Sahibkarliğa və bazar iQTİsadiyyatinin iNKİŞafina yardim fondu



Yüklə 319,74 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix04.04.2018
ölçüsü319,74 Kb.
#35882
  1   2   3   4   5   6   7   8   9   ...   12


 

 

 



 

 

 



 

 

 



     

 

 

SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM 

FONDU 

 

 

 



 

 

 



Özəlləşdirmə: dövlət aktivlərindən istifadənin  

səmərəliliyinin  yüksəldilməsi  vasitəsi kimi 

 

 

 

 



 

 

 



 

 

 



 

 

Bakı – 2017 




 

Sənəd Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin dəstəyi ilə həyata keçirilən “İqtisadi 



islahatlara ekspert dəstəyi” layihəsi çərçivəsində hazırlanıb.   

 

 

 

 

 

 

 

 

Müəllif: 

Prof. Rasim Həsənov 

 

 



 

 

 



 

 

 



 


 

MÜNDƏRİCAT 

 

Annotasiya .............................................................................................................  4 



 

1. Giriş .................................................................................................................... 

 



 



2. Milli iqtisadi idarəetmə modelinin səmərəlilyi təşəkküldən təkmilliyə 

doğru inkişaf ......................................................................................................... 

 

 



     2.1. İqtisadi müstəqilliyin təşəkkülü .............................................................  8 

     2.2.  İqtisadiyyatın şaxələndirilməsi və ya inkişafın dayanıqlığı ..............  10 

 

3. Dövlət aktivlərinin idarəçiliyi xüsusiyyətləri: inkişaf potensialından 



istifadənin səmərəliliyi  və məhsuldarlığın yüksəldilməsi  vəzifələri .......... 

 

 



12 

     3.1. Dövlət aktivləri mühüm inkişaf amili kimi ..........................................  12 

     3.2. İnkişaf potensialının məhsuldarlığın yüksəldilməsi vəzifələri ..........  13 

 

4 . Özəlləşdirmənin çağdaş  missiyası: iqtisadiyyatın struktur və 



institutsional transformasiyası mexanizmi kimi .............................................. 

 

18 



     4.1. Dövlət aktivləri iqtisadiyyatın struktur yaradıcı amili kimi ..............  18 

     4.2. Özəlləşdirmə iqtisadiyyatın transformasiyası mexanizmi kimi ........  20 

 

5. Nəticə və tövsiyyələr ........................................................................................ 



 

24 


 

6.  İstifadə edilmiş ədəbiyyatın siyahısı ............................................................. 

 

30 


 

              

 

 

 



 

 

 



 

 

 



 


 

ANNOTASİYA 



 

“Özəlləşdirmə: dövlət aktivlərindən istifadənin səmərəliliyinin yüksəldilməsi vasitəsi 

kimi”  mövzusu  üzrə  analtik  tədqiqatların  əsas  məqsədi,  Azərbaycanda  dövlət 

aktivlərindən istifadənin cari vəziyyətinin qiymətləndirilməsi və onun səmərəliliyinin 

yüksəldilməsi  baxımından,  mülkiyyətin  dövlətsizləşdirilməsi  və  özəlləşdirilməsinin 

müasir vəziyyətinin, iqtisadi idarəetmə təcrübəsinin dövlət aktivlərinin səmərəliliyinə 

təsirlərinin  qiymətləndirilməsi    və  onun  səmərəliliyinin  yüksəldilməsi  istiqamətində 

təklif və tövsiyyələrin hazırlanmasıdır.  Mövzu üzrə  tədqiqatların əsas  mənbələri kimi 

inkişaf etmiş  ölkələrdə və MDB ölkələrində dövlət aktivlərindən istifadə təcrübəsinin  

elmi-analtik  qiymətləndirmələri;  BVF  və  DB-nın    dövlət  aktivlərindən  istifadənin 

səmərəliliyi  haqqında  metodoloji  tövsiyyələri;  Azərbaycanda  dövlət  aktivlərindən 

idarə  edilməsi,  istifadəsi  və  özəlləşdirmə  haqqında  qanunvericilik  bazası  və  statistik 

baza (rəsmi və ekspert  bazası); müxtəlif tədqiqatçı və ekspertlərin mövzu üzrə işləri 

istifadə edilmişdir. 

Araşdırmalar  nəticəsində  müəyyənləşdirilmişdir  ki,  Azərbaycanda  yeni  müstəqillik 

dövründə  aparılmış  iqtisadi  quruculuq,  inkişaf  strategiyası  və  müvafiq  dövlət 

siyasətinin  ilkin mərhələdə əsas vəzifələri kimi qarşıya qoyulmuş bütövlük və tamlıq 

xüsusiyyətlərinə malik iqtisadi sistemin formalaşdırılması; direktiv idarəetmə prinsipi 

üzrə, böyük iqtisadi sistemin ərazi “alt hissəsi” kimi formalaşmış iqtisadiyyatın bazar 

münasibətlərinə əsaslanan təsərüfatçılıq sisteminə transformasiyası; yeni şəraitdə milli 

iqtisadi inkişafın təmin edilməsinin resurs bazasının formalaşdırılması məsələsi əsasən 

həll edilmişdir. Milli iqtisadi sistemin nəaliyyətlərinə əsaslanaraq, 2012-ci ildə inkişafın 

yeni keyfiyyət mərhələsinə keçməsini hədəfləyən ambisiyalı strategiya - “Azərbaycan- 

2020:  Gələcəyə  baxış”  konsepsiyası  qəbul  edilmişdir.  Lakin,  iqtisadi  sistemin  

inkişafının  şaxələndirilməsinə  yanaşmada,  daxili  inkişaf  potensialının  səfərbər 

olunması,  “özünü  inkişaf”  qabiliyyətinin  bərpası  və    inklyuzivlik  şərtlərinə  riayət 

edilməməsi,  milli  sistemin  konyunktur  dəyişiklərinə  görə  volotilliyinin  hədsiz 

yüksəlməsi və inkişaf  potensialının dayanıqlığının  kəskin azalmasını doğurmuşdur. 

2014-cü  ildən  başlayaraq  dünya  neft  bazarında  baş  verən  konyunktur  dəyişikləri  və 

iqtisadi siyasətin “boşluqları” fonunda, Azərbaycanda milli valyutanın 2015-ci ildə iki 

mərhələdə    qaçılmaz,  kəskin  devalvasiyası  isə  iqtisadiyyatın  fəaliyyəti  üçün  böyük 

resurs və bazar problemləri yaratdı.   

        Araşdırmalarımız  göstərir  ki,Azərbaycan  iqtisadiyyatında  yaranmış  çağdaş 

durum  əslində,    dövlət  aktivlərinin  idarəçiliyi  xüsusiyyətlərindən  qaynaqlanan, 

struktur  və  institusional  xarakterə  malikdir.  Burada  isə  aparıcı  səbəb,  iqtisadi 

idarəetmədə 

təsərrüfatçılıq 

mexanizminin 

transformasiyası 

və 


mülkiyyətin 

dövlətsizləşdirilməsinin  başa  çatdırılmaması  hesab  edilməlidir.  Çağdaş  Azərbaycan 

iqtisadiyyatının davam edən və özündə “böhran potensialını” daşıyan  tranzitivliyinin 

ifadəsi kimi, bu  iki mühüm arzu olunmaz xüsusiyyətin aradan qaldırılması məqsədi 

ilə, özəlləşdirmə və dövlət aktivlərinin idarəçiliyi fəlsəfəsinə yeni yanaşmanın tətbiqi 

son dərəcə zəruridir. 




Yüklə 319,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə