Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   4   5   6   7   8   9   10   11   ...   90

 
27 
 
  
Müstəqil  Azərbaycanda  dövlət  quruculuğu,  ölkəmizin 
dövlətlər birliyinə inteqrasiyası, çağdaş ictimai-siyasi durum, həm 
dünyada  gedən  qlobal  dəyişikliklər  (dünyanın  yeni  maraq 
dairələrinə bölünməsi, sənaye bazalı cəmiyyətlərin elmi-texnoloji 
və  informasiya  bazalı  cəmiyyətlərə  keçməsi),  çoxlu,  mürəkkəb, 
həlli vacib problemlər yaradır. Bu problemlərin həlli insanlardan 
daha çox biliklərə və vərdişlərə  yiyələnməyi  tələb edir. Rasional 
dünyagörüşə görə,  yaradıcı fəaliyyət üçün bilik lazımdır. Bilikli, 
ağıllı olmaq üçün təhsil almaq lazımdır. 
Yeni təhsil sisteminin uğurlu qurulması müstəqilliyimizin 
təminatı  üçün  çox  vacibdir.  Keyfiyyətsiz  təhsil  sistemi  ilə 
müstəqilliyi qorumaq mümkün deyildir. 
Təhsil  almaq  insanların  əsas  hüquqlarından  biri  olmaqla 
bərabər  cəmiyyət  üçün  çox  lazımlı  və  dərk  olunduğundan  daha 
vacib  məsələlərdən  biridir.    2003-cü  ildə  dövlətimizin  büdcəsi 
təqribən  1,2  milyard  ABŞ  dolları  səviyyəsində  qəbul  edildi. 
Büdcəmiz  hər  beş  ildən  bir  iki  dəfə  artır.  Ölkəmiz  bu  templə 
inkişaf edərsə, onda 20 ildən sonra büdcəmiz təqribən 20 milyard 
doll  səviyyəsinə  qalxar.  Beləki,  müstəqilliyimizin  30  –cu  ilində  
büdcəmiz,  əhalisi  və  ərazisi  təqribən  biz  qədər  olan  Avstriyanın 
büdcəsindən  yenə  iki-üç  dəfə  az  olacaqdır.  Bu  geriliyi  iqtisadi, 
siyasi yolla aradan qaldırmaq mümkün deyildir.Bu geriliyi ancaq 
təhsillə aradan qaldırmaq mümkündür. 
Subyektiv  fikrimə  görə,  yeni  qurulan  dövlətdə  birinci 
vacib məsələ dövlət maşınının qurulması, ikinci vacib məsələ isə 
mükəmməl  təhsil  sisteminin  yaradılmasıdır.  Bu  sistem  nə  qədər 
mükəmməl  olarsa,  dövlətimiz  dövlətlər  sırasında  bir  o  qədər 
qabaqcıl mövqe tutmuş olar. 
Təhsilin  cəmiyyətdə  rolunu  rasional  düşüncə  əsasında 
yüksək  tutan  amerkalılar  hesab  edirlər  ki,  əvvəla,  XX1    əsrdə 
dövlətlərin  qarşılaşacağı  problemlər  XX  əsrdəkilərdən  asan 
olmayacaqdır.  İkincisi,  ölkənin  inkişaf  vasitəsi  onun  siyasi 
quruluşu,  iqtisadiyyatı,  bankı,  hərbi  deyil,  yeni  tipli  təhsildir. 


 
28 
Üçüncüsü,  təhsil  ölkəni  lazımi  səviyyədə  saxlamağa  qadir  olan 
vasitədir.  
Elm üzrə Şuranın Ağ Evə göndərdiyi məruzələrin birində 
yazılır:  «Amerika  cəmiyyətinin  firavanlığı  universitetlərdə  işin 
vəziyyətindən  birbaşa asılıdır”». 
ABŞ  prezidentlərindən  birinin  fikrincə:  “Amerika 
universitetləri qüvvətlidir ona görə yox ki, Amerika varlıdır. 
Amerika  varlıdır,  ona  görə  ki,  onun  universitetləri 
qüvvətlidir“. 
Təhsilin  cəmiyyətin  sosial  strukturunun  formalaşmasına 
təsiri  vardır.  Belə  ki,  təhsil  səviyyəsi  yüksək  olduqca    fərdlər 
sosial  strukturada  da  yüksək  səviyyələri  tuturlar.  Bu  şərt 
ödəndikcə  cəmiyyət    daha  öncül  mövqe  tuta  bilir,  daha  çox 
öyrənən cəmiyyətə çevrilir. 
 
 
Yapon  alimi  Yuasa  dünya  dövlətlərini  XVI-XX  əsrlər 
arasında bəşəri elmi-texniki tərəqqinin yaranmasında oynadıqları 
rola görə sıraya düzməyə cəhd etmişdir (Q.M.Dobrov, “Nauka o 
nauke”, Kiev, 1970, str. 266).   Burada hər hansı bir ölkədə elmin 
nisbi  səviyyəsinin  göstəricisi  kimi  baxılan  dövrdə  əldə  edilmiş 
elmi  nəticələr  əsas  götürülmüşdür.  Əgər  müəyyən  zaman 
kəsiyində  bu  nəticələr  bəşəri  elmi  uğurların  1/4-dən  çoxdursa, 
onda  Yuasa  bunu    “elmin  aktiv  mərkəzi“””  hesab  etmişdir. 
Yuasaya  görə,  müxtəlif  əsrlərdə  “elmin  aktiv  mərkəzi“”  yerini 
dəyişmiş və bu yer dəyişmə şəkil 6.1-də göstərildiyi kimi   İtaliya 
(XVI  əsr),  İngiltərə  (XVII  əsr),  Fransa  (XVIII  əsr),  Almaniya 
(XIX əsr), ABŞ, SSRİ (XX əsr) olmuşdur.  Göründüyü kimi Şərq 
ölkələrinin  bu  sırada  yeri  yoxdur.  Dünyəvi  təhsil  dini  təhsildən 
ayrıldıqdan  sonra  Qərb  ölkələrində  təhsil  və  elm  sürətlə  inkişaf 
etmişdir. Qeyd etmək lazımdır ki, dünyəvi təhsil Şərq ölkələrində 
XX  əsrin  əvvəlindən  formalaşmağa  başlamışdır.  Azərbaycanda 
ilk  müasir  universitet  1919-cu  ildə  Azərbaycan  Demokratik 
Cümhuriyyəti tərəfindən Bakıda yaradılmışdır.   
Məlumdur  ki,  ölkələr  sənaye  bazalı  cəmiyyətlərdən  elmi  və 
informasiya  bazalı  cəmiyyətlərə  keçirlər.  Belə  dövrdə  təhsil 


 
29 
səviyyəsinin indeksi az olan cəmiyyətin müstəqil dövlət şəklində 
yaşaması  gələcəkdə  çətin  olacaq.  Hal-hazırda  bu  indeks 
Azərbaycanda kifayət qədər yüksəkdir və 2002-ci il üçün 0,89-a 
bərabərdir.  
 
 
 
  
 
Şəkil 6.1. Elmin aktiv mərkəzinin yerdəyişməsinin tarixi  
 tendensiyası 
 
Qeyd edək ki, bu indeks Ermənistanda 0,92, Gürcüstanda 
isə  0,89-dur.  Təhsil  səviyyəsi  indeksini  izləmək  vacibdir,  çünki 
insan  potensialının  inkişaf  indeksini  (İPİİ)  təyin  etmək  üçün 
lazım olan üç indeksdən biridir. 
Bu  indeksi  hesablamaq  üçün  yaşlı  əhalinin  savad 
səviyyəsi  (S)  və  təhsilalan  kontingentin  ümumi  sayı  (N)  əsas 
götürülür.  BMT-nin  inkişaf  proqramı  çap  etdirdiyi  «Doklad  o 
razvitii  çeloveka  za  2002  qoda»  kitabında  Azərbaycan  üçün 
S=0,97, 
N=0,71 
olduğu 
göstərilmişdir. 
Beynəlxalq 
metodologiyaya  görə  ölkəmiz  üçün  hesablanmış  təhsil  indeksi 
yuxarıda qeyd  edildiyi  kimi  0,89-a bərabərdir. Azərbaycanda bu 
indeks  ilbəil  aşağı  düşəcəyi  göslənilir,  ən  azı  ona  görə  ki,  həm 
orta,  həm  də  ali  təhsilin  səviyyəsi  hər  il  aşağı  düşür  və  ilbəil 
təhsildən yayınan kontingentin sayı artır. 
Bir  neçə  il  öncə  bir  türk  diplomatından  eşitdiyim  fikirlə 
bu paraqrafı yekunlaşdırmaq istəyirəm: 
«İnsan var gündəlik çörəyini əli ilə qazanır. O fəhlədir. 
İnsan var çörəyini əli və ağlı ilə qazanır. O ustadır. İnsan var 
çörəyini əli, ağlı və ürəyi ilə qazanır. O ustaddır». 
İnsan  mükəmməl  təhsil  sistemi  keçərsə  və  sənətinə 
məhəbbəti  olarsa,    cəmiyyətdə  şərəfli  mövqe  tuta  bilər  və  ustad 
səviyyəsinə yüksələ bilər. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə