Sahibkarliğa və bazar iQTİsadiyyatinin iNKİŞafina yardim fondu



Yüklə 319,74 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix04.04.2018
ölçüsü319,74 Kb.
#35882
1   2   3   4   5   6   7   8   9   ...   12

 

Aparılmış  araşdırmalarla  sübut  edilmişdir  ki,  Azərbaycan  iqtisadiyyatında  struktur  



problemləri  iki  istiqamətdən  qaynaqlanır  və  iqtisadi  sistemin    “özünü  inkişaf 

qabiliyyəti” və dayanıqlığı səviyyəsinə təsir baxımından təhlükəli hesab olunur. Birinci 

istiqamət,  Azərbaycan  iqtisadiyyatının  Sovet  mirası  olan  “əyalət  iqtisadiyyatı” 

xarakteri ilə bağlıdır. Digər  amil, problemlərin həllinin yüksək  kapital tutumluğudur. 

Tranzitiv xarakterli ölkələrin əksəriyyəti üçün xarakterik olan, iqtisadiyyatın struktur 

“harmoniyasızlığının“  həllinin,  cari  iqtisadi  siyasət  üçün  prioritet  olmamasının  bir 

səbəbi də məhz sonuncudur. İnsititutsional xarakterli problemlər, tranzitiv ölkələrdə 

əsasən,  dövlət  idarəetmə  sistemində    idarəetmə  funksiyaları  və  vəzifələrinin 

təkrarlanmasına gətirən bürokratiya aparatının hədsiz genişliyi ilə şərtlənir.  

Ekspertlərin  qiymətləndirmələrinə görə  axırıncı iki ildə Azərbaycanda  baş vermiş son 

maliyyə  böhranlarının  səbəbi,  bilavasitə  axınların  sadə  disbalansı  yox,  investorların 

etimadının  itməsi  nəticəsində  maliyyə  aktivlərinin    qiymətlərinə  təsirləri  və  ya 

aktivlərin azalması ilə birgə, xarici valyutada ifadə olunmuş borcların artması fonunda, 

aktivlərin dəyərinin azalmasına gətirən  valyuta böhranları olmuşdur. Ona görədə belə 

mülahizə formalaşdırmaq mümkündür ki, Dövlətin iqtisadi fəaliyyətdə real və faktiki 

təsirləri, idarəetmə üçün qəbul edilmiş  yanaşmalardan əhəmiyyətli dərəcədə asılıdır. 

Dövlətin həll edici rolu, daha böyük resurslara malik olması  ilə yox, formalaşdırdığı 

milli  təsərrüfatçılıq  mühüti  və  apardığı  iqtisadi  siyasətin,  ilk  növbədə  dövlət 

aktivlərindən  iqtisadi  inkişafı  stimullaşdırmaq  və  zəruri  məqamlarda  dəstəkləmək  

xarakteri ilə  şərtlənir. Milli  iqtisadi sistemlərin  inkişafının dünya təcrübəsini və arzu 

olunan  inklyuzivliyi  xüsusiyyətlərini  nəzərə  alaraq,  tədqiqat  işində  dövlət 

aktivlərindən istifadənin mümkün nəticələri formalaşdırılmışdır. 

Müəyyənləşdirilmişdir  ki,  Azərbaycanda  özəlləşdirmə  strategiyasını  şərtləndirən 

amillərə,  Dövlət  mülkiyyətinin  özəlləşdirilməsinin  seçimiş  məqsədləri  -  sahibkarlar 

təbəqəsinin formalaşdırılması;  ictimai mülkiyyətin ədalətli bölgüsünün təmin edilməsi 

və  Dövlət  büdcəsinin  yeni  gəlir  kanalının  yaradılması  aid  edilə  bilər.  Özlüyündə  

normal hesab edilə biləcək bu məqsədlərin, uyuşmazlığı səbəbindən, özəlləşdirmənin 

alınmış  nəticələrini  məqbul  hesab  etmək  olmaz.  Ona  görədə,  mükiyyətin 

dövlətsizləşdirilməsinin, 

dünya 


təcrübəsindən 

çıxış 


edərək, 

Azərbaycanda 

özəlləşdirmənin  perspektivinə  mövcud  iqtisadi  reallıqlar  çərçivəsində  müsbət  təsir 

göstərmək imkanına malik olan xüsusiyyətlərə diqqət yetirilməsi son dərəcə  vacibdir. 

           Azərbaycan  təcrübəsində,  dövlət  aktivlərinin  idarəçiliyində  yol  verilən    qeyri-

səmərəlillklərin  qiymətləndirilməsində,  iqtisadi  siyasətin  məqsədlər  piramidasında 

ierarxiyaların    düzgün  müəyyənləşdirilməməsi,  müxtəlif  səviyyəli  idarəedicilər 

tərəfindən qərar qəbulunda maraqlarla tənzimlənən subyektivliyin yüksəkliyi amilləri  

fərqləndirilməlidir.  Analtik  tədqiqatların  nəticəsi  olaraq  Azərbaycanda  aktivlərin 

idarəçiliyində  səmərəliliyin  aşağı  olmasının  konkret  səbəbləri  identifikasiya 

olumuşdur.  Belə  səbəblərə:qanunlarla  verilən    güzəştlər  sayəsində,  dövlət 

müəssisələrinin  ictimai  məsuliyyəti    və  cavabdehliyi  ilə  təsərrüfatçılıq  nəticələrinin 

adekvatlığı prinsipinin  qorunmaması; Dövlət müəssisələrinin formalaşmış ənənə və ya  

”xüsusi  statusları”  sayəsində  de-fakto  əldə  etdikləri  “qeyri-leqal  idarəetmə 

funksiyaları”  hesabına,  bir  çox  hallarda  inhisarçılıq  səviyyəsinə  catan  daha  əlverişli 



 

biznes  mühütinə  malik  olması;  mühüm  struktur  yaradıcı  əhəmiyyətə    malik,  böyük 



həcmdə dövlət aktivlərini idarəedən bank - kredit müəssisələrinin, o cümlədən Mərkəzi 

bankın  real  sektorun  tələblərinə  adekvat  olmayan  qeyri-məqbul      fəaliyyəti;  Dövlət  

borcuna  və  öhdəliklərinə  xidmət  edilməsi  ilə  bağlı  xərclərin sürətlə artması fonunda, 

borcları “yaradan”  dövlət unitar və korporativ müəssisələrinin,  mülkiyyətçinin gəliri 

kimi, Dövlət büdcəsinə ödəmə və ayırmaların, həmçinin yüksək likvidli aktivlər olan, 

vahid  xəzinə  hesabının  qalığı  və  onun  idarəetməyə  verilməsindən  daxilolmaların  

azalan dinamikası; Dövlət mülkiyyətinin özəlləşdirilməsindən daxilolmaların  ənənəvi 

olaraq  böyük  kəsirlərlə  icra  edilməsi  və  özəlləşdirilmiş  müəssisələrin  tam  gücü  ilə 

fəaliyyət göstrəməməsi və s.   

Beləliklə, Azərbaycan iqtisadiyyatında  müstəqillik dövrünün iqtisadi inkişaf yolunun, 

idarəçiliyin  səmərəliliyi  baxımından  təhlilindən  alınan  nəticələri  əsas  götürərək,  

aşağıdakı 

siyasət 

tədbirlərinin 

həyata 

keçirilməsi 



tövsiyyə 

edilmişdir: 

Özəlləşdirilmənin  əsas  missiyası,  iqtisadiyyatın  “dövlətsizləşdirilməsi”  kimi  qəbul 

edilməlidir. Yeni  yanaşma əsasında, özəlləşdirmənin realizasiyası, Dövlətin bilavasitə 

iqtisadi 

fəaliyyətdən 

rasional 

və 


sürətli 

uzaqlaşması 

üzrə 

tapşırıqların 



formalaşdırılması, o cümlədən  özəlləşdiriləcək dövlət müəssisələri sferasının mümkün 

qədər  genişləndirilməsi,  müvafiq    müəssisə    və    obyektlərin,    hissələrin,    torpaq 

sahələrinin özəlləşdirilməsinin  başa çatdırılması,  özəlləşdirmədən    dövlət  büdcəsinə  

daxilolmaların    təmin    edilməsi  və  ölkədə  fond  bazarının  normal    fəaliyyətinin, 

korporativ  müəssisələrin  səhmlərinin  daimi  bazarının  təmin  edilməsi  və  s.  kimi 

məsələləri ehtiva etməlidir.     

Dövlət  zəmanəti  ilə    borclanma  strategiyasında,    nəzarət    zərfi    dövlətə    məxsus  

səhmdar  cəmiyyətlərində  və    şirkətlərində    mövcud    kredit    xəttlərinə    fərdi 

yanaşmaqla,    borcun    tənzimlənməsi,  mütamadi  olaraq  valyuta    risklərinin 

qiymətləndirilməsi  və    kredit  layihələrinin    bağlanması  və  resurslarının  istifadəsinə 

nəticəlilik və səmərəlilik baxımından dövlət maliyyə nəzarətinin təmin edilməsi; Dövlət 

borcunun    maliyyə  xarakteristikası  nəzərə  alınmaqla,  ən  aşağı  xərclə  tələb  olunan  

maliyyələşmənin  təmin edilməsi ilə yanaşı,  xarici  makroiqtisadi  şokların büdcəyə  və  

uzunmüddətli    xərclərə    təsirinin    azaldılması  məqsədilə  borc  yükünün  valyuta 

prioritetləri  müəyyənləşməlidir. 

Dövlət  aktivlərindən  istifadənin  səmərəliliyinin  yüksəldilməsi  məqsədi  ilə  iqtisadi 

idarəetmə modelində bir sıra dəyişiklər aparılmalıdır. Dəyişiklərin əsas xəttini təkmil 

rəqabətliliyin  və  dövlət  aktivlərinin  vahid  idarəçilik  prinsiplərinin  formalaşdırılması 

təşkil  etməlidir.  Belə  yanaşmailk  növbədə,  Büdcə  və  Rəqabət    məcəllələrinin  qəbul 

edilməsini,  fiskal və monetar siyasətlərin koordinasiyasının gücləndirilməsi,   dövlət 

gəlir  və  xərclərinin    büdcədə  tam    akkumliyasiyasının  təmin  edilməsi,  dövlət 

müəssisələrinin  mahiyyyət  etibarı  ilə,  dövlət  vəsaitləri  vasitəsi  ilə,  “xeyirxahlıq” 

missiyalarının  qadağan  edilməsi,  təkrarlanan  funksiyaları  icra  edən  idarəetmə 

orqanları  və  təşkilatların  birləşdirilməsi  vasitəsi  ilə,  dövlət  xərclərinin  azadılması, 

idarəetmə sistemində inzibatçılıq və maliyyələdirmə modellərinin adekvatlığını təmin 

edilməsi və s. məsələləri həll edilməlidir. 




Yüklə 319,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə