Sahibkarliğa və bazar iQTİsadiyyatinin iNKİŞafina yardim fondu



Yüklə 319,74 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix04.04.2018
ölçüsü319,74 Kb.
#35882
1   2   3   4   5   6   7   8   9   ...   12

15 

 



 

Dövlət  müəssisələri  və  onların  ixtisaslaşmalar  üzrə  formalaşmış    birliklərinin  adi 

müəsssisələrdən    çox  mühüm  bir  fərqi,onların  bəzilərinin  formalaşmış  ənənə  və  ya  

”xüsusi  statusları”  sayəsində  de-fakto  əldə  etdikləri  “qeyri-leqal  idarəetmə 

funksiyaları” hesabına daha əlverişli biznes mühütinə malik olmasıdır. Bir çox hallarda 

bu  inhisarçılıq  səviyyəsinə  catır.  Məsələn,  ARDNŞ,  Azal,  “Dəmir  yolları”,  Xəzər 

gəmiçiliyi, Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar,  Kənd təsərrüfatı Nazirlikləri 

sisteminə  daxil  olan  müəssisələr,  Meliorasiya  və  su  təsərrüfatı  komitəsi,  Azeneji, 

Azərsu, Azəristilik və s. kimi mühüm  idarəetmə, istehsal və xidmət təşkilatları faktiki 

olaraq inhisarçı mövqeyə malikdirlər. Belə müəssisələr, həm də, öz sahələri ilə yanaşı 

geniş  spektrdə,  təsərrüfatçılıq  mühütinə  ciddi  təsir    gücünə  malikdir.  Nəzərə  almaq 

vacibdir  ki,  onların  bəziləri  iqtisadi  dövriyyədə  qiymət  trendlərini  formalaşdıran 

güclərdir  və  bu  kimi  səbəblərdən  əslində  kifayət  qədər  yüksək  mənfəətliliyə  malik 

olmalıdırlar.  Eyni zamanda hətta onların əksəriyyətinin  əsas kapital xərcləri, Dövlət 

büdcəsindən qarşılanır. Lakin buna baxmayaraq, onlar  hətta, iri vergi ödəyiciləri kimi 

“xroniki borclulardır”. Aydındır ki, yaranmış ziddiyyətli vəziyyətin səbəbi çox müxtəlif 

amillərlə 

(korrupsiya, 

qeyri-şəffaflıq, 

qeyri-professionallıq, 

funksiyaların 

təkrarlanması, bürokratik aparatın hədsiz şişirdilməsi və s.) şərtlənir və ən yaxşı halda 

“qeyri-düzgün təsərrüfatçılq” kimi identifikasiya oluna bilər. Nəzərə almaq vacibdir ki, 

belə  müəssisələrin  indiki  fəaliyyət  “qaydası”nın  iqtisadiyyata  mənfi  təsirləri,  yalnız 

qeyd  olunan  maliyyə  nəticələri  ilə  bağlı  məqamlardan  ibarət  deyil,  çünki  onların 

mövcud  “fəaliyyət  modelini“  həm  də,  iqtisadiyyatda  təkmil  rəqabət  mühütinin 

formalaşdırılmasının əsas maneələri hesab etmək olar. Fikrimizcə, bazar iqtisadiyyatı 

yolunda  artıq  ən  azı  25  illik  tarixə  malik  olan  ölkəmizdə,  rəqabət  münasibətlərini 

tənzimləyən  xüsusi    qanunun  və  ya  daha  düzgünü,  rəqabət  məcəlləsinin  indiyədək 

qəbul  olunmamasına  əngəl  yaradan    mühüm  amillərdən    biri  də,    belə  “ağır  çəkili” 

müəssisələrin mövqeyidir. 

 



Azərbaycanda  Dövlət  aktivlərinin  istifadənin  səmərəliliyini  xarakterizə  edən 

məqamların  mühüm  bir  istiqaməti  də,  hesab  edirik  ki,  şübhəsiz  bank  sisteminin 

fəaliyyətidir.  Bank  sisteminin  bazar  iqtisadiyyatı  şəraitində  struktur  yaradıcı  rolu 

şəriksizdir  və  Azərbaycanda  bu  sahəyə  xüsusi  diqqət  və  dövlət  qayğısı  həmişə 

olmuşdur.  Məsələn,  bu  sistemin  fəaliyyətinin  dəstəklənməsi  baxımından    bilavasitə, 

dolayı güzəştlərin və “vergi  tətillərinin” verilməsi, xüsusi ilə  müstəqilliyin ilk 10 ilində 

kifayət qədər liberal bank qanunvericiliyinin tətbiqi və s. qeyd etmək olar. Hesab edirik 

ki, bankçılığın iqtisadi mahiyyəti ilə yanaşı, qeyd olunan amillər, ölkəmizdə bu sahənin 

çox və bəzi səbəblərdən əsassız yüksək mənfəətliliyinin yaranmasını şərtləndirmişdir. 

Lakin,    yaradılmış  əlverişli  şəraitə  rəğmən,  müvafiq  olaraq    böyük  həcmdə  dövlət 

aktivlərini idarəedən bank və bank olmayan kredit müəssisələrinin fəaliyyətini heç də 

məqbul  hesab  etmək  olmaz.  Bir  tərəfdən  onlar,    azad  bazar  münasibətləri  şəraitində 

“ucuz”, yüksək  mənfəətə istiqamətlənən özəl bank qurumlarının iqtisadi mühitə mənfi 

təsirlərinin    neytrallaşdırılmasını  təmin  edə  bilməmiş,  hətta  öz  “dar”  təsərrüfat 

maraqları  naminə,  şəraitin  daha  da  ağırlaşmasına      səbəb  olmuşlar.  Belə  ki,  milli 

maliyyə bazarının əsas hissəsini təmin edən  müvafiq banklar,  real sektorda de-fakto 

formalaşmış mənfət normasına  və Mərkəzi bankın uçot dərəcəsinə  nisbətən,  “hədsiz” 

yüksək  kredit  faizlərinin  yaranmasını  dəstəkləməklə  bərabər,beynəlxalq  maliyyə 




16 

 

bazarlarından  ucuz  kredit  resuslarını  cəlb  etməklə,    uzun  illər  ərzində    manatın 



məzənnəsinin    süni  möhkəmlənməsinin  stimullaşdırılmasına  xidmət  etmişlər.Neft 

gəlirlərinin  böyük  axını  şəraitində  yüksək  gəlirlər  hesabına,  ciddi  valyuta  ehtiyatları 

cəmləşdirən  Mərkəzi  Bankın  fəaliyyətində  də  fikrimizcə,  ciddi  boşluqlar  mövcud 

olmuşdur.  İlk  növbədə  pul-kredit  siyasətini  formalaşdırılmasında  Mərkəzi  bankın 

istifadə  etdiyi  əsas  alətlər  sırasında  uzun  dövr  ərzində  inflyasiya  hədəflənməsinə 

üstünlük verilməsi qeyd olunmalıdır. Belə siyasət, fikrimizcə, manatın “bahalaşması” 

və  kredit  faizlərinin  yüksəkliyini  şərtləndirən  əsas  amillərdən  biridir.  Son  illərdə  öz 

valyuta ehtiyatlarını 15 mlrd. dollara qədər yüksəldən (dövlət ehtiyatlarının təxminən 

30%)  Mərkəzi Bank,  “bank sisteminin sağlamlaşdırılması” xərclərininin  zəruriliyini 

əsaslandıraraq,  mövcud  qanunvericiliyə  uyğun  olaraq  öz  mənfəətindən,  mülkiyyətçi 

gəlirləri qismində Dövlət büdcəsinə, son 10 ildə demək olarki,ayırmalar  etməmişdir.  

Bank  sisteminin  mühüm  tərkib  hissələrini  təşkil  edən  kommersiya  bankları  üzrə  

vəziyyət  də  bu  baxımdan  məqbul  hesab  edilə  bilməz.  Məsələn,    2017-ci    ildə,  

səhmlərində  dövlətin bilavasitə payı  54,96%  olan  “Azərbaycan Beynəlxalq  Bankı”  

ASC    üzrə    dividend  ödənişləri  nəzərdə  tutulmamışdır.  Lakin,  eyni  zamanda  indiki 

şəraitdə,    əlverişli  təsərüfatçılıq  mühütində,  fəaliyyət  göstərən,  dövlətə  məxsus  

“Aqrarkredit”  QSC  Bank olmayan Kredit Təşkilatı, hələ  2016-cı ilin II rübün sonunda  

geri    alınmış    səhmləri    hesabına    ABB  ASC-də    27,26%  həcmində  səhmlərini 

idarəetməyə  başlamışdır.  Bütün  bunlara  rəğmən,  belə  müəssisələrin  fəaliyyətindən 

mülkiyyətçi gəlirləri kimi Dövlət büdcəsinə müvafiq ayırmalar demək olar ki, “yoxa” 

çıxmışdır.  

 



Dövlət  aktivlərindən  istifadənin  vəziyyətini  qiymətləndirərkən,  fikrimizcə,belə 

aktivlərin idarəçiliyi əsasında, təsərrüfat fəaliyyətini təmin edən, unitar və korporativ 

müəssisələrinin,  mülkiyyətçinin gəliri kimi, Dövlət büdcəsinə ödəmə və ayırmalarının 

dinamikası 

mühüm 

səmərəlilik 



parametri 

hesab 


edilməlidir.Bütövlükdə, 

Azərbaycanda  01.10.2016-cı    il  tarixinə    özəlləşdirmə    prosesində    yaradılmış    və  

hazırda  səhmləri  bütövlükdə,  yaxud qismən dövlətə  məxsus 173 səhmdar cəmiyyəti 

mövcud  olmuşdur.  Onların  ümumilikdə    nizamnamə    kapitalı  196,4  mln.  manat, 

dövlətə    məxsus  payların  (səhmləri)  həcmi  141,9  mln.  manat    təşkil  etmişdir.  Lakin 

təəssüflə  qeyd  etmək  vacibdir  ki,  həmin  cəmiyyətlər  tərəfindən  dövlət  büdcəsinə,  

özəlləşdirmədən əldə edilən vəsaitlər kimi, 2015-ci ildə cəmi 40,0 min, 2016-cı ilin 9 ayı  

ərzində  31,2 min manat dividend  daxil  edilmişdir. 2017-ci  ilin  dövlət  büdcəsində,  

Dövlət    əmlakının,    özəlləşdirilən    dövlət    müəssisə    və    obyektlərinin    altındakı 

torpaqların   icarəyə  verilməsindən  daxilolmalar   cəmisi 8,0 mln.manat,o cümlədən, 

dövlət  büdcəsindən  maliyyələşdirilən  müəssisə  və təşkilatlarda  daşınmaz  dövlət  

əmlakının    icarəyə    verilməsindən  113,0    min,    kommersiya    prinsipləri    əsasında  

fəaliyyət    göstərən  müəssisə    və    təşkilatlarda  daşınmaz    dövlət    əmlakının    icarəyə  

verilməsindən  icarə  haqqı  2,6 mln., özəlləşdirilən  dövlət  müəssisə  və  obyektlərinin  

altındakı    torpaqların    icarəyə  verilməsindən  icarə    haqqı  5,3  mln  manat  nəzərdə  

tutulmuşdur. 

 

2016-cı  ilin sonuna  Dövlət əmlak məsələləri Komitəsinin  sərəncamında  ümumi  



sahəsi  3353,2  min  m2 olan 8815  ədəd qeyri-yaşayış təyinatlı binalar və  bina hissələri 


Yüklə 319,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə