Şahlar Əsgərov k a m I l L ə Ş Ə N



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə1/51
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#53895
  1   2   3   4   5   6   7   8   9   ...   51



 
Şahlar Əsgərov 
 
 
 
K A M İ L L Ə Ş Ə N   
DÜŞÜNCƏ 
 
 
 
 
 
Bakı – 2013 
 



 
BBK 5.2
 
Ş-2012 
 Rəyçi:   Elvüsal Məmmədov, fəlsəfə üzrə fəlsəfə 
doktoru                    
Redaktor: Ələmdar Cabbarlı,  filologiya üzrə fəlsəfə 
doktoru  Şahlar Əsgərov.   KAMİLLƏŞƏN  DÜŞÜNCƏ. 
‘‘E.L.’’ Nəşriyat və Poliqrafiya Şirkəti MMC,  
Bakı, 2013, səh. .. 
Kitabda bir sıra sosial-iqtisadi hadisələrin mahiyyətinə və 
inkişafına  yeni  meyar  vasitəsilə  baxılmışdır.  Meyar  olaraq, 
uğurun  onun qıtlığına olan nisbəti götürülmüşdür. Bu meyarın 
köməyilə  bəzi sosial-iqtisadi göstəricilər cədvəl şəklində yox, 
ilk  dəfə  olaraq  qrafik  şəklində  təqdim  edilmişdir.  Bu 
metodologiya  həm  planetin,  həm  də    istənilən  dövlətin  
inkişafının  dinamikasını izləməyə,  ona  nəzarət  etməyə imkan 
verir.  
Yeni  meyar  vasitəsilə  bəşər  tarixinə  yeni  bucaq  altında 
baxılmış və bu tarix iki dövrə bölünmüşdür. Göstərilmişdir ki, 
birinci  tarixi  dövrdə  bütün  proseslər  şəxsi  mənafenin  və 
instinkt  düşüncənin,  ikinci  dövrdə  isə  ictimai  mənafenin  və 
şüurun  üstünlüyü  şəraitində  baş  verir.    Nəticələr  gələcəyə 
optimist baxmağa əsas verir.  
Kitab  sosial-fəlsəfə  sahəsində  çalışan  mütəxəssislərlə 
bərabər, həm də geniş oxucu auditoriyası üçün nəzərdə tutul-
muşdur.
 
 
İSBN 
© Şahlar Əsgərov, 2013 



 
Ön söz əvəzi
 
Xoşbəxt  həyat  insanın  yaradılmasındakı  hikmətin 
məhək  daşını  əmələ  gətirir.  Bəşəriyyətin  xoşbəxtliyi  yer 
üzündə  intellektin  hər  bir  təkamül  formasiyasında,  ilahi 
təlimlər silsiləsinin hər bir halqasında əsas problem olaraq 
nəzərdən  keçirilmişdir.  İstər  mənəviyyatla  çulğaşan 
idealist  fəlsəfi  fikirdə,  istərsə  də  əşya  və  hadisələrə 
birtərəfli    münasibət  bəsləyən  materialist  fəlsəfədə  həm 
inkişaf,  həm  də  tərəqqi  –  xoşbəxtlik  münasibətləri  müx-
təlif  yanaşma  formaları  ilə  müşayiət  olunmuşdur.  Bir 
sözlə, bəşəriyyətin, demək, fərd və cəmiyyətin xoşbəxtliyi 
tarix  boyu  parlaq  gələcək  cəfakeşlərini  düşündürən  ən 
ümdə  problem  sayılmalıdır.  Amma  “həqiqi  xoşbəxtlik 
(həm  də  tərəqqi)  nədir;  daimi  xoşbəxtliyi  (tərəqqini)  nə 
təmin  edə  bilər?”  kimi  suallar  tarix  boyu  insan  zəkasını 
məşğul  etmiş,  indi  də  etməkdədir.  Qeyd  edilməlidir  ki, 
xoşbəxtliyə 
münasibətdə 
ənənəvi 
dini-mənəvi 
yanaşmanın  əksinə  olaraq,  XVIII  əsrdən  etibarən, 
ələlxüsus  maarifçilik  fəlsəfəsinin  ideoloji  formatını  mə-
nimsəmiş Qərb (Avropa) fikrinin diktəsi ilə maddi gəlirin 
çoxluğu  və  var-dövlətin  artması  xoşbəxtliyin  başlıca 
meyarı kimi təqdim edilib. Odur ki, cəmiyyətin inkişafının 
güzəranlıq  səviyyəsinin  yaxşılaşması  fonunda  qiymət-
ləndirilməsi bir qayda halını alıb. Amma dünyanın inkişaf 
etmiş ölkələrində aparılmış rəy sorğuları göstərmişdir ki, 



 
maddi  rifah,  gəlirin  artması,  yaxşı  iş  imkanları...  heç  də 
xoşbəxtliyi  bütövlükdə  təmin  edə  bilmir.  Xoşbəxtlik 
indeksinin yüksəlməsi üçün zəruri sayılan mənəvi-əxlaqi 
tələbatlara  laqeyd  münasibət  Qərbdə  rifah  həddinin 
əvvəlcə  sabitləşməsi,  sonra  isə  azalması  ilə  nəticələnib. 
Demək, həqiqi və daimi rifah üçün bir cəmiyyətdə maddi 
tələbatları təmin etməklə yanaşı, mənəvi-əxlaqi tərəqqiyə 
də diqqət yetirmək lazımdır.  
Dini-aksioloji 
dəyərlərdən 
sosial 
və 
ideoloji 
müstəvidə imtina etmiş dünyəvi cəmiyyətlərdə, eləcə də 
materialist-liberal  dünyagörüşündə  inkişaf  modellərinin 
başlıca  göstəricisi  kimi  iqtisadi-texnoloji  və  elmi  tərəqqi 
çıxış  edir.  Təbii  ki,  məlum  sahələrin  inkişafı  cəmiyyətdə 
müəyyən dərəcədə rifahı təmin edir, amma bu rifah tam 
deyildir. Belə cəmiyyətlərdə insanların yalnız maddi-elmi 
tələbatları nəzərə alındığından, sırf maddi tərəqqi ilə rifah 
yaratmaq fəlsəfəsinə əsaslanan inkişaf modelləri müəyyən 
vaxtdan  sonra  əvvəlki  kimi  səmərəli  olmur.  Müasir 
dövrdə maddi cəhətdən korluq çəkməyən Qərb insanının 
düşdüyü  mənəvi  boşluq  və  kollektiv-sosial  depressiya 
dediklərimizin əyani sübutudur.  
Dini dünyagörüşündə, o cümlədən islamda isə inkişaf 
daha  geniş  məna  daşıyır.  Çünki  din  insana  maddi  və 
mənəvi  tərəflərdən  ibarət  varlıq  kimi  yanaşır.  Bu 
səbəbdən insanın xoşbəxtliyi üçün onun bütün maddi və 



 
mənəvi ehtiyaclarını təmin etmək zəruri sayılır. O da qeyd 
olunmalıdır  ki,  mənəvi  tələbatları  təmin  etmək  islam 
təlimlərində  insan  oğlunun  başlıca  hüquqlarından  birini 
əmələ gətirir. Əgər biz şəriətin məqsədlərinə nəzər salsaq, 
görəcəyik  ki,  islam  dini  bəşəriyyətin  xoşbəxtliyi  üçün 
maddi  və  mənəvi  tələbatları  vəhdətdə  götürür.  Əsas 
vəzifəsi  bəşəriyyətə  “fayda  vermək”  olan  islam  bu 
səbəbdən  dini,  canı,  ağlı,  var-dövlət  və  nəsli  qorumağı 
başlıca məqsəd sayır. Bu məqsədləri həyata keçirmək für-
sət  yaradır  ki,  cəmiyyətdə  əxlaqi,  maddi  və  intellektual 
inkişaf, demək, həqiqi inkişaf baş versin. İnsana fiziki və 
mənəvi komponentlərdən ibarət bir bütöv kimi yanaşmaq 
imkan  verəcəkdir  ki,  xoşbəxtlik  naminə  bu  kom-
ponentlərdən  irəli  gələn  tələbatlar  ayrı-ayrılıqda  təmin 
edilsin.  
Barəsində  danışdığımız  problem  –  bəşəriyyətin 
xoşbəxt gələcəyi problemi dünyanın müxtəlif ölkələrinin 
mütəxəssislərində  olduğu  kimi,  respublikamızın  alim-
lərini də narahat edir. Belə elm insanlarından biri də cəfa-
keş alim, görkəmli mütəxəssis Şahlar müəllimdir. Şahlar 
müəllim  həm  fizikdir,  həm  sosioloq-filosofdur,  həm 
pedaqoq,  həm  də  aksioloqdur.    Dəyərlər  haqda  sanballı 
söz söyləmək istəyən şəxs gərək dəyər insanı olsun. Şahlar 
müəllimin  milli-mənəvi  dəyərlərlə  bağlı  qələmə  aldığı 
yazılar, əsərlər həm də ona görə uğurlu alınıb ki, o, dəyər 


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə