Sahibkarliğa və bazar iQTİsadiyyatinin iNKİŞafina yardim fondu



Yüklə 319,74 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix04.04.2018
ölçüsü319,74 Kb.
#35882
1   2   3   4   5   6   7   8   9   ...   12

 

1. GİRİŞ 



 

Mövzu  seçimini  şərtləndirən  amillər:    XIX  əsrin  ortalarından  başlayan  sənaye 

inqilablarının iqtisadi inkişafa gətirdiyi mühüm yeniliklərdən biri, mahiyyət etibarı ilə 

neoklassikanın marjinal faydalılıq prinsipinə əsaslanan bazar iqtisadi münasibətlərinin 

təsərrüfatçılıq modeli kimi təşəkkülü hesab edilə bilər. Bazar iqtisadi münasibətlərinə 

əsaslanan təsərrüfatçılıq modeli,  fikrimizcə, həm də eyni zamanda iqtisadi maraqların 

uzlaşdırılması  prizmasından  cəmiyyətin  mütəşəkkilliyinin  mühüm  təmin  edicisi 

rolunu  oynamışdır.Belə  ki,  bilavasitə  transaksiya  tərəfdaşları  kəsimində,  marjinal 

faydalılığa  söykənən  bazar  mexanizmi,  məcmu  tələb-təklif  münasibətləri 

müstəvisində,  resursların  faydalılığının  yüksəldilməsinə  xidmət  edən  sistemə 

çevirilmişdir.  Elmi-texniki  tərəqqi,  sivilizasiya    və  cəmiyyət  daxili  münasibətlərin 

ümumi  inkişafı  fonunda,  bazar  təsərrüfatçılıq  mexanizmi,  iqtisadi  münasibətlər 

sisteminin  iştirakçılarının sayının  hədsiz artmasına rəğmən maraqların ziddiyyətinin 

kəskinləşməsi  ilə  yanaşı,  ümumi  kompromisin  əldə  olunması  şərtlərini  də 

formalaşdırmışdır.  Ən  ümumi  şəkildə  belə  kompromiss  şərtləri,  cəmiyyətin  mövcud 

inkişaf  mərhələsində,iqtisadi  münasibətlərin  elə  sisteminin  formalaşdırılmasını  tələb 

edir ki, burada resursların mümkün maksimal faydalılığı təmin edilə bilir.  

XX    əsrin  əvvəllərində,  iqtisadi  inkişafın  sürətlənməsi  ilə    iri  şirkətlərin  “transmilli” 

statusa    sahiblənməsi,  bir  tərəfdən  iqtisadi  münasibətlər  sistemində  milli  dövlətlərin 

fəaliyyət sferasını sanki daraldır, digər tərəfdən isə əksinə, Dövlətin iqtisadi fəaliyyətdə 

iştirakının  təsirliyini,  dominantlığını  gücləndirir.  Beləliklə  iqtisadi  siyasətdə  “dövlət 

kapitalizmi” fenomeni təşəkkül tapır. Dövlətin iqtisadi fəaliyyətdə bilavasitə iştirakının 

fəlsəfəsini isə, mahiyyət etibarı ilə fikrimizcə,   “iştirakçı kimi daha çox qazanmaq” yox,  

iqtisadiyyatın bütövlükdə mənfəətliliyinin yüksəldilməsi təşkil edir.  Son illərin dünya 

təcrübəsinin bir neçə mühüm  nəticələri fikrimizin sübutu hesab oluna bilər. Əvvəla, 

iqtisadiyyatda  dövlətin  bilavasitə  iştirakının  klassik  anlamda  iqtisadi  inkişafın 

“solluğu” və ya “sağlığı”nın atributu kimi  qəbul edənlərin  sayı  sürətlə azalmaqdadır. 

İkincisi,  rəqəmlərin  “evklibristkasına”  əsaslanan,  əslində  iqtisadi  mahiyyətdən 

məhrum,“ölkələrin  beynəlxalq  rəqabətliliyi”  adlanan  sintetik  parametr,  beynəlxalq 

birjalar və TMK-ların fəaliyyəti nəticəsində, qiymətləndirici missiyasını aşaraq, mühüm 

iqtisadi amilə çevirilmişdir. Nəhayət, bir sıra vacib iqtisadi  mahiyyətli xüsusiyyətlərə 

malik 

(idarəetmənin 



səmərəliliyi, 

risklərin 

idarə 

edilməsi, 



resursların 

akkumliyasiyasının  səmərəli  metodu  və  s)  korporotivləşdirmənin  dərinləşdirilməsi 

sayəsində,mülkiyyətin  ictimailəşdirilməsinin  yüksək  konsentrasiyası  formalaşmışdır 

və  s.  Bütün  sadalananlar  isə,  klassik  mahiyyətin  ciddi  dəyişməsi  şərti  ilə,  iqtisadi 

fəaliyyətdə Dövlətin əsas həlledici və şərtləndirici rolunu de-fakto təmin etmişdir. 

Beləliklə dövlətin iqtisadi fəaliyyətdə rolunun, yeni şəraitdə vəzifələri və onunla bağlı 

gözləntilərin araşdırılması, iqtisad elmi və təcrübəsi baxımından yenidən aktuallaşmış 

və tədqiqatçıların prioritetlərinə çevirilmişdir. 



 

 


 

2. MİLLİ İQTİSADİ İDARƏETMƏ MODELİNİN SƏMƏRƏLİLYİ: 



TƏŞƏKKÜLDƏN TƏKMİLLİYƏ DOĞRU İNKİŞAF 

 

2.1. İqtisadi müstəqilliyin təşəkkülü. 

XX-ci əsrin sonlarında, Dövlət  müstəqilliyinin bərpası  ilə, Azərbaycan  Respublikası, 

bir sıra keçmiş siyasi  müttəfiqləri kimi,  iqtisadi  inkişaf  istiqamətində aşağıdakı ciddi 

problemlərin həlli zərurəti  ilə qarşılaşmışdı:  Müstəqil dövlətə məxsus xüsusiyyətlərə 

malik  olan  bütöv,  milli  iqtisadi  sistemin  formalaşdırılması;  Direktiv  idarəetmə 

mexanizmi əsasında, böyük ölkənin əyalət alt sistemi kimi strukturlaşmış Azərbaycan 

iqtisadiyyatının, bazar münasibətləri və liberal təsərrüfatçılığa əsaslanan yeni struktur 

və 


təsərrüfat 

mexanizmini 

ehtiva 

edən 


iqtisadi 

münasibətlər 

sisteminə 

transformasiyası;    Əsasən    xarici  hərbi  müdaxilə  və  daxili  siyasi  səbatsızlıqlar 

səbəbindən,  müstəqilliyin  ilk  illərində  yaranmış    dərin    sosial-iqtisadi  böhranın 

qarşısının alınması və inkişaf  resurslarının bərpası üçün son dərəcə zəruri investisiya 

təminatı;  Milli  iqtisadi  sistemin  qlobal  inkişaf  trendləri  və  cağırışlarına  adaptasiya 

olunması və onun  rasional açıqlığının təmin  olunması; İqtisadi idarəetmə sisteminin 

yenidən  qurulması  və  təkmilləşdirilməsi  vasitəsi  ilə,  təbii  vəyaradılmış  iqtisadi 

resursların  istifadənin  səmərəliliyinin  yüksəldilməsi  sayəsində  milli  iqtisadiyyatın 

beynəlxalq rəqabətliliyinin təmin edilməsi. 

Mahiyyət  baxımndan  aydındır  ki,  yuxarıda  qeyd  olunan  problemlərin  həlli,  ilk 

növbədə iqtisadi inkşaf modeli, iqtisadi islahatlar strategiyası və cari iqtisadi siyasətin 

xarakteri ilə bağlıdır. Ona görədə həmin  məsələlərin  həlli vəziyyətinin  araşdırılması, 

ölkənin çağdaş inkişaf səviyyəsinin qiymətləndirilməsini tələb edir.  

Dövlət müstəqilliyinin bərpasından ötən 25 il ərzində Azərbaycanın iqtisadi inkişafında 

mühüm  irəliləyişlər  əldə  olunmuş,  milli  iqtisadi  sistemin    bazar  prinsipləri  əsasında 

formalaşmasında  ciddi  nəaliyyətlər  əldə  edilmişdir:  bazar  iqtisadiyyatının,  xüsusi 

mülkiyyətin,  azad  sahibkarlığın  qanunvericilik  səviyyəsində  təsbiti,  milli  məhsulun 

istehsalında  özəl  sektorun  payının  85%-ə  qədər  artması,  dövlət  mülkiyyətinin    və 

torpağın  özəlləşdirilməsi,  milli  iqtisadiyyatın  dünya  təsərrüfat  sisteminə    güclü 

inteqrasiyasının təmin edilməsi və s. kimi nəticələr ölkədə bir tərəfdən nisbi bütövlüyə 

malik milli iqtisadi sistemin formalaşmasının başa çatmasını, digər tərəfdən isə bazar  

təsərrüfatlığı  mexanizminin  tətbiqinin  dönməz  xarakter  almasını  ifadə  edir.  Bu 

mərhələni,  milli  dövlətçiliyin  yeni  erasının  ilk  “iqtisadi  təşəkkül”  mərhələsi 

adlandırmaq fikrimizcə daha düzgündür. Belə ki, bu zaman kəsimində  milli  iqtisadi 

sistemin    təşəkkülünün  əsas    hədəfi,  Dövlətin  siyasi  müstəqilliyini  yaşatmağa  qadir 

olan,  liberal  təsərrüfatçılıq  modelinə  malik,  daha  böyük  və  sürətlə  dəyişən  dünya 

miqyaslı  iqtisadi  münasibətlər  sistemində,identikliyini  təmin  edən  sistemin 

formalaşdırılması vəzifələri ümumən həll edilmişdir.   Bu dövr  ərzində, milli  iqtisadi 

sistemin  formalaşdırılmasının  institutsional-struktur  problemlərinin  həlli  ilə  yanaşı, 

iqtisadiyyatın gələcək  uğurlu inkişafı üçün  möhkəm fundamentin yaradılması təmin 

edilmişdir.  Bu  mərhələdə,  Azərbaycan  iqtisadiyyatına  müxtəlif  mənbələr  hesabına 

təxminən  200  mlrd.  dollar  həcmində  investisiya  yatırılmış,  o  cümlədən  milli  neft 




Yüklə 319,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə