Şahin Mustafayev



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə1/37
tarix01.02.2018
ölçüsü0,79 Mb.
#23174
  1   2   3   4   5   6   7   8   9   ...   37


 
 
 
 



 
 
 
 

 
  Resenzistl
ər: 
 
Şahin Mustafayev 
Az
ərbaycan Respublikası Dövlət Neft 
Şirkətinin iqtisadi məsələlər üzrə 
vitse-prezid
ənti 
Akif N
ərimanov 
ARDNŞ «Azneft» İstehsalat Birliyinin 
Baş geoloqu, geologiya-mineralogiya 
elml
əri doktoru 
Redaktor:   
M
əmməd  Mirzəyev 
Az
ərbaycan  Respublikası  Dövlət Neft Şirkəti Mətbuat 
Xidm
ətinin rəhbəri  «EKO»  Beynəlxalq  Ənergetika 
Akademiyasının professoru 
Ağalar İbrahimov. 
Sualtı dünya.      Bakı, «Ozan», 2005, səh.152 
 
Ağalar İbrahimovun qələmə aldığı «Sualtı dünya» adlı əsəri son dərəcə aktual və 
əhəmiyyətli bir mövzuya -  Yer kürəsinin  2/3  hissəsini  təşkil  edən sirli-sehrli bir 
al
əmə  -  sualtı  dünyaya,  onun  öyrənilməsinə,  fəthi tarixinə, bəşər  övladının 
yaranışdan  bu  günədək bu istiqamətdəki  səylərinə, sahə  ilə  bağlı  elmi-texniki 
nailiyy
ətlərə həsr edilmişdir. 
Əsərdə  toxunulan problemlərin  araşdırılması,  tədqiqi dəniz ölkəsi olduğumuza 
gör
ə bizim üçün maraqlı olduğu qədər də faydalıdır. 
Ağalar  İbrahimovun  bu  əsəri Azərbaycan  Respublikasında  ilk  təşəbbüs kimi də 
t
əqdirəlayiqdir və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
«Ozan» n
əşriyyatı, 2005 


 
 
 
 

 
Proloq 
əvəzi 
D
ənizin üstündə ala bulud, 
üzünd
ə gümüş gəmi, 
İçində san balıq, 
dibind
ə mavi yosun... 
sahild
ə çılpaq bir adam 
durub düşünür: 
buludmu olum, 
g
əmimi yoxsa? 
N
ə o, nə o, nə o, nə o. 
D
əniz olmalı, oğlum, 
Buluduyla, g
əmisiylə, balıqıyla, yosunuyla 
 
NAZİM HİKMƏT 


 
 
 
 

ON SÖZ 
Ümummilli lider, müdrik siyas
ətçi Heydər  Əliyevin  müəyyənləşdirdiyi  yeni  neft 
strategiyasının  Azərbaycan  Respublikası  Prezidənti cənab  İlham  Əliyevin  rəhbərliyi 
altında  uğurla həyata keçirilməsi  əvvəlki dövrlərdə  olduğu  kimi,  2005-ci ildə  də 
ölk
əmizin nəinki neft-qaz sənayesində, eləcə də, iqtisadiyyatın bütün digər sahələrində 
t
ərəqqi və dirçəlişin əldə edilməsinə imkanlar yaratmışdır. 
Bu nailiyy
ətlər «Azneft» İstehsalat Birliyinin tərkibinə daxil olan Xəzər Dəniz Dalğıc 
Q
əza Xilasetmə  İşləri  İdarəsinin fəaliyyətinə  də  müsbət təsir göstərmiş  və  kollektiv 
üzvl
əri öz vəzifə borcların ı layiqincə yerinə yetirmişlər. 
Qeyd etm
ək  lazımdır  ki,  hazırda  müstəqil respublikamızın  neft  strategiyasının  - 
«
Əsrin Müqaviləsi»nin həyata keçirilməsində və Xəzər dənizinin daha dərin qatlarında 
neft hasilatının artırılmasında Xəzər Dəniz Dalğıc Qəza Xilasetmə İşləri İdarəsinin 
xüsusi rolu xeyli artmış və idarə beynəlxalq standartlara cavab verə biləcək qabaqcıl 
bir mü
əssisəyə çevrilmişdir. 
Ədalət naminə  demək  lazımdır  ki,  neft,  onun  hasilatı,  neftçilərin gərgin  əməyi 
haqqında indiyə qədər külli miqdarda materiallar, kitablar nəşr edilmişdir. Çox təəssüf 
ki, d
ənizdə neft və qazın çıxarılmasının bir sıra sahələrində qəza-xilasetmə işlərinin və 
müxt
əlif təyinatlı  sualtı-texniki və  dalğıc  işlərinin yerinə  yetirilməsi ilə  məşğul  olan 
dalğıclar  və  onların  çox  mürəkkəb  iş  xüsusiyyətləri  haqqında  elmi-kütləvi ədəbiyyat 
n
əşr edilməmişdir. 
Bu baxımdan, 10 ilə yaxın bir müddət ərzində «Azneft» İstehsalat Birliyinin Xəzər 
D
əniz  Dalğıc  Qəza Xilasetmə  İşləri  İdarəsinin rəisi vəzifəsində  çalışan,  təcrübəli 
d
ənizçi və bacarıqlı istehsalat təşkilatçısı Ağalar İbrahimovun nadir ixtisas sahəsi olan 


 
 
 
 

dalğıclar  haqqında,  dalğıc  işlərinin  texnologiyası,  müasir  sualtı-texniki  dalğıc  işlərinin 
hazırkı  səviyyəsi və  digər məsələlərə  həsr edilmiş  «Sualtı  dünya»  kitabı  çox 
t
əqdirəlayiq hal kimi qiymətləndirilə bilər. 
X
əzər Dəniz  Dalğıc  Qəza Xilasetmə  İşləri  İdarəsinin  yaranmasının  30  illik 
yubileyin
ə  həsr  edilmiş  bu  kitabda,  elmi  faktlarla  dalğıc  işinin  dünyada,  eləcə  də 
Az
ərbaycanda meydana gəlməsi zərurəti, onun tarixi və  hazırda  sualtı-texniki  dalğıc 
işləri ilə  bağlı  bir  sıra  problemlərə  toxunulmaqla  yanaşı,  öz  mənalı  ömürlərini 
bütünlükl
ə  dəniz neft sənayesinin  inkişafına  həsr  etmiş  nadir  peşə  sahibləri olan 
insanlar haqqında da geniş söhbət açılır. 
Ümumiyy
ətlə,  bu  kitab  sualtı-texniki  dalğıc  işləri haqqında  ümumiləşdirilmiş  bir 
t
ədqiqat  əsəri kimi də  qiymətləndirilə  bilər. A.İbrahimovun  bu  kitabında  min  illər 
bundan 
əvvəl mövcud olan və  zaman-zaman təkmilləşən  sualtı-texniki və  dalğıc 
işlərinin bugünkü səviyyəyə çatması haqqında oxuculara yığcam məlumat verilir. 
H
ər biri xüsusi tədqiqat  mövzusu  olan  sualtı-texniki,  dalğıc  işləri və  onun  iş 
mexanizminin h
əcmcə  kiçik olan bu kitabda geniş  şərhini vermək,  əlbəttə  ki, 
mümkün deyildir. Kitab lakonik v
ə  yığcam  şəkildə  yazılsa  da,  kifayət qədər 
anlaşıqlı  və  oxunaqlı  olub,  oxucularda  sualtı-texniki və  dalğıc  işləri, onun 
texnologiyası haqqında tam təsəvvür yaradır. 
Kitabda 
əsasən, xarici ölkələrdə, o cümlədən Rusiyada çap edilmiş ədəbiyyatdan və 
bu ölk
ələrin mətbuatlarında  vaxtaşırı  dərc olunan elmi məqalələrdən  geniş  istifadə 
edilmişdir.  Eyni  zamanda  bu  kitab,  müəllifin uzun illərdən  bəri davam edən  şəxsi 
müşahidələrinin nəticəsi kimi bir sıra dəyərli məqamların    şərhi ilə də nəzər-diqqəti 
c
əlb edir. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə