Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   14   15   16   17   18   19   20   21   ...   90

 
60 
Şahanovun 
«Sivilizasiyanın 
yanlışlıqları» 
əsrindən 
götürülmüşdür.    
Həmin kitabdan başqa bir misal: «...Hələ 1945-ci ildə, SSRİ-
yə qarşı işlənib hazırlanan bir doktrina da planlaşdırmışdır: «Biz, 
ehtiyatla onların mə’nəvi dəyərlərini dəyişərək, şüurlarına seks 
kultu, zorakılıq, sadizm, sözə xəyanət, sırtıqlıq, alkoqolizm və 
narkomaniya, qorxu və həyasızlıq, bir sözlə, əxlaqa zidd olan şeyləri 
yeritməliyik. Namus və vicdan lağa qoyulacaq, keçmişin mə’nasız 
qalığına çevriləcək. Yalnız çox az adam bundan xəbər tutacaq, hətta 
nələr baş verdiyini anlamayacaqlar da. Onları da gülünc vəziyyətə 
salıb, aciz durumda buraxacayıq». 
Adamın ağlına  fantastik  gümanlar  gəlir. Görəsən, çağdaş 
dövrdə  belə  doktrinalar  bizə  tətbiq  olunmur  ki?  Axı  mənzərə 
tanışdır.  TV-nin  bütün  kanalları  sanki  yuxarıdakı  doktrinaların 
müddəalarını  tətbiq  edirlər.  Azərbaycan  xalqını  A.Kazımovalar, 
K.Həsənlilər tərbiyə edirlər. 
Məktəblə  valideyn  arasında  ələqə  çox  zəifdir.  Həm 
valideyn  tərəfdən,  həm  də  məktəb  tərəfdən  böyük  biganəçilik 
hökm  sürür.  Valideyn  uşağın  məktəbə  göndərməklə,  məktəb  isə  
«oxuyur  oxusun,  oxumur  cəhənnəmə  oxumasın»  -deməklə  öz 
işlərini bitmiş sayır.  
Bəzən eşidirsən, bəzən də KİV-lər  yazır ki, filan şəhərdə 
yeniyetmə  evdən  məktəb  adı  ilə  çıxmış,  amma  məktəbə  yox 
başqa yerə getmişdir. Məktəblə valideyn arasında ciddi, qarşılıqlı 
məsuliyyətin  olmamasından  iki  böyük  qüsur:  təhsildə 
keyfiyyətsizlik,  mənəviyyatda  pozğunluq  törəyir.  Təhsil  naziri 
də 
gecə 
barlarında 
şagird 
qızlırın 
olduğu 
barədə 
ictimaiyyətəməlumat vermişdir. 
Bəzi işbazlar məktəbi qazanc sahəsinə çevirmək istəyirlər. 
İş  yerlərinin  az  olduğu  bir  vaxtda  belə  adamlar  saxta  sənədlərlə 
müəllim,  sonra  direktor,  təhsil  şöbəsinin  müdiri  vəzifəsini  ələ 
keçirir,  olmayan  məktəblər  (papka  məktəblər)  yaradırlar,  dövlət 
büdcəsinə  əl  uzadırlar.  Cinayətin  səviyyəsi  o  həddə  çatıbdır  ki, 
bəzən  bir  şagirdin  adı  bir  neçə  məktəbdə  jurnala  yazılır, 


 
61 
şagirdlərin  sayı  süni  surətdə  artırılır  və  dövlətin  vəsaiti  talan 
edilir.  Təşviş  doğuran  odur  ki,  bu  işbazlar  dövlətin  mənafeini 
qorumağa borclu olan məmurlar tərəfindən müdafiə olunurlar.  
 
Moskva  metrolarında  250  ABŞ  dollarına  satılan 
diplomlar,  sonralar  ikinci  ali  təhsil  vasitəsi  ilə  Azərbaycanda 
leqallaşır,  milli  diploma  çevrilir.  Nəticədə  mütəxəssis  səviyyəsi 
aşağı düşür. 
 
Ötən  ilin  əvvəlində  bir  vətəndaş  məktəbli  oğlu  ilə  bağlı 
ərizə ilə bizə müraciət etdi. Ərizədə yazılırdı ki, oğlum 14.01.02 
tarixdə  4-cü  saat  nəğmə  dərsindən  qaçmışdır.  Sabahısı  gün 
məktəbin direktoru Qənirə müəllimə (Bakı şəhəri, Xətai rayonu) 
uşağı  sinifdən  qovmuşdur.  Anası  dərhal  məktəbə  gedib,  lakin 
direktor onu qəbul etməyib. Səhərisi gün 75  yaşlı  babası gedib, 
direktor onu da qəbul  etməyib.  Sonra atası  gedib və üzr istəyib. 
Müraciətdə yazır ki, amma üzürümüz də qəbul edilmədi. 
 
Mən  yuxarıda  Belçikadakı  səfirimizin  məktəbli  oğlu  ilə 
bağlı  məktəb-valideyn  münasibəti  haqqında  yazmışdım.  Yazının 
məntiqi bundan ibarətdir ki, Belçikada məktəblər şagirdi küçədən 
məktəbə  dartır,  bizdə  isə  tərsinədir.  Şagirdi  məktəbdən  küçəyə 
itələyirlər.  Bu  hərəkət  sağlam  düşüncə  tərzinə  sığmır.  Qənirə 
müəlliməni başa düşmək çətindir. Deməli, biz düşüncə tərzimizi 
yeniləşdirməliyik.  Təhsilə  yeni  təfəkkür  gəlməlidir.  Bu  cür 
düşüncə 
tərzinə 
malik 
direktorlar 
vəzifələrindən 
uzaqlaşdırılmalıdırlar.  
  
Məktəb həm formaca, həm  də məzmunca  yeniləşməlidir. 
1940-50-ci 
illərdə 
məktəb 
binaları, 
şəhərlərin, 
rayon 
mərkəzlərinin,  kəndin  ən  abad  ərazisi  olmuşdur.  Məktəb  həyəti 
cəlbedici  olmalıdır.  Elə  olmalıdır  ki,  hətta  ən  zəngin  villada 
böyüyən  məktəblinin  gözü  məktəbə  yönəlməlidir.  Məktəb, 
həyətinin abadlığı, idman qurğuları, kitabxanasının zənginliyi ilə 
fərqlənməlidir. Məktəb dövrün tələbləri səviyyəsinə qalxmalıdır.  
Qeyd  etmək  lazımdır  ki,  dəyişən  dünyamızda 
universitetin,  məktəbin,  müəllimin  rolu  da  kifayət  qədər  dəyişir.  


 
62 
Ali  məktəblərin  cəmiyyətdə  rolu  dəyişir.  Ali  məktəb  kəsilməz 
təhsil müəssisəsinə çevrilməkdədir. 
Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyasının  (TQDK) 
apardığı test imtahanlarının nəticələrinə (cədvəl 10.1) görə  2001-
ci  ildə  Azərbaycan  bölməsi  üzrə  cəmi  813  nəfər  (bu  göstərici 
2000-ci  il  üçün  235,  2002-ci  il  üçün  132  nəfər  olmuşdur)  600 
baldan çox toplayıb. Bu, qəbul imtahanlarında iştirak edən 80 000 
nəfərin  1,08%-ni təşkil edir. Deməli, C.Konatın dediyi gəncliyin 
talantlı  15%-dən  cəmi  1%-i  öz  potensialını  məktəbdə  aça  bilir, 
14%-i  isə  potensialını  reallaşdıra  bilmir.  Bu  dağ  boyda  varın 
itməsi  deməkdir.  Son  illərdə  abituriyentlərin  nisbi  sayının  test 
imtahanlarında  topladıqları  bala  görə  paylanması  cədvəldə 
göstərilmişdir.  On  bir  il  orta  məktəbə  gedib-gəlmiş,  ancaq  test 
imtahanlarından  “0”“  bal  toplamış  insan  övladının  sayı  da  
cədvəlin  birinci  sətrində  göstərilmişdir.  Cədvəlin  son  sətrində 
abituriyentlərn  biliyə  görə  paylanmasının  mediana  qiyməti 
göstərilmişdir.  Mediana  qiyməti  abituriyentlərin  50%-nin 
topladığı  bal  intervalını  göstərir.  Misal  üçün,  2002-ci  il 
imtahanlarında  azərbaycan  bölməsi  üzrə  abituriyentlərin  50%-i 
120-dən də az bal toplamışlar.  
Müasir  dövrümüzdə,  informasiya,  kommunikasiya, 
kompüter  texnikasının  tətbiqi  təhsildə  yeni  cəhətlərin  və 
imkanların yaranmasına  səbəb olmuşdur.  
Yeni informasiya texnologiyası, rabitə vasitələri, radio və 
peykli TV yayımı, kompüter şəbəkəsi tədris mühitini “divarsız və 
sərhədsiz“”  edir.  “Sinif“”  klassik  mənada  dörd  divar  mənasında 
öz  nüfuzunu  itirir.    Müəllimin  sinifdə  biliyə,  informasiyaya  
hakim mövqeyi zəifləyir. Gənclər (təhsilalanlar) biliyi, məlumatı 
tək  sinifdə,  həm  də  tək  müəllimdən  almırlar.  Təhsil 
texnologiyasında bu yeni faktorlar nəzərə alınmalıdır. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə