ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə2/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   2   3   4   5   6   7   8   9   ...   64

 

FƏSİL 1. 
 
MÜHƏNDİS EKOLOGİYASININ KONSEPSİYASI. 
 
 
1.1. Əsas anlayışlar. 
 
Ətraf  mühitin  mühafizə  problemləri  bütün  bəşəriyyəti 
düşündürür.  Onlardan  başqa  kontinentdə  gizlənmək  və  ya  hər 
hansı  şəkildə  sığortalanmaq  mümkün  deyildir.  İnsanın  ətraf 
mühitə təsiri problemlərini, bu təsirlərin neqativ nəticələrindən 
mühafizə  üsullarını  aydınlaşdırmağa  cəhd  edərək,  bəşəriyyət 
çoxlu  sayda  elm  və  elmi  istiqamətlər  yaratmışdır.  Bunlardan 
hər  biri  öz  terminlərindən  və  tədqiqat  metodlarından  istifadə 
edirlər. 
 
Son  zamanlar  klassik  “ekologiya”  terminindən  istifadə 
edən xeyli sayda söz birləşmələri meydana gəlmişdir. Məsələn: 
“klassik  ekologiya”,  “ümumi  ekologiya”,  “şəhər  ekologiyası”, 
“kosmik  ekologiya”  və  s.  Belə  söz  birləşmələri  ekoloji 
biliklərin ayrı-ayrı istiqamətlərini müəyyənləşdirir. 
 
Ekologiya  (yunanca  oikos  –  ev,  logos  –  elm)  –  canlı 
orqanizmlərin  yaşama  şəraitini,onların  öz  aralarında  və 
yaşadıqları mühitlə qarşılıqlı əlaqəsini öyrənən elmdir. 
 
Termin  1866  –cı  ildə  alman  alimi  Erns  Heggel 
tərəfindən 
təklif 
olunmuşdur. 
Əvvəllər 
ekologiyaya 
orqanizmlərin,  onların  yaşadığı  təbii  mühitdə  fəaliyyətlərinin 
qanunauyğunluqlarını  tədqiq  edən  bir  elm  kimi  baxılırdı,  yəni 
bioekologiya  kimi.  Hal-hazırda  bu  termin,  hər  biri  ayrıca 
sərbəst elm kimi çıxış edə bilən, müxtəlif istiqamətlərdən ibarət 
ekoloji  biliklər  sistemini  göstərmək  üçün  istifadə  olunur 
(şək.1.1). 
 
İnsan  cəmiyyəti  sözün  geniş  mənasında  tələbata 
əsaslanmışdır.  İnsanın  təsərrüfat  fəaliyyəti  onun  tələbatından 
asılı olaraq inkişaf edir. O, inkişafı təbiətdən və onun müxtəlif 
ehtiyatlarından  istifadə  ilə  bağlı  olan  istehsala  əsaslanır. 
Cəmiyyətin inkişafının müəyyən mərhələsində insan və təbiət 


 

 
 
       Şək. 1.1. Ekologiyada biliklər istiqaməti
 
 
arasında, istehsal və təbii ekoloji sistemlər arasında qəti şəkildə 
anlaşılmazlıq yaranır. 


 

 
Mühəndis  ekologiyası  –  tətbiqi  fənndir.  Özündə, 
yüksələn  sənaye  istehsalı  şəraitində  ətraf  mühitin  keyfiyyətini 
qoruyub  saxlamağa  yönəlmiş,  elmi  əsaslara  söykənən 
mühəndis – texniki tədbirlər sistemini əks etdirir. 
 
Mühəndis  ekologiyasına,  müxtəlif  bilik  sahələrinin 
kəsişməsində formalaşan çoxlu sayda terminlər daxildir. Oların 
bəzilərini nəzərdən keçirək. 
 
Biosfer  (  yunan.  bios  –  həyat,  spharia  –  kürə  )  – 
müxtəlif  canlıların  həyatının  inkişaf  etdiyi  və  atmosferin, 
hidrosferin  aşağı  hissəsini  və  litosferin  yuxarı  hissəsini  əhatə 
edən  Yer  örtüyüdür.  Biosfer  3,5...4,5  mlrd.  il  bundan  əvvəl 
yaranmış,  canlı  və  cansız  materiyanın  qarşılıqlı  əlaqəsinin 
nəticəsi  kimi  mövcuddur.  Bu  zaman  canlı  maddə  biosferin 
“funksiyası”  olduğu  kimi,  biosfer  də  canlı  maddənin  inkişaf 
nəticəsidir.  Misal  kimi  göstərmək  olar  ki,biosferin  yuxarı 
təbəqəsindəki  canlı  maddələrin  99%  -i  canlı  orqanizmlər 
tərəfindən dəyişmişdir. Yerin canlı orqanizmlərinin cəm kütləsi 
təqribən 
12
10
4
,
2 
t  qiymətləndirilir.  Biosfer  inkişaf  edir.  İnsan 
cəmiyyəti  Yerdəki  həyatin  inkişafının  bir  mərhələsidir,  yəni 
biogenezin bir mərhələsidir. 
 
Noosfer  –  şüur  (ağıl)  sferidir,  bəşəriyyətin  yaranması 
və inkişafı ilə bağlı olan biosferin inkişafının ali pilləsidir. Bu 
zaman  şüurlu  insan  fəaliyyəti  qlobal  inkişafın  əsas  təyinedici 
amili olur. 
 
Hal-hazırda,  klassik  “biosfer”  və  “noosfer”  anlayışları 
ilə  yanaşı,  təbii  mühitin  yeni  vəziyyəti  meydana  gəlmişdir  – 
texnosfer 
(biotexnosfer). 
Texnosferə 
insanın 
əmək 
fəaliyyətinin  hər  hansı  inteqral  yığımı  kimi  baxmaq  olar.  Bu 
çərçivədə  biosferdə  gedən  bütün  real  proseslərin  inkişafı  baş 
verir. Texnosfer texnogezin nəticəsidir. Buna isə öz növbəsində 
destabilləşdirici amil kimi baxıla bilər.  
 
Məhz, 
mühəndis  ekologiyası 
biosferin 
noosferə 
keçməsində  əsas  elementdir.  Mühəndis  ekologiyasında  əsas 


 
10 
anlayışlardan  biri,  mürəkkəb  sistemlər  sinfinə  aid  olan  “ekolji 
sistem” (ekosistem) anlayıçıdır. 
 
Ekolji  sistem  –  qanunauyğun  şəkildə  bir-biri  ilə 
əlaqədə  olan  müxtəlif  növ  orqanizmlərin  məskunlaşması  və 
onların yaşayış şəraitinin yığınıdır. 
 
“Ekosistem”  anlayışına  yaxın,  daha  dar  mənada  xüsusi 
anlayış  “biogeosenoz”  dur.  Biogeosenoz  (yunan.  bios  –  həyat, 
geo  –  Yer,  cenoz  –  qrup)  –  yer  səthinin  canlı  və  sümüklü 
komponentlərinin müəyyən tərkibi və onlar arasındakı dinamik 
qarşılıqlı təsir ilə bağlı bircinsli sahəsidir. 
 
“İnsan  –  istehsal  obyekti  -  ətraf  mühit”  kimi  ekoloji 
sistemlər  üçün  aşağıdakı  təsnifata  baxaq.  Qəbul  edək  ki,  belə 
ekosistemlər üç səviyyəli ola bilər: 
-  qlobal (iri sənaye regionu); 
-  regional (ixtiyarı sənaye müəssisəsi); 
-  lokal  (sex,  istehsal  müəssisəsi,  işçi  yerini,  mənzili        
və s. daxil etməklə ixtiyarı bina). 
 
Növbəti termin “ekoloji amil” anlayışıdır. Ekoloji amil 
mühitin canlı orqanizmə olduqca təsir edən elementidir. 
 
Ekoloji amilləri aşağıdakılara ayırırlar: 
 
 cansız mühitin amilləri ( məsələn: iqlim – temperatur, 
rütubət, işıq, təzyiq ); 
 
 biotik  –  canlıların  təsiri  ilə  bağlı  canlı  mühitin 
amilləri; 
 
 antropogen 
– 
insan 
fəaliyyəti 
prosesində 
(planlaşdırılmış,  təsadüfi,  indiki  və  keçmiş  )  yaranan  amillər. 
Beləki,  insan  fəaliyyəti  məişət,  istehsal  və  həmçinin  hərbi 
işlərlə bağlı ola bilər. 
 
Antropogen  istehsal  amili  (AİA)  –  bilavasitə  istehsal 
prosesində  məşğul  olan  insan  sağlamlığında  neqativ 
dəyişmələr yaratmağa qadir olan amillərdir. 
 
Bu  amilləri  müxtəlif  əlamətlərə  görə  təsnifatlandırmaq 
olar. 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə