Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu



Yüklə 43,68 Kb.

tarix14.09.2018
ölçüsü43,68 Kb.


İCO: TƏNZİMLƏMƏLƏR, 

İMKANLAR, 

TƏHLÜKƏLƏR

Sabit Bağırov

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

15 Mart, 2018




Təqdimatın içindəkiləri:

• İCO nədir?

• İCO nə vaxtdan başladı və uğurlu layihələr 

olubmu?; 

• İCO-nun İPO-dan fərqlilikləri nədən ibarətdir?

• İCO investorlar üçün nəyə görə cəlbedicidir?

• TOKEN nədir?

• İCO layihəsi hansı addımlardan keçir?

• Tənzimləmə

15.03.2018

Sabit Bağırov, SBİİYF

2



ICO (Initial Coin Offering) nədir?

Təxmini analoq – İPO (Initial Public Offering)

İCO hazırda, əsasən yeni kriptovalyutaların, kriptovalyuta 

birjalarının, müxtəlif blokçeyn alətlərinin yaradılması məqsədini 

daşıyan yeni startapların sərmayə (investisiya) toplamaq üsuludur. 

Fərq əsasən ondadır ki, İCO zamanı mülkiyyətdə yox gələcək 

məhsulda/qazanclarda/səslərdə paylar satılır. Bu payların vahidinə 

TOKEN (tərcümədə işarə, simvol, jeton) deyilir.

İCO-nu KROWDFUNDING növü kimi qeyd edirlər. İngiliscə 

KROWDFUNDING - Xalq Maliyyələşdirməsi. Termin 2006-cı ildən 

işlədilsədə üsulun tarixi böyükdür)

Ekspertlərin rəyincə, İCO vasitəsi ilə əldə edilən 1 USD vençur 

fondları vasitəsi ilə əldə olunan 3 USD-yə ekvivalentdir.

15.03.2018

Sabit Bağırov, SBİİYF

3



İCO nə vaxtdan başladı və uğurlu 

layihələr olubmu?

İlk İCO layihəsi –

Mastercoin

2013-cü ildə elan 

edildi və qısa müddətdə 4700 BTC toplandı (o 

zamankı $5 mln.). 

2014-cü ildə 

Ethereum

layihəsi $17 mln. toplaya 

bildi.

2016-ci ildə 



Waves

layihəsi $16 mln. toplaya 

bildi.

2018-ci ilin ilk iki ayında 



Telegramm

$870 mln. 

toplaya bildi.

15.03.2018

Sabit Bağırov, SBİİYF

4



İCO-nun İPO-dan fərqlilikləri nədən 

ibarətdir?

1.

İCO zamanı mülkiyyətdə yox gələcək məhsulda/ qazanclarda/ səslərdə 



paylar satılır. Bu payların vahidinə TOKEN deyilir, İPO-da isə 

səhm/qiymətli kağız;

2.

İPO dövlət tərəfindən tənzimlənir. İCO isə əksər hallarda 



tənzimlənmir;

3.

Bir çox sənəd, yoxlama, prosedur tələb edən İPO ilə müqaisədə İCO 



çox asan və istənilən şəxs tərəfindən elan edilə bilər;

4.

İCO layihəsini bəyənən istənilən insan, vətəndaşlığından asılı 



olmayaraq həmin İCO layihəsinin Tokenini ala bilər. 

Beləliklə İCO-lar startaplar üçün böyük imkanlar, investorlar üçün isə 

böyük risklər deməkdir (qanunvericiliklə tənzimlənməyən halda).

15.03.2018

Sabit Bağırov, SBİİYF

5



İCO investorlar üçün nəyə görə 

cəlbedicidir?



1.

Ehtimal edilən qazanc.  İCO layihəsi uğurlu olarsa onun 

Tokenlərini daha bahaya satmaq olar. Nəzərə alaq ki, İCO 

layihəsi elan edildikdə onun Tokenləri çox ucuz olur. Hətda, 

layihə tamamlanmamış Tokenlərin qiymət arta bilər.



2.

Sərmayənin şəxsin özü tərəfindən yerləşdirilməsi arzusu.

Banklar çox az faiz vəd edir və ya heç etmir. Birjalarda oynamaq 

xüsusi bacarıq tələb edir. Token almaq isə çox asandır.

Misal: ICO Ethereum 2014-cü ildə elan olunduqda tokenlərinin 

qiyməti 30-40 sent arasında idi. 2015-ci ilin ortalarında bu Platform 

işə salındıqdan sonra tokenlərin qiyməti 19 dolları aşmışdı. Yəni 6 

min %-dan çox.

15.03.2018

Sabit Bağırov, SBİİYF

6



TOKEN nədir?

Təxmini analoq – rəqəmsal qiymətli kağız.

Token bəzi birjalarda alınır və satılır. Məsələn: Poloniex 

https://poloniex.com/

Tokenlər adi valyutaya və ya kriptovalyutaya alınır və 

satılır.


Məsələn, Siz hansısa yeni sosial şəbəkəni yaradırsınız, 

Sizə maliyyə gərəkir, Siz İCO elan edirsiniz, bu zaman 

sizin tokenlər yeni yaradılan sosial şəbəkədə reklam 

dəqiqələri ola bilər və ya Sizə başqa üstünlüklər 

qazandıra bilər.

15.03.2018

Sabit Bağırov, SBİİYF

7



Bəzi uğurlu Tokenlər (14.03.2018)

EOS



EOS


layihəsinin tokenidir. Layihə üfüqi və şaquli 

miqyasın artırılmasına imkan yaradan blokçeyn 

arxitekturasını təklif edir. EOS misal üçün bu birjalarda 

satılır:  Bithumb, Huobi, OKEx, Bitfinex. Bazar 

kapitalizasiyası - $4,043,744,118, qiyməti – $5.55;

Tether



Omni


layihəsinin tokenidir. Layihə istifadəçilərin 

rəqəmsal aktivlərinin yaradılması və ticarəti üçün istifadə 

edilir. Tether misal üçün bu birjalarda satılır: Binance, 

Huobi, OKEx və s. Bazar kapitalizasiyası -

$2,217,872,470

qiyməti – $1;



TRON


TRON


layihəsinin tokenidir. Layihə qlobal əyləncə 

sisteminin yaradılmasına çalışır. TRON misal üçün bu 

birjalarda satılır: Binance, Bit-Z, Huobi və s. Bazar 

kapitalizasiyası - $2,092,547,997, qiyməti – $0.031716

;

15.03.2018



Sabit Bağırov, SBİİYF

8



İCO layihəsi hansı addımlardan keçir?

1. İdeyanızı anlaşılan dildə təsvir edirsiniz və kiçik tərkibdə 

komanda formalaşdırırsınız; 

2. İdeyanızın gerçəkləşməsi üçün tələb olunan maliyyə vəsaitini 

hesablayırsınız. TOKENlərin sayını və qiymətini 

müəyyənləşdirirsiniz;

3. Şirkət yaradırsınız və onu qeydiyyatdan keçirirsiniz;

4. İdeyanızı White Paper adlanan sənəddə təsvir edirsiniz;

5. Layihənizin veb-səhifəsini yaradırsınız;

6. Layihənizi elan edirsiniz və reklam kompaniyasını aparırsınız (o 

cümlədən professional və sosial şəbəkələrdə); 

7. TOKEN-lərinizi satırsınız/paylayırsınız; 

8. Layihənin gerçəkləşdirirsiniz

15.03.2018

Sabit Bağırov, SBİİYF

9



İCO harada elan edilir?

İCO müvafiq layihənin vebsəhifəsində və ya xüsusi meydançalarda (İCO-trekerlərdə) 

elan edilir. Məsələn:

https://icotracker.net/

https://ico4you.com/about/

https://www.icoalert.com/

https://icorating.com/

https://tokenmarket.net/

https://icobazaar.com/

https://cointelegraph.com/ico-calendar

Bu meydançalarda İCO yerləşdirməyin qiyməti $1000-$3000 arasında dəyişir.

Tokenlər ya kriptovalyutaya (əsasən Bitcoin) və ya Fiat valyutaya satılır.

2016-cı ildə İCO bazarında 300 mln.USD tıoplanmışdır. Bu il artıq miliardı keçib.

15.03.2018

Sabit Bağırov, SBİİYF

10



Token alan nədən ehtiyatlanır?

1.

İCO layihəsi uğur qazana bilməyəcək;



2.

İCO layihəsi sahibləri sərmayə toplayıb qaçacaqlar;



İnvestorun inamını artırmaq üçün, İCO layihəsi sahibi gərək:

1.

Şəffaf olsun. Layihə barədə təfərrüatlı açıqlamalar verilməlidir, komandanın 



tərkibi açıqlanmalıdır; suallara səmimi cavablar verilməlidir, layihənin 

gerçəkləşdirilməsinə dair Yol Xəritəsi açıqlanmalıdır;

2.

Hesabatlı olsun. Vaxtaşırı layihənin gedişatı barədə hesabatlar verilməlidir;



3.

İCO sahibi olan şirkəti dövlət qeydiyyatından keçirsin;

4.

Komandaya yaxşı mütəxəssislərin cəlb edilməsini göstərə bilməlidir;



5.

Müstəqil ekspertlərin rəyini almalı və açıqlamalıdır;

6.

Toplanan vəsaitin xərclənməsi prosesinin səmərəliliyini və etibarlığını təmin 



etməlidir (məsələn 3-cü tərəfin iştirakı yolu ilə. Toplanan vəsait xüsusi hesabda 

saxlanır və istifadəsi bir neçə açarlar mümkün olur, hansılardan biri 3-ü tərəfə 

verilir. Escrow cüzdanı);

7.

Sair üsullar



15.03.2018

Sabit Bağırov, SBİİYF

11



Tənzimləmələr (Rusiya)

http://regulation.gov.ru/projects#npa=77904

28.12.2017 tarixində Rusiyanın Maliyyə Nazirliyi və Mərkəzi Bankı 

kriptovalyutaların tənzimlənməsi haqqında yeni qanun layihəsini açıqladı. 

Hazırda (15.03.2018) «Rəqəmsal maliyyə aktivləri» haqqında adlanan qanun 

layihəsi üzərində iş davam edir. Qanun yaya qədər qəbul edilməlidir.

Qanun layihəsində:

1.

Rəqəmsal maliyyə aktivinin elektron formada əmlak kimi tərifi verilir. 



Rəqəmsal maliyyə aktivlərinə kriptovalyuta və token aiddir. Rəqəmsal 

maliyyə aktivlərinə qanuni ödəniş vasitəsi sayılmır;

2.

Rəqəmsal valyutanın, tokenin, smart-kontraktın, rəqəmsal cüzdanın, 



rəqəmsal tranzaksiyanın, rəqəmsal yazının, rəqəmsal tranzaksiyalar 

reyestrinin, rəqəmsal paylanmış reyestrinin, rəqəmsal tranzaksiyalar 

reyestrinin iştirakçısının, rəqəmsal maliyyə aktivlərinin mübadiləsi 

əməliyyatçısının, rəqəmsal yazının validasiyası və validatorun tərifi verilir;

3.

Mayningin/mədənçiliyin sahibkarlıq fəaliyyəti kimi tərifi verilir;



15.03.2018

Sabit Bağırov, SBİİYF

12



4.

Tokenlərin buraxılışı tokenlərin emitenti tərəfindən tokenlərin 

özğəninkiləşdirilməsinə yönəlmiş fəaliyyətlər ardıcıllığı kimi 

qeyd edilir. Müəyyən növ tokenin yalnız bir emitenti ola bilər;

5.

Kvalifikasiyasız («Qiymətli kağızlar bazarı» haqqında qanunla 



bu cür tanınan) investorların tokenlərə yatırımları 

məhdudlaşdırılır (ilkin mərhələdə 50 min rubl); 

6.

Tokenlərin buraxılışı proseduru iki mərhələdən ibarətdir: 1) 



Ofertanın internetdə nəşri, 2) smart-kontraktların bağlanması;

7.

Smart-kontraktlar üçün xüsusi depozitarinin yaradılması 



nəzərdə tutulur.

15.03.2018

Sabit Bağırov, SBİİYF

13

Tənzimləmələr (Rusiya)



http://regulation.gov.ru/projects#npa=77904


Publik Ofertada (təklifdə) bunlar açıqlanmalıdır:

1)

Tokenin emitenti və onun benefisiarı (varsa) haqqında məlumatlar;



2)

Tokenin tam adı;

3)

Validator haqqında məlumatlar;



4)

Depozitar haqqında məlumatlar;

5)

Token sahiblərinin hüquqları və onların təmin edilməsi qaydaları;



6)

Tokenin qiyməti və ya qiymətin müəyyən edilməsi qaydası;

7)

Tokenlərin alışına dair müqavilələrin bağlanması tarixi;



8)

Rəqəmsal tranzaksiyalar reyestrinin işlənməsi;

9)

Rəqəmsal cüzdanların açılması qaydaları;



10)

Digər məlumatlar.

15.03.2018

Sabit Bağırov, SBİİYF

14

Tənzimləmələr (Rusiya)



http://regulation.gov.ru/projects#npa=77904


TƏŞƏKKÜRLƏR

bagirov.sabit@gmail.com

www.edf.az

www.sahibkarol.biz

www.iqtisadiforum.bloqspot.com

15.03.2018



Sabit Bağırov, SBİİYF

15



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə