Sahibkarliğa və bazar iQTİsadiyyatinin iNKİŞafina yardim fondu



Yüklə 319,74 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix04.04.2018
ölçüsü319,74 Kb.
#35882
1   ...   4   5   6   7   8   9   10   11   12

17 

 

mövcud olmuşdur ki, bundan yalnız ümumi sahəsi 317,0 min m2 olan 2033-ü icarəyə 



verilmişdir.  Aparılmış    təhlilə    əsasən    dövlət    əmlakının,    özəlləşdirilən    dövlət  

müəssisə  və obyektlərinin altındakı torpaqların  icarəyə  verilməsindən daxilolmalar 

üzrə  qalıq borcları, 2015-ci ilin  əvvəlinə  2,6 mln, 2017-ci ilə isə  2,9 mln manat təşkil 

etmişdir. Beləliklə,  icəyə vermənin aktivlərin istifadəsində ən səmərəli yol olmamasına 

rəğmən,  hətta real şəraiti nəzərə almaqla belə, dövlət  əmlakının,  özəlləşdirilən dövlət  

müəssisə    və    obyektlərinin    altındakı    torpaqların    icarəyə    verilməsindən    büdcə  

daxilolmaları üzrə böyük ehtiyat potensialının mövcudluğu,   aktivlərin istifadəsində 

ciddi problemlərin olmasının sübutudur.  Həmin potensialın reallaşdırılması inzibati-

təşkilati  tədbirlərlə  yanaşı,  qeyri-yaşayış  sahələrinin  icarəyəvermə  prosedurlarının 

sadələşdirilməsi,    icarə    şərtlərinin    özəlləşdirilən    real    tələbata    uyğunlaşdırılması,  

dövlət  müəssisə    və    obyektlərinin  altındakı  torpaqların  istifadə    vəziyyətinə    dair 

müvafiq təhlillər aparılmaqla  səmərəliliyinin  artırılması  istiqamətində  işlərin  davam  

etdirilməsini şərtləndirir. 

 



2017-cı  il  üçün  dövlət  büdcəsində, büdcədən  verilmiş kreditlər  üzrə  daxilolmalar 

5,9  mln.  manat  (Azərbaycan  Dövlət  Xəzər  Dəniz  Gəmiçiliyi),Azərbaycan  

Respublikasının    dövlət    zəmanəti    ilə    kredit  təşkilatlarından  alınmış  “kreditlərin  

istifadəsinə  görə təkrar  borc  sazişləri  əsasında  alınan  faizlər” üzrə  “Dövlət zəmanəti 

ilə  alınan borcların Təminat  Fondu”nun  daxilolmaları 2.2 mln.manat (əsasən Mərkəzi 

Bank, “Kapital Bank” ASC, Kənd  Təsərrüfatı  Kreditləri  üzrə  Dövlət  Agentliyi  və  s.),  

nəzərdə tutulur. 

 



Son dərəcə likvidli aktivlər hesab edilən,Vahid  xəzinə  hesabının  qalığı  və  onun  

idarəetməyə  verilməsindən daxilolmaların dinamikasına nəzər saldıqda isə,aşağıdakı 

kimi, daha acınacalı vəziyyəti görərik: 2015-ci ilin əvvəlinə qalığın həcmi 1728.6 mln. 

olduğu halda, qalığın idarə olunmasından gəlirlərin həcmi cəmi  4.5 mln. manat və ya 

0.26%,  2016-cı  ilin  əvvəlinə  1433,9  mln.manat  qalığa  rəğmən  idarəetmədən  gəlir    3.9 

mln.manat və ya 0,27%, 2017-ci ilin əvvəlinə isə qalıq425,0 mln manat,idarəetmədənisə 

3,1  mln.  manat və ya 0,7% gəlir nəzərdə  tutulmuşdur.   

 



2016-cı    ilin    01    iyul    tarixinə    imzalanmış    sazişlər    əsasında    istifadə    olunmuş 

kreditlər  üzrə,    ümumi    məbləği    7638,6  mln.  ABŞ  dolları  təşkil  edən  xarici    dövlət  

borcunun    tərkibi,    əsasən,    beynəlxalq    investorların  qiymətli    kağızları  və    digər  

beynəlxalq    maliyyə-kredit  təşkilatları  üzrə    kreditlərdən  formalaşdırılmışdır.  Xarici 

dövlət borcunun icraçıları isə, əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 

və bir sıra Komitələr, Agentliklər və ASC-lər müəyyən edilmişdir.  

2017-ci  ildə  Dövlət  borcuna  və  öhdəliklərinə  xidmət  edilməsi  ilə  bağlı  xərclərin  

dövlət  büdcəsinin  gəlirlərinin  təqribən  10,3%-ni,  xərclərinin isə 9,9%-ni təşkil edəcəyi 

proqnozlaşdırılır.    Xarici    dövlət    borcu    üzrə    ödənişlərin    23,4%-ni    faiz  ödənişləri, 

76,6%-ni  əsas borc üzrə  ödənişlər təşkil edəcək.  2017-ci  ildə xarici  dövlət  borcuna  

xidmət  xərclərində  əsas  borc  üzrə  ödənişlərin yüksək səviyyəsinin əsas səbəbi xarici 

valyutada ifadə olunmuş öhdəliklərin yerinə yetirilməsində manat ekvivalenti olaraq 

daha çox vəsaitin tələb olunması və  eyni zamanda bir sıra səhmdar  cəmiyyətlər  üzrə  



18 

 

verilmiş    Hökumət    zəmanətli    kreditlərin    qarşılanması  müddətin  çatması  ilə  



əlaqələndirmək olar.  

 



2017-ci il dövlət büdcəsinin gözlənilən kəsirinin maliyyələşdirilməsi   nənbələrinidən 

biri  kimi,    dövlət    əmlakının  özəlləşdirilməsindən    daxilolmalar    200,0    mln.    manat  

müəyyən edilmişdir. Qeyd etməyi vacib sayırıq ki, ümumiyyətlə Azərbaycanda Dövlət 

mülkiyyətinin  özəlləşdirilməsinin  aparıldığı    bütün  dövrlərdə,  proqnozlaşdırılımış 

daxilolmalar, həmiş çox böyük kəsirlərlə icra edilmişdir. Məsələn, rəsmi məlumatlara  

əsasən, Dövlət büdcəsinin məlum səbəblərdən  böyük çətinliklər yaşadığı  2016-cı ildə,   

dövlət  əmlakının  özəlləşdirilməsindən 100.0 mln.manat həcmində tapşırığa  qarşı,cəmi 

4,7  mln.  manat və ya tapşırığın 4,7%-i qədər vəsait  daxil olmuşdur.  Eyni zamanda 

nəzərə  almaq  vacibdir  ki,    01.10.2016-cı  il  tarixə    özəlləşdirmə    məqsədi  ilə    Əmlak  

Məsələləri  Dövlət  Komitəsinin  sərəncamına  verilmiş  və  hazırda özəlləşdirilməmiş  

739  dövlət  müəssisə və obyektlərinin balans  üzrə  əsas  vəsaitlərinin dəyəri  34.7mln. 

manat,  özəlləşdirilməsinə  məhdudiyyətlər  qoyulmamış  və  tam özəlləşdirilməmiş  

157    səhmdar    cəmiyyətləri    üzrə    nizamnamə    kapitalında    dövlətə  məxsus    payın  

(səhmlərin)  həcmi  72,5  mln.  manat  təşkil  etmişdir.  Eyni  zamanda, həmin  tarixə  

dövlət  müəssisələrinin  iştirakı  ilə  yaradılmış,  nizamnamə  kapitalında dövlətin  payı  

olan  və  özəlləşdirməyə  açıq  elan  edilmiş  birgə  müəssisələrdə  dövlətə məxsus payın 

həcmi 2,1 mln manat olmuşdur. Bununla yanaşı, həmin tarixə ƏMDKnın sərəncamında 

sayı  685  ədəd, sahəsi 11329,9 min m2 təşkil edən icarə  müqaviləsi olan torpaq sahələri 

mövcud olmuşdur.  

Beləliklə, araşdırmalarımız göstərir ki, Azərbaycanda inkişaf potensialından istifadənin  

məhsuldarlığının  artırılmasının  çox  mühüm  istiqamətini  Dövlət  aktivlərindən 

istifadənin  nəticəliliyi  və  məhsuldarlığının  yüksəldilməsi  təşkil  edir.  Bu  istiqamətin 

aparıcı  xətlərini  isə  Dövlətin  mülkiyyətçi  kimi  gəlirlərinin  akkumliyasiyasının 

gücləndirilməsi;  Dövlətin  mülkiyyətçi  kimi  zəmanətlə  cəlb  etdiyi  resurslardan  və  

Dövlət  büdcəsinin  resurslarından  istifadənin  səmərəliliyinin  yüksəldilməsi  və 

həmçinin aşağı səmərəlilik və məhsuldarlığa malik Dövlət əmlakının özəlləşdirilməsi 

vasitəsilə  ölkədə  iqtisadi  resursların  təkmil  rəqabətli  bazarda  sərbəst  dövriyyəsinin 

təmin edilməsi məsələləri təşkil edir. 



 

 

4 .ÖZƏLLƏŞDİRMƏNİN ÇAĞDAŞ  MİSSİYASI: İQTİSADİYYATIN 

STRUKTUR VƏ İNSTİTUTSİONAL TRANSFORMASİYASI 

MEXANİZMİ KİMİ 

 

4.1. Dövlət aktivləri iqtisadiyyatın struktur yaradıcı amili kimi 

Beynəlxalq Valyuta Fondunun ekspertlərinin bir çox digər  mütəxəssislər, o cümlədən 

bizim  tərəfimimizdən  dəstəklənən  qiymətləndirmələrinə  görə,  90-  cı  illərin    iqtisadi 

böhranları  göstərdi  ki,  iqtisadiyyatın  tərkib  hissələrinin,  amillərinin  qarşılıqlı 

asılıqlıqları  və  ya  zəifliklərini  aşkar  etmək  üçün  yalnız  dəyişkən  axınlara 



Yüklə 319,74 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə