ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə26/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   22   23   24   25   26   27   28   29   ...   64

 
89 
Hacı Həsən gölü Bakı şəhərinin cənub-qərb hissəsində – 
Yasamal dərəsində yerləşir. Akvatoriyası 175 ha, dərinliyi 2 m, 
suyunun həcmi isə 3,2 mln m
3
-dir. Gölə il ərzində 9040 min m
3
 
məişər-sənaye  çirkab  suları  atılır  ki,  onların  da  80%-i  məişət 
mənşəli  tullantılardır,  suyunun  minerallığı  2,5  q/l-dir.  Gölün 
suyunun  fon  tərkibində  anionlar  üstünlük  təşkil  edir  və 
konsentrasiyası  sanitar  normaları  aşır.  Xloridlərin  miqdarı 
normadan 44 dəfə, sulfatların miqdarı isə 1,6 dəfə yüksəkdir. 
Hacı  Həsən  gölü  ancaq  fenollar  (YVHQ=8),  kadmium 
(YVHQ=4)  və  mis  (YVHQ=3,5)  ilə  orta  səviyyədə 
çirklənmişdir.  Gölün  su  mühitinin  və  dib  çöküntülərinin 
çirklənmə dərəcəsi ekoloji baxımdan orta qiymətləndirilə bilər.  
Zığ  gölü  səthinin  sahəsi  20  ha,  dərinliyi  1,5  m  olmaqla 
Zığ  qəsəbəsindən  axan  məişət-sənaye  suları  və  yeraltı  sular 
hesabına  qidalanır.  Gölə  axıdılan  məişət  tullantı  sularının  illik 
həcmi  1826  min  m
3
,  sənaye  (neft,  qaz)  tullantıları  isə              
73  min  m
3
-dir.  Götürülmüş  su  nümunələrinin  analizlərinin 
nəticələri  göstərir  ki,  gölün  suyu  şor  olmaqla  minerallaşma 
dərəcəsi 166 q/l-ə çatır. İon tərkibində xloridlər 96, mqanezium 
42,6  və  sulfatlar  5,4  q/l  olmaqla  sanitar  normaları  müvafiq 
olaraq  274,21  və  11  dəfə  aşır.  Gölün  suyunun  oksigen  rejimi 
pozulmuşdur.  Oksigenin  konsentrasiyası  sanitar  normadan    
1,6  dəfə  aşağıdır.  Çirkləndirici  maddələrdən  yüksək  miqdarda 
kadmium 8,4 , mis 6, detergenlər 0,45  mq/l olmaqla müşahidə 
olunur  ki,  bu  da  sanitar  normadan  uyğun  olaraq  8,4  ;  6  ;  4,5 
dəfə yüksəkdir. 
 Zığ  gölünün  dib  çöküntülərində  manqan  (222  mq/kq), 
neft məhsulları (63 mq/kq), mis (66 mq/kq), nikel (40 mq/kq), 
kadmium  (21  mq/kq),  sink  (18  mq/kq),  xrom  (12  mq/kq)  və 
kobalt  (8,6  mq/kq)  toplanmışdır.  Göldə  ekoloji  vəziyyəti  orta 
qiymətləndirmək olar. 
Masazır gölü  ellips  formasında olub səthi 8,33 km
2
-dir. 
Ən böyük eni 2,6 km, gölün orta dərinliyi 0,6 m, sahil xəttinin 
uzunluğu  14  km,  suyunun  həcmi  6,8  mln  m
3
-dir.  Göl  əsasən 


 
90 
atmosfer yağıntıları və qismən yeraltı sular hesabına qidalanır. 
Bundan başqa, gölə Masazır və Novxanı qəsəbələrinin məişət-
kommunal  suları  axıdılır.  Tullantı  sularının  miqdarı  gün 
ərzində  8  min  m
3
  təşkil  edir.  Gölün  suyunun  minerallaşma 
dərəcəsi 280 q/l təşkil edir və bu göstəriciyə görə Masazır gölü 
şor  sulu  göllər  qrupuna  aid  edilir.  Suyunun  ion  tərkibində 
xloridlər  (161  q/l)  və  sulfatlar  (8,6  q/l)  üstünlük  təşkil  edir, 
onların  konsentrasiyası  sanitar  normaları  müvafiq  olaraq  2  və 
17  dəfə  aşır.  Kalsium  (0,6  q/l)  və  maqnezium  (3,4  q/l) 
konsentrasiyası nisbətən az olsa da onların göstəriciləri sanitar 
normadan  3,5  və  17  dəfə  yüksək  qeydə  alınmışdır. 
Çirkləndirici  maddələrdən  daha  yüksək  miqdarda  misin  və 
kadmiumun  konsentrasiyaları  müşahidə  edilir  ki,  onların  da 
göstəriciləri  normanı  müvafiq  olaraq  10,5  və  17  dəfə  aşır. 
Detergenlərin  və  neft  məhsullarının  miqdarının  nisbətən  az 
olmasına  baxmayaraq  onların  da  konsentrasiyaları  normadan 
müvafiq olaraq 6 və 2,4 dəfə yüksək qeydə alınmışdır. 
Masazır  gölünün  suyunun  davamlı  çirklənməsi  dib 
çöküntülərinin  də  çirklənməsinə  səbəb  olur.  Aparılan 
müşahidələr  və  analizlər  göstərir  ki,  dib  çöküntülərinin  hər 
kiloqramında 891 mq neft məhsulları, 535 mq manqan, 32 mq 
kadmium, 53 mq nikel, 27 mq xrom, 30 mq sink, 24 mq kobalt 
toplanmışdır.  Bu  göstəricilər  Masazır  gölünün  gərgin  ekoloji 
vəziyyətə malik olduğunu göstərir. 
Mirzələdi gölü Novxanı və Binəqədi qəsəbələri arasında 
dəniz  səviyyəsindən  12,1  m  hündürlükdə  yerləşir.  Gölün  orta 
dərinliyi  1  m,  sahil  zolağının  uzunluğu  21  km,  su  tutumu       
1,9  mln  m
3
-dir.  Mirzələdi  gölü  duzlu  göldür.  Gölə  il  ərzində, 
əsasən,  Binəqədi  qəsəbəsindən  məişət-kommunal  suları    
(1095  min  m
3
)  və  yaxınlıqda  yerləşən  neft  buruqlarından    
(182  min  m
3
)  lay  suları  axıdılır.  Suyunun  minerallaşma 
dərəcəsi 388 q/l olmaqla Mirzələdi gölü şor sulu göllər qrupuna 
aiddir və onun fon tərkibində xloridlər (231 q/l) üstünlük təşkil 
edir.  Bu  da  sanitar  normaları  160  dəfə  aşır.  Kalsium  0,6  q/l, 


 
91 
maqnezium isə 3,4 q/l olmaqla normadan müvafiq olaraq 3 və 
6  dəfə  yüksəkdir.  Çirkləndirici  maddələrin  konsentrasiyaları 
kifayət  qədər  yüksək  olmaqla  sanitar  normaları  dəfələrlə  aşır. 
Normanı daha çox kadmium 19 dəfə və mis 12 dəfə aşır. Neft 
məhsulları  və detergenlər  normadan 7 və 4 dəfə  yüksək qeydə 
alınmışdır.  Gölün  suyunun  oksigen  rejimi  də  pozulmuşdur. 
Suyun  tərkibində  həll  olmuş  oksigenin  miqdarı  normadan        
8 dəfə azalaraq 0,49 mq/l təşkil edir. 
Mirzələdi  gölünün  dib  çöküntülərində  hər  kiloqramında 
820  mq  neft  məhsulları, 560  mq  manqan, 55  mq  nikel, 42  mq 
kadmium,  37  mq  sink,  30  mq  mis,  23  mq  xrom  və  22  mq 
kobalt müşahidə olunur. 
Son iki gölün – Mirzələdi və Masazır göllərinin sularının 
və dib çöküntülərinin analizləri göstərir ki, onlar kifayət qədər 
yüksək  çirklənməyə  məruz  qalmışdır.  Bu  göllərin  ekoloji 
vəziyyətinin  olduqca  gərgin  olması  ətraf  mühitə  də  öz  təsirini 
gösətərməkdədir. 
Beləliklə,  Abşeron  yarımadasındakı  200-dən  çox  gölün 
ekoloji  cəhətdən  vəziyyəti  ilə  əlaqədar  problemləri  və 
respublika  iqtisadiyyatı  üçün  onların  törədə  biləcəyi  təhlükəni 
yuxarıda  adları  çəkilən  göllərin  timsalında  təsvir  etməyə 
çalışdıq. 
Son  illərdə  Abşeron  yarımadasının  su  hövzələrinin 
ekoloji  vəziyyətinin  öyrənilməsində  Ekologiya  və  Təbii 
Sərvətlər  Nazirliyinin  Milli  Monitorinq  Departamentinin, 
Kompleks 
Hidrogeologiya 
və 
Mühəndis 
geologiyası 
Ekspedisiyasının 
və 
Mineral-Xammal 
Elmi-Tədqiqat 
İnstitunun  böyük  xidmətləri  olmuşdur.  Bu  işlər  sössüz  ki, 
Abşeron yarımadasının daxili su hövzələrinin ekoloji cəhətdən 
törədə biləcəyi təhlükələrin və ətraf mühitə, insan sağlamlığına 
və iqtisadiyyata vurulacaq ziyanların aradan qaldırılmasında öz 
xidmətini göstərəcəkdir. 
Ekoloji  problemlərin  həlli  kompleks  şəkildə,  çox  sahəli 
və  effektli  aparılmalıdır.  Bunun  üçün  hər  şeydən  əvvəl 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə