Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.

səhifə1/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   314


  



QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ 



BAKI İSLAM UNİVERSİTETİ 

ŞAHLAR ŞAHBAZ OĞLU ŞƏRİFOV 

 

 

 

 

 

 

 

 

 

 

 

İ S L A M    T A R İ X İ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

Kitabın işıq üzü görməsində maddi kömək göstərdiyinə görə 



 

NURLAR 


BAKI – 2013 

  



 



MƏCİDOV HACI QABİL HÜSEYN OĞLUNA  

minnətdarlığımızı bildiririk 

 

Elmi redaktoru: 

Kamandar Şərifov,  

     

filologiya  elmləri  doktoru,  AMEA-nın  M.Füzuli  adına         

Əlyazmalar  İnstitutunun  Ərəbdilli  əlyazmaların  tədqiqi 

şöbəsinin müdiri. 

 

Elmi məsləhətçilər: Hacı Fuad Nurullayev,  

                                     Qafqaz M

üsəlmanları İdarəsi sədrinin müavini,  

                                     

Bakı İslam Universitetinin dekanı. 

                                   

 

Rəyçilər: Anar İsgəndərov,  

 

tarix elmləri doktoru, Qafqaz Müsəlmanları İdarəsi, Elmi-dini  



şuranın  üzvü,  Bakı  Dövlət  Universiteti, Tarix fakültəsinin 

kafedra müdiri. 

                 

Dilavər Əzimli,  

                  



tarix  üzrə  fəlsəfə  doktoru,  AMEA-nın  Tarix  İnistitunun 

əməkdaş. 

 

İlahiyyat korrektoru: Hacı İbrahim Quliyev,  

                                      

Bakı İslam Universitetinin müəllimi. 

 

Şahlar Şərifov. İSLAM TARİXİ. 

Bakı, “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2013. 656 səh. 

 

“İslam  tarixi”  kitabı  islam  dininin  meydana  gəlməsi  və  onun  təşəkkül 

tarixindən bəhs edir. Həmçinin kitabda Hz.Məhəmməd peyğəmbərin (s) həyatı 

və onun fəaliyyəti geniş şəkildə araşdırılmışdır. 

Peyğəmbərdən (s) sonra Raşidi xəlifələri dövrü (632-661), Əməvilər dövrü 

(661-750), Ab

basilər  dövrü  (750-1258)  və  həmçinin  Abbasilər  dövründə 

meydana gəlmiş feodal dövlətlərin tarixinə və digər İslam dövlətlərinin tarixinə 

də toxunulmuşdur. 

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 



 

ISBN - 978 - 9952 - 460 - 61 - 2                                                    ©   

Şərifov Ş.Ş. 2013 

 

ÖN SÖZ 



  

 



İslam tarixi islam dininin VII əsrdə ortaya çıxışından və islam dövlətinin 

qurulmasından  başlayaraq  müasir  zamanlara  qədər  uzanan  müddətdə,  islam 

dini, islam dinini mənimsəyən bölgə və toplumlar ilə bu toplumların islam adı 

altında  ortaya  qoyduğu  ayinləri  saxlayan  tarix  qoludur.  İslam  tarixi  islam 

inancını həm bir din həm də bir ictimai müəssisə olaraq araşdırır və nəticədə 

hadisələri bu məzmunda təqdim edir. 

İslam  tarixi  uzun  zamanı  əhatə  edən,  coğrafi  baxımdan  isə  Çinin 

sərhədlərindən  tutmuş  Fransanın  cənubunadək  olan  ərazilərin  tarixi  ilə  sıx 

əlaqədə  olan  tarixdir.  Bu  tarixin  başlanğıcı  ilk  vəhyin  Məhəmməd  bin 

Abdullaha  (s)  nazil  olmasından  başlayır.  İslam  tarixi  təkcə  Peyğəmbərimizin 

(s)  həyatını  öyrənməklə  bitmir.  Bu,  Raşidilər  dövrünü  (632-661),  Əməvilər 

dövrünü (661-

750) və Abbasilər dövrünü (750-1258) bütövlükdə əhatə etməklə 

yanaşı,  Buveyhilər,  İdrisilər,  Həmdanilər,  Əyyubilər,  Səlcuqilər,  Osmanlılar 

(1299-

1924) və islam coğrafiyasında meydana gəlmiş digər dövlətlərin tarixini 



öyrənən müstəqil fəndir. 

İslam  tarixinin  mərkəzini  və  islam  tarixinin  qızıl  çağını  təşkil  edən  dövr 

dinin  zühur  etməsindən  Məhəmməd  peyğəmbərin  (s)  ölümünə  qədər  davam 

edən  və  islami  qaynaqlarda  “Əsri-səadət”  (səadət  dövrü)  olaraq  adlandırılan 

dövrdür.  “Əsri-Səadət”  iki  ana  hissədə  araşdırılır.  Bunlar  Məkkə  dövrü  və 

Mədinə  dövrüdür.  Məkkə  dövrü  daha  çox  dinin  meydana  gəlməsi,  ilk 

müsəlman  icması,  əxlaqi  və  dini  dəyərlərin  müsəlman  icması  tərəfindən 

mənimsənməsi,  mövcud  olan  dini  inanc  ilə  islamın  qarşıdurması  və 

müqavimətlərini  ehtiva  edir.  Bu  dövr  hicrətlə  birlikdə  sona  çatır.  Mədinə 

dövründə isə, islam dövlətin və cəmiyyətin quruluşu ilə daha siyasi və ictimai 

bir  dövr  olub,  müxtəlif  döyüşlərə  və  həm  siyasi  nüfuz  həm  də  ictimai  rifah 

mənasında yüksəliş ifadə edən bir zaman dilimidir. Bu dövrdə bütün Ərəbistan 

Yarımadası müsəlmanların idarəsinə girmişdir. 

Həmin  zamanın  qüdrətli  hakimlərinə  məktub  yazıb  dinə  dəvət  etməklə 

yanaşı,  həzrət  Peyğəmbər  (s)  müxtəlif  bölgələrə  təbliğatçılar  göndərirdi. 

Beləliklə,  Sasani  imperiyasının  müstəmləkələrindən  biri  olan  Yəmənə  həzrət 

Peyğəmbər (s) islam dinin təbliği üçün həzrət Əlini (ə) göndərir və yəmənlilər 

islamı  qəbul  edirlər.  İlk  dəfə  azərbaycanlılar  islam  dini  ilə  yaxından  məhz 

yəmənlilər vasitəsilə tanış olurlar. Bəzi tarixçilərin fikrincə, hətta Azərbaycan 

əhalisinin bir hissəsi ərəb işğalından öncə islamı qəbul etmişdi. 

Eyni  imperiyanın  tərkibində  olan  İranla  Azərbaycanın  tarixi  və  mədəni 

bağlılığını  nəzərə  alsaq,  iki  ölkədən  birində  baş  verənlər  birbaşa  digərinə  də 

təsir göstərirdi. İlk dəfə Sasani ordusu ilə müsəlman-ərəb qoşunları xəlifə Əbu 

Bəkrin  dövründə  (632-634)  qarşılaşırlar.  Bu  qarşıdurmada  hətta  nisbətən 

müstəqil xristian Arran hakimləri Sasanilərin tərəfində döyüşürlər. Xəlifə Əbu 

Bəkr  ərəb  fəthlərinin  ilk  dövründə  müsəlman  qoşunlarına  belə  əmr  etmişdi: 

“İnsanları  şikəst  etməyin,  nə  kiçik  uşaqları,  nə  qocaları,  nə  də  qadınları 

  





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   314


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə