Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

 

 

Azərbaycanda həmişə qadına hörmət və ehtiramla yanaşıblar. Çox vaxt kişinin sözü 



keçməyən yerdə qadının səsi daha güclü çıxır. Mənim yeganə problemim vaxt 

məhdudluğudur. Rəhbərlik etmək çox böyük məsuliyyət tələb edir. Amma mən bunun 

öhdəsindən gəlməyə çalışıram. Məndə ailə 

və karyera məsələsi dəqiq 

müəyyənləşdirilib. 

Nərminə xanımın həyat yoldaşı Gündüz bəy də biznes fəaliyyəti ilə məşğul olur. 

ʺMən səhərlər işə  tələsirəm, çünki işimi sevirəm, ondan zövq alıram, axşam isə evə 

tələsirəm. Bilirəm ki, məni gözləyən və  mənə ehtiyacı olan ailəm var. Məncə bu əsil 

insan səadətidirʺ. 

 

 



Rəna Bağırova 

ʺBİOMED - SPECTRʺ Tibb Mərkəzinin direktoru 

 

Onunla görüşəndə keçdiyi yolla fəxr edən, zirvəyə çatmış bir qadınla 



rastlaşacağımı zənn edirdim. Bu gözəl və məlahətli qadınla söhbətdən sonra hiss etdim 

ki, o, özünü hələ böyük həyat yolunun başlanğıcında hiss edir, yeni planlar qurur, 

layihələr fikirləşir. Həkimlik yeganə peşədir ki, ona yiyələnəndə and içirsən, and içirsən 

ki, bu müqəddəs ada xəyanət etməyəcəksən, bu adın ləyaqətini qoruyacaqsan. Buna 

ʺHippokrat andıʺ deyirlər. Bu andı içmiş  və ömrü boyu ona sadiq qalmış  şərəfli peşə 

sahiblərindən biri -Rəna xanım haqqında danışacağam. 

Rəna Bağırova 1950-ci il mart ayının 21-də həkim ailəsində anadan olub. 

Ailə  ənənəsini davam etdirərək həkim olmağı arzulayıb və Azərbaycan Dövlət 

Tibb İnstitutunun pediatriya fakültəsininə daxil olub. 

1974-cü ildə  Rəna xanım ali məktəbi bitirdikdən sonra 12  №-li Bakı  şəhər Uşaq 

poliklinikasında sahə həkimi kimi fəaliyyətə başlayır. 1980-ci ildə həmin poliklinikanın 

baş  həkimi təyin edilir. Səhiyyə sahəsindəki  əvəzsiz xidmətlərini nəzərə alaraq onu 

1982-ci ildə Bakı şəhər Nəsimi rayon Səhiyyə Şöbəsinin müdiri təyin edirlər və o, 1994-

cü ilə kimi bu vəzifədə çalışır. 

1994-cü ildən isə Bakı Soveti Sədrinin səhiyyə məsələləri üzrə məsləhətçisi olur. 

Bu dövrdə Azərbaycanda baş verən məlum ictimai-siyasi hadisələrlə bağlı 

soveilərin fəaliyyəti dayandırılır. Ömrü boyu rəhbər vəzifələrdə çalışmış, gözəl 

idarəçilik vərdişləri və bacarığı olan Rəna xanım sərbəst fəaliyyət göstərmək və azad 

sahibkarlıqla məşğul olmaq üçün fürsət qazanır.  1996-cı ildə o, ʺFəxriʺ Kiçik 

Müəssisəsini yaradır. Müəssisə  dərman və tibbi ləvazimatlarını Rusiya və Türkiyədən 

Azərbaycana gətirilməsi və satışı ilə məşğul idi. 

Müəyyən qədər vəsait əldə etdikdən sonra o, fəaliyyətini genişləndirir və 2003-cü 

ildə ʺBİOMED - SPECTRʺ Tibb Mərkəzini açır. 

Mərkəz Bakının mərkəzi küçələrindən birində 200 kv. metrlik bir ərazidə yerləşir. 

Burada daimi və müqavilə əsasında 300 nəfərə qədər insan çalışır. 

Müasir ABŞ  və Yaponiya cihazları ilə  təchiz edilmiş  ʺBİOMED - SPECTRʺ Tibb 

Mərkəzi biokimyəvi, immunoferment və bakterioloji laboratoriya, ultrasəs müayinəsi: 

daxili orqanların müayinəsi, ginekoloji müayinələr, refleksoterapiya, lazeroterapiya, 

ginekoloji xəstəliklərin diaqnozu və müalicəsi, qadın və kişi sonsuzluğunun müalicəsi, 



 

 

xroniki prostatit, uroloji, dəri zöhrəvi xəstəliklərin müalicəsi, şərq təbabəti, alkoqolizm, 



narkomaniya, toksikomaniyaya düçar olmuş  xəstələrin müayinəsi və müalicəsi və s. 

tibb xidmətlər təqdim edir. 

Tibb Mərkəzinin xidmətlərinin səviyyəsi yüksək və qiymətləri münasib 

olduğundan hər gün 100-ə  qədər insan şəfa tapmaq məqsədilə  mərkəzin 

xidmətlərindən istifadə edir. 

Rəna xanım 

 

deyir ki, tibbi xidmət bazarında rəqabət çox böyükdür. Bakı 



Şəhərində onlarla belə  mərkəz fəaliyyət göstərir. Təşkilatçılıq xüsusiyyətlərinə malik 

olan Rəna xanım bunun öhdəsindən gəlməyə, rəqabətə tab gətirməyə, mərkəzin işini 

beynəlxalq standartlara uyğun səviyyədə qurmağa çalışır. O, tez-tez özü rayonlara 

gedir, mərkəzin menecerləri müxtəlif xəstəxanalarla işləyir, texniki avadanlıqlar daima 

yeniləşdirilir, işə daha savadlı mütəxəssislər cəlb edilir, güclü reklam kampaniyası 

aparılır. 

Onun maliyyə imkanları artdıqca müəssisəni genişləndirəcək, yeni istiqamətlər - 

plastik cərahiyyə  əməliyyatları  və dogum şöbəsi yaradacaqdır. Bundan əlavə o, 

Sumqayıt və Gəncə şəhərlərində belə mərkəzlər açmağı planlaşdırır. 

Rəna xanımın həyat yoldaşı da tibb işçisidir və bu sahədə sahibkarlıq fəaliyyəti ilə 

məşğuldur. İki övladı var. 

O, çox prinsipial, özünə inamı olan və hörmət edən bir insandır. Rəna xanım 

sahibkarlıq fəaliyyətini çox şərəfli bir iş sayır və deyir ki, ʺBiznes elə bir sahədir ki, 

burada halal zəhmətlə çoxlu pul qazanmaq mümkündür. Burada heç kimdən asılı 

deyilsən, ancaq özünə hesabat verirsən, qadın üçün isə sahibkarlıq çox təbii bir işdir, 

çünki qadın daha məsuliyyətli və həssas, daha mərd olurʺ. 

ʺKamillik - zahiri və daxili gözəlliyin vəhdətidirʺ-deyiblər. Rəna xanım isə kamil 

bir insandır. ʺQazandığım pulu xərcləməyi, özü də xeyriyyə məqsədlərinə sərf etməyi 

sevirəm.  İlk növbədə imkansız adamları düşünürəm, axı dünyada ehtiyacı olanlar 

çoxdurʺ - deyir. Onun 2000-ci ildə yaratdığı ʺSabahʺ Beynəlxalq Humanitar Təşkilatının 

əsas məqsədi qaçqın, məcburi köçkün, əlil və az təminatlı ailələrə yardım etməkdir. 

Təşkilatın işçiləri rayonlara gedir, qaçqın düşərgələrində olur, kasıb ailələri arayıb tapır, 

onlara həm tibbi, həm də ərzaq və başqa tələbat malları cəhətdən köməklik göstərirlər. 

Tanınmış iş adamı və xeyriyyəçi insan olan Rəna xanıma məqsədlərinə çatmaqda 

uğurlar arzulayırıq! 

 

 



Zemfira Ağayeva 

Gəncə Modalar Evi, ʺQızıl əllərʺ müəssisəsi, Sahibkar Qadınlar Birliyinin rəhbəri 

 

Yeni mülkiyyət münasibətlərinin ən müsbət xüsusiyyətlərindən bir də odur ki, o, 



insana sərbəstlik verir, ona inamlı  və etibarlı münasibət formalaşdırır. Belə münasibət 

isə insanın cəmiyyət qarşısındakı  məsuliyyətini artırır, onun hərtərəfli inkişafı üçün 

əlverişli şərait yaradır. Öz vicdanı qarşısında borcunu dərk edən insanlardan biri Gəncə 

şəhərinin ilk sahibkar qadınlarından biri Zemfira Ağayevadır. 

Zemfira Ağayeva  1950-ci il dekabrın 30-da Goranboy rayonunun Qurbanzadə 

kəndində anadan olub. 




Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə