Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.

səhifə5/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   90

 
18 
hamımız  aldandıq.  O  zamankı,  təhsilə  rəhbərlik  edənlər  bu  gün 
millət  qarşısında  məsuliyyət  daşımalıdırlar,  çünki  biz  fiziki  güc 
meydanında  yox,  intellektual  güc  meydanında-söz  və  intellekt 
müharibəsində uduzmuşuq, aldanmışıq. Bu səbəbdən də  

 
təhsilimiz  “aldanılan  milləti  aldanmayan,  düşünən 
millətə çevirə bilmək məqsədi daşımalıdır. 
           Bir el misalında deyilir ki, bir gün siçana təklif olunur ki, 
bu deşikdən çıxıb bu deşiyə girsən bir qızıl pul qazanarsan. Siçan 
fikirləşir: “Mənzil yaxın kirə çox, bunun bir amması var”“. Ağıla, 
idraka güvənmək, fikirləşmək daha çox insani keyfiyyətdir. Varlı 
xarici  təşkilatların  ölkəmizdə  olması,  aparılan  beynəlxalq 
danışıqlarda  düşüncəyə  və  ağıla  üstünlük  verməyi  ön  plana 
çıxarır.  
1813-ci  ilə  qədər  Azərbaycanın  sahəsi  410  min  kv.km 
olmuşdur.  1828-ci  ildə  Rusiya  imperiyasının  tərkibinə  qatılan 
Azərbaycanın sahəsi 130 min kv. km olmuşdur. 1918-20-ci illərdə 
Azərbaycan  Demokratik  Respublikasının  qurulduğu  ərazinin 
sahəsi-  təxminən  114  min  kv.km  olmuşdur.  Azərbaycan  Sovet 
Sosialist  Respublikasının  ərazisi  86,6  min  kv.km  olmuşdur. 
Göründüyü  kimi,  1813  –cü  ildən  1920-ilə  qədər  Azərbaycan 
torpağının  5  paydan  4-nü  itirmişdir.  1920-ci  ildən  bəri 
Moskvanın,  Sov.İKP-nin  dəstəyi  ilə  Azərbaycan  28  min  kv.  km 
ərazisinin  böyük  bir  hissəsi  Ermənistan  tərəfindən,  sözün  əsl 
mənasında, oğurlanmışdır. Dünyada heç bir zaman baş verməyən 
hadisə  –  torpaq  oğurluğu  baş  vermişdir.  Torpaq  müharibə  yolu 
ilə  zəbt  edilər  və  ya  qaytarılar.  1920-1988-ci  illər  arası  bizim 
Ermənistanla  müharibəmiz  olmamışdır,  ancaq  torpaqlarımız 
zaman-zaman  ermənilər  tərəfindən  oğurlanmışdır.  Dünyada 
torpağı  oğurlanmış  yeganə  xalq,  yəqin  ki,  bizik.  Bu  torpaqların 
ərazisi Dağlıq Qarabağınərazisindən  təqribən 6 dəfə çoxdur. 
Bu  itkiyə  qarşı  mübarizə  aparmaq  əzmimiz  olmamışdır. 
Sanki biz yuxulu olmuşuq. Şair Məmməd Araz deyir: 
 
Qoca millət! 


 
19 
 
 
Mürgülədik qoşa-qoşa 
 
 
Dağlarımız oğurlandı. 
 
 
Çaylarımız, göllərimiz 
 
 
Oğurlandı. 
 
 
Düzlərimiz, çöllərimiz 
 
 
Oğurlandı. 
 
 
Oğurlatdıq! 
 
Bu  yuxululuğun  əsas  səbəbini  millətin  təhsilsiz  olması  və 
düşünən təbəqəsinin olmaması ilə izah etmək olar. 1937-ci illərdə 
Azərbaycanın  düşünən  insanlarını  –  ziyalılarını,  alimlərini, 
şairlərini  güllələdilər,  həm  də  ona  görə  ki,  millətin  başbiləni, 
yolgöstərəni 
olmasın. 
N.Nərimanovun, 
S.Vurğunun, 
Ü.Hacıbəyovun, 
Ş.Qurbanovun, 
T.Özalın 
dünyalarını 
dəyişmələrində  təbii  səbəblərlə  bərabər  siyasi  səbəblərin  də 
olduğuna  inanıram.  Zamana  görə  torpaq  itkimiz  qrafik  halında 
şəkil 4.1-də göstərilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil  4.1. Azərbaycan torpağının zamana görə azalma   
                qrafiki 
 
Заман (ил)
 


 
20 
 
Qrafiki gələcək zamana ekstriolyasiya etsək onda təqribən 
150-200 ildən sonra torpaqlarımızı ermənilərtərəfindən 
zəbt oluna bilər. Yəni 1800-ci illərdən başlamış 
«dənizdən-dənizə» ideyası 2150 –ci illərdə reallaşa bilər. 
Bunu bilməyimiz vacibdir. Bu səbəbdən də 

 
“təhsilimiz  məhv  olmaq  həddinə  çatmış  milləti 
düşünən millətə çevirmək” məqsədi daşımalıdır.  
Düşünməyə,  yüz  ölçüb  bir  biçməyə  səbəb  çoxdur.  Biz 
zaman-zaman  öz  tarixi  torpaqlarımızın  beşdən  dörd  payını 
itirmişik, qalır bir payı. Bu bir payın da bir hissəsində (20%) yenə 
düşmən  gözü  var.  Bu  bir  payı  qorumaq  “ölüm  və  ya  olum”“ 
delemmasını  həll  etməyə  bərabərdir.  Bu  torpaq  itirmək 
tendensiyasını  dayandırmaq,  tarixin  təkərini  tərsinə  döndərə 
bilmək bizim düşünən millətə çevrilməyimizi  zəruri  edən böyük 
səbəbdir.  Sağlam  və  tənqidi  düşüncə  tərzini,  aldanmamaq 
qabiliyyətini bizə təhsil öyrətməlidir.  
Böyük T.Fikrətin “Sönməz əbədi hər gecənin gündüzü 
vardır”  fikrinə  qüvvət  XX  əsrin  son  onilliyində  millətimizin 
gündüzü  görünməyə  başladı.  Məhv  olmaq  həddinə  çatdığımız 
məqamda taleyin hökmü ilə müstəqillik əldə etdik və dövlətimizi 
qura  bildik.  Bu  dövlətin  banisi  və  qurucusu  möhtərəm 
Prezidentimiz Heydər Əliyevdir.   
Müstəqilliyimizin 12-ci ilini yaşayırıq. Bu şansın tarixin 
təkərini tərsinə fırlatmağa gücü çatar. Bu qüvvənin də mənbəyi 
təhsildədir.  Təhsil      1813-ci  ildən  bəri  milli  mənafeyimizin 
əksinə  işləyən  tarixin  təkərini  dayandırmalı  və  tərsinə,  bizim 
xeyrimizə fırlatmaq məqsədi daşımalıdır.  

 
Təhsilimiz  “gənclərimizə  düzgün  qərar  qəbul 
etmək  qabiliyyətini  öyrətməlidir.  Başqa  sözlə, 
təhsilimiz  gəncləri  əmək  fəalliyyətinə,  məsul 
vətəndaş  mövqeyinə,  həyata  hazırlamaq  məqsədi 
daşımalıdır. 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə