Sahibkarliğa və bazar iQTİsadiyyatinin iNKİŞafina yardim fondu



Yüklə 319,74 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix04.04.2018
ölçüsü319,74 Kb.
#35882
1   2   3   4   5   6   7   8   9   ...   12

11 

 

inklyuzivliyinin  təmin  olunması  kimi  xüsusiyyətlərə  önəm  verilməməsi  ilə 



səciyyələnir.  Belə  yanaşmanın    böyük  ehtimallı,  lakin,  ən  arzu  olunmaz,  mümkün 

nəticəsi, milli sistemin konyunktur dəyişiklərinə görə volotilliyinin hədsiz yüksəlməsi 

və  onun  inkişaf  potensialının  dayanıqlığının  kəskin  azalmasıdır.  Təəssüf  ki, 

Azərbaycan  iqtisadiyyatı  da    belə  nəticədən  qaça  bilmədi.  Belə  ki,  2014-cü  ildən 

başlayaraq  dünya  neft  bazarında  baş  verən  konyunktur  dəyişikləri,  milli  iqtisadi 

siyasətin  özəllikləri  fonunda,  2005-ci    ildən  etibarən  mökəmlənən  və  artıq  stabil 

valyutaya çevirilmiş manatın, 2015-ci ildə iki mərhələdə  kəskin kəskin devalvasiyasını 

qaçılmaz etdi. Bazar prinsiplərinin hakim olduğu iqtisadi münasibətlər sistemində milli 

valyutanın  belə  “gözlənilməz”  kəskin  ucuzlaşması  təbii  ki,  digər  sahələrin  fəaliyyəti 

üçün böyük resurs və bazar problemləri (qiymətlərin formalaşmış harmoniyasının və  

mənfəətlilik  səviyyəsinindəyişməsi,  iqtisadi  fəallığın  aşağı  düşməsi  və  s.)  yaratdı. 

Fikrimizcə,  ölkə  iqtisadiyyatında  yaranmış  belə  şəraitin  əsas  səbəbləri,  neftin 

qiymətinin  düşməsi  fonunda  azalan    valyuta  gəlirləri,  əlverişli  konyunktura  

zamanında qeyri-neft sektorunun zəruri inkişafının təmin edilməməsi, neft gəlirlərinin 

qeyri  məhsuldar  xərclənməsi  və  s.  kimi  iqtisadi  siyasətin  “boşluqları”  sayəsində, 

Azərbaycan  iqtisadiyyatında  yaradılmış  dayanıqlıq  potensialının  zəifliyi  hesab  edilə 

bilər.  Lakin  ölkəmizdə    2014-cü  ildən    başlayan  iqtisadi  böhranının  sonrakı  sürətli 

dərinləşməsinin  səbəbləri,  yalnız  yuxarıda  qeyd  olunanlardan  ibarət  deyildir.  Hesab 

edirik ki, iqtisadiyyatın çağdaş durumunda son iki ildə  aparılan maliyyə və monetar 

siyasətin də böyük təsirləri olmuşdur. 

Bütövlükdə, Azərbaycan iqtisadiyyatında yaranmış çağdaş durumu dəyərləndirərkən

hazırda  müşahidə  olunan  böhranın  əslində,  dövlət  aktivlərinin  idarəçiliyi 

xüsusiyyətlərindən  qaynaqlanan,  struktur  və  institusional  xarakterə  malik  olması 

qənətindəyik. Hesab edirik ki,  ötən 25 ildə iqtisadi inkişaf strategiyasında məhz bu iki 

istiqamətə  yetərincə  diqqət  verilməmiş,  bu  problemlərin  təsiredici  potensialı  nəzərə 

alınmamışdır.  Beləliklə,  milli  iqtisadi  inkişafda  gözlənilən  və  proqnozlaşdırılan 

“gözlənilməz”  böhran  şəraitinin  əsas  səbəblərini,  yalnız  kənar  təsirlərdə  yox,  ilk 

növbədə, iqtisadi  siyasətdə yer almış müəyyən boşluqlarda  axtarmaq  lazımdır. Belə 

boşluqlara  isə,  fikrimizcə  ilk  növbədə,  iqtisadi  idarəetmə  sistemində  təsərrüfatçılıq 

mexanizminin  transformasiyasının  və  mülkiyyətinin  dövlətsizləşdirilməsinin  başa 

çatdırılmaması  aid  edilməlidir.  Çağdaş  Azərbaycan  iqtisadiyyatının  davam  edən  və 

özündə “böhran potensialını” daşıyan  tranzitivliyinin ifadəsi kimi, bu iki mühüm arzu 

olunmaz  xüsusiyyətin  aradan  qaldırılması  məqsədi  ilə  özəlləşdirmə  və  dövlət 

aktivlərinin idarəçiliyi fəlsəfəsinə yeni yanaşmanın tətbiqi son dərəcə zəruridir. 

 

 

 



 

 



12 

 

3. DÖVLƏT AKTİVLƏRİNİN İDARƏÇİLİYİ XÜSUSİYYƏTLƏRİ: 



İNKİŞAF POTENSİALINDAN İSTİFADƏNİN SƏMƏRƏLİLİYİ  VƏ 

MƏHSULDARLIĞIN YÜKSƏLDİLMƏSİ  VƏZİFƏLƏRİ 

 

3.1. Dövlət aktivləri mühüm inkişaf amili kimi. 

Dövlət  aktivləri,  hər  bir  ölkənin  iqtisadiyyatında  mühüm    əhəmiyyətə  malikdir. 

Təbiidir  ki,  belə  aktivlər  dövlətin  ayrılmaz  hissəsi  kimi  təsərrüfat  münasibətləri 

sistemində  dayaq  rolunu  yerinə  yetirir.  Dövlət  aktivləri  mahiyyət  etibarı  ilə  unikal 

xüsusiyyətlərə  malik  olaraq  əsas  ictimai  tələblərin  məhdudiyyətsiz  ödənilməsini  və 

iqtisadiyyatın milli maraqlara müvafiq fəaliyyətini şərtləndirir. Aktivlərin köməyi ilə 

mürəkkəb  makroiqtisadi  problemlər  həll  edilir,  iri  investisiya  proqramları  həyata 

keçirilir, milli kapitalın geniş təkrar istehsalı  üçün zəruri şərait  təmin edilir.  

Dövlət aktivləri anlayışı,  yeni hüquqi anlayış hesab edilir. Bu anlayış- müəyyən dəyərə 

malik    olan,  əqdlər  və    razılaşmalarla  dövlət  mülkiyyətinə  alınmış,  əmlak  və  qeyri-

əmlak formasında əşya və hüquqları etiva edir.  Dövlət aktivləri, çox saylı əlamətlərlə 

strukturlaşdırılan mürəkkəb ierarxik münasibətlər sistemidir. Ona görədə belə sistemin 

idarə edilməsi mürəkkəb və  çətin prosesdir. Dünya təcrübəsində dövlət aktivlərinin 

idarə  olunması  məqsədi  ilə  istifadə  edilən  alətlər  və  metodiki  yanaşmalar  çoxluğu 

mövcuddur:  Aktivlərin  idarə  edilməsi    metodlarına  görə:  çoxsaylı  iri  və  kiçik 

müəssisələrin  mövculuğu  və ya azsaylı iri müsəsisələrin idarə olunması;  Səmərəlilik  

meyarlarına  görə:  Müəssisələrin  likvidliyinin  yüksəldilməsinə  hədəflənmə  və  ya 

kapitalın  istifadəsinin  səmərəliliyinə,  rentabelliyin  yüksəldilməsinə  hədəflənmə; 

Mülkiyyət  hüququnun  xüsusiyyətlərinə  görə:  iri  və  ya  kiçik  müəssisələrdə 

mülkiyyətçilik   və ya müəssisələri bir neçə  dövlət orqanı və xoldinqlərdə birləşdirmə 

yolu ilə mülkiyyətçilik; Dövlət mülkiyyəti   obyektlərinin  idarə olunması səlahiyyətləri 

və  məsuliyyətlərinə  görə:  strategiyanın  formalaşdırılması,  həmçinin  idarə  etmə 

səlahiyyətləri və məsuliyyəti direktorlar şurasına verilir;  idarə etmə səlahiyyətləri və 

məsuliyyəti idarəedicidə saxlanılır. 

Ayrı-ayrı ölkələrdə daha səmərəli üsul və yanaşmaların seçimi, milli iqtisadi sistemin 

inkişaf    səviyyəsi  və  iqtisadi  siyasət    paradiqmasından  asılıdır.  Lakin  aktivlərin 

istifadəsi  ilə  bağlı  bir  sıra    ümumi  prinsipləri    formalaşdırmaq  mümkündür.  Hesab 

edirik  ki,  belə  prinsiplərin  təmin  edilməsi,  bütün  ölkələr  üçün  eyni  dərəcədə 

əhəmiyyətlidir. İlk növbədə fikrimizcə, dövlət aktivlərinin istifadəsi, Dövlətin iqtisadi 

idarəetmədə əsas funksiyası olan rasional tənzimləyici roluna adekvat olmalıdır. Daha 

sonra,  Dövlət  aktivlərinin  istifadəsi  resusların  limit  məhsuldarlığını  və  ya  ona  yaxın 

səviyyənin təmin edilməsinə hədəflənməlidir; əlverişli iqtisadi mühütin və təsərrüfat 

mexanizminin formalaşdırılması aktivlərin idarəedilməsinin ən çevik elementlərindən 

biri  olmalıdır;  təkmil  rəqabət  mühütinin  formalaşdırılması  inkişafın  inklyuzivliyi  və 

davamlılığının təmin edilməsini stimullaşdırmalıdır və s. 

Azərbaycan iqtisadiyyatında son 15-20 ildə müşahidə edilən  sürətli inkişafın, axırınci 

iki ildə “sürünən inkişafla” əvəzlənməsi, iqtisadi siyasətdə bir sıra  cəhətlərlə yanaşı, 



Yüklə 319,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə