neft 

Şirkətinin Azərbaycandakı təmsilçisidir. 

ABŞ-ın Vaşinqtonda yerləşən  ʺBeynəlxalq Vergi və  İnvestisiyalar Mərkəziʺnin 

Azərbaycanda rəsmi nümayəndəliyi funksiyasını da həyata keçirir. Mərkəzin  əsas 

məqsədi Vergilər və Maliyyə Nazirliklərinin işçiləri üçün tədris işi aparmaqdır. Rəsmi 

nümayəndə kimi Alyans onlar üçün seminar və treninqlər təşkil edir. 

Alyans neft-qaz sərgisi zamanı  və başqa sərgilərdə  təşkilatı  məsələlərlə  məşğul 

olur. İş xidmətlərindən əlavə, şirkət respublikada mədəniyyət və incəsənətin inkişafına 

köməklik göstərir. Alyansın xidmətlərindən Azərbaycan Respublikası hökuməti, BMT 

və ATƏT nümayəndəliyi, dünyanın 100-dən çox tanınmış şirkətləri istifadə edir. 

Şirkət  ʺBiznes Liderlərinin Beynəlxalq Assosiasiyasıʺnın üzvüdür. Dünyanın 

nəhəng  şirkətlərini birləşdirən bu təşkilat sorğu və araşdırmalar aparmaqla Alyansı 

üzvlüyə qəbul edib. 



 

 

Şirkət haqqında xoşagələn yazılar yalnız yerli mətbuatda deyil, dünya 



mətbuatında, ʺWeekʺ jurnalı, ʺHerald Tribuneʺ qəzet və s.-də çap olunmuşdur. 

Fatimə xanım məni ofisi ilə tanış edir. Müasir kompyüterlərlə  təchiz edilmiş 

səliqəli otaqlar əsl işgüzarlıqdan xəbər verir. Onun fikrincə biznesin müvəffəqiyyəti 

komandadan çox asılıdır.  İş prosessində qarşılıqlı inam böyük rol oynayır. Fatimə 

xanımın işçilərlə  səmimi münasibəti dərhal hiss olunur. ʺİşə  qəbul edərkən yalnız 

işgüzar keyfiyyətlər deyil, həm də insani xüsusiyyətlər nəzərə alınmalıdır. Vicdanlılıq 

və düzlük - hər bir işin əsasıdırʺ - deyir. 

Söhbət  əsnasında bizə yaraşıqlı bir gənc yaxınlaşır.  ʺOğlum Aynardır, Moskva 

Dövlət Universitetinin Bakı filialında təhsil alır. Savadlı  və bacarıqlı  oğlandırʺ - 

deyərkən Fatimə xanımın üzündəki bayaqkı işgüzar və qətiyyətli ifadə qayğıkeş, qürur 

duyan bir ananın səmimiyyəti ilə əvəz olunur. 

Qarşımda bacarıqlı  iş adamı, gözəl qadın və qayğıkeş ananın bütün 

xüsusiyyətlərini özündə cəm edən bir şəxsiyyətin dayandığını dərk edirəm. 

 

Fatimət Agamirzəyeva ʺAygünʺşirkətinin direktoru 



 

Dağlar qoynunda yerləşən Quba Azərbaycanın  ən səfalı guşələrindən biridir. 

Yaşıllıqlara qərq olmuş, təmiz havası  və suyu ilə  şöhrət qazanmış bu qədim diyarda 

həm də yeni zamanın nəbzi vurur. Keçmişlə bu günün axıcı vəhdəti əsrlərdən keçərək 

nənələrimizin incə barmaqlarında bu günədək yaşayan qədim el sənətlərində öz əksini 

tapır. Qədim sənət incilərinə yeni nəfəs, yeni ruh verən, bununla belə onların milliliyini 

və gözəlliyini qoruyub saxlayan insanlar var. Belə insanlardan biri Quba rayonunun 

tanınmış sahibkar qadını Fatimət Ağamirzəyevadır. 

Fatimət Ağamirzəyeva  1953-cü il yarvarın  10-da Qusar rayonunun Avaran 

kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində almış, məktəbi  əla 

qiymətlərlə oxumuşdur. Məktəbdə oxuyarkən müxtəlif xalqların adət və  ənənələrinə, 

tarixinə böyük maraq göstərmişdir. Səkkiz illik məktəbi bitirdikdən sonra o, 1967 - ci 

ildə Quba Sovxoz Texnikumunun Aqronomluq fakültəsinə daxil olur və  1970-ci ildə 

oranı bitirir. Elə  həmin il Azərbaycan Dövlət Politexnik institutunun Texnologiya 

fakültəsinə daxil olur və orada qiyabi təhsil alır. Lakin ailə vəziyyəti ilə əlaqədar olaraq 

ali təhsili yarımçıq qalır. 

1974-cü ildən başlayaraq Fatimət Xanım Qubada tikiş kurslarında dərs deməyə 

başlayır.  Əl işlərinə olan böyük marağı, bu işdə  səriştə  və bacarığı ona şöhrət 

qazandırır. Onu Bakıya dəvət edirlər və  burada  o,  3  il  tikiş kurslarında dərs deyir. 

Azərbaycan televiziyasında onun üçün vaxt ayrılır və o, tikiş  sənəti üzrə verilişlər 

aparır. 

Fatimət Ağamirzəyeva respublikada ilk dəfə tikişçilik sənətinə  həsr olunmuş, bu 

sənətin incəliklərini açan ʺTikməyi-biçməyi öyrəninʺ kitabının müəllifidir. 

Sovet imperiyasının dağılması  ərəfəsində zaman və onun tələbləri dəyişir. 

Azərbaycanda yeni fəaliyyət imkanları yaranır. Bu dəyişikliklərdən ruhlanan və 

imkanlardan istifadə edən Fatimət xanım 1990-cı ildə ʺAygünʺ kooperativini yaradır və 

o, respublikada sahibkarlıq fəaliyyəti ilə  məşğul olan ilk qadın sahibkarlar sırasına 

qoşulur. 




Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə