Sahibkarliğa və bazar iQTİsadiyyatinin iNKİŞafina yardim fondu



Yüklə 319,74 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix04.04.2018
ölçüsü319,74 Kb.
#35882
1   2   3   4   5   6   7   8   9   ...   12

 

sənayesinin  inkişafına, Xəzər şelfində karbohidrogen resurslarının hasilatı və dünya 



bazarına  nəqlinin  şaxələndirilmiş sisteminin qurulmasına, təxminən 100 mlrd.dollar 

hacmində  xarici  investisiya    cəlb  edilmişdir.  Azərbaycan  iqtisadiyyatına  cəb  edilmiş 

investisiyanın donorları sırasında Böyük Britaniya, Türkiyə, Fransa, ABŞ, Rusiya və s. 

nüfuzlu  dövlətlər  və  bu  dövlətlərə  məxsus    iri  transmilli  şirkətlər  həlledici  paya 

malikdir.  Beynəlxalq  reytinq  agentliklərinin  qiymətləndirmələrinə  görə  Azərbaycan,  

beynəlxalq rəqabətlilik, insan inkişafı indeksi,işgüzar biznes mühüti və s. kimi meyarlar 

üzrə reytinq sistemlərində, aid olduğu ölkələr qrupunda yüksək mövqelərə malikdir. 

Əlbəttə  aydındır  ki,  belə  yüksək  mövqeni  təmin  edən  əsas  amillər,    zəngin  neft-qaz 

resursları və onların aktiv təsərrüfat dövriyyəsinə cəlbi siyasəti olmuşdur. Uğurlu neft 

kontraktları və yeni əsrin ilk 10-14  ilində dünya neft bazarının əlverişli konyunkturası, 

keçid dövrünün ağır iqtisadi  irsininin və  xarici hərbi müdaxilənin  problemlərini həll 

edilməsi üçün əhəmiyyətli maliyyə bazasını yaratmışdr. 

Milli iqtisadi sistemin bu dövrdə uğurlu inkişafı, Azərbaycan Hökumətini 2012-ci ildə 

iqtisadi  inkişafın  yeni  keyfiyyət  mərhələsinə  keçməsi  hədəfləyən  ambisiyalı  inkişaf 

strategiyasını  -  “Azərbaycan-  2020:  Gələcəyə  baxış”  konsepsiyasınını  yaratmağa 

sövqləndirmişdir. Bütövlükdə geniş əhatə dairəsinə malik olan Konsepsiyanın başlıca 

strateji məqsədi,  mövcud  imkan  və  resursları  nəzərə almaqla, Azərbaycanda davamlı 

iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi  və  qanunun  aliliyi,  

insanların    bütün    hüquq    və    azadlıqlarının    tam    təmin  olunması    və    vətəndaş  

cəmiyyətinin    ölkənin    ictimai    həyatında    fəal    statusu    ilə  səciyyələnən  inkişaf 

mərhələsinə  nail  olunması  kimi  təyin  olunmuşdur.  Son  iki  on  illikdə  milli  dövlət 

quruculuğu  və  iqtisadi  inkişaf  sayəsində  əldə  olunmuş  uğurlar  fonunda  bu  məqsəd 

təbii  və  real  görünürdü.  Konsepsiayanın  realizasiyası  nəticəsində,  2020-ci  ildə 

Azərbaycanın mövqeyi, rəqabət qabiliyyətli ölkə olmaqla BMT -nin İnsan İnkişafı üzrə 

təsnifatına  əsasən  “yüksək  insan  inkişafı”  ölkə  sıralanmasında  yüksələcəyi 

proqnozlaşdırılır. Hesab olunur ki, Konsepsiyada nəzərdə tutulmuş  tədbirlərin icrası 

nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfə artaraq 

13000, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcmi isə 1000  ABŞ dollarına 

çatacaqdır.  

Konsepsiyada  elan  olunur  ki,  göstərilən  məqsədə  çatmaq  üçün  bazar  iqtisadiyyatı 

şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimləməsi, enerjidən səmərəli 

istifadə  edən  və  yüksək  əlavə  dəyər  yaradan  ixrac  yönümlü  iqtisadiyyata 

transformasiya  və  sosial  iqtisadi    sahələrin  inkişafına  kompleks  yanaşma  prinsipləri 

əsas  tutulacaqdır.  Nəzərdə  tutulur  ki,    seçilmiş  strategiya  çərçivəsində  istehsal 

amillərinin  ümumi  məhsuldarlığının  artımı  nəticəsində  ölkə  iqtisadiyyatının 

səmərəliliyə  əsaslanan  iqtisadiyyata  çevrilməsi  və  innovasiyaların  üstünlüyü  ilə 

səciyyələndirilən  mərhələyə  keçid  təmin  olunacaqdır.  İqtisadiyyatın  rəqabət 

qabiliyyətinin  artırılması  makroiqtisadi  sabitliyin  qorunması,  monetar  və  fiskal 

siyasətin koordinasiyasının gücləndirilməsi, biznes mühitinin  yaxşılaşdırılması və özəl 

təşəbbüsün    dəstəklənməsi,  maliyyə  xidmətləri  bazarının  inkişaf  etdirilməsi,  xarici 

ticarət  və  investisiya  siyasətinin  təkmilləşdirilməsi  kimi  istiqamətləri  özündə 

cəmləşdirir.  Bu  dövrdə  inflyasiyanın  məqbul  səviyyədə  saxlanılması,  daha  çevik 




10 

 

məzənnə rejiminə tədrici keçid nəzərdə tutulur. Eyni zamanda, məqsədyönlü şəkildə 



iqtisadiyyatın  strukturunun  təkmilləşdirilməsi  tədbirləri  həyata  keçiriləcəkdir.  Neft-

qaz  sektoru  və  neft-kimya  sənayesinin  modernləşdirilməsi,  qeyri-neft  sənayesinin 

şaxələndirilməsi və inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən 

istifadə  imkanlarının  genişləndirilməsi,  aqrar  sektorun  inkişafı  və  ərzaq 

təhlükəsizliyinin 

gücləndirilməsi, 

ticarət 

və 


xidmət 

fəaliyyəti 

növlərinin 

genişləndirilməsi və inkişaf etdirilməsi, xarici ticarətin və investisiyaların strukturunun 

təkmilləşdirilməsi  prioritet  istiqamətlər  olacaqdır.  Konsepsiyanın  əhatə  etdiyi  dövr 

ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək 

olması  nəzərdə  tutulur.  İnkişaf  Konsepsiyasında  ixrac  yönümlü  iqtisadi  model  əsas 

götürülmüşdür  və  nəzərdə  tutulur  ki,  iqtisadiyyatın  rəqabət  qabiliyyətinin 

yüksəldilməsi  və  strukturunun  təkmilləşdirilməsi  qeyri-neft  ixracının  artımına  səbəb 

olacaqdır.  Qeyri-neft  sənayesinin  sürətli  inkişafı  ilə  yanaşı,  innovasiya  fəaliyyətinin 

təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün 

əlverişli zəmin yaradacaqdır. Konsepsiyada həmçinin nəzərdə tutulur ki, iqtisadi artım, 

ölkədə sosial rifahın yüksəlməsi və insan kapitalının prioritetli inkişafını, o cümlədən, 

təhsil və səhiyyədə keyfiyyətin yüksəldilməsini təmin edəcəkdir.  

Beləliklə  Konsepsiyada,  iqtisadi  inkişaf  sahəsində  ən  mühüm  və  qlobal  hədəf  kimi, 

Azərbaycanda  yüksək  rəqabətqabiliyyətli  iqtisadiyyatın  formalaşdırılmasının  başa 

çatdırılması və milli iqtisadiyyatın yeni keyfiyyət mərhələsinə keçidini şərtləndirəcək 

əsas  fəaliyyət  istiqamətləri:  Səmərəli  dövlət  tənzimləməsinə  və  yetkin  bazar 

münasibətlərinə əsaslanan iqtisadimodelin formalaşması; İqtisadiyyatın strukturunun 

təkmilləşdirilməsi,  qeyri  -neft  sektorunun  inkişafı;  Elmi  potensialın  və  innovasiya 

fəaliyyətinin dəstəklənməsi kimi təsbit olunmuşdur. 

 

2.2. İqtisadiyyatın şaxələndirilməsi və ya inkişafın dayanıqlığı. 

Milli iqtisadi inkişafın, qeyd edildiyi kimi, ambisiyalı hədəflərinin  reallıq potensialının 

qiymətləndirilməsindəki  əsaslı  fikir  ayrılıqlarına  baxmayaraq,  ümumən  Konsepsiya, 

qəbul edildiyi ilk illərdə uğurla icra olunmuşdur. Lakin, iqtisadi sistemin  inkişafının 

kifayət qədər şaxələndirilməsinin təmin olunmaması səbəbindən,  bu konsepsiyasının 

realizasiyası,  son  iki  ildə    ciddi  problemlərlə  üzləşdi.  Xüsusi  ilə  qeyd  etməyi  vacib 

sayırıq  ki,  iqtisadi  inkişafın  şaxələndirilməsinin  yetərli  olmamasının  əsas  amili,  

fikrimizcə,  “şaxələndirməyə  yanaşmanın”  düzgün  seçilməməsidir.  Beləki,  faktiki 

olaraq,    milli  iqtisadi  siyasətin  qurucuları,  şaxələndirməni  daha  çox  formal-

institutsional və hətta daha çox qeyri-iqtisadi amillərlə təmin etməyə üstünlük verərək, 

neft-qaz resurslarının nəqli marşrutlarının artırılması, milli valyutanın yüksək “stabil” 

kursunun  bütün  vasitələrlə  qorunması,  regional  inkişafda  infrastruktur  layihələrinə 

önəm verilməsi və  inkişafın  nəticəliliyinin beynəlxalq reytinq sistemlərinin “məqsədli” 

metodikaları  ilə  müəyyənləşdirilməsi  yolunu  seçmişlər.  İqtisadi  fikir  tarixi  və  dünya 

təcrübəsinin  dərsləri  göstərir  ki,  belə  yanaşma,    iqtisadi  sistemin  inkişafında  daha 

məhsuldar  və  dayanıqlı  hesab  edilən,  sistemin  daxili  inkişaf  potensialının  səfərbər 

olunması,  “özünü  inkişaf”  qabiliyyətinin  bərpası  və  inkişafın,  ümumən 




Yüklə 319,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə