Sahibkarliq və yeni İdeyalar artimin müHƏRRİKİDİR



Yüklə 157,63 Kb.

tarix22.07.2018
ölçüsü157,63 Kb.


SAHİBKARLIQ: ÜMUMİ MƏLUMATLAR  

BAKI 2013 



Sabit Bağırov 

Sahibkarlığın və Bazar İqtisadiyyatının  

İnkişafına Yardım Fondu 


Sahibkarlıq fenomeni 

 Sahibkarlıq nə deməkdir? 

 Sahibkarlığın motivləri hansılardır? 

 Sahibkarlıq nəyə görə iqtisadi artımın əsas mühərriklərindəndir? 

 Sahibkarlığa öyrənmək olarmı, yoxsa bu anadangəlmə bacarıqdır, 

istedaddır? 

 Sahibkarlıq milli mentalitetlə əlaqəlidirmi? 

 Sahibkarlıq bacarıqlarını necə inkişaf etdirmək olar? 

 Sahibkarlığın inkişafı nələri tələb edir? 

 

Sabit Bağırov, SBİİYF 



25.10.2013 




Sahibkarlıq nə deməkdir? 

  Sahibkarlıq insan fəaliyyəti növüdür. Bu 

fəliyyət: 

Müəyyən məkanda və zamanda baş verir

Müəyyən motivlərlə həyata keçirilir; 

Müəyyən şərait və şərtlərlə əlaqəlidir; 

Müəyyən risklərlə müşayət olunur;  

Müəyyən resurslar tələb edir; 

Sabit Bağırov, SBİİYF 

25.10.2013 




Sahibkarlıq məvhumunun rəsmi 

açılışı 


Sahibkarlıq fəaliyyəti haqqında Qanuna 

əsasən (Maddə 1): 

 

Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə 

həyata keçirdiyi, əsas məqsədi əmlak 

istifadəsindən, əmtəə satışından, işlər 

görülməsindən və ya xidmətlər göstərilməsindən 

mənfəət götürülməsi olan fəaliyyətdir.    

25.10.2013 

Sabit Bağırov, SBİİYF 




Sahibkarlığın motivləri hansılardır? 

 

 



Motivlər fərqlidir və sahibkarlıq subyektinin inkişaf mərhələsindən 

və ölçüsündən asılıdır.  

 

Sahibkarlıq subyektlərinin ölçü amilinə görə təsnifatı dünya 



ölkələrində fərqlidir. Məsələn Avropa Birliyində mikro, kiçik və orta 

sahibkarlığın təsnifatı qəbul olunub. Azərbaycanda isə rəsmi yalnız 

kiçik sahibkarlığın təsnifatı mövcuddur. 

 

Motivlər: 



 Özünü və ailəni dolandırmaq; 

 Daha yaxşı yaşamaq; 

 Xeyrəçiliklə məşğul olmaq; 

 Biznesdə liderlik; 

 Və sair 

Sabit Bağırov, SBİİYF 

25.10.2013 




Sahibkarlıq nəyə görə iqtisadi artımın 

əsas mühərriklərindəndir? 

 

• Sahibkarlıq və özəl sector azad bazarda mərkəzi rola 



malikdirlər, çünki onlar:  

– Yeni ideyalar gətirir; 

– Texniki tərəqqiyə təkan verir;  

– Yeni mallar istehsal edir; 

– Yeni iş yerləri açır; 

– Yeni varidat yaradır; 

– Istehlakçıların tələbatını ödəyir 

 



Sabit Bağırov, SBİİYF 

25.10.2013 




SAHİBKARLIQ MƏDƏNİYYATI 

Sahibkarlıq mədəniyyatı müəyyən prinsiplərə əsaslanır:  

 

– Seçim azadlığı; 



– Biznesin başlanması və yürüdülməsi azadlığı;  

– Mülkiyyət hüquqlarının təmin edilməsi

– Bazarlara azad daxil olma; 

– İşəgötürmə və işdən azadetmə azadlığı; 

– İnformasiya azadlığı; 

 

   



 

 



Sabit Bağırov, SBİİYF 

25.10.2013 




Mülkiyyət hüquqlarının təmin edilməsi 

vacibliyi 

• Mülkiyyət hüquqlarının təmin edilməsi dövlətin əsas vəzifələrindən 

biridir: 

 

• Mülkiyyət hüquqları pozulduqda insanlar sahibkarlıqla məşğul 



olmaqda maraqlı olmurlar 

 

 



Sabit Bağırov, SBİİYF 

25.10.2013 



Qanunun aliliyi amili 

 

• Bazarların və sahibkarlığın fəaliyyəti üçün  qanunvericilik dəqiq və 



anlaşılan olmalıdır;  

 

• Qanun aliliyi o deməkdir ki, qaydalar  cəmiyyətin hər bir üzvünə 



aiddir. Əgər kimsə  qanunların icrasından azad olursa bu qeyri 

ədalətli üstünlüklər yaradır; 

 

• Qanunun aliliyini təmin edən müstəqil məhkəmə sisteminin 



vacibliyi  

 

 



 

 



Sabit Bağırov, SBİİYF 

25.10.2013 




Azərbaycanda Özəl Sahibkarlıq 

(İqtisadi İnkişaf Nazirlyinin hesabatlarına əsasən) 



2008 

2009 

2010 

2011 

2012 

ÜDM-də 


Özəl 

sektorun 

çəkisi 

 

84,5 



 

81,2 


 

81,7 


 

82,5 


 

83,0 


Hüquqi 

şəxslərin 

sayı 

 

85618 



 

89939 


 

93416 


 

75632 


 

78966 


25.10.2013 

Sabit Bağırov, SBİİYF 

10 



Sahibkarlıq fəaliyyəti üçün vacib 

qanunvericilik aktları 

25.10.2013 

Sabit Bağırov, SBİİYF 

11 

1. Azərbaycan Respublikasının Konstitusiyası; 



2. Məcəllələr; 

3. Qanunlar; 

4. AR Prezidentinin Fərmanları və Sərəncamları; 

5. Nazirlər Kabinetinin Qərarları və Sərəncamları; 

6. Dövlət Qeydiyyatına alınmış normativ-hüquqi 

aktlar; 


  

 

 




Azərbaycan Respublikasının 

Konstitusiyası 



Maddə 59. Azad sahibkarlıq hüququ  

 

Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz 



imkanlarından, qabiliyyətindən və əmlakından 

sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə 

birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla 

qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü 

ilə məşğul ola bilər. 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

12 



Məcəllələr 

 

1. Mülki Məcəlləsi  



 

 

2. VergiMəcəlləsi 



3. Gömrük Məcəlləsi 

 

 



4. Əmək Məcəlləsi 

5. Torpaq Məcəlləsi 

 

 

6. Mülki Prosessual Məcəlləsi 



7. Cinayət Məcəlləsi 

 

 



8. İnzibati Xətalar Məcəlləsi 

9. Cinayət Prosessual Məcəlləsi 

 

10. Cəzaların İcrası Məcəlləsi 



11. İnzibati Prosessual Məcəlləsi 

 

12. Ticarət Gəmiçiliyi Məcəlləsi 



13. Şəhərsalma və Tikinti Məcəlləsi   

14. Miqrasiya Məcəlləsi 

15. Su Məcəlləsi   

 

 



16. Meşə Məcəlləsi 

17. Mənzil Məcəlləsi 

 

 

18. Ailə Məcəlləsi 



19. Seçki Məcəlləsi 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

13 



Sahibkarlıq fəaliyyətinin əsas hüquqi 

formaları 

• Sahibkarlıq fəaliyyəti ilə fiziki (hüquqi şəxs yaratmadan), yaxud 

hüquqi şəxs kimi məşğul olmaq olar: 

 

a) Fiziki şəxs kimi: 



 

 

- Fərdi sahibkarlıq 



 

b) Hüquqi şəxs kimi (Kommersiya təşkilatları ): 

 

 

- Tam ortaqlıqlar 



 

 

- Kommandit ortaqlığı 



 

 

- Məhdud Məsuliyyətli Cəmiyyət 



 

 

- Əlavə məsuliyyətli cəmiyyət 



 

 

- Səhmdar Cəmiyyəti 



 

 

- Kooperativ 



• Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində fiziki şəxslər hüquqi 

şəxslərlə eyni hüquqlara malikdirlər. 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

14 



Hüquqi şəxs anlayışı 

Mülki Məcəlləyə əsasən (Maddə 43): 

 

43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, 



xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri 

üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə 

etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq 

hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 

 

43.2. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi 



şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından 

asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya 

bilər. 

 

43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan 



(kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan 

və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi 

şəxsləri) qurumlar ola bilər. 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

15 



Tam ortaqlıq 

 

Mülki Məcəlləyə əsasən (Maddə 69):   

 

69.1. Ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun 



iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə 

ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və 

ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla 

məsuliyyət daşıyırlar. 

 

69.2. Şəxs yalnız bir tam ortaqlığın iştirakçısı ola bilər. 



 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

16 



Kommandit ortaqlığı 

Müki Məcəlləyə əsasən (Maddə 82):  

 

82.1. Kommandit ortaqlığı elə bir ortaqlıqdır ki, ortaqlığın adından sahibkarlıq 



fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan 

iştirakçıları (tam ortaqlar) ilə yanaşı ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları 

mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak 

etməyən bir və ya bir neçə iştirakçısı – maya qoyanı (kommanditçi) vardır. 

 

82.2. Kommandit ortaqlığında iştirak edən tam ortaqların hüquqi vəziyyəti və ortaqlığın 



öhdəlikləri üzrə onların məsuliyyəti bu Məcəllənin tam ortaqlıq iştirakçıları haqqında 

qaydaları ilə müəyyənləşdirilir. 

 

82.3. Şəxs yalnız bir kommandit ortaqlığında tam ortaq ola bilər. Tam ortaqlığın iştirakçısı 



kommandit ortaqlığında tam ortaq ola bilməz. Kommandit ortaqlığındakı tam ortaq tam 

ortaqlığın iştirakçısı ola bilməz. 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

17 



Məhdud məsuliyyətli cəmiyyət 

Mülki Məcəlləyə əsasən (Maddə 87):  

 

87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) 



tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə 

müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət 

məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud 

məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə 

məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər 

üçün qoyduqları mayaların dəyəri həddində risk 

daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər 

qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.  

 

 

 



25.10.2013 

Sabit Bağırov, SBİİYF 

18 



Əlavə məsuliyyətli cəmiyyət 

Mülki Məcəlləyə əsasən (Maddə 97):  

 

97.1. Bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə 



ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət əlavə məsuliyyətli 

cəmiyyət sayılır. Belə cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə öz mayalarının 

dəyərinin cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilən, hamısı üçün eyni olan 

misli miqdarında özlərinin əmlakı ilə birgə subsidiar məsuliyyət daşıyırlar. 

İştirakçılardan biri müflis olduqda cəmiyyətin öhdəlikləri üzrə onun məsuliyyəti, 

əgər cəmiyyətin nizamnaməsində məsuliyyətin bölünməsinin ayrı qaydası nəzərdə 

tutulmayıbsa, qalan iştirakçılar arasında onların mayalarına mütənasib surətdə 

bölünür. 

 

97.3. Əlavə məsuliyyətli cəmiyyətə, əgər bu maddədə ayrı qayda nəzərdə 



tutulmayıbsa, bu Məcəllənin məhdud məsuliyyətli cəmiyyət haqqında qaydaları 

tətbiq edilir. 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

19 



Səhmdar cəmiyyəti 

Mülki Məcəlləyə əsasən (Maddə 98):  

98.1. Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar 

cəmiyyəti sayılır. 

98.2. Səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar 

cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti 

nəticəsində, habelə qanunla qadağan edilməmiş digər mənbələr hesabına yaranır.   

98.3. Səhmdar cəmiyyəti bu Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması və ya 

bu Məcəllədə müəyyən edilmiş qaydalar və məhdudiyyətlər nəzərə alınmaqla fəaliyyət 

göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, bölünmə, ayrılma, çevrilmə) yolu ilə 

yaradıla bilər.   

98.4. Səhmdar cəmiyyətinin iştirakçıları (səhmdarlar) onun öhdəlikləri üçün cavabdeh 

deyildirlər və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub səhmlərin dəyəri 

həddində risk daşıyırlar. 

98.5. Səhmdar cəmiyyəti bir şəxs (fiziki və ya hüquqi şəxs) tərəfindən yaradıla bilər və ya 

cəmiyyətin bütün səhmlərini bir səhmdarın əldə etdiyi halda bir şəxsdən (fiziki və ya 

hüquqi şəxsdən) ibarət ola bilər. Bu barədə məlumat cəmiyyətin nizamnaməsində 

göstərilməli, qeydə alınmalı və hamının tanış olması üçün dərc edilməlidir. Səhmdar 

cəmiyyətinin yeganə iştirakçısı bir şəxsdən ibarət digər təsərrüfat cəmiyyəti ola bilməz.   

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

20 



Kooperativlər haqqında əsas 

müddəalar 



Mülki Məcəlləyə əsasən (Maddə 109):   

 

109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət 



göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının 

maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının 

birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 

 

109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və 



kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə 

üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul 

edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ olan fiziki və 

(və ya) hüquqi şəxsdir. 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

21 



Sahibkarlıq fəaliyyətini tənzimləyən 

Azərbaycan Respublikasının Qanunları 

25.10.2013 

Sabit Bağırov, SBİİYF 

22 



Sahibkarlıq fəaliyyəti haqqında 



Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında  

İnvestisiya fəaliyyəti haqqında  



Antiinhisar fəaliyyəti haqqında 

Haqsız rəqabət haqqında  



Təbii inhisarlar haqqında 

Əmtəə birjası haqqında 



Xarici investisiyanın qorunması haqqında 

Kiçik sahibkarlığa dövlət köməyi haqqında 



Maliyyə-sənaye qrupları haqqında 

Reklam haqqında 



Xüsusi iqtisadi zonalar haqqında 

Daxili audit haqqında 



Bank olmayan kredit təşkilatları haqqında  

Sair qanunlar 



 


TƏRƏDDÜDLƏR 

Sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər 

adətən aşağıdakı tərəddüdləri yaşayır: 

- Hansı biznes-ideya uğurlu ola bilər? 

- Pul tapa biləcəmmi? 

- Hazırki qazanc mənbəyimi atsam ailəmi necə 

təmin edəcəm? 

- Bacaracammı? 

- Yaşım ötməyib ki? 

25.10.2013 

Sabit Bağırov, SBİİYF 

23 



Sahibkarlıq fəaliyyətinə başlayan nələri 

nəzərə almalıdır 

 

 

 Sabahdan sənin üçün yeni həyat başlayır; 



 

 Hər dəqiqə biznesin barədə düşünməli olacaqsan; 



 

 Ailə, istirahət və dostların üçün vaxtın azalacaq; 



 

 Təxirə salmadan hər gün yeni problemlərlə qarşılaşaçaqsan və onları həll 



etməli olacaqsan; 

 

 Xasiyyətini dəyişməli olacaqsan; 



 

 Sənə simpatik olmayan insanlarla da yaxşı münasibət qurmalı olacaqsan; 



 

 Rəqiblərin yaranacaq; 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

24 



Özünüzü testdən keçirin 

1.

Son illərdəki məşquliyyətinizin sahibkarlıqla hər hansı əlaqəsi varmı? 



2.

Xobbinizin sahibkarlıqla hər hansı əlaqəsi varmı? 

3.

Ümumiyyətlə Siz fəal adamsınızmı? 



4.

Uğursuzluqları asanmı keçirirsiniz? 

5.

Açıq və dürüst insanmısınız? 



6.

Xasiyyətinizdə aqressiya varmı? 

7.

Analitik səriştəniz varmı? Problemlə raslaşarkən onu həll etmək yollarını 



müəyyənləşdirə biirsinizmi? 

8.

Tacir bacarığına maliksinizmi? 



9.

Sağlamlığınız nə vəziyyətdədir? 

10. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün təkidli ola bilirsinizmi? 

11. Fantaziya qabilliyətiniz varmı? 

12. Ailəniz Sizi dəstəkləyəcəkmi? 

 

 



 

25.10.2013 

Sabit Bağırov, SBİİYF 

25 



Sahibkarlıq fəliyyətində əsas 

addımlar 

1. Şəxs tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul 

olmaq barədə qərarın qəbul edilməsi;  

2. Bizne-ideyanın formalaşdırılması; 

3. Biznes-layihənin hazırlanması; 

4. Maliyyənin təmin edilməsi; 

5. Biznesin qurulması; 

6. Biznesin idarə edilməsi; 

7. Biznesin genişləndirilməsi  

25.10.2013 

Sabit Bağırov, SBİİYF 

26 



Biznes-ideya___Biznes-ideyanın_yaranması'>Biznes-ideya 

Biznes-ideyanın yaranması: 

təsadüfən; 



- kənardan söylənməklə; 

- tələb və təklif bazarının təhlili; 

- bənzərlik əsasında; 

  

 



25.10.2013 

Sabit Bağırov, SBİİYF 

27 



Biznes-ideya 

 

Gözlənilən faydanın ilkin qiymətləndirilməsi: 

elementar hesablamalar; 



- mövcud analoji layihələrlə müqayisə; 

- mütəxəssislərlə məsləhətləşmələr; 

  

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

28 



Biznes-ideya 

Biznes-ideyanın gerçəkləşməsi ehtimalının təhlili: 

- maliyyə ehtiyatlarının mövcudluğu və ya əlçatanlığı; 

- avadanlıq və texnoloqiyalarla təminat; 

- xam mal və digər ehtiyatlar; 

- ümumiyyətlə uyğun şəraitin olması; 

- risklər; 

  

Biznes-ideyanın gerçəkləşdirilməsi barədə qərarın qəbul 

edilməsi 

- amillər; 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

29 



Mən hər zaman şirkətimizin hər bölməsini ziyarət edib və hər bir 

əməkdaşımızla görüşüb tanış olmağı qarşımda məqsəd qoymuşam. 

Akio Morita 

 

Akio Morita ( 盛田昭夫, 1921, 26 yanvar, Naqoya, 



Yaponiya)  Masaru İbuko ilə birgə  “Sony Corporation” 

şirkətini həmtəsisçiləri olublar. 1946-cı ilin may ayının 7-də 

onlar cəmi 20 işçisi olan “Tokio  telekommunikasiya 

mühəndislik şirkətini qurmuşlar. Sonralar bu şirkət məşhur 

“Sony Corporation”-a çevrilib. 1961-ci ildə “Sony 

Corporation of America” Nyu-York birjasının siyahılarına 

düşən ilk yapon şirkəti olmuşdur. Tədricən Sony məişət 

elektrotexnikası sahəsində yüksək keyfiyyətli və qabaqcıl 

texnologiyalar tətbiq edən əsas istehsalçılardan birinə 

çevrildi. 

Akio Morita 1982-ci ildə Britaniya Kral İncəsənət 

Cəmiyyətinin Albert Medalı ilə təltif olunmuş ilk yapon 

oldu. İki il sonra o, Fransa Fəxri Legionun Milli Ordeni ilə, 

1991-ci ildə isə Yaponiya İmperatorunun Birinci Dərəcəli 

Müqəddəs Xəzinə Ordeni ilə təltif olunmuşdu. 

Akio Morita 78 yaşında vəfat etdi və özündən sonra 

“Yaponiya istehsalı” adlı xatirə kitabını qoyub getdi. 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

30 



“Ətir – qadın fərdiliyinin təkrarolunmaz vurğusu,  

obrazın son cizgisidir” 

Kristian Dior 

 

Kristian Dior (Christian Dior, 1905, 21 yanvar, Qrinvil, 



Fransa) – fransız geyim modelyeri olub.  

1942-ci ildə Kristian Dior parfümeriya laboratoriyasını 

yaratdı və sonralar bu laboratoriya Christian Dior 

Perfume şirkətinə qədər böyüdü. Müharibədən sonra, 

1946-cı ildə o, moda evi açır. 

1947-ci ildə Dior öz yeni kolleksiyasında, “Yeni baxış” 

konsepsiyasını ortaya qoyur.  

İş partnyoru Jak Ruye ilə birlikdə Dior, model 

biznesində lisenziya sazişlərindən istifadə edən ilk 

oldu. Beləliklə, Dior nişanı tezliklə dünyanın hər 

yerinə yayıldı. 

Məşhur dizayner 1957-ci ildə 52 yaşında 

ürəkağrısından Montekatini-Termedə (İtaliya, 

Toskana) vəfat etdi. 

25.10.2013 

Sabit Bağırov, SBİİYF 

31 



“... böyük uğurların əldə olunmasının  

yeganə yolu işi sevməkdir”. 



Stiv Cobs 

Stiv Cobs (Steven Paul Jobs, 1955, 24 fevral, San Fransisko

ABŞ)  – amerika ixtiraçısı və sahibkar, “Apple” şirkətinin 

həmtəsisçisi olmuşdur.  

Cobsun biznes fəaliyyəti “Silikon Vadi”si sahibkarı 

obrazına böyük töhfə vermişdir. Funksional və eyni 

zamanda eleqant məhsulların işlənib hazırlanması 

istiqamətində Cobsun səyləri onun davamçılarının 

meydana gəlməsinə gətirib çıxardı. Stiv Cobs 

istehlakçıların elektron cihazlar dünyası barədə 

təsəvvürlərini tamamilə dəyişdirmiş İPhone, İPod, İPad 

kimi məşhur məhsulların yaradıcısı idi. Bu məhsulların 

hər biri öz bazar seqmentini və onun gələcəkdə inkişafı 

barədə təsəvvürləri dəyişdirdi. 

2011-ci ilin oktyabrın 5-də Stiv Cobs 56 yaşında ikən 

uzunmüddətli mubarizədən sonra xərçəngdən vəfat etdi. 

Vəfatından dərhal sonra onun var-dövləti 9 mlrd. ABŞ 

dolları, “Apple” şirkətinin kapitallaşması isə 338 mlrd. 

dollar məbləğində qiymətləndirilmişdir. 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

32 



“Düşünürəm ki, son 53 ildə qadınlar çox uzağa gediblər.  Vaxt var idi mən bənzərsiz, 

pioner qadın hesab olunurdum. Mən hələ də bir satıcının – “Qızlar, siz nə etdiyinizi 

bilirsinizmi?” – sözlərini xatırlayıram”. 

Lilian Vernon 

 

Lilian Vernon (Lilian Vernon, 1928, 18 mart, Leypsiq, Almaniya) – 



müxtəlif məhsul çeşidində insanların nəyi seçəcəyini intuitiv hiss edən 

və bu hissin sayəsində sahibkar qadınlar dünyasının nəhəngi sayılır. 

O, öz hissini “mənim qızıl daxili səsim” adlandırır.  Hər hansı bir yeni 

məhsul layihəsi işlənib hazırlanarkən o, ənənvi marketinq 

tədqiqatlarından istifadə əvəzinə məhz öz hissinə əsaslanır. 

1937-ci ildə ailəsi öncə Hollandiyaya, sonra isə ABŞ-a köçür. 

Sahibkarlıq fəaliyyətinə 1957-ci ildə poçt ticarəti ilə başlayır. 1954-cü 

ildə özünün ilk 16 səhifəlik ağ-qara kataloqunu nəşr etdirir. O, bu 

nəşrini 125000 sayda real və gözlənilən sifarişçilərinin ünvanlarına 

poçtla göndərir. 1965-ci ildə fəaliyyətinin yetəri qədər inkişaf etməsi 

tam hüquqlu “Lilian Vernon Corporation” adlı şirkətin yaradılmasına 

əsas verir. 

1987-ci ilə “Lilian Vernon Corporation” Amerika fond birjasının 

siyahılarına düşən qadın tərəfindən əsası qoyulmuş ən iri biznes 

olmaqla böyük populyarlıq qazandı. Hər il təxminən 4 milyon sifarışçi 

onun kataloqlarından istifadə edərək hədiyələr alıq.  

Belə bir müvəffəqiyyət ona gətirib çıxardı ki, sahə liderləri Lilian 

Vernona “kataloqlar kraliçası” adını veriblər. 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

33 



“Bir gün Almaniyada məni ilin sahibkarı kimi mükafatlandıracaqdılar. Mən hər 

zaman olduğu kimi avtobusla gəldim... Təhlükəsizlik xidməti məni zala 

buraxmaq istəmirdi”. 

“Yalnız yatan səhv etmir”. 

“Dividentlər yox, sərmayələr barədə düşünmək. Gəlir – şirin həyat yox, 

resursdur”. 



İnqvar Kamprad 

İnqvar Feodor Kamprad (Ingvar Feodor Kamprad, 

1926, 30 mart) – isveçli sahibkardır. Məişət əşyaları 

satan dükanlar şəbəkəsi “İKEA”nın təsisçisi, dünyanın 

dövlətli insanlarından biridir.  İnqvar atasından 

hədiyyə qismində alınan pula sonralar “İKEA” şirkəti 

olan müəssisəsini 17 yaşında ikən açdı.  1976-cı ildən 

İsveçrənin Epalinges şəhərində yaşayır. 2009-cu il üzrə 

İsveçrənin ən varlı sakini idi.  

Bu gün “İKEA” dünyada ən iri mebel satıcısıdır. 

Şirkətin 35 ölkə və regionda 237 mağazası var. 

Dövriyyəsi isə 2006-cı ilə üzrə 17.7 mlrd. Avro təşkil 

etmişdi. İndiyə qədər şirkətin fəaliyyətinin əsasını 

bahalı olmayan, yığılan mebelin satışı təşkil edir. 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

34 



“Ticarəti ilə yaşayan şəxs ya reklam verməli, ya da 

müflisləşməlidir”. 



Тоmas Lipton 

 

Tomas Conston Lipton (Thomas Johnstone Lipton, 1848, 10 



may, Qlazqo, Şotlandiya) – Lipton çayı brendinin yaradıcısı 

olan ən məşhur şotland 

Artıq 5 yaşında ikən o, atasına ərzaq dükanında kömək edirdi, 

15 yaşında isə ABŞ-a gedir. Başlanğıcda o, istənilən işi yerinə 

yetirirdi, lakin sonda Nyu-York univermaqının ərzaq 

dükanında  satıcı olmağa nail oldu. 1871-ci ildə o, bilik və 100 

funt sterlinqlə vətəninə qayıdır. Qlazqoda öz ərzaq dükanını 

açmaqla həm menecer, həm satıcı, həm də təchizatçı olur. 

Lipton 1890-cı ildə çay biznesinə başlayır. Seylonda 5 çay 

plantasiyası almaqla təcrübələr aparır. Məqsəd münasib 

qiymətə keyfiyyətli çay istehsalı idi. Öz plantasiyalarına və 

donanmaya sahib olmaqla vasitəçilərsiz işləyirdi. Ona görə də 

onun çayı bahalı deyildi. Kraliça Viktoriya bu çayın pərəstişkarı 

idi.  


1897-ci ildə Tomas Lipton cəngavər titulu ilə təltif olunur. Ser 

Tomas Lipton 1931-ci ilin oktyabrın 3-də vəfat edir. Varisi 

olmadığından bütün var-dövləti xeyriyyəçiliyə xərclənir. 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

35 



Sahibkar dəyişikliklərin katalizatorudur. O, heç vaxt keçmişlə 

yaşamır, bu günlə bəzən və demək olar ki, həmişə gələcəklə yaşayır”.  



Maykl E. Gerber 

 

Maykl E. Gerber (Michael E. Gerber, 1936, 20 iyun, 



ABŞ) – biznes sahəsində amerikalı mütəxəssis, 

sahibkarlıq incəsənətinin əfsanəsi və “Michael E. 

Gerber Companies” treninq şirkətinin təsisçisidir. 

Maykl E. Gerber 145 ölkədə 65000 müəssisənin 

yenidən qurulması ilə məşhur olmuş, onun nəşrləri 29 

dilə tərcümə olunmuş və dünyanın 118 universitetində 

istifadə olunur. 

Gerber 13 biznes kitabın, o cümlədən "E-Myth 

Revisited" bestsellerinin müəllifidir. Onu “kiçik 

biznesin qurusu” və  son onilliklərin ən yaxşı biznes-

müəllifi adlandırırlar. Gerberin dahiliyi uğur əldə 

etmək naminə çətinliklərlə üzləşəni fərdi sahibkarları 

anlamaqda idi. Bundan əlavə Gerberin unikal 

qabiliyyəti çarəsiz biznes sahiblərini maneələri aşmağa 

kömək etməkdədir. 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

36 



“Düşünürəm ki, mənim borcum – daha çox pul qazanmaq  və  onu yaxınlarımın, ətrafımdakılarımın 

xeyrinə, vicdanımın səsini eşitməklə istifadə etmək”. 

“Məncə pul xatirinə pul qazanmaq üçün bütün vaxtını sərf edən insandan ən mənhus və acınacaqlısı 

yoxdur”. 

“Səbr – biznesdəki uğurun birinci və əsas şərtidir”. 

 Con Devison Rokfeller 

 

Con Devison Rokfeller (John Davison Rockefeller,  8 iyul 1839, 



ABŞ)  – amerikalı sahibkar, filantrop, bəşər tarixində ilk 

“dollar” milliarderi olub. 

1870-ci ildə Standard Oil şirkətinin əsasını qoymuş və onu 

1897-ci ildə təqaüdə çıxana qədər idarə etmişdir. Vəfat etdiyi 

vaxtda onun var-dövləti 1.4 mlrd. ABŞ dolları və ya ABŞ 

ÜDM-nin 1.54%-ni təşkil edirdi. İnflasiyanı nəzərə almaqla 

Nyu York Taymz onun var-dövlətini 2006-cı ilə ekvivalent 

olaraq 192 mlrd. ABŞ dolları civarında qiymətləndirib. 

Rokfeller ABŞ-ın ən böyük xeyriyyəçilərindən biri olub, tibbi 

tədqiqatlara, təhsilə böyük məbləğdə ianələr verib. O, həm də 

Çikaqo və Rokfeller universitetlərinin əsasını qoyub. Rokfeller 

mömin baptist olduğundan ömrü boyu gəlirlərinin bir qismini 

ruhani müəssisələrinin təminatına xərcləmişdir. O, həmişə 

sağlam həyat tərzini, alkoqol və tütündən imtinanı təbliğ 

etmişdir. 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

37 



“Miflərin ən böyüyü ani uğuru vəd edəndir. Mən öz üzərimə çox ağır yük götürdüm. 

Daima iş, xırdalıqlara diqqət, yuxusuzluq, ürək ağrıları”. 

“Dünyada ən gözəl üz Sizinkidir”. 

Este Lauder 

Este Lauder (Estee Lauder, 1908, 1 iyul, Kuins, Nyu-York, 

ABŞ) – “Estee Lauder” şirkətinin təsisçisi və direktorlar 

şurasının ilk sədri. 

Estenin 6 yaşı tamam olanda evlərində dayısı dermatoloq 

Con Skots yaşamağa başladı. Onun sayəsində Este indiyə 

qədər istehsaldan düşməyən 4 dəri kremi formulunu 

yaratdı. 

Gələcək həyat yoldaşı Cozef Lauderə Este Viskonsin 

ştatında istirahətdə olarkən rast gəldi. 1944-cü ildə ər-

arvad Nyu-York ilk mağazalarını açdılar. Keçmiş 

restoranın binasını yenidən quraraq kiçik fabrika açdılar. 

Gecələr bu fabrikada Este həyat yoldaşı ilə kremlər istehsal 

edir, günortalar isə satırdılar. Məhz o zamanlar indiki 

kosmetika və parfümeriya korporasiyası olan “Estée 

Lauder”in əsası qoyuldu. 

2003-cü ildə şirkətin illik dövriyyəsi 1 mlrd. 744 mln. təşkil 

etmişdi. 1998-ci ildə Este Lauder əsrin 20 ən dahi və 

nüfuzlu iş adamları siyahısına daxil olan yeganə qadın 

oldu.  


 

25.10.2013 

Sabit Bağırov, SBİİYF 

38 



“Zaman uğurlu biznesin dostu, zəif inkişaf etmişin isə düşmənidir”. 

“Nüfuz qazanmaq üçün 20 il tələb olunduğu halda, 5 dəqiqə onu itirməyə 

kifayət edir. Bu barədə düşünsəniz işlərinizə başqa cür yanaşacaqsınız”. 

Uorren Edvard Baffet 

Uorren Edvard Baffet (Warren Edward Buffett, 1930, 30 

avqust, Omaha, Nebraska, ABŞ) – dünyada ən iri və 

tanınmış sərmayəçidir. 

Baffet dünyada ən dövlətli insanlardan biri və var-

dövlətinin həcminə görə ABŞ sakinlərinin arasında 2-ci 

yerdə hesab olunur. Omahalı orakul ləqəbi ilə məşhurdur. 

Baffet 6 yaşında ikən mağazadan bir qutu koka-kolanı 25 

sentə alır və 6 şüşədən hər birini 5 sentə satır. Ümumi gəliri 

30 sent, mənfəəti isə 5 sent təşkil edir. Beləliklə, biznesmen 

oğlan öz ilk mənfəətini əldə edir. 11 yaşında Baffet özünü 

birjada sınayır. Atasından borc aldığı pula Cities Service 

şirkətinin 3 imtiyazlı səhmini alır və sonra onları sataraq 5 

dollar qazanc əldə edir. Bu həmişəlik sərmayəçinin 

yaddaşında qalır. 

10 min dollar həcmində ilk kapitalını Uorren uğurlu biznes 

ideyanı – bərbərxanalarda pinbol üçün avtomatlar – 

reallaşdıraraq qazanır. 

2010-cu ildə Uorren Baffetin var-dövləti 47 mlrd. dollar 

həcmində qiymətləndirilmişdi. 

25.10.2013 

Sabit Bağırov, SBİİYF 

39 



“Gözəllik – həmişə silahdır!” 

“Elə insanlar var ki, onların pulu var, elələri də var ki, onlar zəngindirlər”. 



Koko Şanel 

Koko Şanel (Gabrielle Bonheur Chanel, 1883, 19 

avqust, Fransa) məşhur modelyer olub. 18 yaşında 

Qabriel geyim mağazasına işə düzəlir, boş vaxtında 

isə kabaredə oxuyurdu. Qadın şlyapaları satan ilk 

mağazasını Parisdə 1910-cu ildə açdı. Koko Şanelin 

kişi dəbi ilə ilhamlanan modernizmi və yaratdığı 

geyimdə bahalı sadəliyin izlənməsi onu 20-ci əsrin 

dəb tarixində demək olar ki, ən önəmli fiqurlarından 

birinə çevirdi. Şanel qadın dəbinə qısa qara don və 

beldə sıxılmış jaket gətirdi. Kokonun yüksək 

modaya təsiri o qədər böyük olub ki, Taym jurnalı 

onu, moda tarixinin yeganə təmsilçisi kimi  20 əsrin 

ən nüfuzlu şəxslər siyahısına daxil etmişdi. Koko 

Şanel həm də öz ətirləri ilə məşhurdur.  

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

40 



“Sənə olan inamı itirməkdənsə pul itirmək daha yaxşıdır. Vədlərimin 

məhkəmliyi, məhsullarımın keyfiyyətinə və sözlərimə inam mənim 

üçün hər zaman qısamüddətli mənfəətdən üstün olub”.  

Robert Boş 

Robert Boş (Robert Bosch,1861, 23 sentyabr, Almaniya) almaniyalı 

sənayeçi, mühəndis və ixtiraçı; “Robert Bosch GmbH”  şirkətinin 

təsisçisi olub. 

1886-cı ilin 15 noyabrında Boş Ştutqartda “Dəqiq mexanika və 

elektrotexnika emalatxanası” adlı öz firmasını açır. Açılışdan 

sonrakı ilk illərdə vəziyyət çətin idi, çünki əldə olunan gəlirin 

böyük hissəsi yeni avadanlığa sərf olunurdu. O zamanlar Boş 

əsasən elektrotexnika avadanlığının istehsalı ilə məşğul olurdu.  

Şirkətin fəaliyyətinin genişlənməsi 20-ci əsrin əvvəllərindən 

başladı. Öncə Böyük Britaniyada, sonra isə Avropanın digər 

ölkələrində. “BOSCH” nümayəndəlikləri həm Şimali həm də 

Cənubi Amerika, Asiya, Afrika və Avstraliyada da açıldı. Bunun 

sayəsində 1913-cü ildə şirkətin istehsal etdiyi məhsulun 88%- 

xaricdə satılırdı. 

Bu gün “Robert Bosch GmbH” ən iri alman sənaye konsernlərindən 

biridir.  4 sahə - avtomobil avadanlığı, rabitə texnikası, məişət 

texnikası və istehsal vasitələri – üzrə çalışır. 

Robert Boş 1942-ci ilin martın 12-də vəfat etdi. 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

41 



“Üzümüzə gələn yeni əsrə baxanda aydın olur ki, lider yalnız 

başqalarını ilhamlandıranlar olacaqlar”. 



Bill Qeyts 

Bill Qeyts (William Henry Gates III, 1955, 28 oktyabr, Sietl, 

ABŞ) – amerikalı sahibkar və ictimai xadim, “Microsoft” 

şirkətinin təsisçisi (Pol Allenlə birgə) və iri səhmçisidir.  

2008-ci ilin iyununa qədər “Microsoft”un rəhbəri 

olub,vəzifədən getdikdən sonra şirkətin direktorlar 

şurasının (неисполнительного)  sədri vəzifəsində qaldı. 

Habelə Bill və Melinda Qeyts xeyriyyə fondunun 

həmsədridir. 

1996-2007-ci illər ərzində və 2009-cu ildə “Forbes” 

jurnalına əsasən dünyanın ən zəngin şəxsi hesab 

olunmuşdur. Onun var-dövləti 2009-cu ilin sentyabrına 50 

mlrd. ABŞ dolları təşkil etmişdir. Bill Qeyts vəsaitlərinin 

xeyriyyə məqsədilə xərcləyənlər içərisində rekordsmendir. 

Belə ki, 1994-2010-cu illər ərzində Bill və Melinda Qeyts 

Fonduna 28 mlrd. ABŞ dolları köçürmüşdür. 2010-cu ilin 

fevralında Qeyts milliarderlərə müraciət edərək 

vəsaitlərinin yarısını xeyriyyə məqsədləri üçün sərf 

etməyə çağırmışdı. 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

42 



“İnsanların çoxu müvəffəqiyyət arzu edir. Hesab edirəm ki, müvəffəqiyyətə 

yalnız təkrarlanan uğursuzluqlar və özünü təhlillə nail oluna bilər. Faktiki 

olaraq müvəffəqiyyət işimizin 1%-dir, qalan 99% isə uğursuzluqlardır”. 

Soiçiro Honda  

Soiçiro Honda (本田宗一郎, 1906, 17 noyabr, Xamamatsu, Yaponiya) 

– “Honda” şirkətinin qurucusu olub. 

Kasıb kənd dəmirçisinin evində dünyaya gəlib. 1922-ci ildə orta 

məktəbi bitirdikdən sonra 15 yaşında ikən Tokioda avtomexanik 

işləmək üçün valideyn evini tərk edir. 1928-ci ildə avtomobil 

təkərinin taxta millərinin dəmir olanlarla əvəz olunması ideyasının 

100 patentindən birincisini alır. Honda markasına yol sadə idi – 

mexanik müharibə zamanı istifadə olunan radio üçün generatorları 

motor kimi velosipedlərə bərkidirdi.  

1948-ci ildə dünya motosikl istehsal edən əsas şirkətlərdən biri olan 

“Honda Motor Korporasiyası”nın prezidenti kimi motosikllərin və 

mühərriklərin istehsalı ilə məşğul olmağa başladı. 1950-cı ildə 

Honda avtomobil istehsalına başladı. Onun ilk yanacaq-səmərəli 360 

modeli 70-ci illərin neft böhranı ilə bağlı çox populyar oldu. Lakin 

müəssisəsinin dünyadakı, xüsusilə də ABŞ-dakı uğuruna o, artıq 

qıraqdan izləməli oldu. Yapon rəhbərləri üçün gənc sayılan 67 

yaşında, 1973-cü ildə, Honda konsernin rəhbəri vəzifəsindən 

uzaqlaşdı, lakin 1983-cü ilə qədər orada çalışdı.  

Soiçiro Honda 1991-ci ildə vəfat etdi. 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

43 



“Uğurlu insanlar həmişə qabağa getməyə davam edirlər. 

Onlar səhv edir, lakin heç vaxt dayanmırlar”. 



Konrad Nikolson Hilton 

Konrad Nikolson Hilton (Conrad Nicholson Hilton, 1887, 25 dekabr, 

ABŞ) – amerikalı sahibkar, Hilton otellər şəbəkəsinin təsisçisi olub. 

1919-cu ilin iyununda 31 yaşlı Konrad Hilton Sisko şəhərinə (Texas 

ştatı) gəlir. Öz ilk müəssisəsinin iflasını yenicə yaşamış və cibində 

cəmi 5 min dollar olan Konrad uğurlu bankın yaratmaq arzusunda 

idi.  Hilton yerli Mobli (Mobley) mehmanxanasında qalır. Bu 

mehmanxananın foyesində boş otaq uğrunda mübarizə edən insan 

kütləsi onu heyrətə gətirdi. Bu, ona mehmanxana biznesi ilə məşğul 

olmaq ideyasını verdi. Beləliklə, Hilton Mobli mehmanxanasını alır 

və artıq bir ildən sonra Fort Vort şəhərində 1, daha sonra isə daha 2 

kiçik otel alır.  

1925-ci ilin avqustun 2-də təsisçisinin adını daşıyan ilk otelin –  

“Dallas Hilton”un təntənəli açılışı oldu. Yeni otel 325 otaqdan ibarət 

idi. Ona qədər Hilton hər il Texasda yeni otel açırdı. 1960-cı illərin 

sonunda Hilton ABŞ-da 40 və bir o qədər də ölkədən kənarda otelin 

sahibi idi. 

Konrad Hilton 1979-cu ilin yanvarın 3-də vəfat edib. 

25.10.2013 

Sabit Bağırov, SBİİYF 

44 



“Bilik – zəmanəmizin puludu, ağıl isə Allah tərəfindən bizə 

bəxş edilən ən qiymətli aktivdir” 



Robert Kiyosaki 

Robert Toru Kiyosaki (ロバート・トール・キヨサキ, 

1947, 8 aprel, Hilo, Hawaii, ABŞ) – amerikalı 

sahibkar, sərmayəçi, yazıçı və müəllim.  

Daha çox “Varlı ata, kasıb ata” kitabı ilə məşhurdur. 

25 milyon nüsxə ilə yayılmış 15 kitabın müəllifidir. 

Maliyyə strategiyalarının mənimsənilməsini nəzərdə 

tutan “Pul axını 101” və onun davamı olan “Pul axını 

202”adlı stolüstü təlim oyunlarını işləyib 

hazırlamışdır.  

“Varlı ata, kasıb ata” bestsellerini o 47 yaşında yazdı. 

Bundan sonra “Pul axınının kvadrantı” və “Varlı 

atanın sərmayə üzrə təlimat kitabı” – kitabların üçü 

də Uol-Strit Cornal, Biznes-uik və Nyu York taymz 

kimi nəşrlərin 10 ən yaxşı bestseller reytinqlərinə 

düşmüşdü.  

25.10.2013 

Sabit Bağırov, SBİİYF 

45 



Bəzi uğurlu biznes ideyalar 

Leo Qerstenzanq – qulaq təmizləmək üçün pambıqlı 

çöplər; 

National Trust şirkəti – konservləşdiriliş təmiz hava; 

Çeləbinsk camaatı – meteorit daşları; 

Serqey Dominitski – saxsı qabların alıcı tərəfindən istehsalı; 

Edvin Lend – Polaroid fotoapparatı; 

Cozefin Koçreyn – qabyuyan maşın; 

İnernet asılılıqdan müalicə klinikası; 

Mett Qrifin – şirniyyət bişirmə üçün yeni forma; 

Yaşıl Ketçup; 

25.10.2013 

Sabit Bağırov, SBİİYF 

46 



Sahibkarlıq fəaliyyətinə başlayan nələri 

nəzərə almalıdır 

 

 

 Sabahdan sənin üçün yeni həyat başlayır; 



 

 Hər dəqiqə biznesin barədə düşünməli olacaqsan; 



 

 Ailə, istirahət və dostların üçün vaxtın azalacaq; 



 

 Təxirə salmadan hər gün yeni problemlərlə qarşılaşaçaqsan və onları həll 



etməli olacaqsan; 

 

 Xasiyyətini dəyişməli olacaqsan; 



 

 Sənə simpatik olmayan insanlarla da yaxşı münasibət qurmalı olacaqsan; 



 

 Rəqiblərin yaranacaq; 

 

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

47 



Sahibkarlığın və Bazar İqtisadiyyatının 

İnkişafına Yardım Fondu 



 

Ünvan: Bakı, Nəcəfqulu Rıfiyev 17, m.2, AZ1025  

E-mail: 

sbiiyf.edf@gmail.com

   

bagirov.sabit@gmail.com

  

www.edf.az

  

25.10.2013 



Sabit Bağırov, SBİİYF 

48 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə