Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   10   11   12   13   14   15   16   17   ...   90

 
48 
keçid dövrüdür, çətinliklər var və bu proses öz-özlüyündə aradan 
götürülməsinin  zamana  ehtiyacı  vardır.    Azərbaycan  təhsilində 
olan  rüşvətin  heyrətləndirici  cəhəti  ondan  ibarətdir  ki,  rüşvətxor 
təhsil  şöbəsinin  müdirini,  məktəb  direktorunu  bəzi  səlahiyyətli 
məmurlar  müdafiə  edirlər.  Onların  fəaliyyətlərinə  nəzarət  etməli 
olanlar,  onların  himayadarlarına  çevriliblər.  Təhsildə  rüşvətə 
qarşı  ictimai  mübarizə  başlanmalıdır.  Rüşvətin  təsiri  altında 
məktəb  əldən  gedə  bilər.  Şagirdlər  və  valideynlər  məktəbdən  üz 
döndərərlər. Valideynlərdən «Oğul mənimdir əgər, oxutmuram əl 
çəkin»  sözlərini eşitmək mümkündür. Bizim bugünkü məktəbin, 
müəllimin  taleyini  keçən  əsrin    əvvəllərindəki  ruhani 
məktəblərinin, mollaların taleyi gözləyir.           
          Azərbaycan təhsilində “rüşvət“” sağlam düşüncəyə ziddir 
və bu səbəbdən də zərərli bir fenomendir. Nə qədər rüşvət verilib-
alınır,  o  qədər  bilik  itirilir,  mənimsənilmir:  dil  öyrənilmir,  şer 
əzbərlənmir,kimyəvi,fiziki, riyazi formulalar öyrənilmir və s.  
 
Milli müstəqilliyimizi məhv edə biləcək bu xəstəliyə qarşı 
hamımız birgə mübarizə aparmalıyıq. Bu, tək Təhsil nazirliyinin 
işi  deyil,  cəmiyyətin  hər  bir  üzvü  təhsildə  rüşvət  doğura  bilən 
addımlar  atmaqdan  çəkinməlidir.  Bu  addımlar  ictimai  qınaqla, 
tənbehlə qarşılanmalıdır.  
 
Avropada  heç  kəsi  inandırmaq  mümkün  deyil  ki, 
Azərbaycanda  bəzi    valideynlər  övladlarına  qiyməti  pul  ilə 
yazdırırlar. Valideynlərin öz övladlarına pulla qiymət yazdırması 
anormal  bir  işdir.  Bu  faktın  özü  kifayətdir  ki,  qeyd  edək  ki,  biz 
düzgün yaşamırıq. Normal ölkələrdə bunu heç kəsə başa salmaq 
mümkün deyildir. Bu baxımdan da təhsildə rüşvət anlaşılmaz bir 
işdir.  Çox  vaxt  rüşvət  təhsildə  səbəb  deyil,  nəticədir.  Səbəb 
mənimsənilən  bilik  səviyyəsinin  aşağı  olmasıdır.  Orta  məktəb 
güclü  təhsil  versə,  ali  məktəbdə  rüşvət  olmaz.  Ən  başlıca  səbəb 
isə inzibati-amirlik sisteminin təhsildə yaratdığı qapalı  mühitdir. 
Qonşu  İranda  və  Türkiyədə  təhsildə  rüşvət  yoxdur,  ancaq  uzaq 
Slovakiyada  var.  Oradan  gəlmiş  bir  təhsil  işçisinin  sözlərinə 
görə, hüquq və tibb fakültələrinə qəbul zamanı rüşvətdən istifadə 


 
49 
edilir. Bu, keçmiş ictimai-siyasi mühitin yaratdığı nəzarətsizliyin, 
biganəliyin,  məsuliyyətsizliyin,  təhsilin  cəmiyyətdə  rolunu 
düzgün dərk edə bilməməyin nəticəsidir. Demokratiyanın, söz və 
fikir  azadlığının  təhsil  sistemində  olmamasıdır.  Üstəlik 
zədələnmiş insan psixologiyasından,  rasional və tənqidi  düşüncə 
tərzinin zəif olmasından törəyən bir amildir.  
 
Sovetlər  dönəmində  rüşvətxorluq  ali  məktəblərdə 
korrupsiya  səviyyəsinə  qalxmışdır.  Korrupsiya  çox  qorxunc 
xəstəlikdir. Bu xəstəlik şəbəkə şəklində quruluşa malikdir. Aşağı 
rütbəli  məmurlar  rüşvət  alıb  yuxarı  rütbəli  məmurlara  ötürürlər. 
Qarşısına  maneə  çıxarsa,  həmin  maneəni  nəyin  bahasına  olursa-
olsun  aradan  götürür.  Rüşvətə,  korrupsiyaya  qarşı  mübarizə 
aparmağa  borclu  olan  qurumlar  öz  funksiyalarını  düzgün  yerinə 
yetirməyəndə bu mənfi proseslər daha sürətlə inkişaf edir. 
 
Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev: 
«Rüşvət  bizi  içimizdən  yeyir»  -deyərkən  yəqin  ki,  ən  çoxu 
dövlətin mənafeyinə vurulan zərbəni nəzərdə tutur. 
  
Rektorlar,  partkomlar  bütün  seçkili  vəzifələri  (dekanları, 
kafedra  müdirlərini)  bu  baxımdan  seçirdilər.  Bə’zən  bədən 
tərbiyəsi  müəllimi  qəbul  imtahanı  komissiyasına  sədr  tə’yin 
edilirdi.  Rüşvət,  korrupsiya  səbəbindən  ali  məktəblərə  qəbul 
yerləri  əsassız  olaraq  ilbəil  şişirdilirdi.  Bu  artım  maddi-texniki 
bazanın  möhkəmləndirilməsi  və  kadr  hazırlığı  ilə  müşayət 
olunmadığından bilik səviyyəsi, keyfiyyət ilbəil aşağı düşürdü. 
 
Təhsil  sistemində  mövcud  olan  qüsurlarla  biz  ciddi 
mübarizə  aparmalıyıq,  bu  xəstəliklərin  kompleks  müalicəyə 
böyük  ehtiyacı  var.  Burada  həm  inzibati,  həm  də  yeni, 
demokratik, elmi metodlardan istifadə etmək lazımdır.  
Təhsildə  yayılmış  xəstəlikdən  biri  də  tapşırıqdır.  Tapşırıq 
ictimai şüurda kök salmış zərərli bir fenomendir. İlk baxışda çox 
qorxulu hesab edilmir. İctimai şüurda bu hadisə çox vaxt normal 
və  müsbət  dəyərləndirilir.  Bir  sosial  hadisə  kimi  Azərbaycan 
cəmiyyətinin bütün sahələrində, o cümlədən də təhsil sistemində  
də geniş yayılıbdır. 


 
50 
 
Təhsil  sistemində,  hətta  bu  hadisəni  xarakterizə 
etmək  üçün  Azərbaycan  və  rus  dilinin  potensialından  istifadə 
edərək  rus  bölməsinin  tələbələri  yeni  termin    “po  tapşu” 
terminini  icad  ediblər.  Adətən  bu  bölmənin  tələbələri  tapşırıqla 
qiymət alanda bu termindən istifadə edirlər. 
 
Bu  xəstəlik  orta  məktəblərdə,  xüsusilə  ali  məktəblərdə 
geniş yayılmışdır. Bu xəstəliyin əhatə dairəsi genişdir. Bilməyənə 
məqbul qiymət yazmaq, «üç» bilənə «dörd» və ya «beş» yazmaq 
və digər variantlarda da müşahidə olunur. 
 
Bu  sosial  fenomen  dövlətçilik  baxımından  çox  zərərlidir. 
Dövlət  gənc vətəndaşların savadlı, təhsilli olmasında maraqlıdır. 
Gənclərə  təhsil  vermək  və  onların  gələcəyini  xoşbəxt  etmək 
dövlətin  əsas  vəzifələrindəndir.  Bu  niyyətlə  də  dövlət  təhsilə 
böyük miqdarda sərmayə qoyur, məktəb tikir, onun maddi-texniki 
bazasını yaradır. 
 
 
 
 
«Bal-rüşvət» münasibətinin qrafik təsviri 
 
 
Sovet  təhsilinin  digər  görünən  qüsuru  onun  xarici  dil 
öyrədə  bilməməsi  idi.  Böyük  miqdarda  maliyyə  vəsait 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə