Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   2   3   4   5   6   7   8   9   ...   90

 
15 
Dövlət  təhsilə  ona  görə  pul  xərcləmir  ki,  təhsil  işçilərinin  sosial 
müdafiəsini  təmin  etsin,  bu  məqsədi  reallaşdıran  müvafiq 
qurumlar  vardır.    Dövlət  təhsilə  ona  görə  vəsait  ayırır  ki, 
cəmiyyətin  intellektual  səviyyəsi  yüksəlsin  və  gələcəkdə  xalq 
daha yaxşı və firavan yaşasın. 
ABŞ  dövlətlər  sırasındakı  liderliyini  nə  Avropa 
dövlətlərinə,  nə  də  Yaponiyaya  vermək  niyətində  deyildir.  Bu 
səbəbdən  də  onun  təhsil  doktrinasında  belə  bir  məqsəd  qırmızı 
xətlə keçir: 

 
“cəmiyyətin  bütün  üzvlərinin  bilik  və  bacarıqlarının 
tətbiqi 
beynəlxalq 
iqtisadiyyatda 
millətin 
liderliyinin təmin olunmasına yönəldilməlidir”».  
 
Qarşıya  qoyulan  məqsəd  aydındır.  Göründüyü  kimi, 
Amerikada təhsilin məqsədində dövlətin mənafeyi ali tutulur və 
digər  subyektlərin  fəaliyyəti  bu  məqsədin  həyata  keçirilməsi  
istiqamətinə yönəldilir. 
Təhsil prosesi kəsilməz və dinamik bir proses olduğundan 
zaman-zaman onun qarşısında duran məqsəd və vəzifələr dəyişir. 
Misal  üçün,  XIX    əsrdə  bizim  təhsilin  qarşısında  duran  məqsəd 
yazmağı  və  oxumağı  bacarmaq,  XX  əsrdə  isə  məqsəd  bilikləri 
dərindən öyrənmək, elmi araşdırmalar aparmaq olubdur. 
YUNESKO  sənədlərində  qeyd  olunur  ki,  müasir  dövrün 
tələblərinə cavab verən təhsil sistemi aşağıdakı  vəzifələri yerinə 
yetirməlidir: 

 
bilgi əldə etməyi  öyrətməli

 
icad (ixtira) etməyi  öyrətməli

 
birgə yaşamağı öyrətməli; 

 
yaşama mədəniyyətini öyrətməlidir. 
      
Bizim  indiyə  qədər  qarşımızda  duran  vəzifə  «bilgi  əldə 
etməyi  öyrətmək»  olmuşdur.  Yeni  əsr  qarşımıza  yeni  vəzifələr 
qoyur.   
  
İkinci  vəzifənin  öhtəsindən  gəlmək  üçün,  birinci  vəzifə 
əla  qiymətlərlə  yerinə  yetirilməlidir.  A.Frans  biliyin  tətbiqi  ilə 
bağlı  belə  bir  fikir  söyləmişdir:  “Biliyin  çevrilməsi  üçün  onu 


 
16 
iştaha ilə udmaq lazımdır”. Təhsilin qarşısında duran digər iki 
vəzifə    həyatımıza  daxil  olmuş  qloballaşma  ilə  bağlıdır.  Misal 
üçün, ermənilər birgə yaşama mədəniyyətini öyrənmə-diklərindən  
monomillətdən  ibarət  dövlət  yaratmışlar.  Bu  qloballaşmanın 
məntiqinə ziddir. 
Təhsilin  məqsədi  elə  olmaladır  ki,  o,  dövlətin 
müstəqilliyini  təmin  etsin,  dövləti  dövrün  tələbləri  səviyyəsində 
saxlamağı  bacarsın.  Başqa  sözlə,  təhsilin  məqsədi  dövlətin 
hazırki  sosial-iqtisadi  və  siyasi  durumuna,  ideologiyası  və 
siyasətinə müvafiq olaraq müəyyənləşdirilməlidir.  
Sovet dövründə Azərbaycanda  təhsilin məqsədini Təhsil 
Naziri  M.Mərdanov    (“Azərbaycan”,  20.02.99)  cənabları  belə 
xarakterizə  etmişdir:  “Bu  da  bir  həqiqətdir  ki,  ənənəvi 
Azərbaycan  təhsil  sistemi  yaxın  zamanlara  qədər  müəyyən 
mənada  indinin  özündə  də    əsasən  maarifçilik,  savadsızlığı  ləğv 
etmə,  attestatlı  və  diplomlu  kadr  yetişdirmək  missiyasını  yerinə 
yetirməyə xidmət etmişdir”. 
 
Çağdaş  dövr  üçün  təhsilimizin  məqsədilə  bağlı  cənab 
nazirin fikri belədir: “Bu gün iki əsrin qovuşağında, dünya təhsil 
sisteminə  inteqrasiya  şəraitində,  müasir  demokratik  əsaslara 
söykənən  milli  təhsil  sistemimizin  əsas  məqsədi,  yeni  tarixi 
missiyanın  yerinə  yetirilməsinə,  millətimizin,  xalqımızın, 
ölkəmizin  gələcəyi  olan    uşaqların,  gənclərin  əqli  və  fiziki 
inkişafına,  intellektual  səviyyəsinin  yüksəlməsinə,  şəxsiyyətin 
formalaşmasına  nail  olmaqdan  ibarətdir.  Başqa  sözlə,  bu  gün 
təhsilimizin keyfiyyəti və mahiyyətcə yeni missiyası ən ciddi, milli 
və  dövləti  əhəmiyyətli  problemlərdən  biri,  milli  mentalitetimizin 
aparıcı amili kimi ortaya çıxır”. 
 
Görkəmli  türk  alimi  R.Gənc  1999-cu  il  aprelin  24-də 
“Azərbaycan”  Universitetindəki  çıxışında  söylədi:  “Milli 
egitimin  amacı  duyğu  birliyi,  hiss  birliyi,  fikir  birliyi 
yaratmaqdır.  Azad  düşüncə  olmasa  tərəqqi  olmaz. 
Sivilizasiya  elə  bir  atəşdir  ki,  ona  lazım  olmayanı  yandırır“. 


 
17 
Göründüyü kimi  təhsilin məqsədi  haqqında fikirlər çox müxtəlif 
ola bilər. 
 
Aydındır  ki,  təhsilin  məqsədini  və  ya  məqsədlərini 
müəyyən  etmək  bir  alimin,  bir  nazirliyin  işi  deyil.  Bu  hədəfin 
seçilməsində,  bu  məqsədin  müəyyən  edilməsində  cəmiyyətin 
intellektual  təbəqəsi  öz  töhfəsini  verməlidir.  Təhsil  sahəsində 
milli proqramda bu məqsədlər öz əksini tapmalıdır. Bu proqramın 
hazırlanmasına  Azərbaycanın  zəkalı  insanlarını  cəlb  etmək 
lazımdır.  Çağdaş  dövrümüz  üçün  təhsilimizin  məqsədini  necə 
müəyyən  etməli,  hədəfə  nələri  götürməliyik?  –  suallarına  aydın 
cavab verməyə borcluyuq və təhsil sisteminə rəhbərlik edənlərin 
hamısı  bu  məqsədləri  çox  aydın  təsəvvür  etməlidirlər.  Necə 
deyərlər,  bu  məqsədlər  sadə,  aydın,  şəffaf,  parlaq    olmalıdır  ki, 
yadda qalan olsun və icrası mümkün olsun.  
Təhsilin  qarşısında  duran  məqsədlər  haqqında  zaman-
zaman  mən  də  kütləvi  informasiya  vasitələrində  fikirlər 
söyləmişəm. İndi onların bəzilərini  yada salmaq olar: 
*
 
 “təhsil-gələcəkdə 
qarşıya 
çıxa 
biləcək 
problemləri  uğurla  həll  etmək  qabiliyyətini”  gənclərə 
öyrətmək məqsədi daşımalıdır.  
         
Milli  Məclisin  Elm  və  təhsil  məsələləri  daimi 
komisiyasının  1999-cu  il  yanvarən  28-də  keçirilən  iclasındakı 
çıxışımda Qarabağ müharibəsindəki uğursuzluqlarımızı təhsildəki 
qüsurlarla  bağladım  və  dedim:  “Müəllim  tələbəyə  3-ü  satarsa, 
tələbə əsgər olanda silahını sata bilər“.” İndi isə əlavə etmək olar, 
biz  düşmənlə  döyüşüb,  torpaq  itirməmişik,    biz  aldanıb  torpaq 
itirmişik.  Biz  silah  (güc)  müharibəsində  yox,  söz(ağıl) 
müharibəsində  aldanıb  torpaq  itirmişik.  Təhsil  bizi  elə 
formalaşdırmalıdır ki, gələcək  mübarizələrimizdə  aldanmayaq. 
1991-92-ci  illərdə    həm  iqtidar,  həm  də  müxalifət  bizi 
asanlıqla  aldada  bilirdilər.  Bizi  əhatə  edən  xarici  dövlətlər  isə 
həm  bizi,  həm  müxalifəti,  həm  də  iqtidarı  aldada  bildilər. 
Çoxbilmişlər  azbilmişləri,  biclər  sadəlövhləri,  informasiyası  çox 
olanlar,  informasiyası  az  olanları    həmişə  aldada  bilərlər.  Biz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə