Sahibkarliğa və bazar iQTİsadiyyatinin iNKİŞafina yardim fondu



Yüklə 319,74 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix04.04.2018
ölçüsü319,74 Kb.
#35882
1   ...   4   5   6   7   8   9   10   11   12

19 

 

(gəlirlər,xərclər,idxal,ixrac,borclar  və  s.)  əsaslanmaq  olmaz.  Beləki,  Keynsin  büdcə-



vergi siyasətinin iqtisadi artım, inflyasiya və işsizliyə təsirlərinin qiymətləndirilməsini 

ehtiva edən, gəlirlər və xərclər arasında münasibətlərin makroiqtisadi axınlar vasitəsi 

ilə  qiymətləndirilməsinə  söykənən  yanaşmasına  nisbətən,  “maliyyə  təminatı 

baxımından əlverişlilik”,  daha mürəkkəb mahiyyətə malikdir. Belə ki, ölkənin, xüsusi 

ilə tranzitiv xarakterə malik ölkələrin, əvvəlki daha əlverişli dövrdə toplanmış aktiv və 

passivlərinin  (dövlət,  özəl,  xarici)    təhlili,  onlar  arasında  yaranmış  uyğunsuzluqlar, 

iqtisadi problemləri aşkar etmək üçün  əlavə, lakin təsirli  arqumentə çevirilməkdədir. 

Nəzərə almaq lazımdır ki, ölkə üçün doğru olan qiymətləndirimələr bütövlükdə dövlət 

sektoru üçün də istifadə oluna bilər. Bəzi potensial zəifliklər, büdcədə görünmür,  lakin 

dövlətin  bütün  aktiv  və  passivlərini  əhatə  edən  dövlət  sektorunun  balansında  əks 

olunur . Dövlət aktivlərinin təmiz dəyərinin və onun dəyişməsinin təhlili vasitəsi ilə, 

siyasətin  təkmilləşdirilməsi  zərurətini  müəyyənləşdirmək  olar.  Dünya  təcrübəsinə 

əsaslanaraq  BVF  ekspertləri  hesab  edir  ki,  neft  ehtiyatlarının  (aktivlərin)  azalması 

fonunda gəirlərin artması  əlverişli görünsə də,  ölkə balansı, aktivlərin təmiz dəyərinin 

azalmasını  göstərir.  İkinci  misal,  balansın  passivində    sosial  təminat  proqramlarının 

icrası ilə bağlı gələcək tələblər  isə, hətta inkişaf etmiş ölkələrin maliyyə vəziyyətinin 

gələcək problemlərini əks etdirir. Məsələ ondadır ki, ehtiyatların dəyişməsi perspektivi,  

ölkəni  müflüsləşmə  ehtimalı  qarşısında  qoyur.  Ekspertlərinin  dəyərləndirmələrinə 

görə, Koreya, Tailand, İndoneziya, Argentina və s. ölkələrdə, o cümlədən fikrimizcə,  

axırıncı iki ildə Azərbaycanda  baş vermiş son maliyyə böhranlarının səbəbi, bilavasitə 

axınların  sadə  disbalansı  yox,  investorların  etimadının  qəfildən  itməsi  nəticəsində 

maliyyə  aktivlərinin    qiymətlərinə  təsirləri  və  ya  aktivlərin  azalması  ilə  birgə,  xarici 

valyutada  ifadə  olunmuş  borcların  artması  fonunda,  aktivlərin  təmiz  dəyərinin 

azalmasına gətirən  valyuta böhranları olmuşdur. 

Dövlət və özəl strukturlar bütövlükdə, hətta bir neçə il davam edən büdcə kəsirlərinin 

təsirlərini daha  “rahat” kompensasiya edə bilir. Lakin ehtiyatlarla bağlı bunu söyləmək 

olmaz. Ona görədə, BVF son illərdə,  ayrı-ayrı ölkələrin iqtisadiyyatının monitorinqini 

apardıqda,  “balans  əsasında  nəzarət”  yanaşması  çərçivəsində,    mütləq  qaydada 

ehtiyatların  dəyişməsini  qiymətləndirmişdir.  Belə  yanaşmaya  əsasən,dövlət  və  özəl 

sektorlarda  balanslar arası və daxili qarşılıqlı əlaqələr, həmçinin iqtisadiyyatın xarici 

mövqeyi, 

müxtəlif 

sektorlarda 

olan 


gərginlikləri 

aşkar 


etməyə, 

dəyər 


qiymətləndirmələrinindəyişməsinin  disbalansların  qəflətən  dərinləşməsinə  necə  təsir 

etdiyini müəyyənləşdirməyə imkan verir. 

Beləliklə  belə  bir  mülahizəni  formalaşdırmaq  mümkündür  ki,  Dövlətin  iqtisadi 

fəaliyyətdə  real  və  faktiki  təsirləri,    idarəetmə  üçün  qəbul  edilmiş    yanaşmalardan 

əhəmiyyətli  dərəcədə  asılıdır.  Məsələn  “klassik  yanaşma”  məntiqi  çərçivəsində, 

dövlətinin    “ucuz  hökumət”  yaratmaq  vəzifəsi  və  ona  adekvat  olaraq  A.Smitin  irəli 

sürdüyü  “bitrərəfli  yol”  kimi  dəyərləndirlilən    kreditləşdirmənin  qətiyyətlə  yol 

verilməzliyi  prinsipi,  faktiki  olaraq  dövlət  büdcəsinin  və  büdcə-vergi  siyasətinin 

tənzimləyici  rolunun  inkarını  ehtiva  edir.  Aydındır  ki,  müasir    cəmiyyət  və  iqtisadi 

münasibətlərin  fəlsəfəsi belə yanaşmanın  tətbiqini  demək olar ki, mümkünsüz edir.   




20 

 

Lakin, burada vacib bir məqamı yaddan çıxarmaq olmaz: Dövlətin həll edici rolu, yalnız 



onun  daha  böyük  resurslara  malik  olması  ilə  şərtlənmir.  (Bütün  beynəlxalq  renkink 

sistemlərinin metodologiyaları bünü təsdiq edir.) Dövlətin təsir edici gücü daha çox, 

onun  formalaşdırdığı  milli  təsərrüfatçılıq  mühüti  və  apardığı  iqtisadi  siyasətin,  o 

cümlədən, ilk növbədə dövlət aktivlərindən iqtisadi inkişafı stimullaşdırmaq və zəruri 

məqamlarda  dəstəkləmək    xarakteri  ilə  şərtlənir.  Əslində  sonuncu,  həm  də  milli 

iqtisadiyyatın  investisiya  cəlbediciliyini  təmin  etməklə,  onun  inkişaf  potensialını 

formalaşdırır.  İqtisadi  nəzəriyyələrdə  inkişaf  amillərinin  təkamülünün  xarakterini, 

milli  iqtisadi  sistemlərin  inkişafının  dünya  təcrübəsini  və  arzu  olunan  inklyuzivliyi 

xüsusiyyətlərini  nəzərə  alaraq,  dövlət  aktivlərindən  istifadənin  mümkün  nəticələri 

haqqında aşağıdakı mülahizələri formalaşdıra bilərik: 

 

Dövlətin  iqtisadi  fəaliyyətdə  iştirakının    ən  dolğun  dəyərləndirilməsi  dövlətin 



bütün aktivlərinin daha səmərəli istifadəsinin qiymətləndirilməsi ilə mümkündür; 

 



Maddi və qeyri maddi tərkibə malik olan dövlət aktivlərinin təsir edici gücü,  müasir 

dövrdə,  daha  geniş  təsir    sferasına  malik  olan  qeyri  maddi  aktivlərin  prioritetliyi  ilə 

formalaşır;  

 



Aktivlərin  idarə  edilməsi,  dövlətin  iqtisadi  inkişaf  strategiyası  və  siyasətinin  əsas 

dominantı  olmaqla  bərabər,  iqtisadiyyatda  mühüm  struktur  yaradıcı  vasitə  hesab 

edilməlidir; 

 



Dövlət  aktivlərinin  səmərəliliyi,  aktivlərin  istifadəsində  harmonikliyin,  çevikliyin 

və komplekslilyin “sinergiyası”, kumilyativliyi ilə müəyyənləşir; 

Aktivlərin idarə olunmasının mühüm vəzifəsi olan, iqtisadiyyatın sektorial və sahəvi 

strukturunun  rasionallaşdırılmasında  fiskal  və  monetar  siyasətlə  yanaşı,  əmlakın 

dövlətsizləşdirilməsi,özəlləşdirilməsi və korporativləşdirilməsi ən təsirli siyasət alətləri 

hesab olunur. 

 

4.2. Özəlləşdirmə iqtisadiyyatın transformasiyası mexanizmi kimi 

Geniş  anlamda  özəlləşdirmə,  insanların  ehtiyacının  təmin  edilməsi  məqsədi 

ilə,cəmiyyətin, dövlətlə müqayisədə özəl strukturlara daha çox etibar etlməsinin ifadəsi 

kimi qəbul edilir.  Müasir dövrdə özəlləşdirməyə təsir edın qüvvələr bir neçə istiqamətə 

ayrılır: praqmatik, iqtisadi, fəlsəfi, ticari və populist. Praqmatiklərin məqsədi dövlətin 

inkişafına  ən  az  xərclərlə  nail  olmaqdır.  Müvafiq  iqtisadi  təsirin  tərəfdarlarına  görə, 

məhz iqtisadi zənginlik sayəsində xalqın dövlətdən asılılığı azala, özəlləşdirmə üsulları 

mənimsənilə bilər. Məsələyə fəlsəfi və ya ideoloji prizmadan yanaşanların fikrincə, özəl 

strukturlar,  onlarla  bilavasitə  əlaqədə  çalışan  dövlətin,  kəmiyyət  baxımından  daha 

kiçik  olmasını  istəyirlər.  Cefferson  yanaşması  adlanan  bu  yanaşma,  “daha  azı  idarə 

edən  daha  yaxşı  idarə  edər”  məntiqinə  əsaslanır.  Ticari  marağı  olanların  məqsədi, 

dövlətin  xərclərinin  onların  biznes  fəaliyyətinə  yönəldilməsini  nəzərdə  tutur. 

Populistlət  isə,  daha  yaxşı  cəmiyyətə  malik  olmaq  üçün,  böyük  ictimai  və  özəl 

bürokratiyanın  gücünü  azaldaraq,  xalqın  öz  ümumi    ehtiyaclarını  qarşılaya  bilmə 

imkanlarının yaradılmasını və artırılmasının  istəyirlər. Praqmatiklərin fikrincə, daha 



Yüklə 319,74 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə