Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   2   3   4   5   6   7   8   9   ...   90

 

Lakin  müasir  təhsil  sistemində  fərdin  təhsili  diqqət  mərkəzinə 
çəkilməlidir. 
Çağdaş  təhsil  sistemi  inzibati-amirlik  dövrünün  təhsil 
sistemi ilə liberal-demokratik cəmiyyətin təhsil sistemi arasındakı 
dövrü  yaşayır.  Köhnə  təhsil  sistemi  özünün  bəşəri  uğurlarını  və 
əldə etdiyi səviyyəsini mühafizə etməkdə çətinlik çəkir. Təhsildə 
uğurlarla uğursuzluq paralel inkişaf edir.  
Yeni  təhsil  sistemi  liberal-demokratik  ideya  və  dəyərlər, 
yeni  sosial-iqtisadi    münasibətlər  və  yeni  təhsil  texnologiyası 
üzərində  qurulmalıdır.  Bu  ruhu  özündə  əks  etdirən  təhsil 
sisteminə  ehtiyac  duyulur.  Bir  tərəfdən  dünyada  gedən  qlobal 
dəyişikliklər, inkişaf etmiş ölkələrin sənaye bazalı cəmiyyətlərdən 
texnoloji,  elmi-informasiya    bazalı  cəmiyyətlərə  keçmələri,  digər 
tərəfdən  Azərbaycanda  müstəqil  dövlət  quruculuğu,  ölkəmizin 
Avropaya  inteqrasiyası,  çağdaş  ictimai-siyasi  durum  təhsilin 
qarşısında  yeni-yeni  problemlər  qoyur.  Elm  və  texnologiyanın 
təsiri  altında  sürətlə  dəyişən  cəmiyyətdə  qarşıya  çıxa  bilən 
problemləri  həll  etmək  üçün  təhsil    insanlara  yeni  biliklər, 
bacarıqlar  və  vərdişlər,  lokal,  qlobal  və  tənqidi  düşüncə  tərzi 
öyrətməlidir.  Azərbaycan  cəmiyyətini    telekanallar  vasitəsi  ilə 
izləyəndə  “oxuyan-oynayan  cəmiyyət“  təsəvvürü  yaranır.  Biz 
təhsil 
vasitəsilə 
cəmiyyətimizi 
“öyrənən 
cəmiyyətə“ 
çevirməliyik. 
Təhsil  sistemində  yeniləşmənin  uğurla  getməsi,  yəni 
Sovet  təhsil  sisteminin  ideoloji-siyasi  buxovlardan  ayrılıb  bəşəri 
təhsil sisteminə qoşulması üçün ilk növbədə yeni təhsil sisteminin 
nəzəriyyəsi,  fəlsəfəsi,  təhsil  sahəsində  dövlət  siyasətinin  əsas 
istiqamətləri, konseptual müddəaları, fəaliyyət prinsipləri, təhsilin 
məzmunu,  məqsədi  və  quruluşu  müəyyənləşməlidir.  Bu 
problemlərdən  bəziləri  hələ  öz  həllini  gözləyir.  Bu  kitabın 
yazılması  da  bu  boşluğu  qismən  doldurmaq  və  bu  problemlərə  
işıq tutmaq məqsədi ilə edilən bir cəhddir. 
Kitab təhsilin dünəninə, bu gününə və sabahına işıq tutur, 
bəzi problemlərlə oxucuları üzbəüz qoyur. 


 

Cəmiyyətdə təhsilin yeri, dövlət üçün təhsilin əhəmiyyəti, 
fərdin  potensialının  açılmasında  təhsilin  rolu  da  kitabda  diqqət 
mərkəzinə  çəkilmişdir.  Bəzən  «təhsilimiz  gələcəyimizdir»-
deyirik.    Pis  təhsildən  gələcəyimiz  xeyir  görməyəcək,  əksinə, 
əziyyət  çəkəcəkdir.  Bu  gün  üçün  «keyfiyyətli  təhsil 
gələcəyimizdir»  müddəası  daha  düzdür.  Yaxşı  təhsil  sistemini 
yaratmaq imkanımız hələ vardır. Şansı əldən verməməliyik.  
 
 
 


 

1. Təhsil və elm hadisələri 
 
«Cənnətə  gedən  yollar  çoxdur. 
Onlardan  ən  qısası  elm  və 
təhsildən keçənidir». 
Həzrəti Məhəmməd 
 
Təhsil  -  biliklərin  gənc  nəslə  ötürülməsidir.  Elm-  yeni 
biliklərin əldə edilməsidir. Elm – haqqın, gerçəkliyin axtarılması 
yolunda  alim  fəaliyyətidir.  Elmi  nəticələr  insanlar  və  nəsillər 
tərəfindən mənimsəniləndə biliyə çevrilir. Bilik -tarixi təcrübə ilə 
təsdiqlənən elmi nəticələr toplumudur. Elmi nəticə kütləviləşəndə 
biliyə çevrilir. Elmdə  yenilik əldə etmək çətin deyildir. Təhsildə 
yenilik etmək çox çətindir.  
Təhsil  –  milli  və  bəşəri  hadisədir.  Elm-  bəşəri  və  milli 
hadisədir.  Təhsildə  millilik  və  bəşərilik,  elmdə  kosmopolitizm, 
bəşərilik üstünlük təşkil edir.   
Həm  elmdə,  həm  də  təhsildə  məqsəd  həm  lokal,  həm  də 
qlobal səciyyə daşıyır. 
Təhsildə  təhsilalan  hadisənin  obyektidir.  Elmdə  alim 
tədqiqatın subyektidir. 
Təhsillə  müqayisədə  elmin  zamana  görə  dəyişmə  sürəti 
çox  böyükdür.  Təhsil  elmlə  müqayisədə  inertdir.  Təhsildə 
yeniləşmənin sürəti azdır. Elmdə isə bu sürət çoxdur. 
Təhsil  qocalmayan  sahədir.  Elm  tez  qocalan  sahədir.  Bir 
elm sahəsi yaranır, digər sahə qocalıb sıradan çıxır.  
Təhsildə  nəticələri  çoxlu  insanlar,  elmdə  isə  fərdlər  əldə 
edirlər.    
Təhsildə nəticələr on illərlə, yüz illərlə əldə edilir. Elmdə 
nəticələr  aylar  və  illər  ərzində  əldə  edilə  bilər.  Bu  səbəbdən  də 
kvazielmi  nəticələr  elmdə  hay-küy  qaldıra  bilir,  ancaq    tez 
aşkarlanır və ifşa olunur.  
Təhsilə  kommersiya  niyyəti  ilə  baxmaq  yolverilməzdir. 
Elmdən kommersiya niyyəti ilə istifadə etmək mümkündür. 


 
10 
Təhsil  müqəddəs  sahədir,  fundamental  sosial  institutdur. 
Elm qeyri-fundamental sosial institutdur. 
Təhsildə  kvaziyeniliklərin  ifşası  çətin  məsələdir.  Elmlə 
müqayisədə  təhsil  daha  çox  ölçülü-biçimli  olmağı  və  daha  çox 
qayğı tələb edir. 
Təhsilin  ən  önəmli  sosial  funksiyası  bundan  ibarətdir  ki, 
insanlar  təhsilləndikcə,  içərisindən  keçdikləri  ictimai-sosial 
proseslərin  obyektindən  subyektinə  çevrilirlər,  proseslərin    idarə 
olunan yox, idarə edən tərəfi, uduzan yox, udan tərəfi olurlar.  
Göründüyü  kimi  elm  və  təhsil  hadisələri  kifayət  qədər 
fərqli  sosial  hadisələrdir.  Bu  iki  fenomen  arasında  məqsədyönlü 
əlaqə  yaratmaq,  daha  doğrusu,  təhsildən  elmə  keçmək,  təhsili 
elmi  nəticələrlə  zənginləşdirmək  üçün    bir  körpü  tələb  olunur. 
Keçmiş  Sovet  təhsil  sistemində  bu  körpü  rolunu  aspirantura, 
xaricdə    isə  doktorantura,  post  graduate  student    və  ya 
research scholarship oynayıbdır.  
Yuxarıda  göstərilən  fərqlərə  baxmayaraq  bu  iki  fenomen 
daim bir birini qarışılıqlı zənginləşdirirlər. Hətta belə demək olar 
ki,  elm  təhsilin,  təhsil  isə  elmin  tətbiq  sahəsidir.  Elm  idrakın 
təhsildən sonra gələn pilləsidir. 
Elm-təhsil  ananın  doğduğu  qüdrətli  övladdır.  Mükəmməl 
təhsil olmayan yerdə elm ola bilməz. Şərqlilər elmdə geri qalıblar 
ona  görə  yox  ki,  şərqlilərin  elmi  təfəkkürü  zəifdir.  Ona  görə  ki, 
Şərqdə  vaxtında  mükəmməl,  dünyəvi  ali  təhsil  müəssisələri-
universitetlər    yaradılmayıbdır.  1919-cu  ildə  Bakı  Dövlət 
Universitetinin  yaradılması  xalqımızın  inkişafında  müstəsna  rol 
oynamışdır.  Stanbul  Universitetinin  yaşı  550-dən  çox  olsa  da 
Ankara Universitetinin yaşı 60 ildən azdır. Keyfiyyətli təhsil həm 
fərd, həm  cəmiyyət, həm də dövlət üçün xeyirlidir. 
 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə