Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   2   3   4   5   6   7   8   9   ...   90

 
21 
 
ABŞ-ın Priston Universitetinin sabiq prezidenti C.Hibben: 
“təhsilin  ali  məqsədi  bilik  toplamaq  deyil,  hərəkətdir”- 
demişdir. 
Bu  deyiləndən  aydındır  ki,  bilik  toplamaq  məqsəd  deyil 
vasitədir, məqsəd biliyin həyatda tətbiqidir, hərəkətidir. 
Həqiqətən  cənab  Hibben  çox  düz  deyibdir.  Təhsil  bizim 
dinamikliyimizi  artırmalıdır. Sükunətə reaksiya  yoxdur, reaksiya 
hərəkətədir.  

 
Təhsilin  ali  məqsədi  cəmiyyəti  dövrün  tələbləri 
səviyyəsinə  qaldırmağı  və  milli  mənafeyimizi 
qorumağı bacaran vətəndaşlar yetişdirməkdir. 
ABŞ alimi C. Konat  ötən əsrin ortalarında sübut edib ki, 
hər 100 gəncin 15-i istedadlı, bu 15 faizin 3 faizi yüksək dərəcədə 
istedadlıdır.  Yeni  təhsil  sisteminin  ali  məqsədlərindən  biri  bu 
istedadları  zaman-zaman  aşkarlayıb  təhsilləndirmək,  sonra 
onları cəmiyyətin xidmətinə verməkdir.  
Dövlət  təhsil  sistemində  böyük  bürokratik  aparatı  məhz 
bu məqsədlə saxlayır ki, belə istedadlı gənclər təhsildən kənarda 
qalmasınlar. Bu talantlı insanları erkən müəyyən etmək mümkün 
olsaydı,  təhsil  sisteminin    bürokratik  aparatını  bir  neçə  dəfə 
ixtisar etmək mümkün olardı.  
«Təhsil  qanunu»  layihəsində  təhsilin  məqsədi  qısaca 
aşağıdakı kimi müəyyənləşdirilib:  
 
1.  Hər  bir  fərdin  potensial  imkanlarının  hərtərəfli 
açılmasına  və  inkişafına  nail  olmaq,  milli-bəşəri  dəyərləri  və 
bilikləri mənimsəyən, gələcəkdə qarşıya çıxa biləcək problemləri 
uğurla həll etmək qabiliyyətinə malik, fiziki və mənəvi cəhətdən 
sağlam, özünə güvənən peşə sahibi və mütəxəssis hazırlamaq; 
 
2.  Cəmiyyətin  təhsil  səviyyəsini  yüksəltməyi,  milli-
mənəvi  dəyərlərini  qorumağı  və  inkişaf  etdirməyi  bacaran, 
xalqını  dünya  iqtisadiyyatının,  mədəniyyətinin  yaradıcı 
iştirakçısına  çevirməyi  bacaran  ümumxalq  mənafeyini  şəxsi 
mənafelərdən üstün tutan vətənpərvər vətəndaş yetişdirmək; 


 
22 
 
3. Dövlət qarşısında vəzifə və məsuliyyətini dərk edən və 
onları  fəaliyyətində  rəhbər  tutan,  müstəqil  Azərbaycan  dövlətini 
dövrün  tələbləri  səviyyəsində  saxlamağı  bacaran  və  onun 
dövlətlər  sırasında  layiqli  yer  tutmasına  çalışan,  dövləti 
mənafeləri  şəxsi mənafelərdən üstün tutan şəxsiyyət yetişdirmək. 
Beləliklə,  təhsilimizin  əsas  məqsədi  fərdin,  kütlənin  və 
dövlətin  iqtisadi,    siyasi,  sosial  və  mədəni  inkişafını  təmin  edə 
biləcək  nəsili  yetişdirməklə  bərabər,  təhsilin  başlıca  və  qısaca 
məqsədlərindən biri də öyrənməyi öyrətməkdir. 
Təhsil  işçiləri    təhsilin  qarşısında  duran  bu  məqsədləri  
aydın bilməli və fəaliyyətlərində əsas götürməlidirlər.  
Paraqrafın sonunda Şərq təhsil sistemində (həm də dünya 
təhsil  sistemində)  özünəməxsus  yeri  olan  Yapon  təhsilinin 
məqsədinin bir məqamını  oxucuların diqqətinə çatdıraq: 
«Yapon  insanına  yapon  əxlaqı  verməkdir».  Bu  əxlaq 
Qərbdən  fərqli  olaraq  azadlıq  üzərində  deyil,  vəzifə  və 
məsuliyyət  üzərində qurulur.  İnsanın  özünə, ailəsinə, tanıdığı  və 
tanımadığı  hər  kəsə  və  bütün  insanlığa  qarşı  borcları,  yəni 
vəzifələri  vardır.  İnsan  bu  borclara  sadiq  və  vəzifələrə  vəfalı 
olmalıdır.  Bunu  edən  insan  xoşbəxt  və  azad  olar.  Yəni  Yapon 
təhsilində  azad  insan  haqları  yerinə  vəzifələrini  yerinə  yetirən 
insan haqlarına üstün yer verilir. 
 
 
 
 


 
23 
5. Sosial təhsil institutu 
 
«Təhsil mürəkkəb bir sahədir. 
Təhsil sahəsi nə sənayedir, nə 
kənd təsərrüfatıdır, nə də ticarətdir. 
Bu, cəmiyyətin xüsusi, intellektual 
cəhətini əks etdirən sahədir».  
 
 
          Heydər Əliyev 
 
İnsanların  tələblərini  ödəyən  qurumlar  sosial  institutlar 
adlanır.  
Sosiologiya  elminə  görə  (A.Kravçenko  “Soüioloqiə”,  M. 
2002,  str.46)  təhsil  cəmiyyətin  fəaliyyətini  tənzimləyən  və 
inkişafını  təmin  edən  beş  fundamental  sosial  institutlardan  (ailə, 
din, dövlət, istehsal, təhsil)  biridir. 
Alimlərin  fikrinə  görə  istehsalın  2  milyon  il,  ailənin  500 
min  il,  insan  cəmiyyətinin  40  min  il,  dövlətin  10  min  il  yaşı 
vardır.  Təhsilin  yaşı  10  min  ildən  çoxdur.  İlk  dövlət,  ordu 
yarananda təhsil müəsisələri də yaranıbdır. 
Sosial  institutlar  öz-özünə  yox,  cəmiyyətin  inkişafının 
məntiqi  nəticəsi  kimi  törəyir  və  onlar  ehtiyacdan  yaranır.  Bu 
ehtiyacları ödəmək mexanizmi sosial institutlar tərəfindən həyata 
keçirilir.  
Sosiologiyaya görə fundamental sosial institutların hər biri 
çoxlu  sayda  qeyri-əsas  institutlardan  təşkil  olunur.  Bu  institutlar 
sosial  praktiklər  adlanırlar.  Misal  üçün,  dövlət  (əsas)  sosial 
institutuna  prezident  institutu,  parlament  institutu,  ordu, 
məhkəmə və s.  qeyri-fundamental sosial institutlar daxildir. 
 
Sosial  təhsil  institutu  –  çoxlu  sayda  status,  rol,  sosial 
norma və təşkilatları əhatə edən nəhəng bir sistemdir. Orta təhsil 
müəssisələri,  peşə  məktəbləri,  texnikumlar,  ali  məktəblər,  təhsil 
nazirliyi, onun aparatı və təhsillə məşğul olan digər müəssisələr, 
elmi-tədqiqat 
institutları,  qəzet  və  jurnal  redaksiyaları, 
nəşriyyatlar  və  bunun  kimi  pedaqogika  ilə  bağlı  hər  şey  sosial 
təhsil  institutunun  tərkib  hissələridir.  Qərb  dövlətlərindən  fərqli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə