Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah


Təhsildə kəmiyyət və keyfiyyət münasibətləri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   20   21   22   23   24   25   26   27   ...   90

 
83 
11.4. Təhsildə kəmiyyət və keyfiyyət münasibətləri 
 
«Təhsilin və elmi tədqiqatın keyfiyyət 
kriteriyası  nəticə  etibarı  ilə  ölkənin 
əldə  etmiş  olduğu  xeyirlər  və 
faydalardır». 
 
S.Kolqan 
 
Təhsil insan fəaliyyətinin elə nadir sahəsidir ki, kəmiyyət 
keyfiyyəti  yüksəltmir,  əksinə  azaldır.  Bu  səbəbdən  də  əsassız 
şişirdilmiş  plan  və  proqramlar  ümumi  təhsildə  gözlənilən 
səmərəni  vermir.   
Yeni  quruluşun  nəzəri  əsasına  görə  təhsilin  inkişafının 
şaquli  komponenti  əsas  mövqeyə  çıxarılır  və  dövlət  siyasəti 
səviyyəsinə  yüksəldilir.  Praktiki  həyatda  bu  o  deməkdir  ki, 
talantlı  gənclərin  potensialının  hərtərəfli  açılması,  zəruri  bilik 
almaları üçün lazımı şərait yaradılması tələb olunur. Bu sistemdə 
keyfiyyət əsas meyar kimi çıxış edir. Sovet təhsil sistemində kök 
atmış  kəmiyyət  göstəricilərindən  keyfiyyət  göstəricilərinə 
keçilməlidir.  Talantlı  gənclərə  dərin  bilik  verilməlidir.  Bu 
baxımdan sovet beş illik ali təhsil pilləsinin iki yerə bölünməsi və 
«4+2»  formulası  ilə  fəaliyyət  göstərməsinin  çox  böyük 
əhəmiyyəti var. Bakalavr səviyyəsini bitirmiş tələbələrin 10-20%-
nin  magistraturada  təhsillə,  doktoranturada  elmlə  daha  dərindən 
məşğul olması zamanın tələbinə və çağırışına uyğundur.  
 
Təhsildə  kəmiyyət-keyfiyyət  göstəricilərinin  əhəmiy-
yətini  dərindən  dərk  etmək  üçün  1960-cı  ildən  indiyə  qədər 
müəllim ordusunun artım dinamikasına diqqət yetirək. 1960-80-cı 
illərdə müəllimlərin sayı 2 dəfə artaraq 54 000 nəfərdən 112 000 
nəfərə çatmışdır. 1985-90-cı illər ərzində bu say cəmi 5 000 nəfər 
çoxalmışdır.  Sovet  dövləti  dağılana  qədər  bu  say  132  000  nəfər 
olmuşdur.  Postsovet  erasında  1992-ci  il  təhsil  qanununun 
yaratdığı  qeyri-real  şərait  müəllimlərin  sayını  30  000-dən  çox 


 
84 
artırmışdır.  (bax:  şəkil  11.2)  Bu  cür  əsassız  artım  təhsilin 
keyfiyyətini azaldan  başlıca amillərdən biridir.  
 
 
Şəkil 11.2   Təhsil işcilərinin (+) və müəllimlərin (•) 
sayının zamanı görə dəyişməsi. 
 
Çünki  məktəbə,  təhsilə  səriştəsiz  insanlar  çox  cəlb 
olunubdur.  Oğurluq,  quldurluq  edib  türmədə  həyatı  keçmiş 
adamlara  indi  məktəb  həyatında  rast  gəlmək  mümkündür. 
Halbuki,  bir  qox  inkişaf  etmiş  ölkələrdə  siqaret  çəkən  müəllimi 
sinifə buraxmırlar. 
  
Ali təhsildə keyfiyyətə təsir edən faktorların biri və vacibi 
təqaüddür. İqtisadi əhəmiyyəti ilə bərabər, təqaüd tələbəni zaman 
resursundan da səmərəli istifadə etməyə sövq edir.   
F.Kafkaya  görə:  Materialın  xassəsi  onda  olan 
elektronların  sayı  ilə  təyin  olunur.  Kütlənin  səviyyəsi  isə  hər 
fərdin təfəkkür səviyyəsindən asılıdır. 
 


 
85 
 
Təhsil  təfəkkürü  dəyişə  bilər.  Azərbaycan  təhsili 
dövlətimizin  müstəqilliyindən  istifadə  edərək  yeni  bir  sıçrayış 
etməlidir.  O,  cəmiyyətimizi  “oxuyan    cəmiyyətdən  öyrənən 
cəmiyyətə“ çevirməlidir. 
 
Keyfiyyətin  əxlaq,  tərbiyə  toplananı  bütün  ciddiliyi  ilə 
təhsil  prosesində  nəzarət  altında  saxlanmalıdır.  Bu  kitab  çapa 
hazırlanarkən  Milli  Məclisin  üzvü,  Reqional  məsələlər  daimi 
komissiyasının  sədri  professor  Z.Qaralovun  «Tərbiyə»  kitabı 
çapdan  çıxmışdır.  Təhsildə  keyfiyyətə  tərbiyənin  təsirini  nəzərə 
alaraq,  pedaqoji  ictimaiyyətin  həmin  kitabdakı  müddəa  və 
dəyərlərdən  bəhrələnəcəyinə  inanıram.  Bu  baxımdan  Əli  Fuat 
Başgilanın  «Gənclərlə  üz-üzə»  (Bakı-1999)    kitabıda  çox 
qiymətlidir.  Qeyd  etməyə  dəyər  ki  bu  kitab  Türkiyyədə  36  dəfə 
çap edilmişdir. 
 
Bəşəri  təcrübə  göstərir  ki,  tədrisin  keyfiyyəti  əsasən  üç 
faktordan  asılıdır:  təhsilin  məzmunu,  pedaqoji  texnologiya  və 
təhsilin  keyfiyyətinə  nəzarət.  Bu  üç  faktor  arasında  harmoniya 
olarsa  təhsildə  tələb  olunan  keyfiyyəti  təmin  etmək  olar.  Son 
olaraq  deyə  bilərik  ki,  millətin,  dövlətin  taleyi  təhsildən  yox, 
keyfiyyətli  təhsildən  asılıdır.  Bu  baxış  aparıcı  dövlətlər  üçün 
doğrudur.  ABŞ-da  yüksək  səviyyəli  təhsil  müəssisələri 
olmasaydı,  o  dünyanın  qüdrətli  dövlətinə  çevrilə  bilməzdi. 
Dövlətin, millətin və fərdin nəsilbənəsil, ilbəil ötürülən kasıblığın 
yolunu ancaq keyfiyyətli təhsillə kəsmək mümkündür.  
 


 
86 
11.5. Təhsildə demokratikləşmə 
 
“Yeni  qərarlar  qəbul  etməyəni 
yeni  problemlər  gözləyir.  Çünki 
zaman böyük novatordur”. 
 
F.Bekon 
 
Yeni  təhsil  sisteminin  konseptual  müddəalarının  biri  də 
təhsilin    demokratikləşməsidir.  Demokratiyanın  potensialından 
təhsil sistemində də istifadə etmək lazımdır. 
Təhsilin problemlərini həll etmək üçün bir tərəfdən təhsil  
kollektivini,  digər  tərəfdən  valideynləri  bu  prosesə  cəlb  etmək 
lazımdır. Bunun üçün orta təhsil müəssisələri rəhbərlərinin və ali 
məktəb rektorlarının təyinatında demokratik prinsiplərdən istifadə 
etmək lazımdır. 
Mənim  subyektiv  fikrimə  görə,  torpağın  meyvə,  ət-süd, 
bal  (və  bu  kimi  digər  rəngarəng  potensialından)    istifadə  etmək 
üçün  uyğun  olaraq  meyvə  ağaclarından,  mal-qaradan,  arı 
pətəyindən  və  bunun  kimi  digər  varlıqlardan  (çeviricilərdən) 
istifadə  etdiyimiz  kimi,  cəmiyyətin  müxtəlif  rəngarəng 
potensiallarını  ondan  kadrlar  vasitəsi  ilə  qopara  bilərik.  Arıdan 
meyvə,  ağacdan  ət-süd  qoparmaq  mümkün  olmadığı  kimi  hər 
insandan da direktor, müdir, rektor kimi istifadə   etmək mümkün 
deyildir.    Kadrları  düz  seçməklə  cəmiyyətin  inkişafına,  səhv 
seçməklə cəmiyyətin çürüməsinə nail ola bilərik.  
Bir  haşiyəyə  çıxaraq  qeyd  edək  ki,  II  Dünya 
müharibəsindən  sonra  ingilislər  Ü.Çerçili  özlərinə  2-ci  dəfə  baş 
nazir  seçməmələrinin  səbəbi  maraq  doğurur.  Qeyd  edək  ki, 
Çerçildə ingilis cəmiyyətini müharibəyə səfərbər etmək, əsgərləri 
ruhlandırmaq  və  bunun  kimi  digər  qabiliyyətlər  yüksək  idi. 
Müharibədən  çıxmış  ölkəyə  indi  belə  şəxs  yox,  iqtisadiyyatı 
dirçəldən  şəxs  lazım  idi.  Bu  səbəbdən  də  ingilislər  müharibə 
qəhrəmanını artıq özlərinə baş nazir seçmədilər. Qərb (rassional) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə