ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə28/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   24   25   26   27   28   29   30   31   ...   64

 
95 

Ataçay-
Qudyalçay 
0,66 
5,20 
4,96 
3,97 
10,29 
10,79 
12,22 

Qudyalçay-
Qusarçay 
0,64 
6,12 
5,58 
4,56 
5,62 
5,98 
6,68 

Qusarçay-
Samur çayı 
0,61 
6,47 
6,16 
5,28 
3,44 
3,77 
6,98 
Orta 

3,44 
2,84 
2,09 
7,49 
8,37 
10,74 
 
3.9. Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi 
ekosistemlərin təhlükəsizliyinin təminatçısıdır 
 
Dünyanın  təmiz  su  ehtiyatları  insan  fəaliyyətinin 
genişlənməsi  nəticəsində  hər  gün  ciddi  təsirə  və  dəyişikliklərə 
məruz qalır. Əhalinin artımı, yüksələn iqtisadi aktivlik və həyat 
səviyyəsi  təmiz  su  ehtiyatlarına  görə  artan  rəqabətə  və 
münasibətlərə  gətirib  çıxarar.  Bu  isə  günü-gündən  gərgin 
ekoloji  vəziyyətin  daha  da  güclənməsinə,  bir  çox  hallarda  isə 
ekosistemlərin  öz  funksiyalarının  tam  itirilməsinə  gətirib 
çıxardır. 
Belə  bir  şəraitdə  ekosistemlərin  təhlükəsizliyinin  təmin 
edilməsi  baxımından  bütün  dünyada  su  ehtiyatlarına,  onların 
səmərəli  istifadəsi  və  qorunması  problemlərinə  maraq 
artmaqdadır.  Bu  problemlər  özünü  Azərbaycanın  da  daxil 
olduğu  quraqlıq  və  beynəlxalq  su  hövzələrinin  mənsəbində 
yerləşən ərazilərdə daha kəskin biruzə verir. 
Bu 
problemlərin 
qarşısının 
alınması 
və 
ekoloji 
təhlükəsizliyin  minimuma  endirilməsi  məqsədilə  Ümumdünya 
su  təşkilatları  və  birliklərinin  müasir  düşüncələrində  su 
ehtiyatlarının  davamlı  istifadəsində  onun  inteqrasiyalı  idarə 
edilməsinə  daha  çox  üstünlük  verirlər.  İnteqrasiyalı  idarəetmə 
əsasən  Milli  səviyyədə  məhdudlaşan  və  ya  Milli  sərhədləri 
keçən çay  hövzəsi üzrə  həyata keçirilməsinə  yönəlmişdir. Çay 
hövzəsinin  planlı  və  vahid  sistem  şəklində  dəqiq  rejim  üzrə 
idarə  edilməsinin  çoxillik  tarixi  vardır.  Məhz  su  ehtiyatlarının 
inteqrasiyalı  idarə  edilməsi  bu  qədim  ənənəyə  əsaslanan  və 


 
96 
kökləri 
ABŞ 
və 
keçmiş 
SSRİ 
dövrünə 
gedən 
bir 
konsepsiyasıdır. 
Lakin 
inteqrasiyalı 
idarəetmə 
əvvəlki 
sistemlərin  ekoloji  və  sosioloji  yaxın  görmələrini  aradan 
qaldırmaqla  su  bölgüsündə  ictimaiyyətin  və  iqtisadi  intizamın 
geniş cəlb edilməsini nəzərdə tutur. 
Bununla  belə,  dünyanın  əksər  ölkələri,  o  cümlədən  də 
Azərbaycan  üçün  bir  qədər  yeni  olan  bu  idarəetmə  üsulunun 
dəqiq  təyini  və  onun  praktikada  geniş  tətbiqi  məsələləri 
cavabsız qalmışdır. Nə inteqrasiya olunmalıdır və onu ən yaxşı 
üsulla  necə  etmək  olar?  Su  ehtiyatlarının  inteqrasiyalı  idarə 
edilməsinin razılaşdırılmış prinsipləri praktikada istifadə oluna 
bilərmi və bu mümkündürsə, onda necə? 
Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi həyati vacib 
ekosistemlərin dayanıqlı mövcudluğuna heç bir zərər vurmadan 
insanların  iqtisadi  və  sosial  rifahının  maksimum  dərəcədə 
yaxşılaşdırılması  naminə  su,  torpaq  və  onlarla  bağlı  digər 
koordinasiyalı  şəkildə  inkişafını  və  idarə  edilməsini,  eləcə  də 
su istifadəçilərini davamlı, stabil, ədalətli və bərabərhüquqlu su 
ilə təmin edən bir prosesdir. 
Çay hövzələri geniş olan ərazilərdə və ya onun morfoloji 
qurulması mürəkkəb olduğu hallarda su təsərrüfatının onu tam 
əhatə etməsində müəyyən çətinlik yaranır. Bu halda hidroqrafik 
prinsipi əsas götürməklə hövzə daxilində suların idarə edilməsi 
üçün təşkilat strukturu yaradıla bilər. 
Suyun  idarə  edilməsində  bir  çox  uğursuzluqlar  əsasən 
ona  qiymətsiz  sərbəst  məhsul  kimi  baxılmasından  yaranır.  Su 
ehtiyatlarından  maksimum  səmərə  əldə  etmək  üçün  suya  olan 
münasibəti  dəyişmək  və  onun  paylanmasına  çəkilən  xərcləri 
qiymətləndirmək lazımdır. 
Dublin prinsiplərində də su “iqtisadi məhsul” kimi qəbul 
olunmuşdur, “XXI əsrin gündəlik məsələləri”-ndə ona “iqtisadi 
və  sosial  məhsul”  kimi  baxılmaışdır.  Suyun  qiyməti  və  su 
haqqının  ödənilməsi  bunlar  üçün  iki  müxtəlif  şeylərdir.  Suya 
görə  haqqın  ödənilməsi  isə  suyun  qorunması  və  səmərəli 


 
97 
istifadə  olunması,  tələbatın  idarə  olunması  üçün  stimulun 
yaradılması,  ödəmənin  təmin  olunması  və  əlavə  inteqrasiya 
qoyuluşuna  tələbatçıların  həvəsləndirilməsi  üçün  iqtisadi  bir 
alətdir. 
Su  ehtiyatlarının  inteqrasiyalı  idarə  edilməsində  suyun 
faydalı  və  ya  iqtisadi  və  təbii  qiymətlərindən  ibarət  olan  tam 
qiymətindən isitfadə edilməsi təklif olunur. 
Suyun tələbatçıya çatdırılmasının tam dəyəri özündə tam 
iqtisadi  dəyəri  və  insanların  sağlamlığının  qorunması  və 
ekosistemlərin  mühafizəsi  ilə  bağlı  olan  ekoloji  dəyəri 
birləşdirir.  Tam  iqtisadi  dəyər  suyun  çatdırılması  və  idarə 
edilməsinin tam dəyərindən, sərmayə xərclərindən, istismar və 
saxlanma xərclərindən, eləcə də iqtisadi fəallığın dəyişməsi ilə 
əlaqədar olan iqtisadi xərclərdən ibarətdir. 
Su  ehtiyatlarının  inteqrasiyalı  idarə  edilməsində  suyun 
faydalı  və  ya  iqtisadi  və  təbii  qiymətlərindən  ibarət  olan  tam 
qiymətindən istifadə edilməsi təklif olunur. 
Suyun  tələbatçıya  çatdırılmasının  tam  dəyəri  özündə 
iqtisadi  dəyəri  və  insanların  sağlamlığının  qorunması  və 
ekosistemlərin  mühafizəsi  ilə  bağlı  olan  ekoloji  dəyəri 
birləşdirir.  Tam  iqtisadi  dəyər  suyun  çatdırılması  və  idarə 
edilməsinin tam dəyərindən, sərmayə xərclərindən, istismar və 
saxlanma xərclərindən, eləcə də iqtisadi fəallığın dəyişməsi ilə 
əlaqədar olan iqtisadi xərclərdən ibarətdir. 
Kəskin  su  çatışmazlığı  şəraitində  onun  ekstensiv 
istifadəsinin  davam  etdirilməsi  yol  verilməzdir.  Belə  hallarda 
suya  olan  tələbatı  məhdudlaşdırmaqla  onun  idarə  edilməsinə 
kömək  edə  biləcək  operativ  iqtisadi  konsepsiya  və  vasitələrin 
zəruriliyi  şübhəsizdir.  Suyun  qiymətinin  onun  tələbatçıya 
çatdırılmasının  tam  dəyərini  əks  etdirməsi  vacibdir.  Belə 
olduqda hər hansı bir sektorda suyun istifadə edilməsinin onun 
çatdırılma  xərclərini  ödəyib-ödəmədiyinə  nəzarət  etmək 
asanlaşır. 
 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə