Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

 

 

ʺAygünʺ kooperativi fəaliyyətinin ilk bir neçə il ərzində  410 nəfər qadına paltar 



biçmək və tikmək sənətini öyrətmişdi. Müəssisə o zaman respublikada bu sənət üzrə 

yeganə məktəb idi. 

90-cı illərin sonlarından başlayaraq insanların geyimə, modaya münasibəti 

dəyişilir, daha çox ʺqərb dəbliʺ geyimlərə üstünlük verilir. Dövrün dəyişən tələblərini 

nəzərə alaraq Fatimət xanım şirkətin fəaliyyəti üçün yeni bir istiqamət seçir. Şirkət xalça 

toxuculuğu və bu sahədə ustaların yetişdirilməsi ilə  məşğul olmağa başlayır. Ailə 

ənənələri  əsasında bu qədim el sənətinin sirlərini bilən Fatimət bu sahədə  işi uğurla 

idarə edir. Yalnız 3 nəfərələ işə başlayan müəssisədə indi 50-dən çox təcrübəli sənətkar 

çalışır. Xalçaçılıq sənəti üzrə hər il 40-50 tələbə yetişdirilir. Burda xalçalar qədim azəri 

ənənələri  əsasında toxunur. Bunun üçün yun, təbii ipək və pambıq saplardan istifadə 

olunur. 

Şirkətin istehsal etdiyi xalçalar dünya ekspertləri tərəfindən yüksək 

qiymətləndirilmiş, dəfələrlə beynəlxalq səviyyəli sərgi və yarmarkalarda müxtəlif 

diplom və mükafatlara layiq görülmüşdür. 

ʺAygünʺ  tədris-istehsalat müəssisəsi  1500 kvadrat metrlik bir ərazidə yerləşir. 

Burada emalatxanalar, tədris otaqları, təsərrüfat məqsədli otaqlar var. 

Fatimət xanımın biznes yolu çox çətin olub. ʺBizneslə  məşğul olmaq asan deyil. 

Onun yüksəliş və tənəzzül dövrü olur . İş adamı riski görməli və ona hazır olmalıdır. 

ʺMən öz biznesimdə pillə-pillə yüksəlmişəm və hər bir pilləni adladıqca saysız-hesabsız 

çətinliklərlə üzləşmişəm. Hər şeyi özüm həll etməyə çalışmışamʺ – deyir. 

O, daxilən narahat, sakitlik bilməyən bir insandır. Nail olduğu onu qane etmir. 

Deyir ki, biznesi ilə bağlı böyük planları var. Müəssisəni genişləndirmək, daha çox 

insanı işlə təmin etmək, daha çox gəncə sənət öyrətmək arzusundadır. Lakin müəyyən 

çətinliklər, işin genişləndirilməsi ilə bağlı problemlər var. Yerli icra orqarlarının 

süründürməçiliyi, sahibkarlığın inkişafına yönəldilmiş  fərmanlara yerlərdə  əməl 

olunmaması, kredit verilməsinin ağır şərləri işin gedişinə mane olur. 

Maneələrə baxmayaraq Fatimət xanım yeni layihələr işləyib hazırlayır. Onun 

ʺXalçalar diyarıʺ layihəsinin  əsas məqsədi Azərbaycanın bu qədim el sənətini bütün 

dünyada tanıtmaq və  təbliğ etməkdir. Layihə müəssisənin istehsal gücünün 

artırılmasını, satış, marketinq şöbələrinin yaradılmasını nəzərdə tutur. 

Fatimət xanım BMT-nin Avropa üçün İqtisadi Komissiyası  tərəfindən  ʺAvropada 

2002-ci ilin Ən yaxşı Qadın sahibkarıʺ nominasiyasına layiq görülmüşdür. 

2003-cü ildə Cenevrədə ilin ən yaxşı qadın sahibkarı adlandırılmışdır. 

Fatimət xanım üçün həyat - çalışmaq, işləmək və mübarizə aparmaq deməkdir. 

Gənclik təravətini və gözəlliyini qoruyub saxlamış, yüksək enerjili bu qadın hələ gənc 

ikən həyat yoldaşını itirmiş, dörd övladını layiqincə  tərbiyə edib boya-başa çatdırmış, 

hamısına ali təhsil vermiş, onları yaxşı mütəxəssis, hər şeydən əvvəl isə cəmiyyət üçün 

faydalı insan kimi tərbiyə etmişdir. 

Respublikamızda qadın sahibkarlığın inkişafında böyük rolu və  əməyi olan iş 

adamı Fatimət Ağamirzəyevaya böyük uğurlar arzulayırıq! 

 

 

Nərminə Abdınbəyova 




 

 

ʺTAKİ Distributon ʺ şirkətinin 



prezidenti 

 

Bakının mərkəzi küçələrindən birində yerləşən ofisə daxil oluram. Sadə və səliqəli 



otaqda məni qarşılayan gənc gözəl qızla aramızda dərhal ünsiyyət yaranır. Yaşı az olsa 

da, iş qabiliyyətinə, bacarığına söz ola bilməz. Axı böyük bir şirkətə rəhbərlik etmək elə 

də asan iş deyil. Söhbət yeni azərbaycanlılar nəslinin nümayəndəsi - respublikanın gənc 

qadın sahibkarı Nərminə Abdınbəyovadan gedir. 

Nərminə  1976-ci il iyulun 6-da Bakı  şəhərində anadan olub. Orta təhsilini Bakı 

şəhər 46 №-li məktəbdə alıb. 1993-97-ci illərdə Bakı Dövlət Xarici Dillər Universitetində 

təhsil alıb. 

Əmək fəaliyyətinə hələ tələbə ikən başlayıb, bir sıra iri xarici şirkətlərdə tərcüməçi 

işləyib. 

1998-ci ilə Nərminə xanım təhsilini təkmilləşdirmək üçün bir neçə aylıq Londona 

gedir. 

Qayıtdıqdan sonra ʺTaki Distributonʺ (Parfums de France) Fransa - Azərbaycan 



Birgə Müəssisəsində marketinq üzrə menecer işləməyə başlayır.  İşlədiyi ilk qündən 

bacarığı, işgüzarlığı ilə seçilir, kollektivin etimadını qazanır. Onun bu xüsusiyyətlərini 

nəzərə alan Fransa tərəfinin təkidi ilə o, 2000-ci ildə  ʺTaki Distributonʺ  Şirkətinin 

prezidenti təyin edilir. 

ʺTaki Distributonʺ MMC parfümeriya  və kosmetika məhsullarının alqı-satqısı ilə 

məşğuldur. Dünyanın 50-dən artıq - Estee Lauder, Lancome, Nina Ricci, Christian Dior, 

Aramis, Kenzo, Versace və s. kimi məşhur fransız, italyan, alman və ingilis şirkətlərinin 

rəsmi və ekskluziv distribyutorudur. Şirkət respublikada 14 Parfums de France 

mağazalar  şəbəkəsinə malikdir. Həmçinin cəmiyyətin bilavasitə özünə  məxsus 5 

mağazası fəaliyyət göstərir. Bu yaxınlarda şirkətin daha bir mağazası işə başlayıb. 

Nərminə xanım deyir ki, şirkətin realizə etdiyi məhsullara tələbat yüksəkdir, 

müştərilərin sayı getdikcə artır. Bu isə  əhalinin alıcılıq qabiliyyətinin yüksəldiyini və 

ölkədə iqtisadi vəziyyətin yaxşılaşdığını sübut edir. 

Müəssisənin üzləşdiyi  əsas problem kadr məsələsi: yüksək ixtisaslı kadrların 

seçimidir. Hazırda  şirkətdə 37 nəfər işçi çalışır. Kollektivin 50%-i gənclərdir. 

Mütəxəssisləri şirkət özü yetişdirir. Əsasən də marketinq üzrə mütəxəssislər təhsillərini 

artırmaq üçün xarici ölkələrə göndərilir və iş təcrübəsi öyrənirlər. 

Nərminə xanım yeni layihələr üzərində çalışır. Bunlardan biri Bakı  şəhərində 

gözəllik salonunun açılması ilə bağlıdır. Bu salon Avropanin qabaqcıl və tanınmış 

salonları tipində təşkil ediləcəkdir. Burada çalışacaq mütəxəssislər inkişaf etmiş Avropa 

ölkələrində  təcrübə keçəcəklər.  İstifadə edilən kosmetik xammal məhsulları  həmin 

ölkələrdən gətiriləcək, əsasən də Lancome firmasının məhsullarından istifadə ediləcək. 

Bundan əlavə Nərminə xanım yeni aparıcı dünya şirkətlərinin distribyutorluğunu 

götürmək arzusundadır. 

Nərminə xanım, qadın üçün, xüsusilə  də sizin kimi gənc bir qadın üçün 

sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq çətin deyil ki? 

Bəzən sahibkarlıqla məşğul olan qadınların müxtəlif maneələr, xüsusilə  də cinsi 

ayrı-seçkiliklə üzləşdiyini eşidirəm. Yəqin ki, bu barədə  mənim bəxtim gətirir. Axı 




Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə